Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Naxçıvanda yeni yarımstansiya və İdarəetmə Mərkəzi tikiləcək – 17.2 milyon manatlıq layihə

“Azərişıq” Naxçıvanda yeni yarımstansiya və İdarəetmə Mərkəzi tikir. Banker.az xəbər verir ki, layihə çərçivəsində Naxçıvan şəhəri ərazisində yerləşən mövcud “Koroğlu” yarımstansiyasının əvəzinə yeni 110/35/10 kV-luq 2×40 MVA gücündə yarımstansiyanın və İdarəetmə Mərkəzinin tikintisi nəzərdə tutulur. Aparılan satınalma prosedurunun qalibi “Harmony İndustrial Construction snd Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi məbləği […]

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,44 ABŞ dolları və ya 0,45 % artaraq 97,12 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 94,43 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 ABŞ dolları və ya 0,7 % artaraq 93,7 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Azərbaycan Yunanıstana neft ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Yunanıstana 284 min 374,7 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 182 milyon 764,5 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 22,4 %, dəyəri isə 41,7 % çoxdur.

Yunanıstana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,2 % olub.

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 591 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 27 % artırıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 234,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 27 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə iyulda isə Gürcüstan Azərbaycandan 26,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 3,2 % çoxdur.

Bu ilin ilk 7 ayı ərzində Gürcüstan xarici ölkələrdən 1 milyard 592 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 51,5 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 740,4 milyon ABŞ dolları, Türkiyədən 150,7 milyon ABŞ dolları, Rumıniyadan 130,8 milyon ABŞ dolları, Belarusdan 56,6 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Tunis Azərbaycandan neft alışını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Tunisə 368 min 916,3 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 225 milyon 470 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 2,9 dəfə, dəyəri isə 3,3 dəfə çoxdur.

Tunisə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,9 % olub.

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

"Azərişıq" ASC Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlarda, bir sıra kənd və qəsəbələrdə 0,4 və 10 kV-luq elektrik şəbəkəsi yenidən qurulur.

Yeni metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Abonentləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yaşayış məntəqələrində 10/0,4 kV-luq müasir Transformator Məntəqələri (TM) quraşdırılır.

Naxçıvan şəhərində 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasının, Naxçıvan RETSİ-nin inzibati binasının tikintisinə start verilib. Həmçinin şəhər ərazisində abonentlər smart tipli sayğaclarla təchiz olunur. Babək rayonunda 35/10 kV-luq "Nəzərabad" yarımstansiyasının inşası davam edir.

Yenidənqurma işləri Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd, Culfanın Əbrəqunus kəndlərini də əhatə edir.

Qeyd edək ki, "Azərişığ"ın həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Gürcüstan Azərbaycandan neft məhsulları idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 88 milyon ABŞ dolları dəyərində 90,1 min ton neft məhsulları gətirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bununla da, Azərbaycan Gürcüstanın yanacaq idxalındakı mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Ölkə Gürcüstanın əsas yanacaq təchizatçıları sırasında dördüncü yerdə qərarlaşıb.

Bu ilin 7 ayında Gürcüstan xaricdən 967 milyon ABŞ dolları dəyərində 1,05 milyon ton neft məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,7 %, həcm baxımından isə 8,7 % çoxdur. 2025-ci ilin ilk 7 ayında Gürcüstan 729 milyon ABŞ dolları dəyərində 970 min ton neft məhsulları alıb.

İdxalın əsas hissəsi Rusiyanın payına düşüb. Hesabat dövründə Gürcüstan Rusiyadan 292 milyon ABŞ dolları dəyərində 392,8 min ton neft məhsulları idxal edib. Bununla belə, Rusiyadan yanacaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % azalıb.

Gürcüstanın digər əsas yanacaq təchizatçıları Türkiyə və Rumıniyadır. Türkiyədən 135 milyon ABŞ dolları dəyərində 112,5 min ton, Rumıniyadan isə 131 milyon ABŞ dolları dəyərində 139,4 min ton neft məhsulları idxal edilib.

Ən böyük artım isə Belarusdan idxalda qeydə alınıb. Bu ölkədən 56 milyon ABŞ dolları dəyərində 56,2 min ton neft məhsulları alınıb ki, bu da illik müqayisədə 35 dəfədən çoxdur.

Portuqaliya 7 ayda Azərbaycandan 400 min tona yaxın neft alıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Portuqaliya 395 min 31,6 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 221 milyon 958 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 44,7 %, dəyəri isə 42,3 % çoxdur.

Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 3,1 % olub.

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Azərbaycan Bolqarıstana neft satışından gəlirini 5 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Bolqarıstana 358 min 843 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 253 milyon 113,5 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 4,5 dəfə, dəyəri isə 5,25 dəfə çoxdur.

Bolqarıstana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,8 % olub.

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 591 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Azərbaycan Çinlə enerji sahəsində təcrübə mübadiləsini genişləndirir

Azərbaycanın energetika sektorunun nümayəndə heyəti Çində xüsusi təlim və texniki səfər proqramında iştirak edirlər.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, Çinin "Datang Corporation" şirkəti tərəfindən Azərbaycanın enerji sektorunun mütəxəssisləri üçün xüsusi təlim və texniki səfər proqramı təşkil olunub. İki həftəlik proqram Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qabaqcıl texnologiyalar üzrə təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

Təlim proqramının açılışında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov videoformatda çıxış edərək proqramın Azərbaycan-Çin enerji əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

"Datang Corporation"un baş direktor müavini Li Deyong təlim iştirakçılarını salamlayaraq proqramın uğurla həyata keçirilməsi ilə bağlı xoş arzularını bildirib.

Proqram çərçivəsində iştirakçılara külək, hidrogen enerjisi, qabaqcıl enerji saxlanc sistemləri, o cümlədən sıxılmış hava əsaslı enerji saxlancı (CAES), külək-günəş-enerji saxlancının inteqrasiya olunmuş sistemləri, müasir yüksək səmərəli qaz turbinləri, ənənəvi hidroelektrik stansiyalar və nasoslu hidroakkumulyasiya elektrik stansiyaları üzrə təqdimatlar və praktiki məlumatlar verilir.

Səfər proqramının mühüm hissəsini Çendu və Çuntsin şəhərlərində qabaqcıl sənaye və enerji layihələrinə texniki səfərlər təşkil edir. Bu səfərlər çərçivəsində Azərbaycan nümayəndələri müasir enerji texnologiyalarının tətbiqi, istismarı və enerji sistemlərinə inteqrasiyası ilə bağlı yerində təcrübə əldə edirlər.

Səfərdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin nümayəndələri iştirak edirlər.

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları və ya 0,95 % artaraq 95,48 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 93,4 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,9 ABŞ dolları və ya 0,99 % artaraq 91,79 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 12:00-dək şəhərin Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir, Səməd Vurğun küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Tərtər EŞ-yə daxil olan Qazyan Qapanlı və Qaynaq kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaşın Bulaqotağı, Ərəb, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Yuxarı Qəsil kəndlərinin bir hissəsini əhatə edəcək.

Göyçay EŞ ərazisində saat 10:00-dan 15:00-dək Qaraxıdır, Qaraman, Lək, Mırtı, Şəkər, Veysəlli, Yalman kəndlərinin bəzi ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Həmçinin paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Zahid Xəlilov, Mətbuat, Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov küçələrinin bir hissəsində fasilə olacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

"Çiçəkli" SES-də istehsal edilən enerjinin həcmi açıqlanıb

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsində yerləşən "Çiçəkli" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin iyul ayınadək 70,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, SES-lər bərpa olunan enerji istehsalının artırılması, yerli su ehtiyatlarından səmərəli istifadə və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, "Çiçəkli" SES 2017-ci ilin avqustun 19-da yenidənqurmadan sonra istifadəyə verilib. Stansiyanın gücü 3 MVt təşkil edir.

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Rumıniyaya 821 min 311,3 ton xam neft idxal edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 522 milyon 201,2 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 19,7 %, dəyəri isə 38,1 % çoxdur.

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,45 % olub.

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 591 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Qazaxıstan Gürcüstan üzərindən neft ixracını 5 dəfə artırıb

Bu ilin avqust ayında Qazaxıstanın "Tengizchevroil" şirkəti Gürcüstan ərazisindən tranzit yolu ilə 100 min ton neft ixrac edir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzinin məlumatına görə, neft "Gürcüstan Dəmir Yolları" SC və "Batumi Neft Terminalı" vasitəsilə daşınır. Bu həcm iyul ayında "Batumi Neft Terminalı" vasitəsilə nəql olunan 20 min ton neftdən 5 dəfə çoxdur.

Mərkəzin hesablamalarına əsasən, Qazaxıstan neftinin Gürcüstan üzərindən daşınması ölkənin dəmir yolu və liman infrastrukturuna əlavə gəlir gətirir. Qardabanidən "Batumi Neft Terminalı"na qədər dəmir yolu daşınmasının tarifi ton üçün təxminən 18,5 ABŞ dolları, terminalda saxlama və yükləmə xidmətlərinin dəyəri isə 22,8 dollar təşkil edir. Beləliklə, Gürcüstanın inteqrasiya olunmuş dəmir yolu-liman sistemi üzrə hər ton neftdən ümumilikdə təxminən 41,3 dollar gəlir əldə edilməsi mümkündür.

Mərkəz bildirir ki, Qazaxıstan neftinin Gürcüstan üzərindən alternativ marşruta yönləndirilməsi əsasən regiondakı hərbi vəziyyətlə bağlıdır. Qazaxıstanın əsas ixrac marşrutu olan Xəzər Boru Kəməri Konsorsiumunun Novorossiysk yaxınlığındakı infrastrukturu ilə bağlı yaranan risklər fonunda neftin bir hissəsinin dəmir yolu ilə Batumi istiqamətinə yönəldilməsi alternativ logistika imkanları yaradır.

Məlumata görə, "Batumi Neft Terminalı"na çatdırılan Qazaxıstan nefti daha sonra son təyinat məntəqəsi olan Türkiyəyə göndərilir.

Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzi hesab edir ki, Qazaxıstan xam neftinin Gürcüstan istiqamətində daşınmasının genişləndirilməsi ölkə üçün mühüm iqtisadi və logistika imkanları yarada bilər.

Mərkəzin məlumatına görə, 2025-ci ildə Qazaxıstan 29 ölkəyə 78,7 milyon ton neft ixrac edib. Qazaxıstan neftinin əsas alıcıları arasında Avropa ölkələri xüsusi yer tutur. Bu baxımdan, alternativ marşrutların yaradılması Avropa bazarlarına enerji təchizatının davamlılığı baxımından da əhəmiyyət daşıyır.

Hesabatda qeyd olunur ki, Qazaxıstanın Qara dənizə birbaşa çıxışı olmasa da, ölkənin logistika və iqtisadi maraqları Qara dəniz regionu ilə sıx bağlıdır. Bu səbəbdən Astananın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası çərçivəsində dialoqa qoşulmasının mümkünlüyü də müzakirə edilir.

Bununla yanaşı, hesabatda bildirilir ki, ABŞ-ın iştirakı ilə aparılan danışıqlar nəticəsində Ukraynanın Rusiya ərazisindən kənarda fəaliyyət göstərən tankerlərə və Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumları dayandırması ilə bağlı razılaşma əldə olunub.

Nəqliyyat Dəhlizi Tədqiqat Mərkəzi hesab edir ki, regionda hərbi əməliyyatlar davam etdiyi bir şəraitdə Qazaxıstan xam neftinin Gürcüstan üzərindən nəqli üçün alternativ marşrutların mümkün qədər inkişaf etdirilməsi Gürcüstan üçün prioritet istiqamətlərdən biri olmalıdır.

Azərbaycan Çexiyaya neft satışından qazancını 3 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Çexiyaya 802 min 369,65 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 562 milyon 115,6 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 21,9 % az, dəyəri isə 2,7 % çoxdur.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 6,3 % olub.

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

"Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq

bp Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi bildirir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Mərkəzi Azəri platformasında bu gündən (19 avqust) başlayaraq 11 gün müddətində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək.

Proqramda nəzərdə tutulmuş işlər aparılarkən platformadan hasilat bir qədər azaldılsa da, tam dayandırılmayacaq, çünki hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.

Azəri sahəsindəki qurğuların həm layihələndirməsi, həm də əməliyyat konfiqurasiyası inteqrasiya edilmiş olduğundan həmin müddət ərzində Şərqi Azəri və Qərbi Azəri platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq.

Bu profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxildir.

Proqram həmçinin Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsinin icrasına aid bəzi işləri də əhatə edəcək. Bu işlərə qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar, temperatur cihazlarının dəyişdirilməsi və istiqamətləndirici klapanların quraşdırılması daxildir.

Mərkəzi Azəridə aparılacaq profilaktik işlər proqramı normal əməliyyatların bir hissəsidir və planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2025-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2026-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Hasılatın müvəqqəti azaldılması da bu ilin hasilat planında nəzərdə tutulmuşdur.

AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, və Səngəçal terminalında əməliyyatlar normal davam edəcək.

Profilaktik xidmət, təmir və modifikasiya işlərindən ibarət olan bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir.

Azərbaycanda əmtəəlik qaz ehtiyatlarının həcmi açıqlanıb

İlin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 22 milyard 258,9 milyon kubmetr təşkil edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, təbii qaz üzrə ehtiyatların 29,2 %-i ölkə daxilində istehlak edilib, 60,1 %-i ixrac olunub, 2,5 %-i itkiyə gedib, 8,2 %-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 56,8 %-i istehsal ehtiyaclarına sərf edilib, 43,2 %-i isə əhaliyə satılıb.

Əhali tərəfindən istehlak edilmiş təbii qazın 36,6 %-i Bakı şəhərinin, 3,1 %-i Naxçıvan, 11,8 %-i Abşeron-Xızı, 6,2 %-i Gəncə-Daşkəsən, 5,9 %-i Qazax-Tovuz, 5,8 %-i Lənkəran-Astara, 5,6 %-i Mərkəzi Aran, 5,5 %-i Şəki-Zaqatala, 5,1 %-i Quba-Xaçmaz, 4,7 %-i Qarabağ, hər biri 3,6 %-i olmaqla Mil-Muğan və Şirvan-Salyan, 2,4 %-i Dağlıq Şirvan, 0,1 %-i isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Ufaya dron zərbələri nəticəsində neft emalı zavodunda yanğın baş verib

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) gecə saatlarında Rusiyanın Ufa şəhərinə hücumundan sonra neft emalı zavodunda yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radi Xabirov sosial şəbəkə hesabında bildirib.

"Neft emalı zavodlarının birində kiçik yanğın baş verib. Hazırda dəymiş ziyan qiymətləndirilir, zərbə təmirdə olan qurğuya dəyib. Düşünürəm ki, bir-iki gün ərzində bütün bunlar bərpa olunacaq", - o yazıb.

Onun sözlərinə görə, altı PUA-dan dördü vurulub, onlardan biri sənaye zonasına düşərək yanıb.

Türkiyə ərazisi ilə 7 ayda 113 milyon barelə yaxın BTC nefti nəql olunub

Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 112,781 milyon barel neft nəql edilib.

Bu barədə "Report" Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 9,975 milyon barel və ya 8,1 % azdır.

Təkcə iyul ayında isə bu kəmər vasitəsilə 15,847 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 1,101 milyon barel və ya 6,5 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Sabah Astaranın üç kəndində qaz olmayacaq

Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 🗓️avqustun 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azərbaycanın 7 ayda ixrac etdiyi neftin 59 %-ni İtaliya alıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 7 milyon 473 min 413,9 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 560 milyon 688,1 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 11,4 % az, dəyəri isə 3,1 % çoxdur.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 58,7 % olub.

7 ay ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Azərbaycanda "İstilik qurğularının texniki istismar Qaydaları" təsdiqlənib

Energetika Nazirliyinin Kollegiyası "İstilik qurğularının texniki istismar Qaydaları"nı təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar "İstilik təchizatı haqqında" qanuna əsasən hazırlanıb və istilik təchizatı sahəsində istilik qurğularının texniki istismarı ilə bağlı tələbləri, eləcə də aşağıdakı istilik qurğularının texniki istismarı üzrə tələbləri müəyyənləşdirir:

- mütləq buxar təzyiqi 4 MPa-dan çox olmayan və su temperaturu 200°C-dən çox olmayan üzvi yanacaq, habelə elektrik enerjisindən və bərpa olunan enerji ehtiyatlarından istifadə etməklə istilik enerjisi istehsal edən istilik qurğuları;

- təyinatından asılı olmayaraq buxar və su istilik sistemləri, o cümlədən nasos stansiyaları, kondensat toplama və qaytarma sistemləri;

Qaydalar aşağıdakı istilik qurğularına şamil edilmir:

- Qanunun 1.1.1-ci maddəsində nəzərdə tutulan fərdi istilik sistemlərinə, istilik elektrik stansiyalarına;

- dəniz və çay gəmilərinə və üzən vasitələrində istifadə olunan qurğulara;

- dəmir yolu və avtomobil nəqliyyatı vasitələrində istifadə olunan qurğulara.

İstilik qurğularının elektrik avadanlığı Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydaları"nın tələblərinə uyğun olmalı, 2024-cü il 12 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının texniki istismar Qaydaları"nın və 2024-cü il 29 may tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"nın tələblərinə uyğun istismar edilməlidir.

İstilik qurğularının isti hissələri, boruları, çənləri və toxunarkən yanıq yarada bilən digər isti elementləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il 25 aprel tarixli qərarı ilə təsdiq edilmiş AzDTN 2.12-6 "Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları"na əsasən istilik izolyasiyası ilə təmin edilməlidir.

İstilik qurğuları və istilik təchizatı sistemlərinin boru kəmərlərinin təyinatından və mühitin parametrlərindən asılı olaraq rənglənməsi, şərti işarələrin, hərflərin ölçülərinin və üst yazılarının yerləşməsi ГОСТ 12.4.026-2015 standartına uyğun olmalıdır.

Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilən istilik qurğularına xidmət Dövlət Sənayesində İşlərin Təhlükəsiz Görülməsində Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin 2001-ci il 27 iyul tarixli əmri ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri"nə uyğun olaraq həyata keçirilir.

İstilik qurğuları fəaliyyət göstərdiyi istilik təchizatı subyektlərində qeydiyyata alınır.

Qaydaların tələblərinə riayət olunmasına, habelə tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq istilik təchizatı subyektlərində yanacaq və enerji ehtiyatlarından səmərəli istifadəyə nəzarəti Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

İstilik təchizatı subyektinin istilik qurğularının istismarını hazırlıq keçmiş heyət həyata keçirir. İstilik qurğularına malik olan şəxs, yaxud onların istismarçısı həmin qurğuların istismarı üzrə işlərin həcminə və mürəkkəbliyinə uyğun ixtisas dərəcəli heyətə malik olmalı və ya ixtisaslaşmış podratçı cəlb etməlidir.

İstilik təsərrüfatına cavabdeh şəxs bu Qaydalara uyğun olaraq, əməyin mühafizəsi üzrə bilik yoxlanışından keçdikdən sonra inzibati-texniki heyət sırasından istilik təchizatı subyektinin rəhbərinin sərəncamı ilə təyin edilir.

İstilik qurğularının istismarına görə istilik təchizatı subyektinin struktur bölmələrinin cavabdehlik sərhədləri istilik təchizatı subyekti rəhbərinin sərəncamı ilə müəyyənləşdirilir. İstilik təchizatı subyektinin rəhbəri struktur bölmələrin vəzifəli şəxslərinin cavabdehliyini istehsalat strukturu, nəqliyyat, istilik enerjisi və istilik daşıyıcısının paylanması və istehlakı kimi göstəricilərə əsasən, sözügedən cavabdehliyi həm də işçilərin vəzifə təlimatında nəzərə alaraq əmr və ya sərəncamla müəyyən edir.

İstilik enerjisi istehlakçısı ilə paylayıcı arasında və istilik təchizatı subyektləri arasında istilik qurğularının istismarına görə cavabdehliyin hüdudları balans mənsubiyyəti sərhədində və ya onlar arasında bağlanmış müqavilə ilə müəyyən edilir.

Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların tələbləri ilə müəyyən edilmiş mənaları ifadə edir.

Ölçmə prosesləri zamanı istifadə olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun tələblərinə uyğun olmalıdır.

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,27 ABŞ dolları və ya 3,58 % artaraq 94,58 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 92,72 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,69 ABŞ dolları və ya 3,05 % artaraq 90,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

SOCAR-ın operatorluğu dövründə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 130 milyard kubmetrdən çox qaz nəql olunub

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri (CQBK) ilə 2021-ci il avqustun 1-dən 2026-cı il avqustun 1-dək ümumilikdə 130,4 milyard kubmetr həcmində qaz nəql olunub.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata əsasən, bu gün SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətindən 5 il ötür.

Bu ilin yanvar-iyun aylarında CQBK vasitəsilə 11 milyard 442,2 milyon kubmetr qaz nəql edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,84 % artım deməkdir.

Qeyd edək ki, "SOCAR Midstream Gas Operations" MMC 2015-ci ildən CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur.

Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində ixrac edilir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonunda istifadəyə verilib və "Şahdəniz" yatağının birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqlinə start verilib. 2018-ci ilin yay aylarından etibarən isə "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə hasil edilən qaz genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Türkiyəyə - TANAP boru kəmərinə təhvil verilməsinə başlanılıb.

Kulevi terminalı 2026-cı ildən Rusiyadan kənar xam neft emalına tam keçəcək

Gürcüstan ərazisindəki Kulevi Neft Terminalının operatoru olan "Black Sea Petroleum" şirkəti xam neft təchizatının diversifikasiyası yönündə işlərini davam etdirdiyini elan edib.

"Report"un Gürcüstan bürosu şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, Kulevi Neft Emalı Zavodu artıq iyul ayında Qazaxıstan mənşəli xam neftin qəbulunu və emalını həyata keçirib, bu prosesin avqust ayında da davam etdirilməsi planlaşdırılır.

Məlumata görə, iyulun 1-də şirkət 2026-cı ilin avqust-sentyabr aylarından başlayaraq zavodun bütünlüklə Rusiya mənşəli olmayan xam neftin emalına keçəcəyini bəyan etmişdi.

Şirkətin açıqlamasına görə, iyulun 3-də beynəlxalq ticarət şirkəti ilə bağlanmış sazişə uyğun olaraq, Kulevi Neft Emalı Zavodu avqustun 20-30-u arasında Liviya mənşəli xam neft tədarük edəcək. Həmin müqavilə 2027-ci ilin sonunadək etibarlıdır və müddətinin uzadılması da nəzərdə tutulub.

Açıqlamada bildirilir ki, iyulun 24-də Avropa Komissiyası "Black Sea Petroleum" şirkətinin qurumla aktiv əməkdaşlıq apardığını təsdiq edib və altı aylıq keçid müddətinin məqsədinin Rusiya mənşəli xam neftin alternativ mənbələrlə əvəz edilməsi üçün şərait yaratmaq olduğunu ifadə edib.

Şirkət bildirib ki, xammalın diversifikasiyası planının icrasını davam etdirir, Avropa Komissiyası və digər müvafiq qurumlarla konstruktiv dialoq aparır, həyata keçirilən tədbirlərlə bağlı yoxlanıla bilən məlumatlar təqdim edir.

Açıqlamada həmçinin vurğulanıb ki, "Black Sea Petroleum" bütün mövcud qanunvericilik normalarına və tənzimləyici tələblərə riayət edərək fəaliyyət göstərir, daxili idarəetmə və nəzarət sistemlərini möhkəmləndirir, Gürcüstanın iqtisadi yüksəlişinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək verir.

Şirkətin məlumatına əsasən, görülən tədbirlər Kulevi Neft Emalı Zavodunun Rusiya xaricindəki xammal mənbələrinə maneəsiz keçidini və müəssisənin fasiləsiz, dayanıqlı işləməsini təmin etmək məqsədi daşıyır.

Qazaxıstanın Energetika Nazirliyi CPC-nin fəaliyyətinin tam dayandırılmasını istisna edib

Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətinin tam dayandırılması nəzərdən keçirilmir.

"Report"un Qazaxıstan bürosunun ölkənin Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bəzi kütləvi informasiya vasitələrində konsorsiumunun fəaliyyətinin dayandırıla biləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İyulun 31-də konsorsium neft kəmərinin işini müvəqqəti olaraq dayandırıb, lakin yükgöndərənlərdən neftin qəbulu və rezervuar parkının doldurulması davam edir.

Avqustun 1-dən etibarən neft qəbulunun həcmi sutkada 100 min ton təşkil edir. Gələcəkdə nəql həcmlərinin artırılması dəniz terminalında tankerlərin yüklənməyə vaxtında verilməsindən asılı olacaq.

Energetika Nazirliyindən qeyd ediblər ki, qurum CPC və yükgöndərənlərlə daim əlaqədədir və mövcud vəziyyətə nəzarət edir.

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,29 ABŞ dolları və ya 3,33 % artaraq 101,87 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 96,57 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,39 ABŞ dolları və ya 3,6 % artaraq 98,25 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə enerji əməkdaşlığımızın yeni mərhələsini müzakirə etdik. "Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru" və "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihələrinin icrasının sürətləndirilməsi istiqamətində razılığa gəldik. Həmçinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə mümkün əməkdaşlıq imkanlarını dəyərləndirdik. Bu regional enerji bağlantısı layihələri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edən növbəti birgə töhfələrimiz olacaq", - nazir qeyd edib.

Emoməli Rəhmon Mərkəzi Asiyada iri neft emalı zavodunun tikintisi təşəbbüsü ilə çıxış edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiyada iri neft emalı zavodunun (NEZ) tikintisi məsələsinə baxılmasını təklif edib.

"Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Tacikistan Prezidenti bu təşəbbüslə Çolpon-Atada Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə çıxış edib.

E.Rəhmonun sözlərinə görə, enerji təhlükəsizliyi məsələsi regionun dayanıqlı inkişafının əsas amillərindən biridir və birgə qərarlar tələb edir:

"Təklif edirəm ki, ən yeni texnologiyalar cəlb edilməklə regionda iri neft emalı zavodunun tikintisi məsələsini işləyib hazırlamaq aidiyyəti qurumlarımıza tapşırılsın. Bununla yanaşı, əlbəttə ki, ilk növbədə region ölkələrinin kritik vacib neft məhsulları növlərinə olan daxili tələbatı nəzərə alınmalıdır".

BP və tərəfdaşları Azərbaycanda növbəti təhsilyönümlü sosial layihəni başa çatdırıb

BP şirkəti "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Azərbaycan üçün yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədi daşıyan növbəti təhsilyönümlü sosial layihəni başa çatdırıb.

"Report" xəbər verir ki, bu təşəbbüs BP və tərəfdaşlarının dünya səviyyəli bilik və bacarıqların formalaşdırılmasına töhfə verməklə Azərbaycanın dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir.

Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 30 istedadlı Azərbaycan gəncinə beynəlxalq universitetlərə qəbul prosesinin bütün mərhələlərini əhatə edən hərtərəfli dəstək göstərilib. Proqramın iştirakçıları öz akademik göstəriciləri, ingilis dili bilikləri və xaricdə ali təhsil almaq potensialları əsasında seçiliblər.

Proqram çərçivəsində tələbələrə 50-dən çox qrup və fərdi dərslərdən ibarət hazırlıq kursları təklif olunub. Bu kurslar onların IELTS, SAT, TOEFL, Duolingo, GRE və GMAT daxil olmaqla, dünyanın aparıcı universitetlərinə qəbul üçün tələb olunan imtahanlara hazırlaşmasına kömək edib. İştirakçılara, həmçinin universitet seçimi, qəbul üçün müraciət sənədlərinin hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması, eləcə də təqaüd imkanlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhət və istiqamətləndirmə xidmətləri göstərilib.

Hazırda yekun nəticələr tam məlum olmasa da, layihə iştirakçılarının hamısı artıq azı bir xarici universitetdən qəbul təklifi alıb. Onlardan 15-i bakalavr, digər 15-i isə magistr pilləsi üzrə müraciət edib. Ümumilikdə isə, hələlik iştirakçılar dünyanın 17 ölkəsində yerləşən 52 universitetdən təxminən 120 qəbul təklifi alıblar. Bu universitetlər sırasında "University College London", "National University of Singapore" və "University of California, Berkeley" kimi nüfuzlu beynəlxalq ali təhsil müəssisələri də var. Əldə olunan bu yüksək nəticələr həm tələbələrin akademik potensialının, həm də layihə çərçivəsində onlara göstərilən dəstəyin keyfiyyətinin göstəricisidir.

Bu gün layihənin uğurla başa çatmasını və iştirakçıların nailiyyətlərini qeyd etmək məqsədilə keçirilən tədbirdə tələbələrə proqramı uğurla başa vurmalarına dair sertifikatlar təqdim olunub və onlar öz gələcək təhsil planları və hədəfləri barədə fikirlərini bölüşüblər.

"Dörd ildir qürurla dəstəklədiyimiz bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Burada əsas məqsəd istedadlı azərbaycanlı gənclər üçün onların gələcəklərini formalaşdıracaq və dünyagörüşlərini genişləndirəcək beynəlxalq təhsilə çıxış imkanları yaratmaqdır. İndiyədək əldə olunan nəticələr göstərir ki, uğurun yolu istedad, zəhmət və əzmkarlığın lazımi dəstək və imkanlarla birləşdirilməsindədir. Bu gün milli kadr potensialının inkişafına sərmayə qoymaqla, yeni nəsil mütəxəssislərin Azərbaycanın dayanıqlı gələcəyinə layiqli töhfə verməsi üçün onların zəruri bilik və bacarıqlara yiyələnməsinə, eyni zamanda qlobal baxışlarını genişləndirməsinə dəstək veririk", - BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

12 ay davam edən bu layihə BP və tərəfdaşlarının 150 000 manat (88 235 ABŞ dolları) məbləğində maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihə yerli "ROOF Academic Training" təşkilatı tərəfindən icra olunub.

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Qırğızıstan yaxın vaxtlarda Azərbaycandan neft məhsullarının tədarükünün konkret həcmlərinin və mexanizminin müəyyən ediləcəyini gözləyir.

"Report"un əməkdaşı xəbər verir ki, bu barədə Çolpon-Atada jurnalistlərə Qırğızıstanın energetika naziri Altınbek Rısbekov bildirib.

"Bu gün biz Qırğızıstan və Azərbaycan arasında neft və neft məhsullarının tədarükü və energetika sahəsində əməkdaşlığın inkişafı barədə memorandum imzaladıq. Bu memorandum bizə neft məhsulları sahəsində səmərəli əməkdaşlıq qurmağa imkan verəcək", - nazir bildirib.

Onun sözlərinə görə, hazırda tədarük həcmləri müzakirə mərhələsindədir: "Hazırda danışıqlar gedir, qarşılıqlı niyyətlər var. Düşünürəm ki, yaxın vaxtlarda tədarükün konkret həcmləri və mexanizmləri müəyyən ediləcək".

Nazir bildirib ki, ikitərəfli görüşlərin yekunlarına əsasən, aidiyyəti qurumlara əldə olunmuş razılaşmaların reallaşdırılmasının praktik mexanizmlərini ən qısa müddətdə işləyib hazırlamaq tapşırılıb: "Yaxın günlərdə mexanizmlər aydın şəkildə müəyyənləşdiriləcək. İki prezidentin tapşırığı ilə bir həftə ərzində yol xəritəsi və reallaşdırma ilə bağlı konkret mexanizm hazır olacaq".

A.Rısbekov, həmçinin qeyd edib ki, iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq üzrə yol xəritələri imzalanıb: "Bizim yaxşı niyyətlərimiz var. Düşünürəm ki, gələcəkdə neft məhsulları və energetika istiqamətləri üzrə yaxşı əməkdaşlığımız olacaq".

Azərbaycan neftinin qiyməti cüzi artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,39 % artaraq 98,58 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 92,16 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,74 ABŞ dolları və ya 0,78 % artaraq 94,86 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanılıb

İxtisaslaşdırılmış gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlayıb.

"Report"un yerli bürosunun Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, əlverişli hava şəraitində sualtı kabelin çəkilişinin 15-20 gün ərzində başa çatdırılması planlaşdırılır.

Daha əvvəl Çində istehsal olunmuş və sınaqdan keçirilmiş zirehli optik kabel Kurık limanına çatdırılıb, sonra isə Bakıya daşınıb. Hazırda kabel tam olaraq kabel çəkən gəminin göyərtəsindəki xüsusi rezervuara yüklənib.

İşlərə 20 min tondan çox su tutumuna malik, dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş ixtisaslaşmış gəmi cəlb olunub. Göyərtədə 70 heyət üzvü, texniki nəzarət mütəxəssisləri və "Kazakhtelecom"un nümayəndəsi var.

Məlumata əsasən, layihəni Qazaxıstanın "Kazakhtelecom" SC və Azərbaycanın "AzerTelecom International" şirkəti tərəfindən yaradılmış "CaspiLink B.V." birgə müəssisəsi həyata keçirir. Kabelin Qazaxıstan və Azərbaycan hissələri artıq birləşdirilib, bütün optik xətlər sınaqdan keçirilib.

Mütəxəssislər dəniz işlərinə başlamamışdan əvvəl mühəndislik araşdırmaları aparıb, lövbər dayanacaqlarından və hərbi təlim zonalarından yan keçən marşrutu müəyyən edib, eləcə də ekoloji icazə alıblar.

Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə TANAP və "SOCAR Türkiyə"nin İdarə heyətlərinin iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" hesabında paylaşım edib.

R.Nəcəf qeyd edib ki, iclasda "SOCAR Türkiyə"nin fəaliyyət nəticələri və strateji layihələrin icra vəziyyəti dəyərləndirilib, əməliyyat səmərəliliyi, rəqəmsal transformasiya, innovasiya və dayanıqlı artım üzrə qarşıdakı dövrün əsas prioritetləri müzakirə edilib.

O, həmçinin əlavə edib ki, TANAP üzrə isə layihənin Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfə, əməliyyat göstəriciləri və növbəti mərhələ üçün əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib:

"Əldə etdiyimiz bütün nəticələrin arxasında güclü komandalarımızın böyük əməyi dayanır. Əminəm ki, fəaliyyət modelimiz və uzunmüddətli strateji baxışımızla Türkiyənin enerji gələcəyinə dəyər qatmağa, regionun enerji təhlükəsizliyini daha da gücləndirməyə və ölkələrimiz arasındakı strateji müttəfiqliyi möhkəmləndirməyə davam edəcəyik".

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev və C. Naxçıvanski küçələrinə verilən qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Report"un yerli bürosuna "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, iyulun 31-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında "AzərEnerji" ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və Xalçaçılıq 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bununla əlaqədar iyulun 31-də saat 01:30-dan 02:00-dək Naxçıvan şəhərinin İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində, Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Bulla-dəniz" yatağında növbəti quyunun qazma və tamamlama işləri başa çatıb

SOCAR AQŞ "Bulla-dəniz" qaz-kondensat yatağının 6 saylı stasionar dəniz özülündən (SDÖ) qazılan 118 saylı yüksək təzyiqli maili istismar quyusunda qazma və tamamlama işlərini yekunlaşdırıb.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Bildirilib ki, "Bulla-dəniz" yatağı 1975-ci ildə kəşf edilmiş və Bakı arxipelaqında yerləşən strateji əhəmiyyətli qaz-kondensat yataqlarından biridir. Yatağın işlənilməsi çərçivəsində həyata keçirilən bu layihənin əsas məqsədi qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi və yeni qaz-kondensat quyusunun istismara verilməsi idi.

Məlumata əsasən, layihə çərçivəsində 118 nömrəli maili istismar quyusunda qazma işləri 5800 metr dərinliyədək "açar təhvili" prinsipi əsasında uğurla həyata keçirilib. Daha sonra 5.5 × 7 ölçülü istismar quyruq kəməri endirilərək kipliyə yoxlanılıb və sifarişçi SOCAR-ın "Azneft" İstehsalat Birliyinə təhvil verilib.

"Bulla-dəniz yatağının mürəkkəb geoloji xüsusiyyətlərinə və qazma prosesi zamanı müxtəlif dərinliklərdə rast gəlinən texniki çətinliklərə baxmayaraq, layihəni beynəlxalq standartlara uyğun, təhlükəsiz və yüksək keyfiyyətlə həyata keçirdik. Bu nəticə sifarişçimiz və podratçı tərəfdaşlarımızla səmərəli əməkdaşlığın, komandamızın peşəkarlığının və operativ mühəndis qərarlarının məntiqi nəticəsidir", - SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib.

Məlumatda qeyd olunub ki, layihənin mühüm nailiyyətlərindən biri kimi quyunun tamamlama dizaynı və əməliyyat addımları optimallaşdırılıb. Bunun nəticəsində Azneft və Nərimanov Neft və Qaz Çıxarma İdarəsinin tarixində ilk dəfə olaraq quyudibi təzyiqi və temperaturu fasiləsiz izləyəcək quyudibi manometr quraşdırılıb. Bu həll hasilatın monitorinqi və quyunun daha səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, "SOCAR AQŞ" 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Nobel Energy" və "Abşeron Qazma" MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "SOCAR AQŞ" ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Şirkət 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək

İyulun 30-da Abşeron rayonunun bir hissəsində qaz kəsiləcək.

Bu barədə "Report"a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"SOCAR Polymer" 6 ayda ümumi dəyəri 128 milyon dollardan çox olan məhsul ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 128,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.

Bu, 2025-ci ilin 6 ayı ilə müqayisədə 700 min ABŞ dolları və yaxud 0,5 % azdır.

6 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 8 000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb

Azərbaycanın azad edilmiş ərazilərində indiyədək 2 500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8 000 kVt-dan çox olan günəş panelləri və 8000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 13-cü iclasında məlumat verilib.

Bildirilib ki, işıqlandırma qurğularının 43 %-i, yəni təqribən 3 500 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.

Energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl texnologiyalar və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib və keçirilən monitorinqlərin müsbət dinamikası da bunu bir daha sübut edir.

Ötən iclasdan bəri Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl, Zəngilan, Xocalı, Füzuli, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə, Xocavənd və Laçın rayonlarına səfərləri zamanı təməli qoyulan və istifadəyə verilən yaşayış məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji obyektləri barədə məlumat verilib. Bu çərçivədə Şükürbəyli kəndinin, Soltanlı kəndində "Azərenerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının və Laçında su elektrik stansiyalarının açılışının həyata keçirildiyi qeyd olunub.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda günəş elektrik stansiyalarının tikintisi, Kəlbəcər və Laçın rayonlarında özəl sektor hesabına 4 KSES-in inşasının, həmçinin Kəlbəcərdə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədi ilə ölçmə-müşahidə işləri üzrə irəliləyişləri diqqətə çatdırıb. Bildirilib ki, azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat nəinki tamamilə yaşıl enerji hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür.

Daha sonra Ağdam şəhərində, Xocavənd rayonunun bir sıra kəndlərində, habelə Qırmızı Bazar və Hadrut qəsəbələrində yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticələrinə və Cəbrayıl rayonunun Horovlu, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində vətəndaşların aktiv istehlakçı kimi qeydiyyatının cari vəziyyətinə dair hesabatlar dinlənilib.

İclasda yaşayış komplekslərində istilik təminatı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələrin yekununda irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Şirvanın bəzi hissələrində qaz kəsiləcək

Şirvan şəhərinin bir sıra məhəllələrində təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bu barədə "Report"un Aran bürosuna Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 29-da aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən şəhərin "Bağ evləri" yaşayış sahəsində, Heydər Əliyev prospektində, Teymur Ələkbərov, Tofiq Bağırov, Hacı Zeynalabdin Tağıyev, Səməd Vurğun, Məhəmməd Aydınov, Zakir Hacıyev və Mehdi Hüseynzadə küçələrində yaşayan ümumilikdə 5144 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,36 ABŞ dolları və ya 4,56 % azalaraq 91,22 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,74 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,59 ABŞ dolları və ya 5,01 % azalaraq 86,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Bu gün Bakının Yasamal və Nərimanov rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Report" xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bİldirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Nərimanov rayonunda isə İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində olan hündürmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Qobustanda günəş elektrik stansiyasının istismara verilməsinə hazırlıq görülür

Qobustan rayonu ərazisində 100 MVt gücündə "Qobustan" günəş fotoelektrik stansiyasının tikintisi yekun mərhələdədir.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov və onu müşayiət edən nümayəndə heyətinin stansiyaya səfərinin yekunlarına əsasən məlum olub.

Nazir Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundovla birlikdə tikinti işlərinin gedişi ilə tanış olub.

Səfər çərçivəsində layihənin icrasının yekun mərhələsinə - 110/35 kV-luq yarımstansiyaya, həmçinin qarşıdan gələn təntənəli istismara verilmə mərasiminə hazırlıq tədbirlərinə diqqət yetirilib.

"Hazırda obyekt elektrik enerjisinin ötürülməsi üçün tam hazır vəziyyətə gətirilib, bütün tikinti işləri müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilir", - layihənin baş podratçısı və investoru olan Çinin "Universal Energy" şirkətinin məlumatında qeyd olunub.

Məlumata görə, elektrik stansiyası 1,5-2 ay ərzində istismara veriləcək və hər il təqribən 260 milyon kVt/saat elektrik enerjisinin istehsalını təmin edəcək.

Məlumatda qeyd olunub ki, P.Şahbazov tikinti işləri zamanı əhəmiyyətli irəliləyişin əldə edildiyini vurğulayıb. Nazirin sözlərinə görə, layihənin uğurla həyata keçirilməsi ölkənin enerji balansının optimallaşdırılmasına mühüm töhfə verəcək.

O, həmçinin əlavə edib ki, Azərbaycan tərəfi bundan sonra da layihəyə dəstək vermək niyyətindədir. Nazir bildirib ki, "Universal Energy" şirkətinin əlavə investisiya təşəbbüslərində və bərpa olunan enerji mənbələri sahəsində perspektivli birgə layihələrdə iştirakını alqışlamağa hazırdır.

Almaniya Azərbaycanda enerji saxlama sistemlərinin potensialını araşdıracaq

Almaniya infrastrukturun inkişafı, elektrik nəqliyyatı və bərpa olunan mənbələr üçün enerji saxlama texnologiyaları sahəsində tərəfdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə Bakıya biznes missiya təşkil etmək niyyətindədir.

"Report" Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azerbaijan) istinadən xəbər verir ki, səfərin cari ilin dekabrın 7-dən 10-dək həyata keçirilməsi nəzərdə tutulur.

Tədbir Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin tapşırığı ilə həyata keçirilən Almaniya Enerji İxracı Təşəbbüsü çərçivəsində təşkil olunur.

İşgüzar səfərin gündəliyinə potensial tərəfdaşlarla fərdi B2B görüşlər, sahəvi konfrans, Almaniyanın texnoloji həllərinin nümayişi və ixtisaslaşdırılmış obyektlərə tanışlıq səfərləri daxildir.

Bundan başqa, oktyabr ayında ixracın maliyyələşdirilməsi məsələlərinə həsr olunmuş ikinci Almaniya-Azərbaycan konfransının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniyaya dövlət səfəri zamanı Azərbaycan-Almaniya İşgüzar Şurasının təsis edilməsi və fəaliyyəti haqqında birgə bəyannamə imzalanıb. Bu şuranın əsas vəzifəsi hər iki ölkənin dövlət orqanları və biznes icmaları arasında birbaşa dialoq üçün daimi fəaliyyət göstərən platformanın yaradılmasıdır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin statistik məlumatına əsasən, 2026-cı ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi illik ifadədə 25,33 % (194,352 milyon ABŞ dolları) azalaraq 572,89 milyon ABŞ dolları təşkil edib. Azərbaycanın Almaniyaya ixracı 234,778 milyon ABŞ dollarına çatıb (illik ifadədə 26,7 % azalma), bu Avropa ölkəsindən idxalın həcmi isə 338,111 milyon ABŞ dolları (- 24,35 %) təşkil edib.

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,01 ABŞ dolları və ya 3,89 % azalaraq 74,36 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 70,56 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,02 ABŞ dolları və ya 4,03 % azalaraq 71,9 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib

Gürcüstan hökuməti Azərbaycan tərəfi ilə aparılan müzakirələr nəticəsində əlverişli qiymətə 2 milyard kubmetrdən artıq təbii qazın təchizatına dair təminat alıb.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin illik fəaliyyət hesabatını təqdim edərkən bəyan edib.

Baş nazir bildirdib ki, hesabat dövrü ərzində ölkədə qazlaşdırma layihələri davam etdirilib və 60-dan çox yaşayış məntəqəsi qaz şəbəkəsinə qoşulub.

Onun açıqlamasına əsasən, bu addım sayəsində təqribən 10 min ev təsərrüfatı təbii qazla təmin edilib.

İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan üçün strateji önəm daşıyan qaz təchizatı məsələsinə dair Azərbaycanla aparılan müzakirələr müvəffəqiyyətlə yekunlaşıb: "Ölkəmiz üçün fundamental əhəmiyyət kəsb edən qaz təchizatı ilə əlaqədar dost ölkəmiz Azərbaycanla son dərəcə vacib danışıqlar apardıq. Bu müzakirələr İqtisadiyyat Nazirliyi tərəfindən uğurla başa çatdırıldı və nəticə olaraq əlverişli qiymətə 2 milyard kubmetrdən artıq qazın tədarükünə dair təminat əldə etdik".

Baş nazir xüsusi olaraq vurğulayıb ki, bu saziş Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Qazaxıstan Azərbaycan və Türkmənistandan aviasiya yanacağı idxalını nəzərdən keçirir

Qazaxıstan Türkmənistan və Azərbaycandan aviasiya yanacağının idxalı imkanını müzakirə edir.

"Report"un "İnterfaks-Qazaxıstan"a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bu gün parlamentin kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

"Bilirəm ki, Çindən aviasiya yanacağı gətirən treyderlərimiz var. Türkmənistan və Azərbaycandan aviasiya yanacağının idxalı məsələsi üzərində iş gedir, həmçinin uzaq xarici ölkələrlə də dialoqlar aparılır", - o bildirib.

Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,99 ABŞ dolları və ya 1,3 % artaraq 77,37 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 73,24 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,84 ABŞ dolları və ya 1,1 % artaraq 74,92 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb

Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

"Report" xəbər verir ki, 18 vaqon "Aİ-92" markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

"NE Global" Bakı Enerji Həftəsi barədə: tədarükün şaxələndirilməsi və "yaşıl enerji"nin inkişafı

Mənzil-qərargahı Londonda yerləşən "Nova Era Global" ("NE Global") beynəlxalq media təşkilatında Azərbaycanda iyunun 1-3-də keçirilmiş Bakı Enerji Həftəsi barədə məqalə dərc olunub.

"Report" xəbər verir ki, materialda tədbir çərçivəsindəki əsas müzakirə mövzuları qeyd olunub.

Müəllif vurğulayıb ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələlərini müzakirə etmək üçün hökumət nümayəndələrini, beynəlxalq enerji şirkətlərini, maliyyə institutlarını və sahə ekspertlərini bir araya gətirib:

"Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edərək bərpa olunan enerji mənbələrinin inkişafı ilə yanaşı enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb".

Qeyd edilib ki, ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr ABŞ Prezidenti Donald Trampın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun qeyd edildiyi müraciətini iştirakçılara oxuyub.

Materialda bildirilib ki, Bakı Enerji Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkələri enerji resurslarının tədarük marşrutları və mənbələrini şaxələndirməyə çağırıb. Bundan əlavə, həftə çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin energetika nazirlərinin ilk iclası keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ölkənin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini qeyd edib.

"Azərbaycan Avropa İttifaqına üzv 10 dövlət daxil olmaqla, 16 ölkəyə təbii qaz tədarük edir. 2035-ci ilə qədər ölkənin enerji sisteminin təxminən 42 %-ni bərpa olunan enerji mənbələri təmin edəcək", - materialda vurğulanıb.

Nəşr imzalanmış sazişlərə xüsusi diqqət ayırıb: "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycanın İqtisadiyyat Nazirliyi xarici tərəfdaşlarla ümumi məbləği təxminən 7,5 milyard ABŞ dollar olan saziş və memorandumlar imzalayıb".

"NE Global" əsas sənədlər arasında Azərbaycan və ABŞ arasında kritik mineralların və nadir torpaq elementlərinin tədarükü sahəsində sazişi, həmçinin SOCAR, "TotalEnergies", XRG və BOTAŞ arasında Abşeron yatağından 15 il ərzində (2029-cu ildən başlayaraq - red.) Türkiyə bazarına 30 milyard kubmetr qazın tədarük edilməsinə dair sazişi xüsusi qeyd edib.

Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV

Almaniya ilə Azərbaycan əməkdaşlığın genişləndirilməsi üçün "yaşıl hidrogen" sahəsi daxil olmaqla, layihələr hazırlayır.

Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı fəal şəkildə genişlənir və təkcə ənənəvi istiqamətləri deyil, həm də bərpa olunan enerji mənbələrinə keçidlə bağlı yeni seqmentləri əhatə edir.

R.Horlemann qeyd edib ki, Almaniyanın üç enerji şirkəti Azərbaycan qazını almağa başlayıb ki, bu da əməkdaşlıqda çox müsbət inkişafıdır.

"Digər tərəfdən, "SOCAR Green"in bərpa olunan enerji ilə məşğul olan yeni bölməsi Almaniyada çox güclü bir tərəfdaş tapıb. Artıq "yaşıl hidrogen" sahəsi də daxil olmaqla, yeni əməkdaşlıq layihələri hazırlanır", - o bildirib.

Səfirin sözlərinə görə, xüsusi diqqət "yaşıl hidrogen" sahəsinə yetirilir. Bu sahə CO₂ emissiyalarının azaldılması və təbii qazın tədricən daha təmiz enerji mənbələri ilə əvəzlənməsinə dair siyasət çərçivəsində Avropanın gələcək enerji transformasiyasının əsas elementi kimi nəzərdən keçirilir.

R.Horlemann həmçinin vurğulayıb ki, Almaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq fəal olaraq qalır, layihələrin əhəmiyyətli hissəsi isə birgə təhsil və investisiya təşəbbüsləri də daxil olmaqla, özəl sektor, universitetlər və biznes strukturları vasitəsilə həyata keçirilir: "Almaniya təkcə Bakıda deyil, Azərbaycanın bütün ərazisində fəal şəkildə işləyəcək. Almaniya tərəfinin nümayəndələri ölkənin şəhər və regionlarına səfərlər edir. Bununla da onlar müxtəlif təşkilatlarla sıx əməkdaşlıq edərək ikitərəfli münasibətləri, o cümlədən iqtisadi sahədə əlaqələri dərinləşdirirlər".

İqor Seçin: Hörmüzün bloklanması İrana qarşı yönəlib, lakin bütün dünyanın əleyhinə işlədi

Hörmüz boğazında gərginliyin uzun müddət ərzində qalması neftə olan uzunmüddətli tələbatı sarsıdır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2026 çərçivəsindəki energetika panelində bildirib.

"Hörmüz ətrafında gərginliyin saxlanması alternativ enerjiyə marağın növbəti dəfə artmasına səbəb ola bilər", - o əlavə edib.

İ.Seçinin sözlərinə görə, Hörmüz boğazının bağlanması ilkin olaraq İrana iqtisadi ziyan vurmağa yönəlsə də, bütün dünyada enerjinin vəziyyətinə təsir göstərib:

"Boğazın bağlanması üçün görülən tədbirlər İrana qarşı yönəlmişdi, lakin bütün dünyanın əleyhinə işlədi. Strateji risklər yetərincə qiymətləndirilməmişdi. Nəticədə istehlakçılar zərər çəkir. Bundan əlavə, ABŞ-də yanacaq qiymətləri 50 %-dən çox artıb, Avropada isə qiymət artımı 20 %-i ötüb".

O əlavə edib ki, Hörmüz böhranı bir presedentdir:

"Aydındır ki, indi qlobal logistikanın təkcə dünya energetikası üçün deyil, ümumiyyətlə, həlledici əhəmiyyətə malik olan digər "dar boğazlar" da təhlükə altında qala bilər. Malakka, Bab-əl-Məndəb və Cəbəllütariq boğazları, Ümid burnu, Danimarka və Türkiyə boğazları, Süveyş və Panama kanalları buraya daxildir".

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,3 ABŞ dolları və ya 1,28 % azalaraq 99,48 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 97,84 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,38 ABŞ dolları və ya 1,4 % azalaraq 97,01 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mənfəəti 27 dəfəyə yaxın azalıb

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) 2025-ci ili 21 min manat mənfəətlə başa vurub.

"Report" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,8 dəfə azdır.

Ötən il EMTA-nın əməliyyat gəlirləri 15,743 milyon manat (əvvəlki ilə nisbətən11,7 % çox), əməliyyat xərcləri isə 15,723 milyon manat (16,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə EMTA-nın aktivləri 29,794 milyon manat olub ki, bu da illik müqayisədə 77,6 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 2,3 dəfə artaraq 23,356 milyon manata, balans kapitalı isə 0,3 % artaraq 6,439 milyon manata çatıb.

Xatırladaq ki, EMTA ölkə Prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında yaradılıb, 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 7,914 milyon manatdır. Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.

"Azəristiliktəchizat"da növbəti mövsümə hazırlıq müzakirə olunub

"Azəristiliktəchizat" ASC-də növbəti payız-qış mövsümünə hazırlıq işlərinin icra vəziyyətinə dair regionlarda fəaliyyət göstərən istilik sistemləri istismar sahələrinin hesabatları dinlənilib

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, "Azəristiliktəchizat"ın sədri İlham Mirzəliyev təsdiq edilmiş tədbirlər planının vaxtında və yüksək keyfiyyətlə icra edilməsinin zəruriliyini qeyd edərək, qarşıya qoyulmuş vəzifələrin müəyyən olunmuş qrafikə uyğun yerinə yetirilməsinin növbəti payız-qış mövsümündə istehlakçıların dayanıqlı və fasiləsiz istilik təchizatı ilə təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, regionlarda fəaliyyət göstərən istilik sistemləri istismar sahələrinin rəhbərlərinə təmir-bərpa və profilaktik tədbirlərin icrasına ciddi nəzarət etməyi, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasını və hazırlıq işlərinin müəyyən edilmiş müddətlərdə başa çatdırılmasına dair müvafiq tapşırıqlar verib.

Müşavirədə son vaxtlar istilik təchizatı sahəsində normativ hüquqi bazanın yardılması və təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar haqqında məlumat verilmiş, "İstilik təchizatı haqqında" Qanunun, "İstilik enerjisindən istifadə Qaydaları"nın, "İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"in, "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ın və "İstilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"nın təsdiq edilməsinin əhəmiyyəti qeyd edilib.

Ümumilikdə regionlarda istilik sistemləri istismar sahələrinin fəaliyyəti məqbul qiymətləndirilib, bununla bərabər Bərdə, Mingəçevir, Ağcabədi və Tərtər istilik sistemləri istismar sahələrinin rəhbərlərinə rəhbərlik etdikləri sahənin fəaliyyətində ciddi dönüş yaradılması və verilən tapşırıqların icrasının təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Şirvanda 1500-dən çox abonentin qazı kəsiləcək

Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti məhdudiyyət olacaq.

"Report"un Aran bürosu xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 5-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək şəhərin Hacıqəhrəmanlı qəsəbəsində, həmçinin Xanlar və Vidadi küçələrində qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Qeyd olunub ki, qazın verilişində yaranacaq fasilə ümumilikdə 1515 abonenti əhatə edəcək

Azərbaycan neftinin qiyməti 101 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,62 ABŞ dolları və ya 3,47 % azalaraq 100,78 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 98,79 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,59 ABŞ dolları və ya 3,52 % azalaraq 98,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

SOCAR Daşkənddə keçirilən OGU2026 sərgi-konfransında pavilyonu ilə iştirak edir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Daşkənd şəhərində keçirilən "Özbəkistanın nefti və qazı - OGU2026" 28-ci Beynəlxalq sərgi-konfransda öz pavilyonu ilə iştirak edir.

Bu barədə "Report"A SOCAR-dan məlumat verilib.

Bildirilib ki, SOCAR stendində şirkətin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən axtarış, kəşfiyyat, hasilat və işlənmə əməliyyatları, neft və qaz boru kəmərləri sistemi, xarici ölkələrdə həyata keçirilən strateji layihələr, xüsusilə Özbəkistanın "Ustyurt" sahəsində aparılan geoloji kəşfiyyat işləri geniş şəkildə təqdim olunur.

Bununla yanaşı, "yaşıl enerji", dekarbonizasiya, rəqəmsallaşma və digər strateji fəaliyyət istiqamətləri üzrə SOCAR-ın həyata keçirdiyi təşəbbüslər və müasir həllər ziyarətçilərə nümayiş etdirilir.

SOCAR-ın vitse-prezidenti Arzu Cavadova "SputnikUzbekistan"a açıqlamasında isə bildirib ki, "Özbəkneftqaz" şirkəti SOCAR-ın "Üstyurt" regionundakı birgə layihəsi ölkələr arasında enerji sektorunda əməkdaşlığın cari mərhələsini əks etdirir.

Onun sözlərinə görə, hazırda Qaraqalpaqıstanda genişmiqyaslı sahə işləri və seysmik kəşfiyyat aparılır: "Bu, Özbəkistanda seysmik məlumatların toplanması üzrə ən böyük kampaniyadır. Seysmik kəşfiyyat texnologiyasına gəlincə, biz ənənəvi kabel sistemlərindən kənara çıxaraq 3D texnologiyasına keçmişik. Bu, həqiqətən, sahədə iş vaxtını azaltmağa imkan verir. Əlbəttə, məlumatların keyfiyyətindən güzəştə getmədən, hətta daha sıx sahə məlumatları əldə etməyə imkan verir".

Azərbaycan BP ilə enerji və dekarbonizasiya məsələlərini müzakirə edib

Azərbaycan və Böyük Britaniyanın BP şirkəti arasında enerji və dekarbonizasiya məsələləri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, BP şirkətinin baş icraçı direktoru Meq O"Nil ilə görüşüb: "Azərbaycan-BP tərəfdaşlığının 30 ildən artıq uğurlu tarixi fonunda enerji təhlükəsizliyindən bərpa olunan enerjiyə və dekarbonizasiyaya qədər genişlənən əməkdaşlığı müzakirə etdik".

P. Şahbazov qeyd edib ki, "Şəfəq" layihəsi çərçivəsində "yaşıl elektron"ların virtual ötürülməsi kimi innovativ mexanizmin əhəmiyyətini dəyərləndirib.

İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BP şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BP-nin baş icraçı direktoru xanım Meq O"Nillə görüş çərçivəsində "BP Exploration (Caspian Sea) Limited" şirkəti ilə sənədlər imzalandı. İqtisadiyyat Nazirliyi ilə "BP Exploration Limited" şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində nazirliyin yeni yaratdığı HPC infrastrukturunun BP şirkətinin təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur. "BP Exploration Limited" şirkəti ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin qlobal enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək",-deyə nazir qeyd edib.

Azərbaycan BP ilə yeni əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycanla BP şirkəti arasında yeni işbirliyi istiqamətləri müzakirə olunub.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə BP şirkətinin yeni baş icraçı direktoru Meq O`Nillə görüşdük. Şirkətin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlığı və regionda həyata keçirilən enerji layihələri barədə fikirlərimizi bölüşdük. Ölkəmizlə BP şirkəti arasında yeni işbirliyi istiqamətlərini müzakirə etdik. Meq O`Nilə yeni vəzifəsində uğurlar arzulayırıq", - deyə nazir qeyd edib.

Priyanta Vicayatunqa: "ADB Azərbaycanın enerji şəbəkələrinin modernləşdirilməsinə dəstək göstərməyə hazırdır" - MÜSAHİBƏ

Azərbaycan sürətlə karbohidrogen ixracatçısından Xəzər regionunu Avropa ilə birləşdirən "yaşıl enerji"nin əsas qovşağına çevrilir. "Qara dəniz sualtı kabeli" kimi layihələrin həyata keçirilməsi şəbəkələrin dayanıqlığına və rəqəmsal bağlantıya irihəcmli investisiya qoyuluşu tələb edir – bu vəzifələr Asiya İnkişaf Bankının (ADB) yeni strategiyasının əsasını təşkil edir.

ADB-nin Energetika Departamentinin baş direktoru Priyanta Vicayatunqa (Priyantha Wijayatunga) "Report"a müsahibəsində bankın 70 milyard dollarlıq dəstək paketindən Azərbaycanda enerji şəbəkələrinin modernləşdirilməsinə nə qədər vəsaitin yönəldilməsi mümkünlüyü, nə üçün bankın energetika və IT-ni vahid bir bütöv kimi nəzərdən keçirdiyi və digər sualları cavablandırıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasında elan edildiyi 70 milyard ABŞ dolları dəyərində olan təşəbbüs eyni zamanda həm energetika sektorunu, həm də rəqəmsal bağlantı sahəsini əhatə edir. ADB Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında, o cümlədən Azərbaycanda bu iki istiqamətin inteqrasiyasını necə təmin etməyi planlaşdırır?

- Hər şeydən əvvəl, bir məsələyə dəqiqlik gətirmək lazımdır: hər iki istiqamət üzrə ümumi məbləğ 70 milyard ABŞ dolları təşkil etsə də, "Panasiya enerji sistemi" (PAGI) üçün hədəf göstərici 50 milyard dollar olaraq müəyyən edilib. Müvafiq olaraq, 50 milyard ABŞ dolları enerji komponentinə, 20 milyard ABŞ dolları isə Asiya-Sakit okean rəqəmsal magistralına yönəldilir.

Bu istiqamətlər arasında sıx qarşılıqlı əlaqə mövcuddur: elektrik ötürücü xətlər (EÖX) boyunca, bir qayda olaraq, optik lifli kabel çəkilir. Hər iki sektor məhz bu nöqtədə kəsişir. Bununla yanaşı, bilavasitə energetika sahəsinin inkişafı və elektrik enerjisinin ötürülməsinin təmin edilməsi üçün 50 milyard ABŞ dolları nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, bu məbləğlər bütövlükdə Asiya-Sakit okean regionuna aiddir. Ayrı-ayrı subregionlar və ya dövlətlər üzrə konkret vəsait bölgüsü hələ aparılmayıb – söhbət bankın nail olmağı qarşıya qoyduğu ümumi hədəf planından gedir.

- Bəyan edilmiş 70 milyard dollarlıq öhdəliyin hansı hissəsi özəl sektorla tərəfdaşlıq vasitəsilə, hansı hissəsi isə birbaşa dövlət kreditləşməsi yolu ilə səfərbər olunacaq?

- Bizim proqnozlarımıza görə, 2035-ci ilə qədər energetika sektoruna yönəldiləcək 50 milyard ABŞ dollarının təxminən yarısı bankın öz resursları – ölkə və regional kvotalar hesabına təmin ediləcək. Qalan hissənin özəl sektordan və digər beynəlxalq maliyyə institutlarından, o cümlədən Dünya Bankı və sair təşkilatlardan cəlb edilməsi nəzərdə tutulur.

- Yeni təşəbbüsə gəlincə, Azərbaycanda enerji keçidi və elektrik şəbəkələrinin modernləşdirilməsi üçün ilkin qiymətləndirmə və ya resursların təxmini bölgüsü aparılıbmı?

- Hazırda ayrı-ayrı ölkələr və ya subregionlar üzrə ilkin vəsait bölgüsü həyata keçirilməyib. Bankın fəaliyyəti çərçivəsində həm fərdi ölkə proqramları, həm də subregional təşəbbüslər fəaliyyət göstərir: CAREC, SASEC, GMS, APG və s.

Hazırda PAGI təşəbbüsünün tammiqyaslı icrası üçün zəruri təməlin formalaşdırılması istiqamətində texniki yardım layihələri həyata keçirilir.

- Azərbaycan "Qara dəniz sualtı kabeli" layihəsinin reallaşdırılması və Xəzər hövzəsindən Avropa bazarlarına "yaşıl enerji"nin nəqli marşrutlarının formalaşdırılması üzərində fəal iş aparır. ADB-nin bu təşəbbüsü Azərbaycanın regional "yaşıl enerji" mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə necə töhfə verə bilər?

- PAGI-nin əsas vəzifəsi Asiya-Sakit okean məkanı daxilində enerji bağlantısının təmin edilməsindən ibarətdir. Bununla yanaşı, bizim ambisiyalarımız bu çərçivəni aşır: texniki cəhətdən mümkün olacağı təqdirdə bu sistemin Avropa şəbəkələri ilə inteqrasiya imkanını alqışlayardıq.

Haqlı olaraq qeyd etdiyiniz kimi, artıq bu istiqamətdə fəaliyyət həyata keçirilir. Biz həm Azərbaycana, həm də bütövlükdə regiona hərtərəfli dəstək göstərməyə hazırıq.

- Günəş və külək enerjisi sahəsində irimiqyaslı layihələrin, xüsusilə "Qaradağ" və "Abşeron" layihələrinin uğurla inteqrasiyası üçün Azərbaycanın "ağıllı şəbəkələr"inin inkişafına əhəmiyyətli kapital qoyuluşu tələb olunur. ADB bu yeni proqram kontekstində dövlət şəbəkə operatorlarına ("AzərEnerji" və "Azərişıq") məqsədyönlü texniki və ya maliyyə dəstəyinin göstərilməsi perspektivlərini araşdırırmı?

- Əlbəttə. Həm göstərilən proqram çərçivəsində , həm də ənənəvi ölkə strategiyaları vasitəsilə. Daxili elektrik ötürücü şəbəkələrin gücləndirilməsi vahid Ümumasiya enerji sisteminin həyata keçirilməsinin əsas şərtidir.

Biz Azərbaycana, eləcə də regionun hər hansı digər dövlətinə enerji ötürmə sistemlərinin yenilənməsi və təkmilləşdirilməsində kömək etməyə hazır olduğumuzu bildiririk. Bu halda mülkiyyət forması - istər dövlət kommunal təşkilatı, istərsə də özəl qurum olsun, rol oynamır. Ölkədən müvafiq müraciət daxil olduğu təqdirdə lazımi dəstəyi təmin etməyə hazırıq.

Pərviz Şahbazovun Neftçaladakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika naziri Pərviz Şahbazovun mayın 22-də Neftçalada keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul mayın 15-də saat 11:00-dan başlayaraq Neftçala rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4700, Neftçala şəhəri, Heydər Əliyev pr.34) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Gəncə" filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.ganja@regulator.gov.az), Agentliyin "Mingəçevir" filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və Agentliyin "Qarabağ" filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.garabagh@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Azərbaycanda iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddi müəyyən edilib

Nazirlər Kabineti iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, sərfiyyatın həddi 300 milyon kub metr və ondan yuxarı müəyyən edilib.

Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatıb

Yaxın Şərqdəki eskalasiya və Hörmüz boğazının bloklanması fonunda Yaponiyanın ENEOS şirkəti Azərbaycandan 283 min barel neft alıb.

"Report" Yaponiya mediasına istinadən xəbər verir ki, bu gün, mayın 12-də Azərbaycandan neft daşıyan tanker artıq Yaponiyaya çatıb.

Biləcəridə işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 17:00-dək

Sulutəpə, Xocahəsən qəsəbəsinə gedən yolun sağ hissəsi və Ruslan Allahverdiyev küçəsində yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,5 ABŞ dolları və ya 0,45 % artaraq 110,48 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 105,24 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,59 ABŞ dolları və ya 0,55 % artaraq 107,6 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

Bu gün Lənkəran rayonunun bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Separadi, saat 13:00-dan 15:30-dək Sinovli, Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Azərbaycan nefti 3 %-dən çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,44 ABŞ dolları və ya 3,16 % azalaraq 105,55 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 100,59 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,42 ABŞ dolları və ya 3,23 % azalaraq 102,46 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

SOCAR San-Marino ilə təbii qaz tədarükünü müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və San-Marino arasında təbii qaz tədarükü, bərpaolunan enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın perspektiv imkanları müzakirə olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin San-Marinonun maliyyə və büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti və Əmək, iqtisadi planlaşdırma, Muxtar Dövlət Kommunal Xidmətlər Korporasiyası (A.A.S.S.) ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə keçirilən görüşündə aparılıb.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olunub. Bu gün Azərbaycanın təbii qazının 16 ölkəyə ixrac edildiyi bildirilib.

Söhbət zamanı qonaqlara SOCAR-ın "yaşıl enerji" gündəliyi, "SOCAR Green" şirkətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

O cümlədən tərəflər enerji sektorunun müxtəlif istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

Nazirlər Kabineti "Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası"nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda "Qaz təchizatı haqqında" qanuna əsasən hazırlanıb, monitorinq Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə tənzimləyici tərəfindən keçirilir.

Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələblərinə uyğun həyata keçirilir.

Qaydada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Azərbaycan San-Marino ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və San-Marino arasında təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, nazir San-Marinonun maliyyə və büdcə, nəqliyyat və energetika naziri Marko Qatti və əmək, iqtisadi proqramlaşdırma, Dövlət Xidmətləri Muxtar Qurumu ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiya naziri Alessandro Bevitori ilə görüşüb.

Görüşdə enerji təhlükəsizliyi, yaşıl keçid və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Report"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhəri Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İraq təxminən 9 milyard barel ehtiyata malik böyük neft yatağı aşkar edib

İraq Neft Nazirliyi ölkənin cənubundakı Nəcəf əyalətində, Səudiyyə Ərəbistanı ilə sərhəd yaxınlığında 9 milyard barelə yaxın böyük neft yatağının aşkar edildiyini elan edib.

"Report" xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Qurumun məlumatına əsasən, "Qarnain" kəşfiyyat bloku bu ərazidə təsdiqlənmiş ilk neft kəşfi olub. İraq hakimiyyətinin qiymətləndirmələrinə görə, yatağın ehtiyatları 8,8 milyard bareldən çox neft təşkil edir.

Qeyd olunub ki, "Shams-11" kəşfiyyat quyusunda yüngül neft aşkar edilib, ilkin məhsuldarlıq isə sutkada 3,248 min barel olaraq qiymətləndirilir.

Nazirlikdən bildirilib ki, yatağın işlənməsi ilə Çinin "ZhenHua Oil" şirkəti məşğul olur.

Dövlət katibi: "Almaniya və Avropa Azərbaycandan ixrac olunan "yaşıl enerji"də maraqlıdır" - MÜSAHİBƏ

Qlobal enerji keçidi oyunun yeni qaydalarını diktə edərək Xəzər regionunu qazıntı yanacağı tədarükçüsündən bütün Avropa üçün ən mühüm "yaşıl enerji" qovşağına çevirir. Bu gün Azərbaycan mövcud boru kəməri güclərinin istifadəsini, Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyini təmin edəcək "yaşıl hidrogen" istehsalı texnologiyalarının tətbiqini əhatə edən genişmiqyaslı transformasiyanın astanasındadır.

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) parlament dövlət katibi Yohan Saathoff "Report"a müsahibəsində ölkəsinin bərpa olunan enerji mənbələrinin potensialının reallaşdırılmasında Bakını dəstəkləmək niyyəti, dayanıqlı tədarük zəncirlərinin təmin edilməsində Orta Dəhlizin rolu və rəqəmsallaşmanın gələcək iqtisadiyyat üçün əhəmiyyəti barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Cənab Saathoff, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında çıxış edərkən enerji keçidinin sürətləndirilməsinin vacibliyini vurğuladınız. Azərbaycanın Xəzər dənizi akvatoriyasındakı potensialını nəzərə alaraq, Almaniya ölkənin Avropaya "yaşıl enerji"nin iri ixracatçısına çevrilməsi səylərinə necə dəstək vermək niyyətindədir?

- Yaşıl resurslara genişmiqyaslı çıxışın təmin edilməsi təkcə Almaniya üçün deyil, bütövlükdə Avropa üçün prinsipial əhəmiyyət kəsb edir. Söhbət yalnız naqillər vasitəsilə elektron formada ötürülən resurslardan deyil, həm də molekulyar formada olan resurslardan gedir.

Bu kontekstdə boru kəməri infrastrukturu tamamilə fərqli məna kəsb edir, çünki boru vasitəsilə daşınan enerjinin həcmi elektrik şəbəkələrinin ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə üstələyir. Bunlar nəhəng miqyaslardır. Regionlar, xüsusilə də Azərbaycan və dünyanın digər hissələri ilə Avropa arasında əlaqə qurulmalıdır.

- Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azərbaycanda "yaşıl hidrogen" sahəsində layihələrin həyata keçirilməsi üçün konkret maliyyə mexanizmlərini və ya texniki yardım proqramlarını nəzərdən keçirirmi?

- Əlbəttə. Məsələ təkcə qazıntı yanacağının ixracı ilə məhdudlaşmamalı, ölkənin genişmiqyaslı enerji potensialı düzgün qiymətləndirilməlidir. Azərbaycan nəhəng bərpa olunan enerji resurslarına, həmçinin sənayeləşmə, hidrogen istehsalı və onun boru kəmərləri vasitəsilə Avropaya nəqli sahəsində təcrübəyə malikdir. Bunlar böyük iqtisadi perspektivlər vəd edir. Əgər mən Azərbaycanda qərar qəbul etməli olsaydım, məhz bu istiqaməti fəal şəkildə inkişaf etdirərdim.

- Almaniya ardıcıl olaraq regional əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. Asiya və Avropa arasında dayanıqlı tədarük zəncirlərinin təmin edilməsində Orta Dəhlizin rolu nədən ibarətdir və BMZ bu marşrut boyunca ekoloji təmiz logistika infrastrukturunun yaradılmasında iştirak etməyə hazırdırmı?

- Bu, şübhəsiz ki, əhəmiyyətli təşəbbüsdür. Bu magistral üçün əsas müəyyənedici amillərdən biri sabitlik və vahid qaydaların mövcudluğudur.

Biz artıq bu istiqamətin fəaliyyəti üçün müvafiq normativ-hüquqi baza formalaşdırmışıq. Bu istiqamətin inkişafı bizim üçün son dərəcə vacibdir.

- Nazirlik regional ticarətdə şəffaflığın və əməliyyat səmərəliliyinin artırılması aləti kimi Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasının potensialını necə qiymətləndirir?

- Rəqəmsallaşma yaxın onilliklərdə iqtisadiyyatın əsasını təşkil edir. Bu proses təkcə qlobal miqyasda deyil, həm də regional müstəvidə həyata keçirilməlidir. Biz bir-birimizlə sıx və etibarlı şəkildə bağlı olmalıyıq. Cəmiyyətlərimizi və dövlətlərimizi birləşdirməklə birgə iqtisadi inkişafa töhfə veririk – məqsədimiz hər iki tərəfin bu tərəqqidən faydalanmasıdır.

Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq

Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.

Azərbaycan nefti 10 dollara yaxın ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,57 ABŞ dolları və ya 8,07 % azalaraq 108,99 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 104,19 ABŞ dolları təşkil edib.

"Bloomberg": OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb

OPEC-in neft hasilatı ötən ay gündə 420 min barel azalıb ki, bu da 1990-cı ildən bəri ən aşağı səviyyədir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunub ki, Yaxın Şərqdəki münaqişə səbəbindən aprel ayında hasilat gündə cəmi 20,55 milyon barel təşkil edib.

Vurğulanıb ki, tarixdə ən böyük neft bazarının çökməsi benzin, reaktiv yanacaq və dizel yanacağının qiymətlərinin artmasına səbəb olub ki, bu da öz növbəsində yeni inflyasiya dalğası və qlobal tənəzzül təhlükəsi yaradır.

Neft hasilatının azalması və qiymətlərin artması Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının faktiki olaraq bağlanması ilə əlaqələndirilir.

Qazla işləyən qurğu və avadanlıqların təhlükəsizliyi üzrə Texniki Reqlament təsdiqlənib

Nazirlər Kabineti "Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/AZ)"i təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarda qeyd olunur ki, sənəd 6 ay sonra qüvvəyə minəcək. Həmin Texniki Reqlament onun qüvvəyə mindiyi tarixdən əvvəl istismara verilməmiş, istehsal prosesində olan və ölkədə istehlak bazarında dövriyyəyə buraxılacaq qurğu və avadanlıqlara tətbiq olunacaq.

Texniki Reqlament aşağıdakı qurğu və avadanlıqları əhatə edəcək:

Bundan əlavə, Texniki Reqlament aşağıda göstərilən qurğu və avadanlıqlara tətbiq olunmur:

- buxar təzyiqi 0,07 MPa-dan yuxarı olan buxar qazanları və suyun temperaturu 115 °C-dən artıq olan suqızdırıcı qazanlar;

- bu Texniki Reqlamentə 1 nömrəli əlavədə verilmiş Siyahıya daxil edilmiş qurğu və avadanlıqlar istisna olmaqla, sənaye müəssisələrində texnoloji proseslərdə istifadəsi nəzərdə tutulan qurğu və avadanlıqlar;

- qazdan mühərrik yanacağı qismində istifadə edən qurğular.

Azərbaycan Belqrad Enerji Forumunda təmsil olunacaq

Azərbaycan Serbiyanın paytaxtı Belqradda keçiriləcək Enerji Forumunda təmsil olunacaq.

"Report"un Balkan bürosunun əldə etdiyi məlumata görə, ölkəmizdən bu forumda energetika nazirinin müavini Elnur Soltanov iştirak edəcək.

Mayın 11-12-də baş tutacaq Belqrad Enerji Forumunda iştirak etmək üçün nazir müavini Belqrada səfər edəcək.

Məlumata görə, forumda enerji təhlükəsizliyi, "yaşıl keçid", bərpa olunan enerji və regional əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olacaq.

Qeyd edək ki, Belqrad Enerji Forumu regionun enerji sahəsində ən nüfuzlu platformalarından biri hesab olunur. Konfrans indiyədək dünyanın müxtəlif ölkələrindən 1 500 iştirakçını qəbul edib. Builki tədbirdə dövlət və hökumət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, investorlar və enerji şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Azərbaycanın bu nüfuzlu forumda təmsil olunmasına gəldikdə isə qeyd edək ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq Azərbaycan–Serbiya iqtisadi münasibətlərinin əsas istiqamətlərindən biri hesab edilir. Azərbaycan Serbiyanın qaz təchizatının şaxələndirilməsində mühüm tərəfdaşlardan birinə çevrilib və ölkəyə təbii qaz ixracını həyata keçirir.

Tərəflər xüsusilə Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çalışır. Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Serbiyada enerji layihələrində iştirakı və qaz təchizatının həcminin artırılması perspektivləri müzakirə olunur.

AAA: ABŞ-də benzin İranla münaqişənin başlamasından bəri 1,5 dəfə bahalaşıb

ABŞ-də benzinin bir qallonu son bir həftə ərzində 0,31 ABŞ dolları bahalaşaraq orta hesabla 4,48 ABŞ dollarına çatıb.

Bu barədə "Report" ABŞ Avtomobil Assosiasiyasının (AAA) məlumatına istinadən xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılmasına yönəlmiş "Project Freedom" hərbi əməliyyatının müvəqqəti dayandırıldığını elan etsə də, bu qiymət mayın 6-na olan vəziyyətə görə qeydə alınıb.

Beləliklə, AAA-nın məlumatına görə, ABŞ-də yanacaq İrana qarşı müharibənin başlanmasından bəri 50 % bahalaşıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatının səbəb olduğu qlobal enerji böhranı Hörmüz boğazının bağlanmasına və neft qiymətlərinin kəskin artmasına gətirib çıxarıb.

Qazaxıstan yanacağın ölkədən çıxarılmasına qadağanın müddətini uzadıb

Qazaxıstanın Energetika Nazirliyi benzin, dizel yanacağı və bəzi növ neft məhsullarının ölkə ərazisindən çıxarılmasına qadağanı 2026-cı il noyabrın 21-dək uzadıb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin sərəncamında bildirilib.

Sənədə əsasən, 2026-cı il mayın 21-dən noyabrın 21-dək neft məhsullarının avtomobil nəqliyyatı ilə Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə çıxarılmasına qadağa uzadılır.

İstisna olaraq sürtkü yağları və nəqliyyat vasitələrinin zavod baklarındakı yanacaq göstərilib.

Həmçinin neft məhsullarının dəmir yolu nəqliyyatı ilə çıxarılmasına məhdudiyyətlər nəzərdə tutulub. Bununla belə, bəzi neft məhsullarının istehsalı və dövriyyəsinin dövlət tənzimlənməsi çərçivəsində təsdiq edilmiş tədarük planlarına əsasən benzinin ixracı, eləcə də hökumətin qərarı ilə humanitar məqsədlərlə çıxarılması imkanı saxlanılır.

Qazaxıstanda benzin, dizel yanacağı və bəzi növ neft məhsullarının avtomobil və dəmir yolu nəqliyyatı ilə çıxarılmasına qüvvədə olan qadağa 2025-ci il noyabrın 20-dən altı ay müddətinə - cari ilin mayın 20-dək tətbiq edilmişdi.

İnmin Yan: "PAGI 2035-ci ilədək Asiya-Sakit okean regionunda 20 QVt-a qədər "yaşıl güc" təmin edəcək"

"Panasiya Enerji Sistemi" (PAGI) təşəbbüsü Asiya-Sakit okean regionunda 20 QVt-a qədər bərpa olunan enerji gücünü yaratmağa imkan verəcək.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yan ADB Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən regional qarşılıqlı əlaqələr üzrə seminarda bildirib.

Onun sözlərinə görə, PAGI çərçivəsində transsərhəd enerji infrastrukturunun inkişafı üçün 2035-ci ilədək 50 milyard ABŞ dollarına qədər vəsaitin cəlb edilməsi planlaşdırılır. Söhbət elektrik verilişi xətlərinin, yarımstansiyaların, enerji toplama sistemlərinin tikintisindən, həmçinin enerji şəbəkələrinin rəqəmsallaşdırılmasından gedir.

Təşəbbüs həmçinin "yaşıl enerji" ixracı, regional enerji hablarının yaradılması və elektrik enerjisinin generasiyası ilə saxlanmasını birləşdirən hibrid obyektlərin inkişafı daxil olmaqla, generasiya layihələrini əhatə edir.

"ADB 2035-ci ilə qədər təxminən 20 QVt bərpa olunan enerji gücünün transsərhəd inteqrasiyasını təmin etməyi nəzərdə tutur. Bundan əlavə, siyasi dialoqa və standartların işlənib hazırlanmasına yardım etmək məqsədilə 10 milyon ABŞ dolları həcmində texniki yardım proqramı işə salınacaq", - İ.Yan qeyd edib.

O əlavə edib ki, qlobal miqyasda bərpa olunan enerji mənbələrinin sürətli inkişafına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji sistemlərinin dayanıqlığının artırılmasına ehtiyac var.

❌