Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Almaniya Ukrayna üçün kamikadze dronların istehsalına başlayıb

Münhen yaxınlığında 5 mindən çox döyüş pilotsuz uçuş aparatının istehsalına başlanılıb. Layihə Almaniya hökumətinin maliyyələşdirməsi ilə AlmaniyaAmerika şirkəti Auterion və Ukraynanın Airlogix şirkəti tərəfindən birgə həyata keçirilir.

DPA agentliyinin məlumatına görə, ilk pilotsuz uçuş aparatları artıq istehsal olunub. Sifarişin 2027ci ilin ortalarına qədər tamamlanması planlaşdırılır. Müqavilənin dəyəri təxminən 300 milyon avrodur.

İki model PUA istehsal ediləcək. Onlardan biri orta mənzilli, digəri isə 1 500 kilometrədək artırılmış uçuş məsafəsinə malik olacaq. Dronların idarəetmə sistemində süni intellekt texnologiyasından istifadə edilir.

David Seliverstov: "Mən yaxşı bilirəm 90 min dollar nədir"

David Seliverstov bildirib ki, Çingiz Qənizadənin 90 min məsələsi ilə bağlı açıqlama verməsini gözləmək niyyətində deyil və bu məsələ ilə bağlı özü geniş faktlar və sübutlar ortaya qoymağa hazırdır:

Çingiz Qənizadə 90 minə bağlı açıqlama vermək istəmir. Mən bununla bağlı geniş faktlar və sübutlar ortaya qoyacam. Nizami Məmmədov 2021ci ildə DTX tərəfindən həbs edilib və məhkəmə qərarı ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Söhbət Müdafiə Nazirliyinin sabiq maliyyəbüdcə rəisindən gedir. Onun istintaq dövründə təxminən 12 milyon manat məbləğində dəymiş zərəri ödədiyi bildirilir.

Eyni zamanda, istintaq və məhkəmə materiallarında Müdafiə Nazirliyinin büdcəsindən mütəşəkkil dəstə tərəfindən böyük məbləğdə vəsaitin mənimsənilməsi ilə bağlı ittihamlar yer alıb. Məhkəmənin müəyyən etdiyi zərərin Nizami Məmmovun üzərinə düşən hissəsinin 18 milyon manatdan çox olduğu bildirilir. Hazırda Nizami Məmmədovun işi Apellyasiya Məhkəməsindədir.

Mən düşünürəm ki, məhkəmələrimiz kifayət qədər humanistdir. Ona 11 il 6 ay cəza verilib və o, məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz və xalqımız ərazi bütövlüyümüz uğrunda mübarizə aparırdığı dövrdə dövlətin, ordunun büdcəsi ilə bağlı ağır nəticələr doğuran əməllərin törədilməsi cəmiyyət tərəfindən çox ciddi qiymətləndirilməlidir.

Görürəm ki, Çingiz Qənizadə əsgərin, ordunun və dövlətin qalxanı olan büdcəyə zərər vurmaqda təqsirləndirilən şəxsə kifayət qədər isti münasibət bəsləyir. Çingiz Qənizadə özünün Rəşad adlı dostu və bir icra başçısının atası ilə birlikdə Babək prospektində yerləşən restoranda görüşlər keçirir və həmin görüşlərdə Nizami Məmmədovun məhkəmə işi ilə bağlı məsələləri müzakirə edir, məhkəmə prosesinə təsir göstərməyə cəhdlər göstərir.

David Seliverstov vurğulayıb ki, yaxşı olar ki, Çingiz Qənizadə bu barədə açıqlama versin. Əks halda, o özü açıqlama vermək məcburiyyətində qalacaq:

Mənim mövqeyim aydındır: dövlətimizin büdcəsinə zərər vuran, dövlət vəsaitlərinin mənimsənilməsində təqsirli bilinən şəxslər qanun qarşısında cavab verməlidirlər. Şəhidlərimizin, qazilərimizin və veteranlarımızın haqqı yerdə qalmamalıdır. Nizami Məmmədovun sentyabr ayında təyin olunan məhkəməsində ədalətli qərar çıxarılacağına inanıram. Mən məhkəməyə müdaxilə etmək istəmirəm və belə bir səlahiyyətim də yoxdur.

İnanıram ki, Apellyasiya Məhkəməsi müstəqil və ədalətli qərar qəbul edəcək və əvvəlki qərarı qüvvədə saxlayacaq. Eyni zamanda, səhər Çingiz Qənizadədən cavab gözləyirik. Onu Rəşad adlı şəxslə, Nəsimi Məmmədovla və həmin icra başçısının atası ilə nə bağlayır? Ortada hansı maraqlar var? Bu sualların cavabını cəmiyyətə açıqlasın. Mən yaxşı bilirəm 90 min dollar nədir. Sən də yaxşı bil, Çingiz Qənizadə, o 90 min dollar nədir. Özünü mafioz hesab edib kafe və restoranlarda iş həll etmək dövrü deyil. AXCP vaxtı deyil. Ayıl!.

Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Mənzilqərargahı Polşada yerləşən Nexta kanalı tərəfindən 2026cı il sentyabr 2də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.

Bu barədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.

Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.

Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşib.

Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın The Independent, The Guardian qəzetlərində və BBC teleradio və yayım şirkətində, ABŞnin CNN telekanalında, Fransanın Le Monde qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.

Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.

Medianın İnkişafı Agentliyi ölkənin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcək, bəyanatda vurğulanıb.

“Diqqət, uşaqlar!” adlı təhlükəsizlik aylığı keçiriləcək

Bu barədə DİNin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir:

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarətprofilaktiki tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğattəşviqat işinin daha da intensivləşdirilməsi nəzərdə tutulur.

DİNin Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa çağırır, məlumatda qeyd edilib.
AzVision.az

IV Beynəlxalq Minatəmizləmə konfransı davam edir

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMTnin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı davam edir.

Tədbirin ikinci günündə Mina təhlükəsi ilə üzləşmiş şəhərlərin bərpasına siyasətlərin inteqrasiyası, Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar mövzusunda panel sessiyalar, o cümlədən Humanitar minatəmizləmədə milli təcrübə və əldə olunan nəticələr mövzusunda ölkə üzrə təqdimatlar keçiriləcək.

Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.

İrana hücumlar Noyabr seçkilərindən sonra intensivləşəcək

Müzakirələrdən xəbərdar olan dörd şəxsin sözlərinə görə, administrasiya hazırda İrana qarşı iqtisadi təzyiqi artırmaqla gələcək danışıqlarda güzəştlər əldə etməyə çalışır. Mənbələrdən üçü Ağ Ev rəsmisidir.

Biz İrana təzyiqi davam etdiririk. Lakin noyabr prioritetdir, — Ağ Ev rəsmilərindən biri bildirib.

Mənbələrin sözlərinə görə, münaqişənin seçkilərə qədər genişlənməməsi respublikaçıların Senat və Nümayəndələr Palatasında cüzi üstünlüklərini qorumaq üçün apardıqları kampaniyaya kömək edə bilər. Bununla belə, ABŞ və İran arasında gecə ərzində baş verən qarşılıqlı hücumlar administrasiyanın bu strategiyasını çətin vəziyyətə salıb.

Ağ Ev rəsmiləri noyabrın 3dəki səsvermədən sonra hərbi əməliyyatların intensivliyinin artırılmasını nəzərdən keçirə bilərlər. Lakin mənbələr bununla bağlı hələ qərar verilmədiyini və genişmiqyaslı münaqişəyə qayıdışın qaçılmaz olmadığını bildiriblər.

ABŞ ordusu son zərbələrin bölgədəki Amerika qüvvələrinə və dəniz nəqliyyatına qarşı hücumlara cavab olduğunu açıqlayıb.

Mənbələr həmçinin İran rəhbərliyinin mövqeyinin möhkəmlənməsinin gərginliyin azaldılması istiqamətində mümkün cəhdləri çətinləşdirə biləcəyini qeyd ediblər.

Röya Əliyeva
AzVision.az

1-ci sinfə qəbulun son günüdür

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə
Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Regionlarda həkim çatışmazlığı olmayacaq

AzVision.az xəbər verir ki, bunu TƏBİBin icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda əsas çağırış Azərbaycanda hər 10 min nəfərə düşən 34,5 həkimin ölkə üzrə bərabər paylanmasını təmin etməkdir.

Buradakı disproporsiya bizim üçün əsas çağırışlardan biridir. Böyük şəhərlərdə, o cümlədən Bakıda, Gəncədə, Sumqayıtda və Abşeronda bu göstərici bizi qane edir və səhiyyə sisteminin ehtiyaclarını qarşılayır. Hətta Bakıda hər 10 min nəfərə düşən həkimlərin sayı 101,7dir. Lakin elə ərazilərimiz var ki, orada həkim çatışmazlığı, xüsusilə də ixtisaslı həkim çatışmazlığı nəzərəçarpacaq dərəcədədir, – deyə A.Bayramov bildirib.

TƏBİBin icraçı direktoru qeyd edib ki, həyata keçirilən islahatların əsas məqsədlərindən biri həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, əməyinin layiqincə qiymətləndirilməsi və əməkhaqlarının artırılmasıdır.

Eyni zamanda, bu islahatlar səhiyyə sistemimizin qarşısında duran çağırışların qarşılanmasına və mövcud problemlərin aradan qaldırılmasına xidmət edir. Əminik ki, həyata keçirilən tədbirlər regionlarda həkimlərin sayının artmasına və ixtisaslı həkimlərin regionlara cəlb olunmasına çox böyük dəstək olacaq. Əlbəttə, regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün kompleks yanaşma lazımdır. Burada həkimlərin hüquqlarının müdafiəsi, onlara münasibət, infrastruktur və avadanlıqların mövcudluğu da mühüm əhəmiyyət daşıyır, – deyə A.Bayramov vurğulayıb.

O əlavə edib ki, bütün bu addımlarla yanaşı, gənc həkim regiona köçmək istəmirsə və əməkhaqqı onu qane etmirsə, istənilən nəticəni əldə etmək mümkün olmayacaq.

Ona görə də bu islahat çərçivəsində regionlarda çalışan həkimlər üçün bir neçə istiqamətdə təşviq mexanizmləri tətbiq etmişik. Burada sabit əlavələr kifayət qədər böyükdür və şəhərlərdə tətbiq olunan sabit əlavələrdən fərqlənir. Görülən işə görə verilən əlavə ödənişlər də fərqlidir. Bundan başqa, 1,3 regional əmsal tətbiq olunur. İnanıram ki, bu xəbəri eşitdikdən sonra həkimlərimiz müəyyən araşdırmalar apararaq regionlara üz tutacaqlar. Hesab edirəm ki, bu islahat regionlarda həkimlərin sayına müsbət təsir göstərəcək, – deyə TƏBİB rəhbəri bildirib.



AzVision.az

Məşqdən əvvəl və sonra maksimum fayda üçün nə yeməli?

Düzgün seçilmiş qəlyanaltı orqanizmi zəruri enerji ilə təmin edir, fiziki yük zamanı halsızlığın qarşısını alır və məşqdən sonra daha sürətli bərpaya kömək edir. Təsadüfi deyil ki, idman dietoloqları qidalanmanı uğurlu məşqin əsas amillərindən biri hesab edirlər.

Məşqdən əvvəl: ağırlıq yaratmadan enerji toplamaq

Məşqdən 1–2 saat əvvəl orqanizmin enerji mənbəyinə ehtiyacı var. Bunun üçün ən optimal seçim tərkibində mürəkkəb karbohidratlar və az miqdarda zülal olan qidalardır. Belə qidalar qanda şəkərin səviyyəsini sabit saxlamağa, enerjini daha uzun müddət qorumağa və mədədə ağırlıq hissi yaratmamağa kömək edir.

Yaxşı qəlyanaltı variantlarına banan və yulaf lopaları ilə təbii yoqurt, pendirli tost, giləmeyvə və ya az miqdarda qozfındıqla meyvələr daxildir. Vaxt çox azdırsa, yüksək zülallı içki də uyğun seçim ola bilər. Onu idman zalına gedərkən qəbul etmək mümkündür.

Bir çox insan arıqlayarkən süd içməyin düzgün olmadığını düşünür. Mütəxəssislərin fikrincə, süd məhsullarına qarşı dözümsüzlük yoxdursa,süd balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər. Əsas məsələ onun kaloriliyini nəzərə almaq və gündəlik ümumi kalori normasına uyğunlaşdırmaqdır. Arıqlamaq məqsədilə süd məhsullarını tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur.

Məşqdən sonra: bərpa üçün ən uyğun vaxt


Fiziki yükdən dərhal sonra orqanizmdə əzələlərin bərpası və enerji ehtiyatlarının yenilənməsi prosesi başlayır. Buna görə mütəxəssislər məşqdən sonra ilk saat ərzində qida qəbulunu ötürməməyi tövsiyə edirlər.

Ən optimal kombinasiya keyfiyyətli zülal və orta miqdarda mürəkkəb karbohidratlardan ibarətdir. Giləmeyvə ilə kəsmik, təbii yoqurt, omlet, dənli bitkilərlə toyuq filesi, tərəvəzlə balıq və ya zülallı kokteyl yaxşı seçimdir.

Söhbət süd məhsullarından gedirsə, südün tərkibində nə qədər zülal olduğu da maraq doğurur. Orta hesabla 100 millilitr inək südündə təxminən 3 qram zülal var. Bir stəkan süd məşqdən sonrakı qəlyanaltıya yaxşı əlavə ola bilər. Lakin intensiv güc məşqindən sonra tam bərpa üçün süd adətən digər zülal mənbələri ilə birlikdə qəbul edilir.

Məşq axşam saatlarına düşürsə

Məşqdən sonra, xüsusilə də axşam saatlarında heç nə yeməməyin daha yaxşı olduğu barədə geniş yayılmış fikir mütəxəssislər tərəfindən doğru hesab edilmir. Əksinə, əzələlərin bərpası üçün orqanizmə lazımi qida maddələri verilməlidir.

Yüngül axşam yeməyi giləmeyvə ilə kəsmik, qatıq, omlet, kefir və ya zülallı smuzidən ibarət ola bilər. Belə qidalar toxluq hissi yaradır, lakin yatmazdan əvvəl həzm sistemini həddindən artıq yükləmir.

Arıqlamaq istəyənlərin axşam saatlarında süd məhsullarından çəkinməsinə də ehtiyac yoxdur. Ölçüyə riayət edildikdə və gündəlik ümumi kalori norması nəzərə alındıqda, arıqlayarkən süd içmək mümkündür.

Uşaq idman məşğələsindən sonra nə yeməlidir?

Valideynlər uşaqları erkən yaşlarından sağlam həyat tərzinə alışdırır və onları mütəmadi olaraq müxtəlif idman dərnəklərinə aparırlarsa, bir məqamı da nəzərə almalıdırlar: üzgüçülük, futbol, rəqs və digər idman məşğələlərindən sonra uşaqlar da böyüklər kimi sərf etdikləri enerjini vaxtında bərpa etməlidirlər.

Aktiv fiziki yükdən sonra uşağa giləmeyvə ilə kəsmik, təbii və ya içməli yoqurt, müxtəlif növ pendirlər, bir stəkan süd, meyvəli smuzi, çia toxumları və ya tərkibində çoxlu şəkər olmayan südlü kokteyl təklif etmək olar.

Faydalı qəlyanaltılar üçün sadə variantlar

Hər məşqdən əvvəl nə yeyəcəyinizi düşünməmək üçün əvvəlcədən bir neçə sadə və uğurlu kombinasiya müəyyənləşdirə bilərsiniz:

təbii yoqurt, banan və südlə hazırlanmış yulaf lopaları
təzə giləmeyvə, meyvə və mürəbbə ilə kəsmik
süd əlavə edilmiş giləmeyvəli smuzi
pendir, yumurta və toyuq filesi ilə tam taxıllı tost
vaxt az olduqda işlə məşq arasında yüksək zülallı içki
yüngül kardio məşqindən sonra bananla kefir və ya süd.


İdman qidalanmasının əsas qaydası dəyişməz olaraq qalır: rasion fiziki aktivliyin səviyyəsinə uyğun, müxtəlif və müntəzəm olmalıdır. Məhz düzgün qidalanma, kifayət qədər istirahət və müntəzəm məşqlərin vəhdəti arzu olunan nəticəyə daha tez çatmağa, sağlamlığı və ümumi rifahı qorumağa imkan verir.

Röya Əliyeva
AzVision.az

Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək

Sentyabrın 11–13də Böyük Britaniya, İsveçrə və Rusiyadan gələn komandalar Sea Breezedə, Xəzərin sahilində unikal polo şousu təqdim edəcəklər.

Elçin Camallı, Adrian Laplaset, Aleks Vatson, Aqustin Kronhaus, Maykl Henderson, Matias Amaya, Santyaqo Sernadas, Mixail Rodzyanko və digər ulduz poloçuların iştirakı ilə turnir möhtəşəm idman mübarizəsinə çevriləcək.

Böyük Britaniya komandası, İsveçrənin St. Moritz, Rusiyanın Moscow Polo Club və Azərbaycanın Elite Polo Club Azerbaijan komandaları qum üzərində güc, sürət və zərifliyi bir araya gətirəcək.

11, 12 və 13 sentyabr tarixlərində saat 16:00dan etibarən bu unikal qarşılaşmaların şahidi olun və komandalara dəstək verin.

VIP və standart biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Beşinci ixtisas qrupu üzrə 4 735 plan yeri ayrılıb

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul planına əsasən, V ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 1 471, rus bölməsinə 115, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 149 yer olmaqla, ümumilikdə 4 735 plan yeri ayrılıb. Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 1 543dür.

Qeyd olunub ki, V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb olunan ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq (585 yer), dizayn (460 yer), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (455 yer), instrumental ifaçılıq (302 yer) və təsviri incəsənət müəllimliyi (285 yer) ixtisaslarına ayrılıb.

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

Görüşdə qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış ASAN xidmət mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verilib. Milli brendimiz olan ASAN xidmətin intellektual məhsul kimi ixracı istiqamətində 30dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

Görüş zamanı ASAN xidmət təcrübəsinin Qırğız Respublikası ilə paylaşılması istiqamətində əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.

Qonaqlar ölkəmizin dövlət xidmətləri sahəsində olan qabaqcıl təcrübəsini yüksək qiymətləndiriblər.

Həmçinin görüş çərçivəsində qonaqlar INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

AzVision.az

Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası

Asiyanın biznes müzakirələrində sahibkarlıq çox vaxt tanış obrazlarla təqdim olunur: investor təqdimatı («pitch deck»), vençur kapitalı raundu, texnoloji platforma və sürətli miqyaslanma ambisiyaları. İşin gələcəyi ilə bağlı müzakirənin digər qütbündə isə giq işçisi dayanır — sərnişin daşıyan, yemək çatdıran, rəqəmsal platforma vasitəsilə frilans tapşırıqları yerinə yetirən insanlar.

Bu iki qütb arasında isə daha böyük və daha az görünən bir qrup yerləşir: bəlkə də heç vaxt kənar kapital cəlb etməyəcək və ya texnologiya şirkəti qurmayacaq, lakin buna baxmayaraq müştəri tapmağı, məhsul və ya xidmət satmağı, əməliyyatları idarə etməyi və müstəqil qazanmağı öyrənən insanlar. Onlar Asiyanın sahibkarlıq iqtisadiyyatının gözdən qaçan orta halqasıdır.

Miqyas artıq kifayət qədər böyükdür. Asiya İnkişaf Bankının Asia Small and MediumSized Enterprise Monitor 2025 hesabatına görə, mikro, kiçik və orta müəssisələr 26 Asiya və Sakit okean iqtisadiyyatında orta hesabla bütün müəssisələrin 99,8%ni və işçi qüvvəsinin 67,6%ni təşkil edib, milli iqtisadi məhsulun isə orta hesabla 38,7%ni formalaşdırıb. Onların əksəriyyəti biznes xəbərlərində üstünlük təşkil edən texnologiya sektorlarında deyil, xidmət sahələrində fəaliyyət göstərir.

Bu rəqəmlər qeyriformal və ya müstəqil kommersiya fəaliyyəti ilə qazanc əldə edən hər bir fərdi əhatə etmir. Lakin onlar daha böyük bir həqiqətə işarə edir: Asiya iqtisadiyyatları təkcə iri işəgötürənlər və sürətlə böyüyən startaplar tərəfindən deyil, həm də qatqat kiçik miqyasda fəaliyyət göstərən milyonlarla insan tərəfindən dəstəklənir.

Sahibkarlıq çox vaxt şirkətdən əvvəl başlayır

Bir çox insanlar üçün sahibkarlıq şirkət qeydiyyatı və ya investorlara təqdimatla başlamır. O, ilk müştərini qazanmaqla başlayır: kiminsə nəyə ehtiyacı olduğunu anlamaq, qiymət qoymağı və satmağı öyrənmək, sadə uçot aparmaq və müştərilərin təkrar müraciətini qazanmaq.

«Sahibkarlıq çox vaxt elə müzakirə olunur ki, sanki o, şirkət qurmaqla və ya kapital cəlb etməklə başlayır, — deyə Asiya mənşəli həyat tərzi və sağlamlıq sahəsində birbaşa satış şirkəti olan QNETin Baş İcraçı Direktoru Mattias Mildenborn deyir. — Bir çoxları üçün isə bu, müştəri ehtiyaclarını tanımaqla, dəyəri çatdırmaqla, əməliyyatları idarə etməklə və təkrar sifarişlərə gətirib çıxaran münasibətlər qurmaqla başlayır».

Sahibkar olmaq istəyənlərin qarşılaşdığı maneələr təkcə maliyyə ilə məhdudlaşmır. Məhsul hazırlamaq, ödəniş sistemləri qurmaq, təchizatçılar tapmaq və müştərilərə çatmağın yollarını öyrənmək — bunların hamısı ciddi maneələr ola bilər. Bu infrastrukturun bir hissəsini təmin edən biznes modelləri — sosial ticarət, evdən göstərilən xidmətlər, onlayn təkrar satış, mikrofrançayzinq, kontent yaradıcılarının qurduğu bizneslər və birbaşa satış — daha idarəolunan başlanğıc nöqtəsi təklif edə bilər.

Bunlar eyni modellər deyil və eyni imkanları və ya riskləri daşımır. Lakin onlar iqtisadi iştirakın daha kiçik, daha çevik və mərkəzləşdirilməmiş formalarına doğru daha geniş dəyişikliyi əks etdirir.

Birbaşa satış bu modellərin ən oturuşmuşlarından biridir: o, fərdlərə pərakəndə satış nöqtəsi açmadan və öz təchizat zəncirini qurmadan məhsulları birbaşa müştərilərə təqdim etməyə imkan verir. Bu, giq işi ilə eyni şey deyil. Platforma işçisi adətən qiyməti və şərtləri əsasən platforma tərəfindən müəyyən edilən tapşırığı yerinə yetirir. Birbaşa satıcı isə şirkətin məhsul və kompensasiya çərçivəsi daxilində fəaliyyət göstərir, lakin müştəri tapmaq, məhsulları izah etmək və kommersiya münasibətləri qurmaq üçün daha böyük məsuliyyət daşıyır.

«Müzakirə hansı etiketin digərindən yaxşı olması barədə getməməlidir, — deyə Mildenborn bildirir. — Əsl sual odur ki, model insana növbəti əməliyyatdan sonra da dəyərini qoruyan bacarıqlar və münasibətlər inkişaf etdirməyə kömək edir, ya yox».

Çevik iş gəlir gətirir. Sahibkarlıq isə həm də bacarıq formalaşdıra bilər

Çevik iş gəlirə mühüm çıxış imkanı verir və insanlara təhsil, yaxınlara qulluq və digər öhdəliklərlə yanaşı işləməyə imkan yarada bilər. Lakin çeviklik özlüyündə heç də həmişə daha böyük iqtisadi müstəqilliyə çevrilmir.

BMTnin İnkişaf Proqramının (UNDP) 2026cı ilin iyununda dərc olunmuş hesabatı Asiya və Sakit okean regionunda giq iqtisadiyyatını çevik iş formalarının və platforma əsaslı səmərəliliyin mənbəyi kimi təsvir edib, eyni zamanda iqtisadi qeyrisabitliyi, fırıldaqçı platformaları və məhdud sosial müdafiəni də qeyd edib.

Mikrosahibkarlıq da oxşar qeyrimüəyyənlikdən sığortalanmayıb. Gəlir dəyişkən ola bilər və uğur heç vaxt zəmanətli deyil. Lakin ən yaxşı halda o, bacarıqların zamanla toplanmasına imkan verir: satış və ünsiyyət bacarıqları, maliyyə intizamı, məhsul bilikləri, müştəri münasibətləri və peşəkar reputasiya.

«Mikrosahibkarlığın dəyəri yalnız növbəti satışla ölçülməməlidir, — deyə Mildenborn deyir. — O, həm də fərdin nə öyrəndiyi ilə ölçülməlidir: müştəriləri anlamağı, məsuliyyətlə ünsiyyət qurmağı, pulu idarə etməyi, etimad qazanmağı və nəticələr dərhal gəlmədikdə ardıcıl qalmağı».

Elə buna görə də mikrosahibkarlıq varlanmağın qısa yolu kimi təbliğ olunmamalıdır. Hətta kiçik bir biznesin qurulması davamlı səy, öyrənmə və qeyrimüəyyənliyi qəbul etməyə hazırlıq tələb edir.

Aşağı maneələr həm güc, həm də zəiflik ola bilər

Sahibkarlığı daha əlçatan etmək dəyərli işdir, lakin iştirak qarşısındakı aşağı maneələr ikiağızlı qılıncdır.
Problemlər gəlir imkanları şişirdildikdə, real müştəri tələbindən çox yeni iştirakçıların cəlbinə üstünlük verildikdə və ya iştirakçılar şirkətin icazə vermədiyi iddialar səsləndirdikdə yaranır. Məsuliyyətli mikrosahibkarlıq aydın standartlar tələb edir: mərkəzində real məhsullar və müştərilər dayanmalı, qazancın avtomatik olduğuna dair heç bir işarə verilməməli, məsuliyyətli satışı əhatə edən təlimlər keçirilməli və iştirakçılar qaydaları pozduqda tədbir görülməlidir.

«Hesabatlılıq olmadan əlçatanlıq imkanların genişləndirilməsi deyil, — deyə Mildenborn bildirir. — Şirkətlər real gözləntilər formalaşdırmağa, real məhsul tələbini mərkəzdə saxlamağa, lazımi təlim təmin etməyə və standartlar pozulduqda tədbir görməyə borcludur. Etimadı yalnız imkan verməklə qurmaq olmaz. O, davranışla qazanılmalıdır».

Birbaşa satış sənayesi üçün bu, həlledici etibarlılıq sınağıdır. Müstəqil distribyutorlar adətən şirkət əməkdaşları kimi deyil, müstəqil şəkildə fəaliyyət göstərirlər, lakin onların davranışı təmsil etdikləri biznesin və bütövlükdə sənayenin necə qavranılmasını yenə də formalaşdırır.

Asiyadan dünyaya açılan biznes modeli

QNET beynəlxalq brendlərin Asiyaya artım bazarı kimi daxil olması barədə tanış hekayənin əksi istiqamətində inkişaf etmiş şirkətin nümunəsidir.

1998ci ildə Honkonqda təsis edilən şirkətin təcrübəsi Asiya mənşəli bir şirkəti müxtəlif mədəniyyətlər, bazarlar və tənzimləmə sistemləri üzrə qurmağın mürəkkəbliyini əks etdirir. Mildenborn beynəlxalq birbaşa satış sənayesində iyirmi ildən artıq fəaliyyətdən sonra 2026cı ildə Baş İcraçı Direktor vəzifəsini öz üzərinə götürüb.
«Asiyadan qlobal miqyasa çıxmaq sadəcə eyni ssenarini hər ölkədə təkrarlamaq məsələsi deyil, — deyə o bildirir.

— İstehlakçı gözləntiləri, qaydalar və mədəni normalar fərqlənir. Şirkət ünsiyyət və fəaliyyət tərzini lokallaşdırmalı, eyni zamanda məhsullar, davranış və müştərilərin müdafiəsi ilə bağlı standartlarını dəyişməz saxlamalıdır».

Texnologiya bu əhatəni asanlaşdırır, lakin eyni zamanda zərərli təcrübələrin və reputasiya problemlərinin yayılma sürətini də artırır. Buna görə də rəqəmsal miqyas daha güclü nəzarətlə müşayiət olunmalıdır.

Asiyaya qısa yollar yox, daha çox giriş yolları lazımdır

Hər mikrosahibkar böyük şirkət qurmayacaq çoxları kiçik miqyasda və ya yarımştat rejimdə qalacaq, bəziləri isə sahibkarlığın onlara uyğun olmadığına qərar verəcək. Bu, təcrübəni əhəmiyyətsiz etmir. Müştəriyə yanaşmağı, dəyəri izah etməyi, maliyyəni idarə etməyi və nəticəyə görə məsuliyyət götürməyi öyrənmək — biznesin özü təvazökar qalsa belə — faydalı kommersiya bacarığı formalaşdırır.

Məqsəd insanların öz bacarıqlarını sınaya biləcəyi etibarlı giriş nöqtələri yaratmaqdır. Bu giriş nöqtələrini təmin edən bizneslər isə daha sərt meyarlarla qiymətləndirilməlidir: real müştəri tələbi mövcuddurmu, iddialar dəqiqdirmi, təlim mənalıdırmı və iştirakçılar başladıqları vaxtla müqayisədə daha güclü bacarıqlar əldə edirlərmi.

Hər sahibkara «pitch deck» lazım deyil. Amma sahibkar olmaq istəyən hər kəs başlamaq üçün ədalətli, şəffaf və məsuliyyətli bir yerə layiqdir.

Lin WeiCheng

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Olimpiadaya qatılmış 157 nömrəli tam orta məktəbin 11ci sinif şagirdi Həsən Vəliyev, FizikaRiyaziyyat və İnformatika Təmayüllü liseyin 10cu sinif şagirdi Əkbər Əhmədov, həmçinin Bakı Türk Anadolu liseyinin 11ci sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azercell, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017ci ildən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir.

“SİMA İmza” “AFB Bank”ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub

nteqrasiya nəticəsində müştərilər filiala getmədən bankın müxtəlif xidmətlərindən elektron formada yararlana bilirlər. Belə ki, SİMA İmza artıq AFB Mobile tətbiqində əmanətlərin yerləşdirilməsi, mikro kreditlərin rəsmiləşdirilməsi və nağd kreditlərin götürülməsi xidmətlərində tətbiq edilir. Bununla yanaşı, AFB Mobileda mövcud və yeni müştərilərin qeydiyyatı və rəqəmsal kartların sifarişi proseslərində də SİMA İmzadan istifadə olunur.

Bu inteqrasiya müştərilərə bank xidmətlərindən istifadə zamanı şəxsiyyətlərini rəqəmsal şəkildə təsdiqləməyə və tələb olunan sənədləri elektron formada imzalamağa imkan verir. Nəticədə bir sıra bank əməliyyatlarını filialdan kənarda, daha rahat və çevik şəkildə həyata keçirmək mümkün olur.

SİMA İmzanın bank xidmətlərinə inteqrasiyası bank əməliyyatlarının rəqəmsallaşdırılmasına və müştəri təcrübəsinin sadələşdirilməsinə xidmət edir. Eyni zamanda, kağız sənədləşməsinin və əlavə sənəd dövriyyəsinin azalmasına, bank xidmətlərindən məsafədən istifadə imkanlarının genişlənməsinə şərait yaradır.

SİMA İmza haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
AzVision.az

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər avqustun 19u saat 23:59dək qəbul olmaq istədikləri ixtisasları Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsinə daxil edib ərizələrini təsdiqləməlidirlər.

Avqustun 19u saat 10:05ə olan məlumata görə, 81 min 346 abituriyent (subbakalavr) ərizəsini təsdiqləyib. Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

Müsabiqədə iştirak edənlər elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlər və digər suallarla bağlı ödənişsiz fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlərdə 50dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir.

MKA Gürcüstanla kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Görüş zamanı iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər MİSPə qoşulma, birgə təlimlərin təşkili və təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində təcrübə və biliklərin paylaşılmasının hər iki qurum arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi vurğulanıb.

Azercell süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

AWS ekspertləri tərəfindən keçirilən təlimlərdə Azercellin mühəndislik, məhsulun inkişafı və texnologiyalar istiqamətləri üzrə mütəxəssisləri iştirak ediblər. Sessiyalar çərçivəsində süni intellekt əsaslı proqram təminatının hazırlanması, eləcə də rəqəmsal məhsulların inkişafına dair müasir yanaşmalar təqdim olunub.

Proqramın əsas mövzularından biri AWSin AIDriven Development Life Cycle (AIDLC) – süni intellektlə dəstəklənən proqram təminatının hazırlanması metodologiyası olub. Bu metodologiya proqram təminatının hazırlanmasının bütün mərhələlərində süni intellekt texnologiyalarının sistemli şəkildə tətbiqini nəzərdə tutur. Ənənəvi yanaşmalardan fərqli olaraq, AIDLC çərçivəsində süni intellekt planlaşdırma, kodlaşdırma, test və sənədləşdirmə kimi proseslərdə aktiv rol oynayır, mühəndislər isə ümumi nəzarəti həyata keçirir, nəticələri qiymətləndirir və strateji qərarların qəbulunu təmin edirlər. Bu həll tərtibatçılar və süni intellekt alətləri arasında əməkdaşlığın daha səmərəli qurulmasına, innovasiyaların sürətləndirilməsinə, həmçinin proqram həllərinin keyfiyyət və etibarlılığının artırılmasına imkan yaradır.
+++
Təlimlərdə iştirakçılar süni intellekt dəstəyi ilə proqram təminatının hazırlanmasına dair real nümunələrlə tanış olublar. Bundan əlavə, müasir süni intellekt alətlərinin tərtibatçıların məhsuldarlığına, inkişaf proseslərinin səmərəliliyinə, yeni funksiyaların bazara çıxarılma müddətinə və rəqəmsal həllərin etibarlılığına təsiri müzakirə edilib.

AWS ilə əməkdaşlıq Azercellin qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma eyni zamanda əməkdaşların süni intellekt sahəsində bilik və bacarıqlarının davamlı inkişafını dəstəkləyir. Davamlı öyrənmə və peşəkar inkişafa investisiya yatırmaqla şirkət əməkdaşlarının texnoloji yeniliklərə çevik uyğunlaşmasını və sürətlə dəyişən rəqəmsal mühitin tələblərinə hazır olmasını hədəfləyir.

Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan Azercell beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək ölkədə qabaqcıl texnologiyaların tətbiqini təşviq etməyə və süni intellekt üzrə praktiki bacarıqların inkişafına töhfə verməyə davam edəcək.

İslam Sivilizasiyası Forumunda Şeyxülislamın kitabı təqdim edildi

İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCOnun baş direktoru Salim ƏlMalik, IRCICAnın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.


Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə öz nitqinə ‘’Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz nəşrin təqdimat mərasimində bir araya gəlmişik’’ fikri ilə başlayıb. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyeviun dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfələrdən danışarkən qeyd edib ki, mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti Zatialiləri İlham Əliyev cənablarının səyləri hər birimiz üçün fəxr mənbəyidir: ‘’Tarixən Mavərənnəhrin, bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Zatialiləri Şavkat Mirziyoyev cənablarının səy və əməlləri ilə qürur duyuruq.

Allahşükür Paşazadə həmçinin Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Özbəkistan əlaqələrinin təməlində dayandığını da xüsusi olaraq qeyd edib: Şükürlər olsun, Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev cənablarının dönəmində müstəqil AzərbaycanÖzbəkistan əlaqələrində təməli qoyulmuş müdrik yol bu gün davam və inkişaf etdirilir.


Qeyd edək ki, ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitabalbomunun Özbəkistan ictimaiyyəti üçün təqdim etmə mərasimi iyulun 7də, Özbəkistan Kinematoqrafiya Agentliyinin geniş zalında keçirilib. Mərasimdə Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, rəsmi şəxslər, ictimiayyət nümayəndələri iştirak edib, nəşri Azərbaycan və Özbəkistan xalqlarının ensiklopediyası kimi qiymətləndiriblər. İki dildə Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarıı, məktub və məruzələri və fotoşəkillərdən ibarətdir.

Türkiyə və ABŞ nümayəndə heyətləri görüşdü

Mətbuata qapalı keçirilən görüşdə Xarici İşlər Naziri Hakan Fidan, Xəzinədarlıq və Maliyyə Naziri Mehmet Şimşek, Milli Müdafiə Naziri Yaşar Güler, AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran, Prezident Aparatının rəhbəri Həsən Doğan, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak edir.

Müzakirələr zamanı TürkiyəABŞ münasibətlərinin vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional və beynəlxalq gündəmdə yer alan məsələlərin müzakirəsi gözlənilir.

Azercell yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir

Rahat ödəniş imkanları: Alfa Plan istifadəçiləri nömrəyə ayrılan kredit limitindən faydalanaraq mobil xidmətlərdən fasiləsiz yararlanmaq, ödənişlərini 45 günədək həyata keçirmək imkanı əldə edir.

Azərbaycanda ilk dəfə uzunmüddətli abunə modeli: Yeni tariflərin daha bir üstünlüyü uzunmüddətli abunə modelinin tətbiqidir. Yerli telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim edilən bu model çərçivəsində istifadəçilər tarif paketlərinə 1 illik müqavilə ilə qoşulduqda aylıq abunə haqqına 10%, 2 illik müqavilədə isə 20%dək endirim əldə edə bilərlər.

Əlavə üstünlüklər: Seçdikləri tarifdən asılı olaraq istifadəçilər SIM kartın ödənişsiz dəyişdirilməsi, müraciətlərinin prioritet qaydada icrası və Azercell müştəri xidmətləri mərkəzlərində Sürətli xidmət kimi əlavə üstünlüklərdən də yararlana bilərlər.

Azercellin Yeni Alfa Plan tarifləri ilə ən üstün mobil rabitə təcrübəsindən faydalanın!
Əlavə məlumat üçün: Alfa Plan tarifi | Azercell

Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb

Ümumilikdə 400ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

Lankaran Springs Wellness Resort Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Düşərgələrdə şəhidlərimizin 1011, 1213 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.

Açılış mərasimində YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.

İlk gün düşərgə iştirakçısı Elçin Ömərovun doğum günü də qeyd olunub.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.

Tərəfdaşlar: TABİA Group və Lankaran Springs Wellness Resort Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm ASC

Dəstəkçilər: Happy day cake, Cırtdan Entertainment MMC, Asterias Təlim və İnkişaf Mərkəzi, Circus Sea Breeze, Badamlı Mineral Suları.

Media dəstəyi: AzTV, İTV, ASAN Radio/TV.

AzVision.az

İşğaldan azad olunmuş ərazilərdəki məzunların sayı açıqlandı

Bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli məlumat verib.

Bildirilib ki, region üzrə fəaliyyət göstərən orta məktəblərdə təhsil alan məzunlar üçün Son zəng tədbirləri təşkil olunub. Məzunlar məktəb illərində qazandıqları bilik və bacarıqlarla yeni həyat mərhələsinə qədəm qoyurlar.

Sənan Məsimli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 18 ümumtəhsil məktəbində də bu il məzun sevinci yaşanıb. Həmin məktəbləri 128 şagird bitirib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşlar kimi yetişəcəklərinə inamını ifadə edib.

İrandan narkotik qaçaqmalçılığının qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
DSXnin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyatistintaq tədbirləri davam etdirilir.

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən Signature Gala Night tədbirinə tərəfdaşlıq edib.

Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur The Magic of Sanremo layihəsinin iştirakçıları, virtuoz gitaraçı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər səhnə alıblar. Musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Əyyub Quliyev rəhbərlik edib.

Bakcellin tədbirə verdiyi dəstək şirkətin mədəni irsin qorunması, incəsənətin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Şirkət ölkədə mədəniyyət və incəsənətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edir.

Qeyd edək ki, Signature Gala Night yerli və beynəlxalq sənətçilərin iştirakı ilə klassik musiqi ənənələrini bir araya gətirən xüsusi mədəniyyət layihəsidir.

Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyrineft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Groupa daxildir.

Putin Dərbənddə Azərbaycan teatrının açılışını edəcək

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Bildirilib ki, açılış günü münasibətilə Dərbəndə Azərbaycandan da qonaqlar gələcək.

Qeyd edək ki, teatrın yenidən qurulması 2025ci ilin dekabr ayının sonunda başa çatıb. Binada 272 yerlik müasir tamaşa zalı yaradılıb, qrim otaqları, xidmət və texniki sahələr yenilənib. Teatr həmçinin müasir işıq və səs avadanlıqları ilə təchiz olunub.

Məqalədə:

KİV: Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayır

Bu barədə AzVision.az AnewZa istinadən xəbər verir. Pekin Çində keçirilən ŞƏT sammitində Azərbaycanın ərizəsini dəstəklədiyini təsdiqləyib və onun Şanxay ruhu prinsiplərinə uyğun olduğunu qeyd edib.

Öz növbəsində, vəziyyətlə tanış olan rəsmi şəxslər AnewZa bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya və Şanxay ruhu prinsiplərinə ziddir. Bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur. Bu məlumatlara əsasən, Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə sıx bağlıdır, telekanal qeyd edib.

Telekanalın müsahiblərindən biri qeyd edib ki, belə addımlar Azərbaycanın strateji kursunu dəyişmir, yalnız Hindistan siyasətinin məhdudluğunu nümayiş etdirir.

AzVision.az

❌