Normal görünüm

Dünden önceki gün alınanlar Azerbaycanca Haberler

Renat Dadaşovun yeni klubu məlum oldu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın "Bukovina" klubu ilə anlaşıb.
 
Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.
 
Məlumat üçün bildirək ki, "Bukovina" bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
 
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın "Motor" klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.
 

Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvələr göndərir

Cənubi Koreya Hörmüz boğazında gəmilərin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bölgəyə hərbi qüvvələr yerləşdirməyə hazırlıq görür. Hərbi bölmələrin göndərilməsinin ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu barədə hökumət və hərbi mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumata əsasən, hökumət hazırda parlamentin təsdiqini almaq üçün müvafiq prosedurlar üzərində işləyir.
 
Rəsmilər bir neçə variantı, o cümlədən dəniz patrul təyyarəsinin, maddi-texniki təminat gəmisinin və ya minatəmizləmə qrupunun göndərilməsi imkanlarını nəzərdən keçiriblər.
 
Cənubi Koreya hökumətindən bildirilib ki, rəsmi Seul boğazda gəmiçiliyin sərbəst hərəkətinə dəstək verməyin praktiki yollarını müzakirə edib, lakin yekun qərarın verilməsi ilə bağlı xəbərlər faktları əks etdirmir. Missiyanın dəqiq tərkibi və həyata keçirilmə vaxtı ilə bağlı son qərar hələlik qəbul olunmayıb.

"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzətdi"

Mərhum Xalq artisti, aktyor Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruz sənətə gəlişindən və keçmişdə yaşadığı çətinlikləri dilə gətirib.
 
Stilist ailəsinin həmin dövrdə yaşadığı maddi çətinlikləri bölüşüb. Şəfəq atası Ramiz Novruzun aktyor işlədiyini, həmin illərdə aktyorların maaşının isə çox aşağı olduğunu bildirib:
 
"O vaxt atam aktyor işləyirdi. Aktyorların maaşları çox az idi. Nənəm hinduşkaları satdı, 100 dollara məni salonların birinə qoydu ki, mən bu sənəti öyrənim. Mən də orada bütün ustaların əlinə baxa-baxa öyrəndim. Çox çətinliklə gəlmişəm".
 
Şəfəq Novruz bildirib ki, indiki dövrdə sosial media sayəsində gənclərin öz əl işlərini daha asan nümayiş etdirməsi və qısa zamanda tanınması mümkündür. Onun sözlərinə görə, əvvəlki illərdə isə sənətdə tanınmaq və özünü təsdiqləmək daha çə'tin olub. /milli.az/

DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - <span style="color: #ff0000;">ANBAAN GÖRÜNTÜLƏR</span>

“Sentyabrın 3-ü Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizliyin bir an belə diqqətdən kənarda saxlanılmamasının vacibliyini bir daha göstərir”.
 
Moderator.az xəbər verir ki, bu sözləri DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev hərəkət iştirakçılarına müraciətində deyib.
 
O bildirib ki, çoxzolaqlı yol sadəcə keçilməli olan geniş bir məsafə deyil. Onun hər zolağı ayrıca təhlükə mənbəyidir: “Bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini daha da artırır.
 
İntensiv hərəkətin olduğu yollarda məsafəni gözlə hesablamaq aldadıcıdır. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər. Piyada isə hərəkət hissəsində olarkən bütün zolaqlardakı sürəti və məsafəni eyni anda düzgün qiymətləndirə bilməz.
 
Yolu qaçaraq keçmək təhlükəli sahədə qalma müddətini azaltmır əksinə, vəziyyətə nəzarəti zəiflədir.  Bir neçə saniyə tez qarşı tərəfə çatmaq istəyi insanı bir neçə fərqli risklə eyni anda üz-üzə qoyur.
 
Əziz piyadalar, bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”.
 

TRIPP layihəsi ABŞ-a Ermənistanda hərbi infrastruktur yerləşdirmək imkanı yaradır?

TRIPP layihəsinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı müzakirələr regionda həm nəqliyyat bağlantıları, həm də təhlükəsizlik məsələləri baxımından diqqət çəkir. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov layihənin ABŞ-a Ermənistan ərazisində, İran sərhədinə yaxın ərazilərdə hərbi və kəşfiyyat infrastrukturu yerləşdirmək imkanı yarada biləcəyini bildirib. İran tərəfindən də layihənin mümkün təhlükəsizlik nəticələri ilə bağlı narahatlıqlar ifadə olunur.

Bu açıqlamaları və regiondakı mövcud geosiyasi həssaslığı nəzərə alsaq, TRIPP layihəsinin reallaşması ətrafında hansı risklər yarana bilər?

 Layihənin həyata keçirilməsi prosesində Rusiya, İran, ABŞ və region ölkələrinin maraqlarının toqquşması Cənubi Qafqazdakı təhlükəsizlik dinamikasına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az -a diplomat politoloq Fikrət Sadıxov açıqlama verib. 

Politoloq qeyd edib ki, TRİPP marşrutu hərbi marşrut deyil. Bu, sülhə yönələn, nəqliyyat-logistika məqsədi daşıyan və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən bir marşrutdur:

"Təbii ki, bu layihəyə qarşı çıxış edənlər də var. İlk növbədə İran, eyni zamanda Rusiya bu məsələyə kifayət qədər qıcıqla yanaşır. Amma əvvəla, söhbət Ermənistan ərazisindən gedir.

Bu məsələni onlar Ermənistanla müzakirə etməli və müəyyən bir razılığa gəlməlidirlər. Digər tərəfdən, burada ABŞ kimi nəhəng bir dövlət var və onlar maraqlıdırlar ki, bu layihə fəaliyyətdə olsun, işləsin. Çünki onların da şirkətləri orada fəaliyyət göstərəcək.

Digər tərəfdən, mən düşünmürəm ki, İranla Rusiya hazırda elə bir vəziyyətdədirlər ki, buna qarşı aktiv şəkildə çıxış etsinlər və onun qarşısını ala bilsinlər. Amma təbii ki, çətinliklər olacaq, problemlər yaranacaq.

 Bu problemlərin həlli isə, mən əminəm ki, müəyyən dərəcədə ABŞ-ın mövqeyindən, eyni zamanda Azərbaycanla Ermənistanın mövqeyindən asılı olacaq".

Pərvin Şakirqızı

"Mən on min qadınla sevişmişəm..." - <span style="color: #ff0000;">Jorj Simenondan sitatlar</span>

Bu gün fransızca yazan tanınmış Belçika yazıçısı Jorj Simenonun anım günüdür.
 
Moderator.az Kulis.az-a istinadla onun əsərlərindən sitatlar təqdim edir.
 
Yazıçı olmaq sənət deyil, bədbəxtliyə meyillilikdir. Düşünmürəm ki, hər hansı bir sənətkar nə vaxtsa xoşbəxt ola bilsin.
 
***
 
Hamımız potensial olaraq romandakı obrazlarıq, tək fərq ondadır ki, romandakı personajlar öz həyatlarını həqiqətən də dolu-dolu yaşaya bilirlər.
 
***
 
Hər şey sadəcə öz-özünə baş verdi. Sanki uzun zamandan bəri verilmiş bir qərarı həyata keçirməyin həm zəruri, həm də təbii olduğu an gəlib çatmışdı.
 
***
 
Bura kənd yarmarkalarının, tənbəl kütlələrin, yatmağa yeri olmadığı üçün gecələri çöldə keçirilən vaxtların qoxusunu verirdi; bir də Nyu-Yorkun o sakit, amma qəddar laqeydliyi qoxuyurdu.
 
***
 
Kasıblar öz ümidsizliklərini boğmağa vərdiş ediblər, çünki onlar hər gün, hər saat həyata, işə və qarşılaşdıqları tələblərə uyğunlaşmalı, yollarına davam etməlidirlər.
 
***
 
Ağzı açıq halda yuxuya getdi, çünki insan nəticədə həmişə yuxuya gedir. İnsan ağlayır, fəryad edir, qəzəblənir, ümidsizliyə qapılır, sonra da sanki heç nə olmamış kimi yeyir və yatır.
 
***
 
Romanımı bir taxta parçasına həkk etmək istərdim. Personajlarımın daha ağır, daha üçölçülü olmasını arzulayardım. Onların peşəsi, xüsusiyyətləri var; yaşlarını, ailə vəziyyətlərini və hər şeyi bilirsiniz. Amma ben onların hər birini bir heykəl kimi ağır və dünyadakı herkesin qardaşı etməyə çalışıram.
 
***
 
Onlar heç vaxt bir-birinə adı ilə müraciət etməz, xoş sözlər deməzdilər. Buna nə ehtiyac var idi ki, axı hər ikisi bir çox cəhətdən tək bir insan olduqlarını hiss edirdilər?
 
***
 
İnsan faciələrinə keçmişə nəzər salaraq yenidən baxdıqda, onlar həmişə sadə görünür.
 
***
 
Hər hansı, hətta əhəmiyyətsiz bir detalla başlayırsan və fərqinə varmadan böyük prinsipləri kəşf etməyə gəlib çıxırsan.
 
***
 
Bu dəfə qarşı tərəfin üzü onu elə valeh etmişdi ki, başını çevirə bilmədi. Bədənlərinin bir-birinə ən çox yaxınlaşdığı anlarda belə, onu heç vaxt bu qədər gözəl, bu qədər nur saçan görməmişdi. Dolğun dodaqlarında sevginin zəfərini bu qədər intensiv ifadə edən bir təbəssümü heç vaxt sezməmişdi. Tək bir baxışla onu heç vaxt bu dərəcədə tam fəth etməmişdi.
 
***
 
Gözqamaşdırıcı parlaqlığa baxmayaraq, niyə hər şey boz görünürdü? Sanki o ağrılı dərəcədə kəskin işıqlar insanların çöldən, gecənin qaranlığından gətirdikləri zülməti dağıtmaqda aciz idi.
 
***
 
Müfəttiş bədxahların, cinayətkarların və dələduzların psixologiyasına bələd idi. Bilirdi ki, bunun təməlində həmişə hansısa ehtiras dayanır.
 
***
 
O, ideyalara şübhə ilə yanaşırdı, çünki onlar təcrübədən bildiyi o çox axıcı olan reallığı əks etdirmək üçün həmişə həddindən artıq sərt idilər.
 
***
 
Biz bir az cinayət hüququ vəkillərinə bənzəyirik. Biz işin gözə görünən tərəfiyik, amma ciddi işləri kölgədə mülki hüquq vəkilləri görür.
 
***
 
O, saysız-hesabsız kitablar oxumuş, onları mənimsəmiş və üzərində düşünmüşdü. Günbəgün, ildən-ilə insanlığın bütün problemlərini zehnində təhlil etmişdi. Amma yenə də bilmədiyi çox sadə şeylər var idi: məsələn, bir qonaq evinə daxil olub masada oturmağı belə bacarmırdı.
 
***
 
Adətən zərərçəkəni daha yaxşı tanıdıqca qatilin kimliyi üzə çıxır.
 
***
 
Paris nəhəng və sakit idi, işıq dəstələri, tam yerində olan kölgə sahələri, tam zamanında sükutu pozan səsləri ilə demək olar ki, xamuş idi.
 
***
 
Meqre tez-tez başqalarına, hətta təcrübəli insanlara da qəbul etdirməyə çalışırdı ki, yıxılanlar, xüsusən də daha aşağı enmək üçün patoloji bir iradə göstərənlər, demək olar ki, həmişə idealistlərdir.
 
***
 
Mən hər yerdə evimdəki kimiyəm, eyni zamanda heç yerdə. Heç vaxt özgə deyiləm, amma heç vaxt da tam olaraq harasa aid olmuram.
Əgər hər birimiz tək bir insanı xoşbəxt edə bilsəydik, bütün dünya xoşbəxtliyin nə olduğunu bilərdi.
 
***
 
Mən bir az süngərə bənzəyirəm. Yazmadığım zamanlarda həyatı su kimi içimə çəkirəm. Yazanda isə süngəri bir az sıxıram — nəticədə su yox, mürəkkəb süzülür.
 
***
 
30 ildir anlatmağa çalışıram ki, cinayətkar deyə bir şey yoxdur.
 
***
 
Romançı - anasını sevməyən adamdır.
 
***
 
Əgər dünyaya baxışınız müəyyən bir tərzdədirsə, istər-istəməz hər şeyə poeziya qatacaqsınız.
 
***
 
Sürətlə yazıram, çünki yavaş yazacaq qədər zəkam yoxdur.
 
***
 
Həyatı çox sevirəm, amma ölümdən də qorxmuram. Sadəcə mümkün qədər gec ölməyə üstünlük verirəm.
 
***
 
Həmişə mücərrəd sözlərdən uzaq duraraq, sadə və anlaşıqlı dildə yazmağa çalışmışam.
 
***
 
Biz yazıçıların ətrafında həmişə sədlərin olmadığı bir dövrdə yaşayırıq.
 
***
 
Mən on min qadınla sevişmişəm.
 
***
Yəqin ki, məni hər şeydən çox narahat edəcək məsələlərdən biri ünsiyyət problemidir...

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - <span style="color: #ff0000;">Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən</span>

Bu gün tanınmış yazıçı, ictimai xadim, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anım günüdür.
 
Moderator.az Kulis.az-a istinadla onun "Natəvan haqqında hekayələr" silsiləsindən "İki arzu" hekayəsini təqdim edir.
 
Üç il keçdi. Bu üç ildə Şuşanın qərbində, Xəlfəli kəndindən on kilometrə qədər aralı olan Sarıbaba bulağından şəhərə su kəməri çəkildi. Üç il... Bu üç ildə Natəvan dönə-dönə, hər həftədə iki-üç dəfə atlanıb iş üstünə çıxdı, fəhlələri mükafatla, mehriban sözlərlə ruhlandırdı. Su yolunda çalışanlar üçün dağlarda alaçıqlar qurdurdu, hər gün onlar üçün qoyunlar kəsdirdi. Fağır Qonçaya və Sədra xalaya xörək-çörək bişirməyi həvalə etdi.
 
Su yolunda çalışan muzdlu fəhlələrdən başqa köməyə gələnlər də çox idi. Avanes kirvə, çölqalalı Zeynal kişi, mərdinli Nəcəf, ləzgi uşaqları Usta Məhərrəm və Məhəmməd, hətta qoca dərzi Nikolay və başqaları suyun şəhərə tez çatması üçün əllərindən gələni edirdilər. Sarıbaba bulağından Şuşanın Köçərli və erməni məhəllələrində tikilən daş bulaqlara qədər iyirmi beş-otuz kilometrlik su arxları qazılır, içərisinə saxsı novlar qoyulur, üstü örtülürdü. Su çəkilişində bu üç il ərzində çox hadisələr baş vermişdi. Bunlardan biri bəyimin yadından çıxmır. Bir gün arabalarla fəhlələrə yemək ehtiyatı aparan aşpaz Əliqara qayıdıb bəyimə xəbər gətirdi ki, su kəməri çəkilən yol gəlib bərk bir qayaya dirənib. Qayanı yarmaq, nə də arxı onun çox yüksək olan üstündən keçirmək mümkün deyil. Yol yalnız dərə boyu həmin qayanın belindən keçən ensiz cığırdan çəkilə bilər. Yer bərk və qorxuludur. Təkcə Usta Murad, Surxay könüllülərdən iş çıxmaz. Tutma fəhlələr isə işləməkdən boyun qaçırırlar. Usta Murad bəyimə ismarış göndərmişdi ki, «əlimdən bir şey gəlməz, vaxtı olsa bir özü zəhmət çəkib iş yerinə buyursun».
 
Xan qızı xəbəri alan kimi atlanıb arx çəkilən yerə yollanmışdı. Bəyim atdan düşəndə fəhlələr cəld cilovdan yapışdı. Doğrudan da hər şey onun eşitdiyi kimi idi, hiç kəs işləmirdi. Qoca Muradın ona izah etdiyi kimi suyu bu yerdə qayanın üstünə qaldırmaq olmazdı. Arx, mütləq qayanın altı ilə uçurumun üstündəki ensiz çığırla keçməli idi. Sərt yarğanlardan su sızırdı. Üstdən baxanda göz qaralır, dərənin dibi görünmürdü. Bəyim azacıq diqqətlə baxdı və qəti bir səslə əmr etdi:
— Kəndir verin!
 
Kəndirin nəyə lazım olduğunu başa düşməyən fəhlələr cəld əmri yerinə yetirdilər. Bəyim kəndiri belinə bağlayanda Usta Murad məsələni anladı; bir addım irəli gəldi.
— Bəlkə mən enəm, bəyim, — deyə yavaşca pıçıldadı.
Bəyim eyni səslə cavab verdi:
— Yox, usta, belə lazımdır.
 
Aralıda duran fəhlələr, xüsusilə Surxayın etiraz səsləri xəfif bir uğultu kimi eşidildi və yavaş-yavaş ucaldı. Usta arxasına dönüb Surxaya göz ağartdı.
— Biz ola... ola... nə düşüb... Olan döyü...
— Sənnik iş yoxdu.
 
Usta, bəyimin nə edəcəyini bilməsə də haqlı olduğunu dərk edirdi. Bəyim qayanın kənarına çatanda usta pıçıldadı:
— Bəyim, üzü qayaya tərəf sürüş, dərəyə nəbadə-nəbadə baxasan...
— Yaxşı, arxayın ol, usta...
 
Usta Murad, Surxayı və qüvvətli cavanlardan ikisini irəli çağırdı, kəndiri onlara verdi:
— Ehtiyatla, yavaş-yavaş ipi boşlayın, birdən boşaltmayın.
 
Qəzəbli və narazı gənclər xəcalətdən qızarmış üzlərini harda gizlədəcəklərini bilmədikləri halda ipi əllərinə dolayıb ehtiyatla bəyimi aşağı buraxmağa başladılar. Bəyimə yalnız Usta Murad baxırdı, qalanları isə çəkilib xəcalətlə aralıda durmuşdu...
 
...Nəhayət, bəyimin ayağı yerə toxundu. O, kəndirdən yapışıb yavaş-yavaş sərt qayanın beli boyu uzanan ensiz çığırla irəlilədi. Onun hərəkəti ilə həmahəng olaraq ipi tutmuş gənclər də yuxarıda irəliləyirdilər. Arxın yarımçıq kəsildiyi və cığırın nisbətən enli olduğu yerə çatanda bəyim durdu, burada bel-külüng tökülmüşdü. Fəhlələr bundan o yana işi davam etdirməkdən çəkinmişdilər.
 
Bir an gözü mamır, yosun basmış yarğanlara, ondan aşağı boz duman qalxan qaranlıq dərəyə baxdı. Üşəndi, başı gicəlləndi. Əlləri titrək bir hərəkətlə ipdən daha bərk yapışdı. Lakin bu bircə an oldu. O, cəld gözlərini firuzəyi səmaya çevirdi, qəlbində pıçıldadı: «Yox, yox, ixtiyarım yoxdur, mənə yüz göz baxır, bütün arzularım məhv olar...» O özünü ələ alıb irəlilədi.
 
Usta Murad Xurşidbanunun hər bir hərəkətini izləyirdi. Burada bəyim əlini şalvarının cibinə salıb bir kisə çıxardı. Kisədən bir pul götürüb durduğu yerə qoydu, sonra iri bir addım atıb yenə əyildi və bir pul qoydu, yenə də bir iri addım atıb bir pul qoydu... beləliklə, bəyim düz yüz beş dəfə əyilib qalxdı və hər dəfə də yerə bir pul qoyub qalxdı. Nəhayət, sərt cığır qurtardı, bu yerdən bəyim nisbətən asanlıqla yuxarı qalxdı. Yalnız indi onun məqsədini dərk edən Usta Murad öz yoldaşlarının əvəzinə utandığı halda başını aşağı dikib durmuşdu. Bəyim yuxarı qalxan kimi əllərini bir-birinə çırpdı, tozunu təmizlədi, mehribanlıqla gülümsəyib dilləndi:
— Sənə ağır gəlməsin, usta. O yüz beş qızıl bulağın mehridi. Yol orda doğrudan da çox çətindi. Kim o yerdən keçdi, hər addımını qazdıqca mehrin bir qızılı ona düşür.
 
Sonra fəhlələrə döndü, bir qədər ərkyana ucadan dedi:
— Siz bəs necə kişisiz, mən zənən xaylağı endim, siz enməyə qorxursunuz...
 
Fəhlələri doğrudan-doğruya xəcalət təri basmışdı: bəyimin cürətinə, səxavətinə heyran qalmışdılar. Onlar atı yaxına çəkdilər. Bəyim quş kimi ata qalxdı. Uzun müddət arxasınca «Sağ olsun, bəyim» sözlərini eşidirdi.
 
İndi işlər qurtarmaq üzrə idi.
Bu gün də Natəvan öz yaxın rəfiqəsi Fatma xanım Kəminə və xidmətçisi Gülzamanlə birlikdə şəhərin qərb tərəfinə seyrə çıxmış, yolüstü iş yerinə də dəymişdi.
 
Onlar buraya gələndə məzəli bir əhvalatın şahidi oldular. Uzunqulağının üstündəki güyümlərdən yol fəhlələri üçün qoyulmuş qazanlara su boşaldan suçu Arutyun zarafatla deyirdi:
— İçin, için, qadanız qara günlüyə, su arxını olub qurtaranda borcumu verərsiniz.
— Ərtun kirvə, məhəllənizə bulaq çəkiləndən sonra suyu neynəyəcəksən?
— Su aşı bişirəcəm, dərdin alım... Hamı gülüşdü, Natəvan Kəminəyə dedi:
— Mirzə, görəsən, bu kişini qazancından əl çəkib fəhlələrə su daşımağa vadar edən nədir? Mən ki ona əmr etməmişəm. Güzəranı da bir bu uzunqulağa, bir də o güyümlərə bağlıdır.
 
Fatma xanım gözlərini rəfiqəsinin nur saçan ilhamlı çöhrəsinə zillədi:
— Bəs səni nə məcbur etdi? Hər kəs varına görə, bacarığına görə iş tutur. Əzizim, sən minlərlə pul qoyub su yolu çəkdirəndə, kasıb Ərtunun gücü də bir uzunqulaq yükü suya çatar, Fağır Qonçanın da qüvvəsi çörək bişirməyə yetər. Elə deyilmi, mənim Xurşidim? Bu savab işdə kim işləməz?
 
— Mane olan da az deyil, Mirzə, özün ki bilirsən, — deyə o, dərindən köksünü ötürdü.
— Sən heç kəsə qulaq vermə, Xurşidim, heç kəsə! Qoy xalq özü sənin zəhmətinə qiymət versin, o da ki verir. Öz gözünlə görürsən.
 
Kəminə xəz haşiyəli göy məxmər kürdüsünü sahmanladı. Abı haşiyəli qara kəlağayısının ucunu boynuna dolayıb çənəsinin altında bərkitdi. Əllərini yanlardan gen tumanının büzmələri arasında gizləyib, üşənirmiş kimi rəfiqəsinə qısıldı. İki iri üzüm giləsinə oxşayan dəyirmi gözlərini Natəvanın baxdığı üfüqə zillədi. Bu gözlərin hər birində bir günəş parıldasa da, onlardan qadınlığın ağır, acı dərdi, kədəri süzülürdü. Şairə Mirzə Fatma rəfiqəsinin dalınca deyilən qeybətləri çox yaxşı bilirdi. Dedi:
 
Dönübdür qanə könlüm Şişə içrə çox zəif haləm,
 
Buna şahid rüxi-zərdü do çeşmi-əşkbarımdır.
 
Natəvan rəfiqəsinə yanakı baxdı. Beytdə təsvir olunan yaş dolu qara gözləri gördü, dərdinə şərik, həmdəminin əlini usulca sıxdı:
— Sağ ol, Mirzə, — dedi. Sonra onun məğrur baxışları uzaqdan duman içindən güclə seçilən Murovdağa dikildi. Onun da sıx sürməli kirpikləri nəmləndi, nazik dodaqları pıçıldadı:
 
— Dünyada iki böyük arzum vardı, Mirzə. Birinə budur - çatdım, — deyə o, əlinin xəfif hərəkəti ilə su yolunu göstərib susdu...
 
Fatma xanım Kəminə Natəvanın əlindən tutdu:
 
— Bəs o birisi? — deyə soruşdu.
Natəvan dikəldi, sanki bu hərəkəti ilə ağır düşüncələri xəyalından silib atmaq istədi.
 
— O birini də çatanda deyərəm... — deyə gülümsədi.
 
Onlar irəlilədikcə yol boyu, arx üstü basdıran fəhlələrlə qarşılaşır, salamlaşıb ötürdülər. Yol ayrıcında sıldırım qaya altından keçən dar keçiddə Usta Muradla, əlində külüng olan Surxaya rast gəldilər. Gəncin görkəmi xeyli dəyişmişdi. Çoban Surxay üç ilə yaxın idi ki, otardığı sürüdən ayrılıb, Usta Murada şagird gəlmişdi.
— Salam, usta!
— Əleykəssalam, bəyim!
— İşlər necədir?
— Gün xoşla, ay bəyim, bu gün-sabah suyu şəhərə çatdırarıq.
— Şagirdindən necə, razısanmı, usta? — deyə Natəvan əvvəl Surxaya sonra da öz şirindillisi Gülzamana baxdı.
 
Bu üç ildə o hər zaman Gülzamanla birlikdə iş üstünə çıxanda hər iki cavanın bir-birinə meyl göstərdiyini gözlərinin parıltısından, üzlərinin qızarmasından duymuşdu; iş üstünə Gülzamansız gələndə evdən çıxarkən qızın bura çatanda Surxayın nəzərində oxumuşdu. Küskün intizar, sonsuz həsrət şairənin gözlərindən yayınmamışdı.
— Yaxşıdır, bəyim, üzə tərif olmasın, Fərhad kimi dağ çapır, külüngünün ağzından od-alov çıxır.
 
— Çox yaxşı dedin, usta, elə siz hamınız bu dağların Fərhadısınız...
 
Qayıdan baş o, gülə-gülə Kəminəyə dedi:
 
— Mirzə toya hazırlaş, sənə yaxşı bir toy şənliyi vəd edirəm.
— Nə toy, Xurşid? Kimin toyu?
— Gülzamanım qanad çalıb uçacaq, Mirzə, o da mənitək qoyacaq!
— Yox a? Ha... ha... ha...
— Boy, başıma xeyir, sözciyəzinmi yoxdu, ay bəyim? — deyə Gülzaman kirpiklərini yerə endirib pıçıldadı. — Yaxşı bəs toy haçandı?
 
— Su şəhərə çatan günü. Birinci saqimiz Gülzaman olacaq. Cavan fəhlələrdən birinci kimə su versə, qızcığazımı ona verəcəyəm.
 
Hər ikisi güldü, utandığından arxada qalmış Gülzaman isə son sözə qulaq kəsildi.
 
Dayan, dərviş, bayramdır
 
Tam üç il bellər, külünglər, kürəklər işlədi, yerin bağrını sökdü; xərəklərdə torpaq, daş və palçıq daşındı; onlarla Surxaylar çıxıb Fərhad kimi dağlara sinə gərdi, adlı igid oldu, qayalarla güləşdi. Sarıbabadan gələn su yolu qıvrıla-qıvrıla dağ aşdı, dərə keçdi, sıldırım adladı. Nəhayət, o əziz gün gəlib çatdı. Bu gün şəhər bayramsayağı bəzənmişdi; hamı ən yaxşı paltarını geymiş, nəyə gümanı gəlirdisə götürüb el bayramına gəlmişdi. Köçərlidə daş atsaydın yerə düşməzdi. Meydana yığılan camaat uşaqlı-böyüklü hamı sükut və həyəcan içində gözünü bir nöqtəyə — daş bulaqdan çıxan nova zilləyib dururdu.
 
Birdən su novda səsləndi, əvvəlcə xırıltılı, boğuq bir səslə novdakı havanı çölə püskürdü, sonra fışıltı-gurultuyla axdı. Su həsrətində olanlar sevincdənmi, həyəcandanmı susurdular. Səssizliyi yalnız suyun şaqraq səsi pozdurdu.
 
İnsanlar qurumuş səhrada ilkin su görmüş yolçular kimi heyran-heyran, məftun-məftun baxırdılar; onlar sanki qorxurdular. Elə bil səs çıxarsaydılar suyun səraba çevrilib yox olacağından çəkinirdilər.
 
Lakin gördükləri həqiqət idi, ürəklərə axan həyat qüvvəsi idi. Bu qüvvə dinməzcə duranları hərəkətə gətirdi. Su həsrəti ilə yanıb qovrulan sinələr həyəcanla qalxıb endi, cadar-cadar olmuş titrək dodaqlar dilləndi:
— Natəvan!.. Bəyim!.. Xan qızı!
 
— Sağ olsun!
 
— Var olsun!
 
— Yaşasın!..
 
Bağırtılar ucaldı, ucaldı... Bu ara Usta Murad və Avanes kirvə Natəvana yanaşdılar. Usta əlindəki bürünc, naxışlı qırxaçar camı şairəyə uzadıb:
— Al, bəyim, — dedi, — birinci camı sən doldur.
 
Şairə həyəcanla ətrafında durmuş əyanlara, ruhanilərə, başda Nəvvab və Piran olmaqla dayanmış şairlərə, camaata baxdı, əlini uzadıb camı aldı; onun uzun, ağ barmaqları da kirpikləri kimi titrəyirdi, bəyaz simasına xəfif bir qızartı çökmüşdü; coşqun bir ilham zərif sinəsinə dolub köksünü qabardırdı, söz və hissin çoxluğundan nazik dodaqları aralanır, ancaq danışa bilmirdi. Nəhayət özünü ələ aldı; intizarla boş cama baxan Usta Murad və Avanes kirvəyə sarı dönüb:
— İcazə verin, birinci camı Gülzaman doldursun, ona söz vermişəm, — dedi.
 
Natəvan ətrafına göz gəzdirdi. Bayramsayağı bəzənmiş gəlin və qızlar içərisindən ən əvvəl gözünə çarpan Xanbikə oldu, ondan azacıq arxada isə Gülzaman dayanmışdı. O, başı ilə işarə edərkən gənc qız quş kimi səkə-səkə xanımının yanına gəldi. Utancaqlığını güclə yenib, bürünc camı aldı, baxdı, camın içərisində, kənarında Gülzamanın oxuya bilmədiyi müxtəlif yazılar və naxışlar vardı. Gülzaman bulağa tərəf döndü, ayaqları sözünə baxmır, dizləri əsirdi. O, səkiyə çıxdı, camı suyun altına tutub doldurdu və xanımına tərəf qayıtdı:
— Birinci cam sənindi, başına dönüm, nuş olsun!
 
Natəvan camı alıb içdi, yalnız bundan sonra naxışlı bürünc cam əldən-ələ keçməyə başladı. Gülzaman bulaqdan camı doldurub verdikcə susayan da içirdi, susamayan da.
 
Növbə gənc fəhlələrlə birlikdə gələn Surxaya çatanda, Gülzaman daha da qızardı, üzünü yana tutub camı gəncə uzatdı. Onun bu sadəlöhv hərəkəti Natəvan və Kəminənin gözündən yayınmadı, onlar bir-birinə baxıb səmimiyyətlə gülümsədilər.
 
Elə bu zaman saz səsi eşidildi. Xalq aralandı, ortalıqda geniş bir meydan yarandı, aşıq dəstəsi ortaya girdi. Birinci oxuyan yaşlı Sar aşıq idi:
 
Bulaq üstə duran gözəl,
 
Qara birçək buran gözəl,
 
Əlin belə vuran gözəl,
 
Bir cam su ver əllərindən.
 
İçib o badədən qannam,
 
Alışıb oduna yannam,
 
Hər nə desən bil inannam,
 
Tuti şirin dillərindən.
 
Avanes kirvə şairəyə yanaşdı. O, örpəyini düzəltməyə çalışan bir erməni qızının əlindən tutub Natəvanın qarşısına çəkməyə səy edirdi:
— Gəl, utanma! Bəyim, başına dönüm, bu qızım yaxşı oxuyur, söz də qoşur, izin versən... axı, bir də bu gün bayramdı... lap çoxdan arzulayıb... deyib oxuyacağam...
— Buyursun, kirvə, izindi.
— Başla, Susanna, utanma...
— Oxu, qızım...
 
Susanna balaca üçtelli sazını qabarıq köksünə basıb, üzünü indicə oxuyan aşığa çevirdi, onun da təhrik etdiyini, icazə verdiyini görüncə məlahətli bir səslə oxumağa başladı. O hər bir misranı dedikcə bir addım bulağa yanaşır, gülə-gülə onun üçün bir cam su tutub gözləyirmiş kimi duran Gülzamana baxır, sanki nəğməsinin sözlərini məhz ona, parlaqgözlü qıza söyləyirdi:
 
Xəbər verin ellərimə,
 
Bilsin qoy cahan, ay gəlin!
 
Su içməyə bulağımdan,
 
Gəlsin hər insan, ay gəlin!
 
Ocağa qoymuşam sacı,
 
Günüm bir-birindən acı,
 
Sən ol mənə əziz bacı,
 
Gülsün hayastan, ay gəlin.
 
Susannanın can sirdaşı,
 
Dostluğumun təməl daşı,
 
Kim görüb bacı-qardaşı,
 
Belə mehriban, ay gəlin!
 
O yanda isə artıq mərəkə qızışmışdı, suya qurbanlıq qoyunlar kəsilir, manqallar, təcili düzəldilmiş ocaqlar tüstüləyir, şişlərə kabab çəkilirdi. Meydançanın aşağı başında bayramsayağı düzəldilmiş süfrəyə qarılar duz-çörək, gəlin-qızlar qırmızı yumurta düzürdülər. Bu el süfrəsinə kimin nəyə gümanı gəlirdisə onu gətirmişdi.
 
Xurşidbanunun işarəsi ilə məclis şənliyə başladı. Bir dəstədə Tuğ aşıqları oxuyur; ikinci dəstədə isə gənc xanəndə Hacı Hüsü özü kimi cavan, lakin artıq yüksək sənətkarlığı ilə tanınmış məşhur tarzən Sadıqcanın müşayiəti ilə zəmin-xara muğamını başladı. Nəvvab, Növrəs, Piran, Natəvan başda olmaqla şeir və musiqi pərəstişkarları doğmaqda olan bu yeni sənət ulduzunu məftunluqla dinləyirdilər.
 
Qonaqlığın şirin yerində aşağı yoldan Köçərli məhəlləsinə doğru qalxan bir yolçu nəzəri cəlb etdi. Uzaqdan gəldiyi məlum olan bu yolçu dərviş idi; çiynində təbərzin, əlində əsa, qolunda kəşkül olan bu adamın başında çalma, ayağında yun corab və tünd mixəyi rəngli dikburun dəri ayaqqabı, belində ise qurşaq vardı. Dərvişin gündən yanmış sağlam çöhrəsi, pərakəndə saçlarına və uzun saqqalına uymayan zil qara və parlaq gözləri, enli qara qaşları onu çox gənc göstərirdi. Uzun, zəhmətli yol keçməsinə baxmayaraq, əynindəki paltar təmiz idi. Ümumiyyətlə, o, dərviş geyimli olsa da çox səliqəli bir ziyalıya bənzəyirdi. Dərviş aram-aram yaxınlaşdıqca, bayram süfrəsi başına yığılmış camaatı seyr edir; düşünürdü; əgər bayramdırsa, nə bayramıdır? Müsəlmanlarınmı? Xristianlarınmı? Toydursa — yox, deyil, süfrəyə qırmızı yumurta yığıblar, həm də Süleymana hədiyyə gətirən qarışqa kimi hərə bir şey gətirib qoyur...
 
O yaxınlaşdı, ucadan salam verib keçmək istəyirdi ki, Nəvvab səsləndi:
— Dayan, ağa dərviş, bayramdır, el süfrəsindən tikə kəs! — Sonra məsələni dərvişə söylədi.
— Yolun hardandır?
— Təbrizdən. Bayramınız mübarək olsun, suyunuz soyuq, çörəyiniz isti olsun! Xeyirli günlər görəsiniz, əzizlərim! — deyə o, bulağın yanına gəldi. Gülzamanın doldurub verdiyi piyalanı içdi.
— Nuş olsun, baba dərviş!
— Xoşbəxt ol, qızım! — deyə dərviş gözəl bir səslə oxumağa başladı:
 
Übürndə səri-bazarə çünki düşdü yolum,
 
Göründü çeşmimə bir çeşmə abi-kösərdir.
 
Əbəs yerə bu təvanaya Natəvan dedilər,
 
Onun zəkası, gücü, şeiri dildə əzbərdir.
 
Təəccüb eyləmə, Dərviş, cəlalına sən onun,
 
Deyillər Xan qızıdır — Xurşidi-münəvvərdir.
 
Yığılan şairlər: Nəvvab, Piran, Məmai, Fani və başqaları hamı bir səslə Dərviş təxəlluslu şairin bədahətən söylədiyi bu şeirə "afərin" dedilər. Bulağın adını isə «Xan qızı bulağı» qoydular. Su bayramı belə qurtardı.
 
Nağıl deməyə həvəsli nənələr belə deyir ki, Xan qızı bulağı çəkilib qurtaran günü yetmiş yerdə qazan asıldı, yetmiş tağar buğda unundan çörək yapıldı, yetmiş yerdə süfrə açıldı, yetmiş eldən, yetmiş iki millətdən qonaq gəldi, yedilər, içdilər, «bayramınız mübarək, suyunuz şirin, bəxt ulduzunuz parlaq olsun» dedilər.

DYP sürücülərə xəbərdarlıq etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Bu barədə Moderator.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcəkdir.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır.
 

“Bəzi ailələrdə niyə sağlamlıq imkanları <span style="color: #ff0000;">məhdud uşaqlar dünyaya gəlir?..”- CÜMƏ BƏHSLƏRİ</span>

Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir...”- Qurani-Kərim 
 
“Belə bir uşağa göstərilən qayğının, onun tərbiyəsi və qulluğuna sərf olunan hər dəqiqənin savabının qat-qat artırılaraq yaxşı əməllər tərəzisinə yazılacağı bildirilir...”
 
Bəzi ailələrdə sağlam və güclü uşaqlar dünyaya gəldiyi halda, digər ailələrdə əqli və fiziki imkanları məhdud uşaqların doğulması dini, teoloji baxımdan bir sıra suallar doğurur. Bu, Allahın təqdirində hansı hikməti daşıyır? Valideynlərin günahları ilə övladlarının sağlamlığı arasında əlaqə varmı?
 
Moderator.az  bu mövzuda “İslam-Today” nəşrində Səidə Həyatın imzasıyla dərc olunmuş “Niyə bəzi ailələrdə əlil uşaqlar doğulur?” başlıqlı materialın tərcüməsini dəyərli oxucuların diqqətinə çatdırır.
 
“Sual:
Nə üçün Allah bəzi ailələrə sağlam və güclü övladlar bəxş edir, digər ailələrdə isə əqli və fiziki imkanları məhdud uşaqlar dünyaya gəlir? Allahın belə bir təqdirinin hikməti nədən ibarətdir?
 
Cavab:
 
İnsan öz biliyi və dünyagörüşü baxımından məhduddur. Allah isə hər şeyi əhatə edən elmə və sonsuz biliyə sahibdir. İnsan məhdud imkanları səbəbindən müxtəlif hadisələrin arxasında gizlənən ilahi hikməti tam dərk edə bilməz.
 
Bundan əlavə, insan hadisələrə əsasən bu dünyanın çərçivəsindən baxır. Halbuki hər şey Uca Allahın iradəsi və təqdiri ilə baş verir. Əgər hansısa hadisə baş veribsə, deməli, bütün zahiri şərtlər başqa cür olmasına imkan versə belə, həmin hadisənin baş verməməsi təqdir edilməyib. Əgər Allah onun baş verməməsini təqdir etsəydi, xarici şərait necə olursa-olsun, bu hadisə baş verməzdi.
 
Bəs sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi valideynlərin əvvəllər etdiyi günahların nəticəsidirmi?
 
İslama görə, hər bir insan yalnız öz səhvlərinə və günahlarına görə məsuliyyət daşıyır və başqalarının, o cümlədən valideynlərinin və ya övladlarının günahlarına görə cavabdeh deyil.
 
Quranda buyurulur:
 
De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.” (Ənam surəsi, 164)
 
Hədisdə də bildirilir ki, valideyn övladının günahına görə, övlad isə valideyninin günahına görə cəzalandırılmır.
 
Mömin insan dərk edir ki, Allah bu dünyanı insanları imtahan etmək üçün yaradıb. Bu baxımdan, sağlamlıq imkanları məhdud övladın dünyaya gəlməsi həm valideyn, həm də uşaq böyüdükcə onun özü üçün bir sınaq ola bilər.
 
Quranda Uca Allah hər bir insanı mal-dövlət, övlad, sağlamlıq və digər nemət və ya çətinliklərlə sınaqdan keçirəcəyini bildirir:
 
 “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə, 155)
Sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi Allahın Öz qullarını sınağa çəkməsinin nümunələrindən biri ola bilər. Bu sınaq qarşısında səbir edən insan böyük mükafata layiq görülər. Belə bir uşağa göstərilən qayğının, onun tərbiyəsi və qulluğuna sərf olunan hər dəqiqənin savabının qat-qat artırılaraq yaxşı əməllər tərəzisinə yazılacağı bildirilir.
 
İnsanın bir müsibətlə üzləşməsi Allahın ona mərhəmət və lütf göstərmədiyi anlamına gəlmir. Bəlkə də bunun əksi doğrudur: Allah sevdiyi qullarını daha çox sınağa çəkə bilər.
 
Allah bu dünyada bizə müəyyən bir neməti verməyə bilər, lakin Axirətdə onun müqabilində daha xeyirlisini bəxş edə bilər. Hətta ən xoşagəlməz hadisədə belə Allahın mərhəməti və sonsuz savaba nail olmaq imkanı ola bilər.
 
Bəzən insanın qarşılaşdığı bəla və müsibətlər onun İslama yönəlməsinə, imanının möhkəmlənməsinə, həyatda həqiqi dəyərləri dərk etməsinə və Allaha şükür etməsinə səbəb olur.
 
Müəllif: Sayda Hayat”
 
Tərcümə və təqdim etdi: 
Sultan Laçın
 

Oman İranın Hörmüzlə bağlı müştərək rüsum layihəsini rədd etdi

Oman İranın Hörmüz boğazından keçən kommersiya gəmilərindən müştərək rüsum alınması ilə bağlı irəli sürdüyü təklifi rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Post" nəşri regiondakı yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
 
"İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ötən həftə verdiyi bəyanatın əksinə olaraq, Oman rüsumların yığılmasına razılıq verməkdən boyun qaçırıb", - deyə qəzeti məlumatlandıran mənbə bildirib.
 
Nəşr xatırladır ki, ötən həftə İran və Omanın xarici işlər nazirləri Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə ediblər. Bir neçə saat sonra isə SEPAH nümayəndəsi hər iki ölkənin payı barədə razılığın əldə olunduğunu bildirmişdi.
 
Bununla yanaşı, keçən həftə adı açıqlanmayan ABŞ rəsmisi məsələyə belə münasibət bildirmişdi:
 
"SEPAH tələskənliyə yol verib, çünki gəlirlərin bölüşdürülməsi ilə bağlı təklif olunan razılaşmanın şərtləri hələ Tehranın özündə belə tam təsdiqlənməyib".
 
"The New York Post" vurğulayır ki, bununla da Oman hökuməti ABŞ Prezidenti Donald Trampla qarşıdurmadan yayına bilib. Belə ki, Tramp Omanın Hörmüz boğazına nəzarət üzrə İranla danışıqları davam etdirəcəyi təqdirdə ölkəni sərt şəkildə bombalamaqla hədələmişdi.

"Gənclik Mall"un qarşısında tıxacın əsl səbəbi -<span style="color: #ff0000;"> VİDEO</span>

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında Əhməd bəy Ağaoğlu və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində günün bəzi saatlarında nəqliyyat sıxlığı müşahidə edilməsi ilə bağlı məlumat verilib.
 
Qeyd edilib ki, sıxlığın əsas səbəblərindən biri alış-veriş mərkəzinin girişinin yerləşdiyi ərazidə avtomobillərin yeraltı parklanma sahəsinə daxil olmasıdır.
 
Bu isə Əhməd bəy Ağaoğlu küçəsindən gələn nəqliyyat axınının hərəkətini ləngidir. Bundan əlavə, yolun buraxıcılıq qabiliyyətinin mövcud nəqliyyat axınına tam uyğun olmaması və piyada keçidlərindəki işıqforların hərəkətə təsiri də sıxlığın yaranmasına səbəb olur.
 
Vurğulanıb ki, ərazidə hərəkətin daha səmərəli təşkili üçün Əhməd bəy Ağaoğlu və Fətəli Xan Xoyski küçələrinin kəsişməsinin işıqforla tənzimlənməsi variantına baxıla bilər.

Aygün Kazımova ilə Namiq Qaraçuxurludan 16 il sonra yeni duet - <span style="color: #ff0000;">VİDEO</span>

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yenidən duet oxuyublar.
 
Moderator.az xəbər verir ki, sənətçilər “Gəlirəm” adlı yeni mahnı və kliplərini təqdim ediblər.
 
Sevgidən bəhs edən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya, aranjimanı Rasim Əsgərov və Dahin Malikə məxsusdur. Klipin rejissoru isə Delee Orucludur. Bir neçə məkanda lentə alınan ekran işində Aygün Kazımova və Namiq Qaraçuxurlu üç fərqli obrazda kamera qarşısına keçiblər.
 
Klipdə ən çox diqqət çəkən məqamlardan biri Aygün Kazımovanın gəlinlik libasında görüntülənməsi olub. Sənətçilərin obrazları üzərində modelyer-dizayner Rüfət İsmayıl və stilist Ruxa çalışıblar.
 
“Gəlirəm” artıq bütün musiqi platformalarında yayımlanıb.

Sabir Zeynalov Muju Qran-Prisinin qalibi oldu

Cənubi Koreyanın Muju şəhərində 4 sentyabr tarixində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-Pri keçirilib.
 
Moderator.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni məğlub edib.
 
Finalda isə braziliyalı Gustavo Ruppeli üstələyərək turnirin qızıl medalını qazanıb.

Bakıda bal yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına qeydiyyat başlayır. 
 
Moderator.az xəbər verir ki, Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək. 
 
Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə)  və 30 ədəd arı şanı satışa çıxara bilərlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.
 
Qeyd edək ki, yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda digər zəruri xidmətlərlə təmin olunacaqlar.
 

Bakı-Qazax-Gürcüstan yolunda yanacaq daşıyan avtomobil qəza törədib - <span style="color: #ff0000;">FOTO/VİDEO </span>

Bakı-Qazax-Gürcüstan yolunda yanacaq daşıyan avtomobil qəza törədib.
 
Moderator.az xəbər verir ki, hadisə agistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
 
Bakı şəhəri istiqamətinə yanacaq daşıyan iri tonnajlı avtomobil dəmir maneələrə çırpılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 
 
Faktla bağlı araşdırma başlanılıb.

Avtomobil şəhid abidəsinə çırpıldı - <span style="color: #ff0000;">VİDEO</span>

Sumqayıtda minik avtomobili şəhid abidəsinə çırpılıb.
 
Hadisə dünən axşam saatlarında şəhərin 6-cı mikrorayon ərazisində baş verib.
 
“Chevrolet Cobalt” markalı minik avtomobilinin şəhid abidəsinə çırpılması nəticəsində həm nəqliyyat vasitəsinə, həm də tikiliyə zərər dəyib.
 
Xəsarət alan olmayıb. /Qafqazinfo/

Bakının mərkəzindən GÖZLƏNİLMƏZ görüntü - <span style="color: #ff0000;">Tanınmış memar ifşa etdi!</span>

Tanınmış memar Elçin Əliyev Bakıda aparılan tikinti işləri və şəhərsalma siyasəti ilə bağlı sərt fikirlər səsləndirib.
 
Mderator.az xəbər verir ki, memar son bir-iki ildə paytaxtın şəhərsalma siyasəti sahəsində baş verənlərin ciddi suallar doğurduğunu bildirib.
 
O, dövlət qurumlarının açıqlamaları ilə şəhər sakinlərinin müşahidə etdiyi reallıq arasında ziddiyyət yarandığını vurğulayıb.
 
E. Əliyev Üzeyir Hacıbəyli küçəsində 28 mərtəbəli iki “Nasimi Towers” qülləsinin tikintisinə başlanılmasını da tənqid edib. Onun sözlərinə görə, sözügedən ərazi yeni qəbul edilmiş “Bakı-2040” Baş Planında beş mərtəbədən hündür binaların tikintisinin qadağan olunduğu “Mərkəzi rayon”un qırmızı mühafizə zonasında yerləşir.
 
Memar həmçinin 28 May küçəsindən “Ritz-Carlton” otelinədək park və yaşıl bulvar salınması üçün nəzərdə tutulan ərazidə tikinti işlərinə başlanıldığını iddia edib.
 
“Belə bir şey necə mümkündür?! O zaman “Bakı-2040” Baş Planı ümumiyyətlə nəyə lazımdır?” – deyə Elçin Əliyev sual edib.
 
O bildirib ki, park və yaşıllıq zonaları üçün nəzərdə tutulan ərazilərdə qısa müddət sonra yeni binaların tikintisi üçün qazıntı işlərinin aparılması Baş Planın mahiyyətini şübhə altına alır.
 
“Belə çıxır ki, Bakıda ümumiyyətlə heç bir şəhərsalma planlaşdırılması mövcud deyil! Yalnız gözəl sxemlər, təqdimatlar və cəmiyyətə verilən vədlər var”, – deyə memar qeyd edib.
 
Elçin Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsələ ilə bağlı Bakı sakinlərinə açıq izahat verməli olduğunu bildirib.
 
“Bakı sakinlərinə “Bakı-2040” Baş Planı ilə əslində nə baş verdiyini və niyə məhz həmin Baş Planla tamamilə başqa təyinat müəyyən edilmiş ərazilərdə tikinti işlərinin aparıldığını açıq şəkildə izah etmələrinin vaxtı çatıb!” – deyə o vurğulayıb. /yenisabah.az/
 

8 ayda 7,3 milyondan çox sərnişin daşınıb - <span style="color: #ff0000;">ADY</span>

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.
 
QSC-dən Moderator.az-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.
 
Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (17 faiz artım), rayonlararası marşrutlarla 396 min (15 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.
 
Avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24 faiz artım qeydə alınıb.
 

Payız Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.
 
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından "Unikal"a verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.
 
Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.
 
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Murad Arifdən sərt REAKSİYA:<span style="color: #ff0000;"> “Ay bisavad və acıdil canlılar...”</span>

“İynələrlə arıqlayırlar”... Bu çox savadsız fikirdir?!
 
Çünki, artıq çəki xəstəlikdir. Təbii ki, müalicə dediyində iynə də olar, həb də olar, sistem də olar, müxtəlif dərmanlar da. Mən insulin dirəncinə qarşı, illərlə ovuc-ovuc Sioforlar, Gliforlar, Jardianslar, Thinkallar, üstündən də magnisi, xromu, vitaminləri, min cür “zir-zibil” içib, bütün dietalardan bezikib, amma arıqlamadığım vaxtlar var e təcrübəmdə. Təbii ki, artıq çəki xəstəlikdirsə, doğru dərmanlarla mübarizə aparacaqsan.... Bu qədər cahil fikirlərinizi dayandırın! Məsələ yalnız iynə deyil!”
 
Moderator.az xəbər verir ki, bunu müğənni Murad Arif bildirib. O qeyd edib ki, artıq 3 aydır ki, sağlam qidalanır: 
 
“Ortada əmək, zəhmət və nəticə var. İş var iş... Ağır, yorucu, məsuliyyətli və ciddi iş. Yemək saatlarımı pozmuram! Yemək qadağalarımı pozmuram! İdmana gedirəm! Hər gün rasionumu həkimlərə hesabat edirəm! Səhər-axşam soruşurlar. Kontroldayam! Un, qlütenli yeməklər, qatıq, süd, dondurma, smetan, alkoqol, şəkər, limonadlar, tortlar, qutablar, kompotlar, axşam 7-dən sonra yeməklər, gecə soyuducunu açmaqlar, yemək saatına aid olmayan vaxtlarda atışdırmalar!!! Bütün bunları həyatımdan silmişəm... 3 aydır.
 
Və ən əsası illərlə atdığım ovuc-ovuc həblərdən azad oldum. İnsanların əməyini necə dana bilirsiniz?! “İynələrlə arıqlayıblar!” nə deməkdir?! Ay bisavad və acıdil canlılar, yorulmadınız zəhməti danmaqdan?! Mən o iynələrdən illərlə vurdum e. İllərlə iynələr vurmuşam! Amma arıqlamırdım...
 
Məsələyə məhz peşəkarlarla kompleks yanaşmaq lazım imiş”. /yenisabah/
 

Qərb mediası səfərbər oldu - <span style="color: #ff0000;">Azərbaycanın yüksəlişi kimləri qorxudur?</span>

Son günlər bir sıra Qərb media resurslarında Azərbaycanla bağlı yayılan materiallar ciddi suallar doğurur. “The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde”, TVP və digər media qurumlarında dərc olunan yazı və reportajlarda Azərbaycanın daxili siyasəti, Qarabağ məsələsi və ölkənin beynəlxalq fəaliyyəti ilə bağlı birtərəfli yanaşmalar ön plana çıxarılır. Rəsmi Bakı bu materialların bir qismini açıq şəkildə qərəzli və manipulyativ hesab edir.
 
Məsələ təkcə ayrı-ayrı jurnalistlərin mövqeyindən ibarət deyil. Çünki müxtəlif ölkələrdə fəaliyyət göstərən və fərqli redaksiya siyasətinə malik media qurumlarının qısa zaman intervalında Azərbaycanla bağlı oxşar mənfi narrativləri gündəmə gətirməsi informasiya məkanında koordinasiya ehtimalı ilə bağlı suallar yaradır. Azərbaycan MEDİA Agentliyi də son açıqlamasında bu prosesləri ölkənin beynəlxalq imicinə qarşı informasiya hücumunun tərkib hissəsi adlandırdı.
 
Burada xüsusilə diqqətçəkən məqamlardan biri hadisələrin kontekstdən çıxarılmasıdır. Məsələn, Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş verən yanğınla bağlı yayılan məlumatın dövlətlərarası münasibətlər müstəvisinə çəkilməsi Bakının sərt reaksiyasına səbəb olub. Hesab edilir ki, belə təqdimatlar ictimai rəyi çaşdırmağa və Azərbaycan daxilində süni narahatlıq yaratmağa xidmət edir.
 
Qarabağ mövzusunda da oxşar mənzərə müşahidə olunur. Ayrı-ayrı Qərb nəşrlərində regionun tarixi ilə bağlı materiallarda Azərbaycanın mövqeyinin, Birinci Qarabağ müharibəsinin nəticələrinin, işğal faktının və yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyinin kifayət qədər əks etdirilməməsi ciddi narazılıq doğurur. Nəticədə auditoriyaya Qarabağ münaqişəsinin yalnız bir tərəfinin baxış bucağından təqdim edildiyi mənzərəsi yaranır.
 
Azərbaycan son illərdə həm hərbi, həm diplomatik, həm də iqtisadi baxımdan öz mövqelərini gücləndirdikcə niyə onun haqqında mənfi informasiya kampaniyaları intensivləşir?
 
Məsələ ondadır ki, informasiya müharibəsi artıq klassik təbliğat vasitələrindən xeyli kənara çıxıb. İndi bir hadisənin necə baş verdiyindən daha çox, onun dünyaya necə təqdim edilməsi önəm daşıyır. Bir faktın müəyyən hissəsini seçmək, digər hissəsini kənarda saxlamaq, emosional ifadələrdən istifadə etmək və hadisəni siyasi kontekstdə təqdim etmək ictimai rəyə ciddi təsir göstərə bilər.
 
Azərbaycanın qarşısında isə mühüm vəzifə dayanır, belə kampaniyalara yalnız siyasi bəyanatlarla deyil, faktlarla, operativ informasiya ilə və peşəkar beynəlxalq kommunikasiya ilə cavab vermək...
 
Çünki informasiya savaşında susmaq da mövqedir. Əgər Azərbaycan öz mövqeyini beynəlxalq auditoriyaya vaxtında və peşəkar şəkildə çatdırmasa, yaranan boşluğu başqalarının narrativləri dolduracaq.
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Azərbaycanın regionda orta güc kimi mövqeyini möhkəmləndirməsi bir sıra Avropa dövlətlərini, eləcə də erməni lobbisinin müəyyən dairələrini ciddi şəkildə narahat edir:
 
“Bu kampaniyanın əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan arasında sülh quruculuğu prosesinə, Cənubi Qafqazda normallaşmaya və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə mane olmaqdır. Eyni zamanda, Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi də bəzi geosiyasi mərkəzləri narahat edir. Bu, müxtəlif mərkəzlərin eyni istiqamətdə informasiya kampaniyasıdır. Cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət ölkəni orta gücə çevirib. Burada erməni lobbisinin fəaliyyəti, Fransanın Azərbaycana və Cənubi Qafqaza münasibətdə siyasəti və Rusiyanın regiondakı geosiyasi maraqları müəyyən mənada üst-üstə düşür. Əsas məqsəd Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi və geoiqtisadi reallığı qəbul etməməkdir. Türkiyə-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da güclənməsi isə regionda yeni siyasi və iqtisadi düzənin formalaşmasına səbəb olub. Azərbaycanın nəqliyyat, enerji və geosiyasi əhəmiyyətinin artması fonunda ona qarşı informasiya təzyiqlərinin də güclənməsi təsadüfi deyil. Lakin Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Ölkənin siyasi, iqtisadi və hərbi imkanlarının güclənməsi ona qarşı yönələn mümkün təxribatlara daha adekvat cavab vermək imkanlarını da artırır. Buna görə də həyata keçirilən hər hansı informasiya və hibrid təzyiq kampaniyasının Azərbaycanın strateji kursuna ciddi təsir göstərəcəyi real deyil. Təbii ki, Azərbaycan daxildə milli həmrəyliyi qorumalı və bir çox sahələrdə real islahatlar həyata keçirməli, xalqın sosial vəziyyəti yaxşılaşmalıdır”.

Tanınmış professora ağır itki

Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor İbadulla Ağayevə ağır itki üz verib.
 
İ.Ağayevin bacısı Kəmalə xanım vəfat edib.
 
İbadulla Ağayev 1992-ci ildən 2020-ci ilədək Səhiyyə Nazirliyinin Baş epidemioloqu vəzifəsində çalışıb. 
 
Allah rəhmət eləsin! /Yeni Sabah/
 

Sabah 35 dərəcə isti olacaq - <span style="color: #ff0000;">PROQNOZ</span>

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlandı.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Xidmətdən yayınan və dələduzluq edən iki nəfər Rusiyadan ekstradisiya edildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul olunub və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.
 
Hər iki şəxs Rusiyanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər.
 

391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.
 
Bu barədə Moderator.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
 
Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır.
 
Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, "YAŞAT" Fondu ilə iş şöbəsi, baş məsləhətçi (1 vakant yer üzrə 63 namizəd), Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Aparat, Dövlət qulluğu və insan resurslarının idarə edilməsi şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 42 namizəd) vəzifələri üzrə qeydə alınıb.
 
Müsahibələrin 14 sentyabr – 29 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Siqaret qaçaqmalçılığında ittiham olunan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək

Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Tağıyev Ənvər Həsən oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
 
Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.
 
Hazırda Ənvər Tağıyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
 
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
 
Qeyd edək ki, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev milyonluq qaçaqmalçılıqda ititham edilir.

Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – <span style="color: #ff0000;">TƏFƏRRÜAT</span>

Bakının Binəqədi rayonunda arvadını öldürməklə hədələyən kişi həbs edilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhər sakini Səidə Məmmədova (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə həyat yoldaşı tərəfindən şiddət görməsi barədə müraciət edib.
 
Müraciət əsasında ünvana yollanan polis əməkdaşları Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Faiqi saxlayıblar.
 
Məlum olub ki, o, sərxoş vəziyyətdə yaşadığı ünvana gəlib və həyat yoldaşı ilə mübahisə yaradıb. Bu zaman qadın qapını açmayıb. Bundan əsəbləşən Faiq mənzilin qapısını təpiklə və əllə döyüb, arvadının ünvanına nalayiq ifadələr işlədib, səs-küy salaraq qonşuların və ətrafdakı digər şəxslərin diqqətini cəlb edib.
 
Həmçinin Faiq polisin qanuni tələblərinə tabe olmayıb.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə iş qaldırılıb.
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, həyat yoldaşı Faiq hər gün sərxoş vəziyyətdə yaşadığı mənzilə gəlib və onunla mübahisə edib: “Uşaqlarımın gözü qarşısında qışqırır, ailədə davamlı olaraq gərginlik yaradırdı. Həyat yoldaşımın bu davranışlarından qorxduğum üçün bəzi hallarda mənzilin qapısını açmıram. Belə hallarda o, qapını döyüb təpikləyir, səs-küy salırdı. Qonşuların yanında ünvanıma söyüş və nalayiq ifadələr işlədərək məni təhqir edirdi. Yaranmış səs-küy nəticəsində qonşular hadisə yerinə toplaşır, bizi sakitləşdirməyə, mübahisənin qarşısını almağa çalışırdılar”.
 
Zərərçəkmiş deyib ki, həyat yoldaşının bu hərəkətləri ilə əlaqədar dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib: “Polis əməkdaşları müraciətlər əsasında hadisə yerinə gəlsələr də, ərim onların gəldiyini gördükdə hadisə yerindən qaçaraq gizlənirdi. Buna görə də əvvəlki hallarda onun saxlanılması mümkün olmurdu.
 
Sonuncu dəfə də ərim sərxoş vəziyyətdə gələrək əvvəlki hərəkətlərini təkrarladı. Bundan sonra yenidən “102” xidmətinə müraciət etdim. Hadisə yerinə gəlmiş polis əməkdaşlarını görən Faiq qaçmağa cəhd göstərdi. Polis əməkdaşları onun arxasınca gedərək saxladılar və polis şöbəsinə apardılar”.
 
Zərərçəkmiş deyib ki, Faiq əvvəllər votsapda mesajlar göndərərək onu ölümlə, uşaqlarını aparmaqla hədələyib. İşlədiyi yerə gələrək, onu zorla iş yerindən çıxaracağı məzmununda hədələr də edib.
 
Təqsirləndirilən Faiq izahatında bildirib ki, həqiqətən qeyd olunan əməlləri törədib: “Hərəkətlərimin səbəbini ailəmdən ayrılmaq istəməməyim, həyat yoldaşımla barışaraq ailəmi bərpa etmək və övladlarımın yanında olmaq cəhdim olub. Bu hərəkətlərə sərxoş vəziyyətdə yol vermişəm, davranışımın düzgün olmadığını sonradan anlamışam. Əməlimdən peşmanam. Səhvə yol verdiyimi etiraf edirəm. Gələcəkdə bu cür hərəkətləri bir daha təkrarlamayacağıma söz verirəm”.
 
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Faiq 20 gün müddətinə həbs edilib.
 

Hörmüz boğazı və nüvə proqramı: <span style="color: #ff0000;">ABŞ hökuməti İrandan nəyi tələb edəcək?</span>

ABŞ hökuməti İranla mövcud münaqişənin qarşılıqlı anlaşma memorandumu yolu ilə həll olunması variantını nəzərdən keçirmir.
 
Moderator.az xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən Böyük Britaniyanın "Financial Times" nəşri məlumat yayıb.
 
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın Administrasiyası memorandum əvəzinə "daha əhatəli müqavilə" imzalamağı planlaşdırır. Bu sənədə həm Hörmüz boğazı, həm də Tehranın nüvə proqramı ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulur.
 
Nəşr, həmçinin vurğulayır ki, hazırda ABŞ ilə İran arasında danışıqlar dayandırılıb. Bununla belə, adının çəkilməsini istəməyən diplomatlar bildiriblər ki, vasitəçilər Vaşinqton və Tehran arasındakı kommunikasiya kanallarını açıq saxlayıb və yeni saziş üçün baza formalaşdırmağa çalışırlar.
 
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqtonla Tehran bütün cəbhələrdə, o cümlədən Livan ərazisində hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qarşılıqlı anlaşma memorandumu imzalamışdı. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşdırılmış şərtləri pozmaqda günahlandıraraq, irimiqyaslı zərbələri yenidən bərpa etdi. Qlobal neft ticarətinin təqribən 25 faizi, mayeləşdirilmiş təbii qazın isə 20 faizə yaxın hissəsi məhz bu boğaz vasitəsilə daşınır. /oxu.az/
 

Toralın komandası qələbə qazandı -<span style="color: #ff0000;"> VİDEO</span>

Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubu doğma meydanda “İstanbulspor”u qəbul edib.
 
Moderator.az verir ki, oyun “Bursaspor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub.
 
Qeyd edək ki, “Bursaspor” hazırda 12 xalla 2-ci pillədə qərarlaşıb.
 
Sözügedən oyunun icmalını təqdim edirik: 

“Daxilimdəki cəhənnəmi cənnətə çevirən ailə” - <span style="color: #ff0000;">FOTOLAR</span>

Aktyor Corc Qafarov bir neçə gün əvvəl keçirilən nişan mərasimindən fotolarını sosial şəbəkə hesabında paylaşıb.
 
Aktyor paylaşımında onu 7 yaşından etibarən böyüdən və həyatında xüsusi yeri olan ailə haqqında duyğusal fikirlərini bölüşüb.
 
Corc sözügedən ailənin uşaqlıq illərində yaşadığı çətinlikləri unutdurduğunu və ona xoşbəxt bir həyat bəxş etdiyini bildirib:
 
“Corcun daxilindəki cəhənnəmi cənnətə çevirən ailə. 7 yaşımdan məni insan olaraq xilas edən ailə. Küçədə, ümid yerində, uşaq evində yaşadığım vaxtlarda mənə bütün bunları unutduran ailə. Sitarə, Əli, Fatimə, Natiq müəllim və həyat yoldaşı İradə xanım…
 
Bu ailə mənim üçün ailədən üstün oldu. Hər uşağın yaşaya bilməyəcəyi həyatı yaşatdılar mənə. Düşünürəm ki, onlar Allah tərəfindən mənə göndərilmiş mələklər oldular. 31 yaşıma kimi heç kimin onlardan xəbəri olmadı. Yəqin ki, etdikləri yaxşılıqları insanların bilmələri üçün deyil, Allahın bundan xəbərdar olması üçün idi.
 
Onlar mənə öz evlərinə, öz dünyalarına qapı açdılar. Məni o qədər xoşbəxt etdilər ki, mən cənnəti öz gözlərimlə gördüm. Cənnətə düşdüyüm həmin ailə ilə tanış olmağınızı istədim.
 
Mən bilmirəm, onların başını nə qədər uca edə bilmişəm. Onlar isə bu həyatda yaşaya biləcəyim hər şeyin ən gözəlini yaşatdılar. Məni bir şəxsiyyət olaraq çox möhtəşəm yetişdirdilər.
 
Mənə yaşatdığınız sevinclərin 100 qatını sizin ailədə yenicə dünyaya gəlmiş övladlarınız yaşasın. Amin. Sonsuz və əbədi sevgilər sizə”. (Axşam.az)

Xalq artistinin durumu AĞIRDIR

Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır-stabil olaraq qalır.
 
Moderator.az bildirir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, Reanimasiya və intensiv terapiya şöbəsində Xalq artistinin kompleks müalicəsi davam edir.

Tramp Ukraynaya xərclənən vəsaiti Avropadan tələb edəcək

ABŞ hökuməti, sabiq prezident Co Baydenin rəhbərliyi dövründə Ukraynanın hərbi təchizatına xərclənmiş maliyyə vəsaitlərini Avropa dövlətlərindən geri almaq niyyətindədir.
 
Moderator.az xəbər verir ki, müvafiq bəyanatla Birləşmiş Ştatların Prezidenti Donald Tramp çıxış edib.
 
"Truth Social" platformasında narazılığını bildirən Tramp qeyd edib ki, Ukrayna və NATO-ya yüzmilyardlarla dollar əvəzsiz şəkildə təqdim edilib.
 
"Avropadan istənilsəydi, bunun əvəzini ödəyərdilər, ancaq biz bir qədər gecikmiş olsaq belə, həmin pulları mütləq geri istəyəcəyik!" - deyə Tramp qeyd edib.
 
Dövlət başçısının sözlərinə əsasən, Bayden administrasiyası Kiyevə Vaşinqtonun İranla olan münaqişəsində sərf etdiyi sursatlardan qat-qat çox hərbi ləvazimat göndərib. D.Tramp, həmçinin xüsusi olaraq vurğulayıb ki, bütün bu tədarüklər tamamilə pulsuz şəkildə həyata keçirilib.

Kamil Zeynallı Tailandda “döyüldü” - <span style="color: #ff0000;">VİDEO</span>

Fitnes məşqçisi Kamil Zeynallı Tailanda istirahətə yollanıb.

Moderator.az yeni sabah-a istinadla xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə maraqlı görüntülərini paylaşıb.

Rahib ilk olaraq idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua etməyə başlayıb. Daha sonra əlindəki nazik süpürgəyəbənzər çubuqla Kamilin saçına su səpərək başından vurub.

Həmin kadrlar sosial mediada gülüşlə qarşılanıb.


Narkozlu halda sirlərimizi danışa bilərik? - <span style="color: #ff0000;">Həkimdən AÇIQLAMA</span>

Narkoz zamanı insanın özünü idarə edə bilməyərək bütün sirlərini danışması ilə bağlı geniş yayılan fikir həqiqəti əks etdirmir.
 
Moderator.az xəbər verir ki, bu barədə anestezioloq Aleksey Pıreqov danışıb.
 
Həkimin sözlərinə görə, insan narkoz altında öz sirlərini şüurlu şəkildə açıqlamır. Bununla belə, bəzi hallarda əməliyyat zamanı xəstə müəyyən sözlər deyə bilər. Ancaq narkozun təsiri altında beyin siqnalları fərqli şəkildə ötürdüyündən həmin sözlərin məntiqi mənasını anlamaq mümkün olmur.
 
Anestezioloq bildirib ki, bəzən mədəni və sakit bir xəstə qəfil söyüş söyə, başqa biri isə gözlənilmədən ingilis dilində danışa bilər.
 
Pıreqov həmçinin anesteziyanın insan ömrünü beş il qısaltması ilə bağlı fikri də təkzib edib. Onun sözlərinə görə, düzgün tətbiq edilən anesteziya orqanizmə zərər vermək üçün deyil, əməliyyat zamanı xəstəni qorumaq məqsədi daşıyır. /Lent.az/
 

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı

2026-2027-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verilib.
 
Bu barədə Moderator.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 10 sentyabr, saat 18:00-dır.
 
"Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alanlar istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. İlk peşə təhsili səviyyəsi üzrə tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Texniki peşə təhsili səviyyəsi üzrə tədris ilinin birinci kursunu bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.
 
Peşə təhsili müəssisələrində tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi və bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.
 
Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər", - məlumatda qeyd olunub.

Bu şəhərlərdə güzəştli mənzillər satışa çıxarıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillər satışa çıxarılıb.
 
Moderator.az xəbər verir ki, ​Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı saat 16:00-a qədər həyata keçiriləcək.
 
​Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. ​Yalnız bu sistemdə elektron kabinetə sahib olan vətəndaşlar mənzil seçmək hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
 
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
 
Yaşayış kompleksləri Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin müsbət rəyləri mövcuddur. Mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.
 

“Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah”la qarşılaşacaq İngiltərənin “Mançester Yunayted” klubu iştirak ərizəsini açıqlayıb.
 
Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Maykl Kerrik siyahıya 25 futbolçunun adını daxil edib.
 
Qapıçılar: Senn Lammens (Belçika), Karl Darlou (Uels), Tom Hiton, Dermot Mi (Şimali İrlandiya);
 
Müdafiəçilər: Dioqo Dalot (Portuqaliya), Nusser Mazraui (Mərakeş), Matteys de Lixt (Niderland), Harri Maquayr, Lisandro Martines (Argentina), Patrik Dorqu (Danimarka), Luk Şou;
 
Yarımmüdafiəçilər: Meyson Maunt, Brunu Fernandeş (Portuqaliya), Andrey Santos (Braziliya), Yuri Tilemans (Belçika), Karlos Baleba (Kamerun), Manuel Uqarte (Uruqvay), Eyden Heven;
 
Hücumçular: Markus Reşford, Mateus Kunya (Braziliya), Coşua Zirkze (Niderland), Amad Diallo (Kot-d’İvuar), Brayan Mbömo (Kamerun), Tinan Tompson, Benjamin Şeşko (Sloveniya).
 
Qeyd edək ki, sentyabrın 10-da İngiltərənin Mançester şəhərindəki “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Valideynlərindən fərqli yaşayırlar: <span style="color: #ff0000;">Yeni nəsil valideynlərin tərk etdiyi 6 ənənəvi qayda</span>

Yeni nəsil valideynlər əvvəlki nəsillərin həyat tərzini və ailə dəyərlərini getdikcə daha çox yenidən nəzərdən keçirirlər. 1981–1996-cı illər arasında anadan olan bu nəslin nümayəndələri şəxsi rahatlığı, seçim azadlığını və həyat keyfiyyətini ənənəvi uğur anlayışlarından üstün tutmağa başlayıblar.

Moderator.az “YourTango” nəşrinə istinadla xəbər verir ki, yeni nəsil valideynlər öz valideynlərinin normal hesab etdiyi bir sıra davranış və həyat prinsiplərindən uzaqlaşırlar. Bu dəyişikliklər təhsil, iş, maliyyə, ailə münasibətləri və maddi dəyərlərə yanaşmada özünü göstərir.

Ali təhsil artıq mütləq şərt deyil

Əvvəllər universitet diplomu uğurlu karyeranın əsas şərtlərindən biri hesab olunurdu. Lakin təhsil haqlarının artması və diplomun hər zaman yüksək gəlir və iş təminatı yaratmaması bu yanaşmanı dəyişib.

Bir çox valideyn övladının mütləq universitetə daxil olmasını deyil, real bacarıqlar qazanmasını, peşəkar təcrübə toplamasını və özünə uyğun karyera yolu seçməsini daha vacib hesab edir.

Evdə mükəmməl nizam tələbi azalır

Yeni nəsil valideynlər evin hər zaman qüsursuz vəziyyətdə saxlanılması fikrindən də uzaqlaşırlar. Onlar ev işləri ilə şəxsi həyat arasında balans yaratmağa daha çox üstünlük verirlər.

Bir neçə dağınıq əşyanın olması artıq uğursuzluq və ya məsuliyyətsizlik kimi qəbul edilmir. Əsas məqsəd həyat keyfiyyətini qorumaqdır.

Uşaqlara erkən yaşdan pul öyrədilir

Maliyyə savadlılığı yeni nəsil valideynlərin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Onlar uşaqları ilə pul, qənaət və büdcə barədə daha erkən danışmağa çalışırlar.

Uşaqlara yalnız pul qazanmaq və xərcləmək deyil, gəlirlərini düzgün idarə etmək, qənaət etmək və alış-veriş zamanı düşünülmüş seçimlər etmək öyrədilir.

İş artıq həyatın mərkəzində deyil

Karyera naminə şəxsi həyatdan və istirahətdən tamamilə imtina etmək düşüncəsi əvvəlki qədər populyar deyil. Yeni nəsil valideynlər iş və şəxsi həyat arasında sərhəd yaratmağa çalışırlar.

Ailə, dostlar, şəxsi maraqlar və istirahət üçün vaxt ayırmaq onlar üçün karyera uğuru qədər əhəmiyyətlidir. Uzun iş saatlarının isə avtomatik olaraq maddi rifah gətirmədiyi düşünülür.

Ailə qurmaq üçün vahid ssenari yoxdur

“Evlən, uşaq sahibi ol, ev al” modeli artıq hər kəs üçün məcburi həyat ssenarisi sayılmır.

Bir çox insan əvvəlcə maliyyə sabitliyinə nail olmağa və ailə qurmağa hazır olduğuna əmin olmağa üstünlük verir. Bəziləri isə ənənəvi münasibət modelindən fərqli seçimlər edir və ya ümumiyyətlə uşaq sahibi olmağı planlaşdırmır.

Tək valideynli ailələr, qarışıq ailələr, uşaqsız cütlüklər və ayrı maliyyə büdcəsinə üstünlük verən tərəfdaşlar da daha çox yayılmış həyat modellərinə çevrilir.

Əşyadan çox təəssürata üstünlük verilir

Yeni nəsil valideynlərin maddi dəyərlərə münasibəti də dəyişir. Əvvəlki nəsillər üçün böyük ev, avtomobil və bahalı əşyalar uğurun göstəricisi hesab edilə bilərdisə, indi şəxsi təcrübələr daha ön plana çıxır.

Səyahət etmək, yaxınlarla vaxt keçirmək, yeni bacarıqlar öyrənmək və sevdiyi işlə məşğul olmaq bir çox insan üçün növbəti maddi alışdan daha dəyərli hesab olunur.

Beləliklə, yeni yanaşmanın əsas fəlsəfəsi getdikcə “daha çox sahib olmaq”dan “daha yaxşı yaşamaq”a doğru dəyişir.

Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə <span style="color: #ff0000;">hökm oxundu</span>

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.
 
İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən restoranlardan birində baş verib.
 
Belə ki, Amid Ümidli zərərçəkmiş İnarə Əsədova (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olub. Hadisə zamanı zərərçəkmiş şəxsin tanışı ilə səmimi şəkildə danışıb gülməsi tərəflər arasında qısqanclıq zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Amid İnarənin boynundan qəsdən sıxıb.
 
Bununla kifayətlənməyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qol və bud nahiyələrinə yumruqla zərbələr endirib.
 
Döyülmə nəticəsində İnarə Əsədovanın müxtəlif nahiyələrində xəsarətlər yaranıb.
 
Məhkəmənin hazırlıq iclasında Amid Ümidli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini bildirib. Həmçinin İnarə ilə barışdığını qeyd edərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.
 
Hazırlıq iclasında İnarə Əsədova da məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı ödədiyini və tərəflərin barışdığını bildirib. Zərərçəkmiş şəxs Amidə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib. O da məhkəmədən təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib.
 
Xatırladaq ki, Amid Ümidlinin anket məlumatlarında evli olduğu qeyd edilir.

Nahidə Babaşlı toy tarixini açıqladı

Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb.
 
Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib.
 
Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənni bu ilin iyulunda nişanlanıb. O, “Ay yüzlüm” mahnısı ilə Azərbaycanda və Türkiyədə məşhurlaşıb. (Axşam.az)

Ağalar Vəliyev yüksək bal toplayan Xaçmazlı tələbələri mükafatlandırdı - <span style="color: #ff0000;">FOTO</span>

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev ənənəyə uyğun olaraq bu il də Xaçmaz rayonunda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan gənclərlə görüşüb, onların sevincinə şərik olub və uğurlarını yüksək qiymətləndirib.

Moderator.az xəbər verir ki, sentyabrın 3-də Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Heydər Əliyev mərkəzində keçirilən təntənəli tədbirdə millət vəkili Ağalar Vəliyevlə yanaşı, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, təhsil işçiləri, valideynlər, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkədə insan kapitalının inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə təhsil infrastrukturunun müasirləşdirilməsinə və gənclərin daha yaxşı şəraitdə təhsil almasına geniş imkanlar yaradır.

Çıxış edən natiqlər qeyd ediblər ki, gənclərin təhsilə marağının artırılması, onların əməyinin dəyərləndirilməsi və yeni uğurlara həvəsləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər arasında Ağalar Vəliyevin hər il ənənəvi olaraq təşkil etdiyi mükafatlandırma mərasimləri xüsusi əhəmiyyət daşıyır.

Mərasimdə millət vəkili Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə cari ildə ali məktəblərə qəbul olunan 107 tələbə müxtəlif məbləğlərdə pul mükafatları ilə təltif edilib. Mükafat alanlar arasında 400–500 bal toplayan 65 nəfər, 500–600 bal toplayan 31 nəfər, 600–650 bal toplayan 8 nəfər, 650–700 bal toplayan 2 nəfər, həmçinin topladığı baldan asılı olmayaraq tələbə adını qazanan bir şəhid övladı yer alıb.

Toplantıda ən yaddaqalan məqamlarından biri də gənclərə ünvanlanan motivasiya dolu çağırışlar olub. Bildirilib ki, bugünkü uğurlar gələcək böyük nailiyyətlərin başlanğıcıdır və Azərbaycan cəmiyyətinin inkişafı məhz savadlı, vətənpərvər, müasir dünyagörüşünə malik gənclərin fəaliyyəti ilə daha da sürətlənəcək.

Çıxışlarda bu fikir də səslənib ki, təhsilə verilən dəyər gələcəyə yatırılan ən böyük sərmayədir. Xaçmazlı gənclərin əldə etdiyi uğurlar isə rayonun və ölkənin sabahına olan inamı daha da gücləndirir.

Tədbir iştirakçıları Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə yüksəlməsində, gənclərin bilikli, vətənpərvər və yüksək bacarıqlı kadrlar kimi formalaşmasında göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, həyata keçirilən uğurlu təhsil siyasətini yüksək dəyərləndiriblər.

 

Türkiyənin Qara dəniz zirvələri KAÇKAR BY UTMB 2026-ya ev sahibliyi edəcək - <span style="color: #ff0000;">FOTO</span>

Yamyaşıl və toxunulmaz təbiəti ilə seçilən Türkiyənin Qara dəniz bölgəsi son dövrlərdə beynəlxalq idman ictimaiyyətinin də diqqət mərkəzinə çevrilib. Uca dağ zirvələri, dik dərələri, sıx meşələri və yüksək yüksəkliklərdə yerləşən cığırları regionu dözümlülük idmanları üçün ideal məkana çevirir. 11-13 sentyabr tarixlərində isə bu möhtəşəm coğrafiya KAÇKAR BY UTMB 2026 yarışının ikinci buraxılışına ev sahibliyi edərək dünyanın müxtəlif ölkələrindən gələn peşəkar idmançıları bir araya gətirəcək.
 
Dünyanın nüfuzlu UTMB World Series seriyasının bir hissəsi olan bu mötəbər cığır qaçışı yarışı dözümlülük, təbiət və macəra həvəskarlarını bir araya gətirir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizmi Təbliğ və İnkişaf Agentliyinin (TGA) dəstəyi ilə keçirilən KAÇKAR BY UTMB iştirakçıları Rizenin Çamlıhemşin rayonunda yerləşən Kaçkar dağlarının sərt relyefi və valehedici mənzərələri ilə tanış edir. Buludların üzərində keçən çətin yarışdan daha çoxunu vəd edən tədbir Qara dəniz bölgəsinin ən möhtəşəm təbiət mənzərələri fonunda fiziki və psixoloji dözümlülüyün sınandığı, unudulmaz macəra təqdim edir.
 
İkinci dəfə keçirilən KAÇKAR BY UTMB Türkiyənin ən nüfuzlu açıq hava idmanı tədbirlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Ötən il Rize 59 ölkədən 1 878 idmançı ilə yanaşı, on minlərlə idman həvəskarını qəbul etdiyi halda, bu il yarışda 60-dan çox ölkədən 2 000-dən artıq idmançının iştirakı gözlənilir. Dünya səviyyəli idman təcrübəsi təqdim etməklə yanaşı, tədbir iştirakçılara yerli mədəniyyəti yaxından tanımaq imkanı da yaradacaq.
 
Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan qaçışçılar builki KAÇKAR BY UTMB çərçivəsində unudulmaz səyahətə hazırlaşırlar. Çətinlikləri möhtəşəm mənzərələrlə birləşdirən marşrut iştirakçıları tarixi karvan yolları və qədim çoban cığırları boyunca aparacaq, onları canlı yerli yaşayış məntəqələri və qədim kəndlərlə tanış edəcək.
 
Kaçkar by UTMB-nin 2026-cı il buraxılışı çərçivəsində yarışlar dörd fərqli marşrut üzrə keçiriləcək. İdmançılar Kaçkar 100K, Kaçkar 50K, Kaçkar 20K və Ayder 4K kateqoriyalarında mübarizə aparacaqlar. Bütün marşrutların start nöqtəsi Ayder yaylağı olacaq.
 
Kaçkar 100K marşrutu 82 kilometr məsafə və 5 600 metr yüksəklik fərqi ilə iştirakçılardan yüksək dözümlülük, diqqət və dağlara böyük hörmət tələb edir. İdmançılar dağ silsilələrinə qalxacaq, dərələrdən keçəcək və hər biri Kaçkarların özünəməxsus xüsusiyyətlərini əks etdirən 12 dağ kəndini ziyarət edəcəklər. 44 kilometr uzunluğa və 3 000 metrdən çox yüksəklik fərqinə malik Kaçkar 50K isə 100K marşrutunun sərhədlərini aşmadan eyni dağ ab-havasını yaşamaq imkanı yaradır. Yamyaşıl meşələr, Kemer dağı, eləcə də 300 illik daş evləri ilə dözümlülük və keçmişin izlərini yaşadan Hazindak və Samistal yaylaqları marşrut boyunca iştirakçıları müşayiət edir.
 
Kaçkar 20K da müxtəlif relyeflərdən keçən marşrutu ilə qaçış həvəskarlarına unudulmaz təcrübə bəxş edir. Daha qısa məsafəyə malik olsa da, yüksəklik, dəyişkən hava şəraiti, saf dağ havası və canlı kənd mənzərələri bu marşrutda da iştirakçılardan diqqət və hazırlıq tələb edir. Ayder 4K isə sürətdən daha çox kəşfə fokuslanır. Bununla belə, marşrut bölgəyə xas relyefi yaxından hiss etmək üçün autentik imkan təqdim edir. Təxminən 4 kilometr məsafə və 230 metr yüksəklik fərqi ilə bu marşrut cığır qaçışına ilk dəfə qatılanlar üçün ideal başlanğıc seçimidir.
 
Şərqi Qara dəniz bölgəsində dənizə paralel uzanan Kaçkar dağları Rize və Artvin vilayətləri arasında təbii sərhəd yaradır. Yer üzündəki bu cənnət dünyanın biomüxtəliflik baxımından ən zəngin ərazilərindən biri hesab olunur. Toxunulmamış təbiəti ilə seçilən Kaçkarlar Türkiyənin ən məşhur açıq hava idmanı məkanları sırasında xüsusi yer tutur. Çay sahillərindən başlayan yürüş marşrutları tədricən yüksəkliklərə doğru uzanır, bəzi ərazilərdə buludları aşaraq geniş yaylalara çıxır. Ucsuz-bucaqsız yüksəkliklərdə çoxsaylı buzlaq gölləri yerləşir. Burada yürüşçülər səyahətlərinə fasilə verərək göl kənarında düşərgə qura və saf dağ havasının dadını çıxara bilərlər.
 
Yürüş, alpinizm və düşərgə ilə yanaşı, Kaçkarlar qış aylarında da canlanan və ilin bütün fəsillərində ziyarətçilər üçün fərqli imkanlar təqdim edən mühüm turizm məkanıdır. Qış idmanı həvəskarları Ovit və Handüzü kimi yüksək yaylalarda ideal qar şəraitinin yaratdığı imkanlardan yararlanaraq alp xizəyi sürə bilərlər. Toxunulmamış qarda, hazırlanmış traslardan kənarda xizək sürmək istəyənlər üçün isə Kaçkarlar heliskiinq üzrə Avropanın ən yaxşı məkanlarından biri kimi beynəlxalq səviyyədə tanınır. Ağac örtüyünün sona çatdığı yüksəkliklərdə snoubord və xizək həvəskarlarını geniş alp yaylalarında sərbəst sürüş üçün sonsuz imkanlar gözləyir.

Hər gün yediyimiz səhər yeməyi təhlükəlidir? – <span style="color: #ff0000;">Həkim açıqladı</span>

Səhər yeməyində tez-tez seçilən bəzi qidalar müntəzəm istehlak edildikdə ürək-damar sistemi və mədəaltı vəz üçün əlavə risk yarada bilər. Mütəxəssislər xüsusilə yağlı məhsulların birlikdə qəbuluna diqqət çəkirlər.

Moderator.az xəbər verir ki, qastroenteroloq Sergey Vyalov acqarına kərə yağı və tam yağlı pendirlə hazırlanan sendviçlərin tez-tez istehlakının sağlamlıq baxımından arzuolunmaz ola biləcəyini bildirib.

Bu qidalar doymuş yağlarla zəngindir. Onların həddindən artıq və müntəzəm qəbulu qanda “pis” xolesterolun yüksəlməsinə, ateroskleroz riskinin artmasına və nəticədə ürək-damar xəstəliklərinin yaranmasına şərait yarada bilər.

Həkim həmçinin yağlı qidaların həddindən artıq qəbulunun mədəaltı vəzə əlavə yük yaratdığını qeyd edir. Xüsusilə belə qidaların spirtli içkilərlə birlikdə istifadəsi kəskin pankreatit riskini artıra bilər.

Mütəxəssislər bildirirlər ki, problem bir dəfə yağlı sendviç yeməkdə deyil. Əsas risk bu cür səhər yeməyinin müntəzəm vərdişə çevrilməsidir.

Daha sağlam seçim üçün səhər yeməyində tərəvəz, tam taxıllı məhsullar, yumurta, yağsız və ya az yağlı süd məhsulları kimi qidalara üstünlük vermək, doymuş yağların miqdarını məhdudlaşdırmaq məsləhətdir.

<span style="color: #ff0000;">Paşinyanın Moskva səfəri Ermənistan-Rusiya münasibətlərində nəyi dəyişəcək? </span>– Politoloqdan AÇIQLAMA

Ermənistan-Rusiya münasibətlərində yeni mərhələnin formalaşdığı bir vaxtda Nikol Paşinyanın yaxın zamanda Moskvaya səfər edəcəyini açıqlaması diqqət çəkir.

Səfər çərçivəsində iki ölkə arasında mövcud əməkdaşlığın müxtəlif istiqamətlərinin nəzərdən keçirilməsi və tərəflərin ortaq maraqları ilə fikir ayrılıqlarının müəyyənləşdirilməsi gözlənilir.

Maraqlıdır, Paşinyanın Moskvaya qarşıdakı səfəri Ermənistan-Rusiya münasibətlərində praktiki əməkdaşlığın yeni çərçivəsinin müəyyənləşməsinə gətirib çıxara bilərmi və bu görüşdən sonra tərəflərin münasibətlərində hansı dəyişikliklərin baş verməsi daha real görünür?

Mövzu ilə bağlı Moderator.az-a “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlama verib. 

Politoloq qeyd edib ki, Kreml Paşinyana təzyiqi getdikcə artırmağa çalışır, amma bunun hələ ki, heç bir nəticəsi yoxdur:

"Bişkekdə keçirilən son görüşdə Rusiya Prezidenti Vladimir Putin Paşinyana yenidən xatırlatdı ki, Ermənistanda referendum keçirilsin və ölkənin hansı yolu seçdiyi müəyyənləşdirilsin.

Avropa İttifaqını, yoxsa Avrasiya İqtisadi Birliyini. Amma Paşinyan da hər dəfə Putinə eyni cavabı verir ki, hazırda Ermənistanda belə bir referenduma ehtiyac yoxdur. 

Bu təzyiqlər əslində nəticə vermir. Tam əksinə, Putin son görüşündə hətta Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarıla biləcəyini də söylədi, əgər erməni xalqı belə qərar verərsə. Paşinyan bu məsələdə də tələsməyəcək. 

O bilir ki, hərbi bazanın çıxarılması həm Paşinyanın, həm Ermənistanın, həm də Cənubi Qafqazın xeyrinədir. Amma erməni cəmiyyəti hər seçkidə Paşinyana səs versə də, referendumda fərqli mövqe ortaya qoya bilər.

Amma Paşinyan Azərbaycanla sülh sazişi imzalayarsa və iki ölkə arasında, eləcə də Azərbaycanla Türkiyə münasibətlərinin normallaşması prosesi davam edərsə, əslində Ermənistanın Rusiya hərbi bazasına da ehtiyacı olmayacaq. 

O ki qaldı bu dəfəki Moskva səfərinə, yəqin ki, Kreml Paşinyana təzyiqləri davam etdirməyi planlaşdırır. Amma Paşinyan bu təzyiqlərdən çəkinmir. Əksinə, Rusiyanın əlində alət olan erməni radikallarını həbs etdirir və doğru olaraq onları neytrallaşdırır".

Pərvin Şakirqızı

Lənkəranda qoca kişi nərdivandan yıxılıb öldü

Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb. 
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. 
 
Kənd sakini, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılaraq ölüb.
 
Araşdırma aparılır.

“Hər xoş addım böyük sərvətdir”

Rəqqasə Fatimə Fətəliyeva sosial media hesabında etdiyi paylaşımla diqqət çəkib.
 
Sənətçi insanların onlara göstərilən diqqəti bəzən görməzdən gəldiyini bildirib.
 
“Ətrafımda insanların onlara verilənləri necə dəyərsizləşdirdiyini tez-tez görürəm. Fərqi yoxdur - diqqət, əşya, pul, münasibət və ya hansısa yaxşılıq olsun. Əslində biz heç vaxt bilmirik ki, bir insanın digərinə nəsə verə bilməsi üçün nə qədər güc sərf edib. Bunu unutmayın, bizə doğru atılan hər bir xoş addım ən böyük sərvətdir” deyə, Fatimə Fətəliyeva sosial şəbəkədə yazıb. (Axşam.az)

“Elə bil, Əli və Mikayıl dünən birinci sinfə gedirdi” -<span style="color: #ff0000;"> VİDEO</span>

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib.
 
İfaçı əkizləri Əli və Mikayılın ilk məktəbə başladıqları vaxtı xatırlayaraq duyğulanıb:
 
"Elə bil, Əli və Mikayıl dünən idi ki, birinci sinfə gedirdi. İndi isə artıq 18 yaşları tamam olmaq üzrədir. Əminənin hazırda məktəb həyatının ən qaynar dövrüdür, orta siniflərdə oxuyur, Afina isə bu il məktəb yoluna yenicə başlayır və birinci sinfə gedir.
 
Düzünü desəm, məktəb üçün darıxmıram. Çox dəcəllik edirdim. Amma hesab edirəm ki, məktəb çox vacib mərhələdir. Məktəbdə dostlar tapırıq. Bu dostluğu ömür boyu davam etdirmək çox gözəldir. İlk çətinliklərin öhdəsindən gəlir və daha müstəqil oluruq.
 
Bütün uşaqlara maraqlı və uğurlu tədris ili arzulamaq istəyirəm. Valideynlərə isə bol-bol güc, səbir və qürur duyacaqları çoxlu səbəblər arzulayıram". (Axşam.az)

Uitkoffla Kuşner Kiyev və Moskvaya səfər edəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda Kiyev və Moskvaya səfər etmək niyyətindədirlər.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
 
Səfərin konkret tarixi açıqlanmayıb.
 
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçiləri ilə onların Kiyevə qarşıdakı səfərinin detallarını müzakirə edib.

Bakıda məşhur bazar köçürülür - <span style="color: #ff0000;">VİDEO</span>

Satıcılara köçürülmə ilə bağlı xəbərdarlıq edilib, lakin gedəcəkləri ünvan bəlli deyil.
 
Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, bura paytaxtın tikinti materialları ilə bağlı əsas ticarət məkanlarından biri olan Dərnəgül bazarıdır.
 
Bazarda fəaliyyət göstərən sahibkarlar iş yerlərini tərk etmələri ilə bağlı xəbərdarlıqlar aldıqlarını bildirirlər. Onlar deyirlər ki, bizim əsas sualımız haraya köçürüləcəyimiz haqqındadır.
 
Sahibkarların sözlərinə görə, onlara hazırda əllərində olan malları satmaqla bağlı problem olmadığı bildirilib. Lakin yeni məhsulların bazara gətirilməsi məsələsində vəziyyət fərqlidir.
 
Hazırda bazarda fəaliyyət göstərən sahibkar və işçilərin əsas gözləntisi isə məsələyə aydınlıq gətirilməsidir. Onlar bildirirlər ki, ərazini tərk etməli olduqları halda, fəaliyyətlərini harada davam etdirəcəkləri və bunun hansı şərtlərlə həyata keçiriləcəyi əvvəlcədən açıqlanmalıdır.
 
Daha ətraflı videomaterialı təqdim edirik.
 

DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi

Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub.
 
Hökmə əsasən, Nicat Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.
 
Qeyd edək ki, Nicat Əzizov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2025-ci ilin dekabr ayında saxlanılıb.
 
İttihama görə, o, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Bakıdan İstanbula, oradan isə Hatay istiqamətindən qanunsuz yolla Suriya ərazisinə keçib.
 
Daha sonra o, Suriyada İŞİD terror təşkilatında digər Azərbaycan vətəndaşının rəhbərlik etdiyi “Xalidin camaatı” adlı silahlı qrupun tərkibində silahlı münaqişələrə qatılıb.
 
N.Əzizov Azərbaycan hüdudlarından kənarda törətdiyi, həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən, cinayət sayılan əməllərə görə həmin xarici dövlət ərazisində məhkum olunmayıb.
 
Ona Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan olunub.

"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Anton Krivotsyuk və Abdulla Xaybullayevin yığmadan uzaqlaşdırılmasına münasibət bildirib.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb:

- Abdulla Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?

- Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir.
 

Şagird Araz çayında batdı - <span style="color: #ff0000;">Suyun səviyyəsi endirildi</span>

İmişli sakini çayda çimərkən boğulub.

Moderator.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndi ərazisində baş verib.

Kənd sakini Turan Mirağa oğlu Mirişli dünən saat 20 radələrində Araz çayında çimən zaman suda batıb.

Onun meyitin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırılma aparılır.

***

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.

Bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.

Report-un məlumatına görə, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.

"Xameneinin ölümündən sonra FTX təcili addım atdı" -<span style="color: #ff0000;"> "Financial Times"</span>

"Rusiya öz müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməyə məcburdur..."

İranda baş verən son hadisələrdən sonra Rusiya xüsusi xidmət orqanları öz müşahidə sistemlərinin təhlükəsizliyini yenidən qiymətləndirməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb. 

Texnoloji zəifliklər üzə çıxdı

Nəşrin məlumatına görə, İsrail xüsusi xidmət orqanlarının İranda həyata keçirdiyi uğurlu əməliyyatlar Moskvanın diqqətini dövlət müşahidə sistemlərinin potensial zəifliklərinə yönəldib. 

Məqalədə iddia olunur ki, bundan sonra Rusiya təhlükəsizlik qurumları Vladimir Putinin və yaxın çevrəsinin mühafizəsində istifadə olunan bəzi gizli nəzarət sistemlərini yoxlama məqsədilə müvəqqəti olaraq dayandırıb. Nəşr yazır ki, əsas narahatlıq böyük həcmdə məlumatların emalı və müşahidə şəbəkələrinin kənardan müdaxiləyə məruz qalması ehtimalı ilə bağlıdır.

Süni intellektin rolu

Məqalədə qeyd olunur ki, İsrail kəşfiyyatı İranın müşahidə sistemlərindən əldə edilən məlumatları süni intellekt vasitəsilə təhlil edərək müəyyən şəxslərin hərəkət marşrutlarını və görüş məkanlarını müəyyənləşdirə bilib. 

Müəlliflərin fikrincə, bu hadisə müasir texnologiyaların təhlükəsizlik sahəsində yaratdığı yeni imkanlarla yanaşı, yeni riskləri də nümayiş etdirib. Bu səbəbdən Rusiya xüsusi xidmət orqanları daxili serverlərin və müşahidə sistemlərinin təhlükəsizlik səviyyəsini yenidən yoxlamağa başlayıb.

Moskvanın narahatlığı artır

Nəşr həmçinin yazır ki, Moskvanı narahat edən digər amillərdən biri Ukrayna xüsusi xidmət orqanlarının və haker qruplarının fəaliyyəti ilə bağlı iddialardır. Məqalədə vurğulanır ki, müasir müşahidə və rabitə sistemləri sızma halları baş verdikdə dövlət üçün ciddi risk mənbəyinə çevrilə bilər.

Nəçr belə nəticəyə gəlir ki, süni intellekt, üz tanıma sistemləri və böyük məlumat bazalarının emalı sahəsindəki sürətli inkişaflar ənənəvi təhlükəsizlik yanaşmalarını dəyişdirir və dövlətləri öz müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməyə məcbur edir.

İrandan hava məkanı ilə bağlı yeni qərar

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar müvafiq bildirişədək ləğv edilib.

Moderator.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Təşkilat həmçinin ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.

Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.

***

İranda hava məkanında uçuşlarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığması ilə keçirilən yoldaşlıq oyununda huşunu itirdikdən sonra ilk dəfə instaqramda açıqlama yayıb.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Almaniyanın "Volfsburq" klubunda çıxış edən 34 yaşlı futbolçu artıq evində olduğunu və bərpa prosesinə tam diqqət yetirdiyini bildirib:

"Hər kəsə bildirmək istəyirəm ki, özümü yaxşı hiss edirəm və artıq ailəmlə birlikdə evdəyəm. Təsəvvür etdiyiniz kimi, kardioverter-defibrilyator cihazının boşalması, yəni elektrik şoku verməsi həm mənim, həm də yaxınlarım üçün ciddi bir sarsıntı oldu. Lakin hər kəsi sakitləşdirmək istəyirəm, vəziyyət 2021-ci ildə baş verənlərdən tamamilə fərqli idi. Özümü yaxşı hiss edirəm və bərpa prosesim artıq başlayıb".

Qeyd edək ki, Danimarkanın Odense şəhərində Ukraynaya qarşı keçirilən yoldaşlıq matçının 65-ci dəqiqəsində Danimarka 2:1 hesabı ilə öndə olarkən Eriksen qəfildən ürəyini tutaraq ot örtüyünün üzərinə yıxılıb. Hadisədən sonra oyun dərhal dayandırılıb və daha sonra tamamilə təxirə salınıb.

Xatırladaq ki, K. Eriksen oxşar hadisəni ilk dəfə "Avro-2020" turniri zamanı, 2021-ci ilin yayında Finlandiya ilə matçda yaşamışdı. Həmin vaxt ürəyi dayanan futbolçunun həyatını xilas etmək üçün meydanda reanimasiya tədbirləri görülmüş və daha sonra onun bədəninə daimi kardiostimulyator yerləşdirilmişdi.

Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub

Yaponiya parlamentinin hər iki palatasının sədrləri imperator ailəsi haqqında qanuna dəyişikliklərlə bağlı təklifləri parlament fraksiyalarının müzakirəsinə təqdim ediblər.
 
Moderator.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu addım imperator taxtının varisliyi ilə bağlı yaranan narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır.
 
Hazırda Yaponiya imperatoru Naruhitonun cəmi üç varisi var: onun 60 yaşlı kiçik qardaşı, vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və 90 yaşlı əmisi şahzadə Hitati. Bu vəziyyət son illərdə imperator taxtının davamlı varisliyi ilə bağlı ciddi narahatlıqlar yaradır.
 
Parlamentdə 1947-ci ildə qəbul edilmiş və taxt-tacın yalnız kişi xətti ilə ötürülməsini nəzərdə tutan qanuna iki dəyişiklik variantı müzakirə olunur:
 
Birinci təklifə görə, imperator ailəsinə mənsub qadınlar titul sahibi olmayan şəxslərlə ailə qursalar belə, öz statuslarını qoruyub saxlayacaqlar.
 
İkinci variant isə 1947-ci ildə rəsmi statuslarını itirmiş imperator ailəsinin 11 yan qoluna mənsub kişilərin yenidən ailəyə qaytarılmasını nəzərdə tutur.
 
Təşəbbüslərin yaxın vaxtlarda Yaponiyanın Baş naziri Sanae Takaichiyə təqdim olunması gözlənilir. Bundan sonra hökumət müvafiq qanun layihəsi hazırlayacaq. Sənədin parlamentin cari sessiyasının rəsmi bağlanış tarixi olan iyulun 17-dək qəbul edilə biləcəyi bildirilir.

74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - <span style="color: #ff0000;">"Kömək etmək istəyəni də qoymurlar" - VİDEO</span>

Abşeron rayonunun Məmmədli qəsəbəsində fərdi yaşayış evlərini su basıb. Buna ərazidəki göldə suyun səviyyəsinin qalxması səbəb olub.
 
Sakinlər bildirirlər ki, yaranmış problem səbəbindən evlərinə girib-çıxmaqda çətinlik çəkirlər. Problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, hələ ki heç bir tədbir görülməyib.
 
Sakinlər mövcud vəziyyətlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
 
"Üfunətdən həyətə çıxmaq olmur. Nə uşaqlarımızı çölə buraxa, nə də özümüz çıxa bilirik. Müraciət etmədiyimiz yer qalmayıb, amma səsimizi eşidən yoxdur. Biz də normal şəraitdə yaşamaq istəyirik", - onlardan biri söyləyib.
 
Digər bir sakin isə xəstə olduğunu və bu şəraitdə həkimə belə gedə bilmədiyini vurğulayıb: "Səhhətim yaxşı deyil, həkimə getməliyəm, amma çirkabın əlindən evdən çıxa bilmirəm. Çox pis vəziyyətdə qalmışıq".

"ABŞ təsir imkanlarının həddi: Vaşinqtonun üç, İranın isə bir seçimi var" - <span style="color: #ff0000;">CNN</span>

Hörmüz boğazı ətrafında yaranmış böhran Vaşinqtonla Tehran arasında danışıqları dalana dirəyib və tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
 
 "İran yalnız sahib olduğu şeydən çıxış edir"
 
CNN-in analitiki Bret Makqerk hesab edir ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını yenidən beynəlxalq gəmiçilik üçün açmağa və İranın nüvə ambisiyalarını məhdudlaşdırmağa çalışsa da, tərəflər faktiki olaraq eyni dildə danışmırlar. O, qeyd edir ki, Vaşinqton danışıqlara güc və təzyiq prizmasından yanaşır, Tehran isə sahib olduğu strateji üstünlükdən istifadə edir.
 
Makqerk bunu vaxtilə Tehranın "Evin" həbsxanasında saxlanılan amerikalı girovların azad olunması ilə bağlı apardığı danışıqlardan çıxardığı nəticələrlə izah edir. Onun sözlərinə görə, İran uzun illərdir girovları danışıqlarda təzyiq aləti kimi istifadə edir və indi də eyni məntiqi daha böyük miqyasda tətbiq edir.
 
Hörmüz boğazı "ən qiymətli girov" kimi
 
Makqerk hesab edir ki, hazırda İranın əlində olan əsas rıçaq Hörmüz boğazıdır. Dünya neft tədarükünün təxminən beşdə biri bu marşrutdan keçir və Tehran boğaza təsir imkanlarından ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edir. Müəllif CNN-ə müsahibə verən İran rəsmisi Möhsün Rəzayinin sözlərini xatırladır. Rəzayi bildirib ki, Vaşinqton İranın dondurulmuş 24 milyard dollarlıq aktivlərini azad etməyincə vəziyyət dəyişməyəcək.
 
Onun fikrincə, bu vəsaitin açılması ABŞ-ın danışıqlara nə dərəcədə ciddi yanaşdığını göstərəcək. Makqerk qeyd edir ki, Tehran üçün bu, 2023-cü ildə amerikalı girovların azad olunması müqabilində əldə edilən razılaşmanın daha geniş miqyaslı təkrarıdır. Fərq ondadır ki, bu dəfə söhbət ayrı-ayrı şəxslərdən deyil, qlobal iqtisadiyyat üçün vacib olan bir marşrutdan gedir.
 
Vaşinqtonun üç seçimi
 
Məqalə müəllifinin fikrincə, ABŞ hazırda üç variantdan birini seçməlidir. Birinci yol iqtisadi təzyiqləri davam etdirmək və İranın iqtisadi vəziyyətinin daha da pisləşəcəyinə ümid etməkdir. İkinci variant Tehranın tələblərinin bir hissəsini qəbul edərək kompromisə getməkdir. Makqerk hesab edir ki, bu addım Tramp administrasiyası üçün siyasi baxımdan ağır geri çəkilmə kimi görünə bilər.
 
Üçüncü seçim isə Hörmüz boğazında hərbi nəzarəti bərpa etməyə çalışmaqdır. Lakin İran artıq münaqişəni Hind okeanı, Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Aralıq dənizi istiqamətlərinə yaymaqla hədələyib. Makqerkin qənaətincə, buna görə də danışıqlar hazırda dalana dirənib. O hesab edir ki, qüvvələr nisbəti dəyişmədiyi müddətdə Tehran əlindəki üstünlükdən asanlıqla imtina etməyəcək və tərəflər arasında razılıq əldə olunması çətin olaraq qalacaq.

Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

Belarusun BATE klubu UEFA Konfrans Liqasının təsnifat mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək.
 
Moderator.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "football.by" saytı məlumat yayıb.
 
Klub ev oyunları üçün iştirak etmək üçün UEFA-ya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib.
 
Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da baş tutacaq. Oyunlar iyulun 9-u və 16-da keçiriləcək. BATE səpələnmişlər səbətində yer alacaq.
 
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı müharibə ilə əlaqədar UEFA Belarus klublarına avrokubok oyunlarını doğma meydanda keçirmək qadağası qoyub.

Səhranın altında nəhəng göl: Yalnız burada yaşayan canlılar aşkarlandı

Kalahari səhrasının altında nəhəng yeraltı göl gizlənir. Onun dərinliyi yüzlərlə metrə çatır və burada Yer üzündə başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır.
 
Moderator.az "Discover Wildlife” nəşrinə istinadən xəbər verir ki, Namibiyada yerləşən "Dragon’s Breath” (Əjdahanın Nəfəsi) mağarası səthdən təxminən 60 metr dərinlikdə başlayır və dünyanın ən böyük yeraltı gölünə çıxır. Gölün səth sahəsi təxminən iki futbol meydançası böyüklüyündədir.
 
Mağara adını girişdən qalxan isti və rütubətli havadan alıb. Müəyyən şəraitdə bu hava kondensasiya olunaraq incə duman yaradır. Mağara milyonlarla il ərzində yeraltı suların süxurları yavaş-yavaş həll etməsi nəticəsində formalaşıb və böyük su ilə dolu boşluq yaranıb.
 
Mağara 1986-cı ildə Cənubi Afrikalı tədqiqatçı Rocer Ellis tərəfindən kəşf edilib. Bir il sonra o, speleoloqlar və dalğıclarla birlikdə ekspedisiya təşkil edib və təxminən 2 hektar sahəsi olan yeraltı gölü araşdırıb.
 
2015-ci ildə dalğıclar 132 metr dərinliyə enə biliblər. 2019-cu ildə isə "Stone Aerospace” şirkəti süni intellektlə təchiz olunmuş "Sunfish” adlı avtonom sualtı dron vasitəsilə mağaranın xəritəsini hazırlayıb və gölün dərinliyinin 264 metrə çatdığını müəyyən edib.
 
Bu mağaradakı xüsusi şərait — günəş işığının olmaması, kristal təmiz su və sabit temperatur — burada unikal canlıların formalaşmasına səbəb olub.
 
Onlar arasında kor qızılı mağara balığı (Clarias cavernicola) və ağ kor krevetlər (Trogloleleupia dracospiritus) var. Bu növlər tam qaranlıq mühitə uyğunlaşaraq təkamül edib və əsasən mağaranın yuxarı hissəsində yaşayan yarasaların guanosu ilə qidalanırlar.

Qax şəhərində Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli”  kitabının  təqdimatı  keçirildi

Qax şəhəri Heydər Əliyev mərkəzində “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” adlı kitabının təqdimatı keçirildi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə  Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz :Multikulturalizm” layihəsi əsasında çap olunan kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəclidir. 
 
Əsərdə multikulturalizmin istər nəzəri, istər beynəlxalq təcrübə, istərsə də, Azərbaycan modelinə baxış çox vacib aspektlərdən təqdim olunub.  Əsər Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq ənənəsini təbliğ etməklə yanaşı, həm də dərs vəsaiti, metodik vasitə kimi istifadə oluna bilər.
Layihə rəhbəri Samirə Şaqavatova giriş sözü ilə  çıxış edərək ətraflı məlumat verdikdən sonra  tədbiri aparmaq üçün sözü kitabın müəllifi  Xatirə Fərəcliyə verdi. 
Tədbir iştirakçılarına Azərbaycan və ingilis dilində kitablar paylanıldı. Sonra Ülviyyə Behbudova çıxışında kitabın ingilis dilinə tərcümə edilməsinin əhəmiyyətini vurğuladı.  Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Vəfa Saleh multikulturalizm, tolerantlıq mövzusunda geniş məruzə edərək,  bu cür layihələrin həyata keçirilməsini yüksək qiymətləndirdi. 
 
Həmçinin, Qax rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin, ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Fərid Muradov, AYB Zaqatala bölməsinin sədri Almaris Ələkbərov, C.Cabbarlı adına Qax rayon mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi, AYB üzvü, şair Solmaz Elqızı, Qax rayon Kukla Teatrının əməkdaşı, şair Şəlalə Məmmədova, Şair Elşad əmrahoğlu, S. Vurğun adına Mədəniyyət Mərkəzinin əməkdaşları: Nuriyyə Əlimova və Vüsalə Mustafayeva, uzun müddət təhsil sahəsində çalışmış Məmmədiyyə Əfəndiyev, Rəna Həsəni və s. çıxış etdilər. 
Çay süfrəsində  müzakirələr davam etdi, şeirlər səsləndirildi. 
 
“Mədəni İnkişafın Təbliği” İB-in mətbuat xidməti

"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO

İyunun 7-də Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib.
 
Belə ki, KIA markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əsas yola çıxmaq istəyərkən qarşısına "Mercedes" markalı avtomobil çıxıb. KIA-nın sürücüsü buna etiraz etdikdə qarşı tərəfin sürücüsü onu söyüş və təhqirlərlə cavablandırıb. Daha sonra isə avtomobilini geri verərək qəsdən KIA markalı nəqliyyat vasitəsinə çırpıb.
 
Zərərçəkən hadisə ilə bağlı Baku TV-yə bunları deyib:

 

 
"Siqnal verdim ki, niyə belə edirsən? Dedi ki, "yaxşı edirəm". Aramızda qısa mübahisə yarandı. Sonra maşını geri verib avtomobilimin üzərinə sürdü və əzdi. Mən əsas yola çıxmaq istəyəndə o, qırmızı işıqda hərəkət edərək üstümə gəldi. Maşına təxminən 2 min manatlıq ziyan dəyib. Təkcə mən yox, ətrafdakı insanlar da "niyə belə edirsən?" deyə etiraz etdilər. O isə maşından düşərək onlara da hücum çəkməyə başladı".
 
Baku TV-nin əldə etdiyi məlumata görə, faktla bağlı hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Məşhur riyaziyyatçıdan sensasion proqnoz: Dünya çempionu Niderland olacaq

Almaniyalı riyaziyyatçı Yoaxim Klement 2026-cı il futbol üzrə Dünya Çempionatının qalibini proqnozlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
 
Klementin hesablamalarına görə, turnirin əsas favoriti Niderland millisidir. Onun fikrincə, Ronald Kumanın rəhbərlik etdiyi komanda yarımfinalda İspaniyanı məğlub edərək revanş alacaq, finalda isə Kriştianu Ronaldonun çıxış etdiyi Portuqaliya yığmasına qalib gələrək dünya çempionu olacaq.
 
Riyaziyyatçı hesab edir ki, Avropa təmsilçisi başqa qitədə keçirilən mundialda da zəfər qazanmağı bacaracaq.
 
Qeyd edək ki, Yoaxim Klement son üç Dünya Çempionatının qaliblərini düzgün proqnozlaşdırması ilə tanınır. O, 2014-cü ildə Braziliyada keçirilən mundialda Almaniyanın, 2018-ci ildə Fransanın, 2022-ci ildə isə Argentinanın çempion olacağını əvvəlcədən dəqiq təxmin etmişdi.
 
Bundan əvvəl bukmeker şirkətləri də 2026-cı il Dünya Çempionatının finalında iki Avropa millisinin qarşılaşacağı ehtimalının 50 faizdən çox olduğunu bildirmişdilər. Bu nəticəyə mərc etmək üçün əmsal 1,75 olaraq göstərilir.
 
2026-cı il futbol üzrə Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu isə Argentina millisidir.
 

<span style="color: #000000;">"Rusiya üzərində qələbə üçün üç şərt". Rasmussen Avropaya plan təklif etdi" - "The Economist"</span>

"Avropa Moskva ilə danışıqlardan əvvəl Ukraynanın mövqeyini gücləndirməli və "güc vasitəsilə sülh" strategiyasını həyata keçirməlidir..."

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin olunması barədə müzakirələr hələ tezdir. Onun fikrincə, əsas məsələ danışıqlar aparacaq şəxsin kimliyi deyil, Avropanın hansı mövqedən danışacağıdır.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" nəşri yazıb.

"Rusiya yalnız gücə hörmət edir"

Rasmussen bildirir ki, Vladimir Putin və Dmitri Medvedevlə görüş təcrübəsi ona bir nəticə çıxarmağa imkan verib: Moskva yalnız gücə hörmət edir. Buna görə də Avropa əvvəlcə Ukraynanın mövqeyini gücləndirməli, yalnız bundan sonra diplomatik proses barədə düşünməlidir.

Onun sözlərinə görə, ABŞ-ın əvvəlki rolunu artıq Avropa öz üzərinə götürməyə məcburdur. Rasmussen Almaniyanın bu istiqamətdə liderlik nümayiş etdirdiyini vurğulasa da, görülən işlərin kifayət etmədiyini düşünür.

İki əsas addım

NATO-nun keçmiş baş katibinin fikrincə, ilk növbədə Rusiyanın hərbi iqtisadiyyatına daha güclü zərbə vurulmalıdır. Bunun üçün Ukraynaya texnoloji və sənaye dəstəyi artırılmalı, Rusiyanın raket proqramına xidmət edən təchizat kanallarına qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir.

Rasmussen ikinci vacib addım kimi Ukraynanın enerji infrastrukturunun sürətlə bərpasını göstərir. Onun sözlərinə görə, Avropa İttifaqında istifadədən çıxarılmış, lakin işlək vəziyyətdə olan enerji avadanlıqları Ukraynaya ötürülə bilər ki, bu da ölkənin qış aylarında dayanıqlığını artırar.

Ukraynanın Avropa gələcəyi

Rasmussen üçüncü şərt kimi Ukraynanın gələcəyinin açıq şəkildə Avropa İttifaqı ilə bağlanmasını göstərir. Onun fikrincə, bu, Putinə Ukraynanı öz təsir dairəsinə qaytarmaq cəhdlərinin nəticəsiz olduğunu nümayiş etdirəcək.

Müəllif hesab edir ki, Ukraynanın Aİ-yə üzvlüyü ən güclü təhlükəsizlik təminatıdır. Rasmussenin qənaətincə, Avropa bu üç şərti yerinə yetirərsə, Moskva ilə danışıqlar aparacaq nümayəndənin kim olması artıq ikinci dərəcəli məsələyə çevriləcək və sülh danışıqları daha güclü mövqedən aparılacaq.

"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO

"Liverpul"un keçmiş hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Moderator.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.

"Oyunçu kimi futboldakı məqsədimə çatdım. Uşaqlıq arzularımı gerçəkləşdirdim - ən böyük arenalarda çıxış etdim və ən nüfuzlu kubokları qazandım. Bütün bunlara görə Tanrıya minnətdaram. Missiya tamamlandı. İndi məni yeni bir tale gözləyir. Səyahət davam edir", - deyə 31 yaşlı belçikalı futbolçu müraciətində bildirib.

Qeyd edək ki, Oriqi "Liverpul"un heyətində 175 oyunda meydana çıxıb və 41 qol vurub. Hücumçu "qırmızılar"ın tərkibində 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə çempionluğunu qazanıb. O həmçinin İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Bundan əlavə, belçikalı futbolçu karyerası ərzində "Milan", "Lill", "Volfsburq" və "Nottingem Forest" klublarında da çıxış edib.

Xameneinin harada dəfn olunacağı açıqlandı - FOTO

İranın mərhum ali rəhbəri Seyid Əli Xameneinin Məşhəddə dəfn ediləcəyi iddia olunur.
 
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Xorasan-e-Rəzəvi əyaləti valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavininin açıqlama verdiyi bildirilir.
 
Məlumata görə, Əli Xameneinin dəfn mərasimi Tehrandan başlayacaq, daha sonra Quma köçürüləcək. Bildirilir ki, üçüncü gün Məşhəddə keçiriləcək mərasimdən sonra onun cənazəsi torpağa tapşırılacaq.
 
İddialara əsasən, Əli Xameneinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.
 
Qeyd edək ki, mənbədə Əli Xameneinin 2026-cı il fevralın 28-də ABŞ və İsrailin hava hücumları zamanı həlak olduğu iddia edilir. Bu məlumatın müstəqil təsdiqi barədə məlumat verilməyib.

 

BƏƏ hava məkanında məhdudiyyətlərin müddətini uzatdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviasiya xidməti ölkənin hava məkanında tətbiq olunan məhdudiyyətlərin müddətini iyunun 23-dək uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqdə fəaliyyət göstərən aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
 
"Əvvəllər tətbiq edilmiş məhdudiyyətlər iyunun 23-ü axşam saatlarınadək qüvvədə qalacaq", - deyə mənbə bildirib.
 
Onun sözlərinə görə, BƏƏ hava limanlarına uçuşlar və ölkədən həyata keçirilən reyslər üçün hava sərhədinin keçilməsi məqsədilə altı hava dəhlizi və nəzarət nöqtəsi müəyyənləşdirilib.
 
Mənbə əlavə edib ki, BƏƏ-nin aviasiya hakimiyyəti xarici aviaşirkətləri ölkəyə uçuşlarla bağlı mümkün əməliyyat risklərini yenidən qiymətləndirməyə çağırıb. Reyslərin yerinə yetirilməsi üçün aviaşirkətlər riskləri dəyərləndirməli, müvafiq müraciət təqdim etməli və rəsmi icazə almalıdırlar.
 
Bununla yanaşı, bu qaydalar repatriasiya reyslərinə, eləcə də sanitariya və dövlət aviasiyasına şamil edilmir.
 
Qeyd edək ki, iyunun 6-da İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə əyalətinə və Qərbi Bəkaa bölgəsinə, iyunun 7-də isə Beyrut ətrafında yerləşən "Hizbullah" obyektlərinə zərbələr endirib.
 
İran buna cavab olaraq iyunun 7-də axşam saatlarında İsrailin şimal bölgələrini raket atəşinə tutub.
 
Daha sonra İsrail İranın qərb və mərkəzi hissələrindəki hərbi obyektlərə zərbələr endirib. İran isə növbəti dəfə İsrail ərazisini raket hücumlarına məruz qoyub. Bu hadisələr fonunda regionda aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da artıb.

ATMU-da insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm sahəsində insan alverinə qarşı mübarizə” mövzusunda təlim təşkil olunub.
 
Təlim ATMU-nun baş hüquqşünası Aydın Kərimov, istefada olan polkovnik Şəmsəddin Əliyev və Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti qurumunun əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə universitet rəhbərliyi, struktur bölmələrin nümayəndələri və digər iştirakçılar yer alıblar.
 
ATMU-nun rektoru İlham Mədətov tədbir iştirakçılarını salamlayaraq bu cür təlimlərin keçirilməsinin turizm sahəsində çalışan və gələcəkdə bu sektorda fəaliyyət göstərəcək şəxslərin insan alveri ilə mübarizə istiqamətində məlumatlılığının artırılması, hüquqi biliklərinin gücləndirilməsi və potensial risklərin vaxtında müəyyən edilərək qarşısının alınması baxımından əhəmiyyətli olduğunu bildirib.
 
Daha sonra istefada olan polkovnik Şəmsəddin Əliyev insan alverinin yaratdığı təhlükələrdən, bu cinayət növünün qarşısının alınmasında profilaktik tədbirlərin rolundan danışıb. O vurğulayıb ki, gənclərin və turizm sektorunda çalışan şəxslərin risklər barədə məlumatlandırılması potensial təhlükələrin vaxtında müəyyən edilməsinə və qarşısının alınmasına mühüm töhfə verir.
 
Təlimdə çıxış edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə bildirib ki, bu cinayət növünə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin, o cümlədən turizm sektorunda fəaliyyət göstərən qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. V.Naməndzadə qeyd edib ki, turizm sahəsində çalışan şəxslərin insan alverinin əlamətlərini tanıması, risklərin vaxtında müəyyənləşdirilməsi və aidiyyəti qurumlara məlumat verməsi bu cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. O, iştirakçıları insan alveri ilə bağlı maarifləndirmə tədbirlərində fəal olmağa və bu istiqamətdə əldə etdikləri bilikləri fəaliyyətlərində tətbiq etməyə çağırıb. Polis polkovnik-leytenantı həmçinin vurğulayıb ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik və maarifləndirici layihələr genişləndirilir. Onun sözlərinə görə, belə təlimlər gənclərin və turizm sahəsində çalışan mütəxəssislərin məlumatlılığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
 
ATMU-nun baş hüquqşünası Aydın Kərimov isə çıxışında turizm sahəsində qanunvericiliyin tələbləri, insan alveri ilə mübarizənin hüquqi əsasları və bu sahədə vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, insan alverinə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasıdır.
 
Təlim zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

8 iyun 2026-cı il tarixində Bakcell baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi məlumat yayıb. Telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə sahib Qunnar Panke şirkətin baş icraçı direktoru vəzifəsinə təyin olunub.
 
Qunnar Panke telekommunikasiya sektorunda müştəriyönümlü biznes transformasiyası, strateji inkişaf və dayanıqlı artım istiqamətlərində geniş təcrübəyə malikdir. O, Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 
 
Qunnar Panke Fransanın Poitiers Universitetində strateji idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə, həmçinin ENSPTT Universitetinin MBA dərəcəsinə sahibdir. Bundan əlavə, o, INSEAD (Fransa), Oksford Universiteti (İngiltərə), London Biznes Məktəbi (İngiltərə), IE (Madrid), ESMT (Almaniya) və Darden Biznes Məktəbi (ABŞ) kimi dünyanın nüfuzlu ali təhsil müəssisələrində rəhbərlik proqramlarını uğurla tamamlayıb.
 
“Ölkənin rəqəmsal inkişafında mühüm rol oynayan Bakcell-ə təyinatım mənim üçün böyük məsuliyyət və şərəfdir. Məqsədim innovasiya, süni intellekt və müştəriyönümlü həllər vasitəsilə abunəçilərimiz üçün daha çox dəyər yaratmaqla, Bakcell-in telekommunikasiya sektorundakı mövqeyini daha da gücləndirmək və ölkənin rəqəmsal inkişafında strateji rolunu genişləndirməkdir”, – deyə Qunnar Panke vurğulayıb.
 
Yeni təyinat Bakcell-in müştəriyönümlü innovasiya, süni intellekt və rəqəmsal xidmətlər istiqamətində uzunmüddətli strateji prioritetlərinin daha da sürətləndirilməsinə təkan verəcək. Qunnar Pankenin rəhbərliyi ilə şirkət müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və süni intellekt əsaslı həllərin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
 
Bakcell haqqında
 
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. 
 
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb

Böyük Britaniyanın Baş naziri Kir Starmer "Apple" və ya "Google" kimi texnoloji şirkətləri uşaqların pornoqrafiyaya və ya çılpaq insan fotolarına baxış imkanlarını məhdudlaşdırmağa çağırıb, əks halda sanksiyalarla hədələyib. O bu barədə Londonda keçirilən konfransda çıxış edərkən bildirib.
 
Moderator.az xəbər verir ki, o bu açıqlamanı Londonda keçirilən konfransda çıxışı zamanı söyləyib.
 
"İnanıram ki, onlar həll yolu tapa bilərlər. Amma bunu etməmək qərarına gəlsələr, o zaman biz hərəkətə keçəcəyik. Və biz qanunu dəyişəcəyik. Çünki söhbət uşaqlarımızın təhlükəsizliyindən gedirsə, kənarda qalmaq variant deyil", - deyə hökumət başçısı "Sky News" kanalında yayımlanan çıxışında bildirib.
 
Hökumətin yaydığı əlavə məlumata görə, London texnoloji şirkətləri, cihazın istifadəçisi uşaqdırsa, smartfon və planşetlərini çılpaq insan təsvirlərini bloklayan funksiyalarla əvvəlcədən təchiz etməyə məcbur etmək niyyətindədir. Yetkinlərin bu kontentə girişi əvvəlki kimi mümkün olacaq, lakin yaşın yoxlanılması mütləq olmalıdır. Bu o deməkdir ki, Böyük Britaniya uşaqların texniki olaraq çılpaq fotoşəkillər çəkə, paylaşa və ya görə bilməyəcəyi ilk ölkə olacaq.
 
Məlumatda bildirilir ki, şirkətlərə yeni qaydalara uyğunlaşmaq üçün üç ay vaxt verilib. Əks halda, Starmerin vəd etdiyi kimi, belə bir tələb qanunvericiliklə təsbit olunacaq, cihazlarda bu cür məhdudiyyətlər olmadıqda isə istehsalçıları cərimələr və, ola bilsin, cinayət məsuliyyəti gözləyə bilər.
 
Britaniya baş naziri həmçinin milli hesablama imkanlarını inkişaf etdirəcəyini vəd edib və ixtisaslaşmış süni intellekt çiplərinin alınması üçün 400 milyon funt sterlinqdən (533 milyon dollar) çox vəsait ayrılacağını açıqlayıb.

Canlı yayımda yaxınının ölüm xəbərini eşitdi

Əməkdar artist Nuriyyə Hüseynova canlı yayım zamanı xoş olmayan mesaj alıb.
 
Moderator.az "axşam.az"a istinadən xəbər verir ki, müğənni "Günaydın Azərbaycan" proqramında anasının yazdığı mesajı deyib.
 
O bildirib ki, bibisini itirib:
 
"Anamdan bir mesaj gəldi. Mənə deməyiblər, bibim rəhmətə gedib. Burada xəbəri eşitdim. İki bibim də mehriban olub".

Uşaqlar sosial şəbəkə manipulyasiyasından necə qorunacaq? – Yeni qanun

"Uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən tarixi bir qanun layihəsinin həm parlamentarilər, dövlət və hökumət təmsilçiləri, həm də media idarəçiləri və müvafiq təhsil - səhiyyə orqanları ilə birlikdə müzakirəsi təqdirəlayiq hadisədir. Bütün formasiyalarda dəyişilməyən bir deyim var-uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Ailə kiçik dövlət, dövlət böyük ailədir".
 
Bunu İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Zahid Oruc deyib.
 
Millət vəkili qeyd edib ki, həqiqətən istər sülh dövründə, istərsə də Vətən müharibəsində Qələbəmizi təmin edən azərbaycanlı ailələrdir:"Milli Məclis son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyalardan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul edib. Yeni qanun layihəsi həmin siyasətin davamı, eyni zamanda keyfiyyətcə yeni mərhələsidir. Dünyada texnoloji inkişaf ən yüksək həddədir və rəqəmsal məkan fiziki reallığı əvəzləyib. Sosial şəbəkə platformaları alternativ yox, gerçək həyatın özüdür, fərqli dəyərlər sistemi aşılayır, bəzən isə həm böyükləri, həm də uşaqları qurbana çevirir. Rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimləməsi dünya ölkələrindəki təcrübə ilə tanışlığı tələb edir.
 
Avstraliya 2024-ci ilin noyabrında 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını qanunla qəbul edən ilk ölkə oldu və "Online Safety Act" - Onlayn Təhlükəsizlik Haqqında Qanun platforma provayderlərinə zərərli məzmuna görə 49,5 milyon avstraliya dollarına qədər cərimə tətbiq etdi.
 
Fransa Uşaq Kiberqoruma Qanunu, yəni, 2023-cü ildə Rəqəmsal Yetkinlik Yaşı haqqında aktı qəbul etdi. Nəticədə,15 yaşdan aşağı uşaqlar sosial şəbəkə platformalarına qoşulmaq üçün valideyn razılığı almağa məcburdur. Fransız qanunu texnoloji yaş doğrulama sistemlərinin istifadəsini platformalardan tələb edir.
 
Qanunun tətbiqindən keçən qısa müddət ərzində, 11-14 yaş qrupunda sosial media istifadə müddəti orta hesabla 27 faiz azalıb.
 
İspaniya 2023-cü ildə uşaqların onlayn müdafiəsinə dair qanununu yeniləyərək, sosial mediaya qoşulmanın yaş həddi kimi 16-nı müəyyən etdi. Platforma qeydiyyat prosedurlarında valideyn razılığı sistemlərinin tətbiqi məcburi normaya çevrildi, çünki 2021-ci ildə baş vermiş bir sıra uşaq intihar hadisəsi sosial media bulinqi ilə bağlı idi.
 
Böyük Britaniya 2021-ci ildə "Age Appropriate Design Code" – yəni, Yaşa Uyğun Dizayn Kodeksi adlandırılan qaydalar toplusunu tətbiq etdi. Sənəd, texnoloji şirkətlərə 18 yaşdan aşağı istifadəçilər üçün platformanı konfidensiallığın uşaqlar üçün maksimum həddə olması, lokasiya məlumatlarının paylaşılmaması, profilə icazəsiz girişin bloklanması kimi tələblər qoydu.
 
ABŞ-də çoxşaxəli mübarizə tətbiq edilir, yəni federal səviyyədə uşaqların onlayn məlumatlarını qoruyur. Bir sıra ştatlar – Florida, Texas, Karolina – 14 və ya 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsini məhdudlaşdıran ayrıca qanunlar qəbul etdi.
 
Çin sahədə ən sərt tənzimləmə mexanizmlərindən birini - 18 yaşdan kiçik uşaqlar üçün həftə içi gecə saatlarında oyun oynamaq və sosial media istifadəsini birbaşa qadağan edib. Real adla qeydiyyat sistemi bütün rəqəmsal platformalarda məcburidir. Tədbirlərin nəticəsində oyun asılılığı 50 faiz azalıb".
 
Z. Orucun sözlərinə görə, dünya üzrə uşaq sosial media istifadəsinin statistikasını göstərən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il hesabatına görə, dünyada 13-17 yaş aralığında olan yeniyetmələrin 95 faizi aktiv sosial media istifadəçisidir. Yeniyetmələrin 35 faizi bir gündə orta hesabla 5 saatdan çox vaxtını telefonda keçirir:"Elmi araşdırmalar göstərir ki, sosial media alqoritmləri beyinin dopamin sistemini kazino mexanizmləri, siqaret və alkoqola bənzər şəkildə aktivləşdirir. Harvard Universitetinin elm nəşrləri 11.876 uşağı əhatə edən tədqiqatda sosial media istifadəsinin artmasının depressiya simptomları ilə əlaqəli olduğunu təsdiqləyir. Cinayətkarlıq və Onlayn İstismarla bağlı İnterpol-un 2023-cü il hesabatı göstərir ki, uşaqlara qarşı onlayn cinsi istismar hallarının 78 faizi sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilir. Dünya Səhiyyə Təşkilatı 2019-cu ildən oyun asılılığını (gaming disorder) və virtual tələləri rəsmi xəstəlik kimi siyahıya alıb. Netflix-dən sızdırılan məlumata görə, platformanın əsas rəqibi yuxudur – şirkət fəaliyyətini bilavasitə uşaqların yuxu saatlarını azaltmağa yönəldib".
 
Millət vəkili bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir:"Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir. Həmçinin, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir. Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb. Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir. Uşaqlar tez-tez yerini, məktəbini, dost dairəsini, gün rejimlərini sosial mediada paylaşır. Məlumatlar cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən aktiv şəkildə istifadə edilir. Uşaqların 58 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib".
 
Z. Oruc qeyd edib ki, sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var:"Gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri –ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir. İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. Fortnite, Roblox, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" – yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Hollandiya kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib".
 
"İndi isə 3 qanunda təklif edilən Əsas Müddəaları diqqətinizə çatdırmaq istərdik.
 
Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir.
 
Dövlətimizin uşaqların hüquqlarını qorumaqla digər sahələrdə də yaş senzi tətbiq edir-siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, qeyri-əxlaqi məzmunlara çıxışına qoyulan məhdudiyyət uşaqların sağlamlığı və rifahı üçündür. Həqiqətən övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur.
 
Ona görə də layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar.
 
16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin – valideynin – açıq razılığı ilə.
 
Manipulyativ Texnikaların Qadağası: Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur.
 
Fərdi Məlumatların Müdafiəsi: layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir.
 
Şəffaf Hesabatlılıq: provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər.
 
Sanksiya Mexanizmi: qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər.
 
Göründüyü kimi, nəticədə dövlətimiz hüquqi nəzarəti rəqəmsal sahədə genişləndirməsi Azərbaycanın beynəlxalq uşaq hüquqları öhdəlikləri ilə tam uyğunluq təşkil edir.
 
İkincisi, platforma məsuliyyəti – ölkəmizdə hüquqi boşluq mövcud idi – ilk dəfə, qanunda öz yerini alır, hüquqi müzakirə üçün möhkəm zəmin yaradır.
 
Üçüncüsü, valideynlərə uşaqlarının rəqəmsal həyatı üzərindəki nəzarət hüququ qanuni formada verilir. Norma, ailə institutu baxımından son dərəcə qiymətlidir.
 
Uşaqların sosial mediadan istifadəsinə münasibət ölkəmizdə necədir? 2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən mötəbər ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. 11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.
 
Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır", - deyə Z. Oruc bildirib.
 
Millət vəkili əlavə edib ki, texnoloğiya ilə düşmənçilik mümkün deyil. Əksinə, məqsəd istifadəni tənzimləməkdir:"Ölkəmizin gələcəyi rəqəmsal inkişafla birbaşa bağlıdır. Prezident İlham Əliyev tərəfindən Rəqəmsal İnkişaf Şurasının yaradılması və strateji proqramların qəbulu deyilənlərə sübutdur. Dövlət xidmətləri elektronlaşdırılır, rəqəmsal iqtisadiyyatın və süni intellekt tenologiyları ölkəmizdə inkişaf edir. Həqiqətən rəqəmsal texnologiyalar uşaqlar üçün misilsiz imkanlar açır: dünya kitabxanalarına giriş əldə olunur, onlayn təhsil platformaları, yaradıcılıq alətləri, beynəlxalq ünsiyyət imkanları artır, düzgün tətbiq olunduğunda sosial inkişafı, tənqidi düşüncəni, kreativliyi gücləndirir. Biz 16 yaşından kiçik uşaqları rəqəmsallıqdan məhrum etmək deyil, onları sosial media alqoritmlərinin manipulyativ gücündən qorumaq istəyirik.
 
Sosial şəbəkə platformaları – İnstagram, TikTok, Facebook, Snapchat və onlarca digəri – uşaqların istismarı ilə gündəlik milyardlarla dollar qazanır.
 
Qanun layihəsi həmin boşluğu doldurmağa başlayır, Azərbaycan dövlətinin öz vətəndaşlarına, öz uşaqlarına qarşı məsuliyyətini yerinə yetirməsinin əyani sübutudur.
 
44 günlük Vətən Müharibəsində döyüş meydanlarında Şuşanı azad edən xalq indi rəqəmsal məkanda qalib övladlarını qoruyur.
 
Çünki Azərbaycan coğrafi və mənəvi bütövlük qazanıb!"

"Qarabağ" Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yeniləyib

"Qarabağ" klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.
 
Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzediclərə başçılıq edir.
 
Klub rəsmisi bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.

Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?

Tədqiqatçılar tərəfindən hazırlanmış universal koronavirus peyvəndi ilk dəfə insan üzərində sınaqdan keçirilib və ilkin nəticələr uğurlu hesab olunub.
 
Moderator.az xəbər verir ki, Kembric Universiteti və Britaniyanın DIOSynVax biotexnologiya şirkətinin birgə hazırladığı vaksin "ScienceDaily”ə istinadən yayılan məlumatda qeyd edildiyi kimi, 39 sağlam könüllü üzərində keçirilən birinci mərhələ klinik sınaqlarda təhlükəsiz olub və ciddi yan təsirlər göstərməyib.
 
Bu peyvəndin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, tək bir virus ştamına deyil, Sarbeco koronaviruslar qrupuna qarşı geniş qoruma yaratmaq üçün hazırlanıb. Bu qrupa COVID-19-un törədicisi SARS-CoV-2, SARS virusu və gələcəkdə insanlara keçə biləcək bəzi yarasa mənşəli koronaviruslar daxildir.
 
Məlumata görə, vaksin SARS-CoV-2 və SARS-a qarşı olduğu kimi, hələ insanlara keçməmiş bəzi yarasa viruslarına qarşı da immun cavab formalaşdırıb. Tədqiqatın nəticələri "Journal of Infection” jurnalında dərc olunub.
 
Araşdırmanın diqqət çəkən tərəflərindən biri də peyvəndin hazırlanmasında süni intellekt və maşın öyrənməsindən istifadə edilməsidir. Bu texnologiyalar immun sistemini geniş spektrli virusları tanımağa öyrədən "süpərantigen” adlı komponentin dizaynına kömək edib. Bu, süni intellektlə hazırlanmış peyvəndin insanlarda ilk uğurlu sınağı kimi qiymətləndirilir.
 
Heyvanlar üzərində aparılan əvvəlki testlər də güclü immun cavabın formalaşdığını göstərib. Lakin mütəxəssislər bildirirlər ki, preparatın geniş istifadəsi üçün hələ ikinci və daha geniş mərhələli klinik sınaqlar lazımdır.
 
Böyük Britaniya Milli Səhiyyə Tədqiqatları İnstitutunun elmi direktoru Mariann Nayt nəticələri "əhəmiyyətli irəliləyiş” adlandırıb və süni intellektlə yaradılmış bu yanaşmanın gələcəkdə digər pandemiya risklərinə qarşı da tətbiq oluna biləcəyini bildirib.(Qaynarinfo )

Qaxda yol qəzasında ər-arvad xəsarət alıb

Qaxda yol qəzası baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Qax-Qıpcax-Kötüklü yolunda qeydə alınıb.
 
Rayon sakini Faiq İbrahimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil itarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
 
Nəticədə sürücü və avtomonildə olan həyat yoldaşı Xanım İbrahimova xəsarətlər alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla baglı araşdırma aparılır.

Aydın Mirzəzadə: "İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir"

"Paşinyanın parlament seçkisində üstünlüyü Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallıqların nəticəsi kimi qiymətləndirilə bilər".

Moderator.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
 
O bildirib ki, Ermənistan cəmiyyəti 2020-ci ildən sonrakı reallığı qəbul etmək məcburiyyətindədir:
 
"Həmin cəmiyyət uzun illər faşist ideologiyasının təsiri altında qalıb. Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniya bu bəladan qurtuldu, Ermənistan da xilas olmalıdır. Rəsmi İrəvanın buna çox ehtiyacı var. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin, Azərbaycanın bütün platformalarda, istiqamətlərdə üstünlüyünün qələbəsi idi.
 
Ermənistan Azərbaycanla mehriban münasibətlər qurmalıdır. Rəsmi İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir. Konstitusiya müvafiq dəyişikliklər etməlidirlər. Azərbaycan və Türkiyə ərazilərinə olan iddialardan əl çəkilməlidir. Hər iki ölkə ilə mehriban qonşuluq əlaqələrinin qurulması şərtdir. Faşizm ideyası baş qaldırmamalıdır. Qarşılıqlı hörmət, əməkdaşlıq bu gün və sabah üçün əsasdır".

Göyərçin bir ailənin dörd üzvünü zəhərlədi

Tatarıstanda göyərçin bir ailənin dörd üzvünün zəhərlənməsinə səbəb olub.
 
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, quş qazla işləyən suqızdırıcısının tüstüçıxarma borusunda ilişib qaldığı üçün dəm qazı mənzilə dolub.
 
Nəticədə dörd nəfər, o cümlədən iki azyaşlı uşaq zəhərlənib. 
 
Hadisədən sonra müfəttişlər tüstü bacasını və ventilyasiya kanalını yoxlayıblar. Yoxlama zamanı çəkiliş qüvvəsinin normal olduğu müəyyən edilib.
 
Mütəxəssislərin qənaətinə görə, zəhərlənmənin yeganə səbəbi yanma məhsullarının xaricə çıxmasına mane olan və tüstü kanalını bağlayan göyərçin olub.

İsrail Livanda "Hizbullah"a hücumları bərpa edib

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinin yerləşdiyi altı yaşayış məntəqəsinə zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
 
Portalın məlumatına görə, Burc əş-Şimali, Xaraib, Xirbət-Duveyr, Əl-Maaşuq, Əs-Samaiyə və Əl-Xoş qəsəbələrinə endirilən silsilə hava zərbələri Livan ərazisindən Yuxarı Qalileyaya doğru raketlərin buraxılmasından sonra həyata keçirilib.
 
"Hizbullah"ın yaydığı bəyanatda isə bildirilir ki, qruplaşmanın döyüşçüləri Livanın cənubundakı Əl-Edeysə rayonuna daxil olan İsrail ordusunun hərbi karvanını atəşə tutublar. Məlumata görə, hücum nəticəsində sursat daşıyan yük avtomobili vurulub.

Oman sahillərində hindistanlı dənizçilərin olduğu tanker hücuma məruz qaldı

Göyərtəsində hindistanlı dənizçilərin olduğu tanker Oman sahilləri yaxınlığında hücuma məruz qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
ABŞ Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ötən ilin dekabrında "qara siyahı"ya salınan "Motor Tanker Marivex" gəmisinə hücum edildiyi bildirilir. Hindistanın "Forward Seamen's Union of India" həmkarlar ittifaqının məlumatına görə, gəmidə olan 24 hindistanlı dənizçi çətin vəziyyətdə qalıb.
 
CNN-in məlumatına əsasən, tankerdən göndərilən SOS siqnalında heyət üzvləri göyərtədə yanğın baş verdiyini və bunun ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu nəticəsində yarandığını iddia ediblər.
 
"Göyərtədə yanğın var, gəmi batır. ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu nəticəsində raket maşın şöbəsinə dəyib", - deyə telekanalın əldə etdiyi qəza siqnalında qeyd olunub.
 
Bildirilib ki, gəminin 24 heyət üzvünün hamısı Hindistan vətəndaşıdır. Neft tankeri Palau bayrağı altında üzür. Onun qeydiyyatdan keçmiş sahibi olan "Arihant Shipping Inc." şirkəti isə İranla əlaqəli fəaliyyətinə görə ABŞ-nin sanksiyalar siyahısına daxil edilib.
 
Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib.

Azərbaycan kibercinayətkarlığa qarşı mübarizədə yeni rekorda doğru...

Milli Kibertəhlükəsizlik Mərkəzi və Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyəti yaxın gələcəkdə nələri dəyişəcək?

Məlum olduğu kimi, kibercinayətkarlığa qarşı mübarizədə müasir dünyamızın ən aktual problemlərindən biridir. Texnologiyanın sürətli inkişafı, süni intellekt və digər faktorların gündəlik yaşamımızın tərkib hissəsinə çevrilməsi həyatımızı asanlaşdırsa da, kibercinayətkarlıqla bağlı yeni risklər və təhdidlər də formalaşdırır. Bu isə məlum təhlükə və təhdidlərə qarşı önləyəci tədbirlərin görülməsini, effektiv mübarizə imkanlarının genişləndirilməsini tələb edir. Bu baxımdan, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir.

Məlumat üçün qeyd edək ki, Milli Kibertəhlükəsizlik Mərkəzi kritik informasiya infrastrukturunun təhlükəsizliyinə nəzarət edir, bu sahədə ortaya çıxan təhdid və təhlükələri aradan qaldırır. Hansı ki, son illər bu istiqamətdə mühüm uğurların əldə etdiyi göz önündədir. Xatırladaq ki, Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı milli təhlükəsizlik indeksi üzrə ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib:

“Qafqaz regionunda Azərbaycan milli kibertəhlükəsizlik indeksi üzrə birincidir. Ölkəmiz 2020-2021-ci ildə həmin indeks üzrə dünya reytinqində 86-cı yerdə idi. Keçdiyimiz ötən 6 ildə görülən işlər Azərbaycanın mövqeyinin zamanla 86-dan 52-ci yerə, bu yaxınlarda isə 31-ci yerə gəlməsinə imkan verib”.

Davud Rüstəmov qeyd edib ki, Azərbaycan bu istiqamətdə ciddi addımlar atmaqda davam etməkdədir:

“Hazırlanan qanunvericilik aktları, görüləcək işlər, üzərində işlənən layihələrin reallaşması inanıram ki, mövqeyimizi qlobal indeksdə T1 səviyyəsində təmin edəcək və 20-ci yerlərdə qərarlaşa biləcəyik. Hədəfə çatacağımıza dair böyük ümidlər var”. (https://azertag.az/xeber/davud_rustemov_qlobal_miqyasda_kibertehlukesizlik_indeksi_uzre_movqeyimizi_t1_seviyyesinde_temin_edeceyimize_inaniram_video-4241755 ).

Onu da xatırladaq ki, Prezident İlham Əliyevin 2 iyun 2026-cı il tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizin rəqəmsal transformasiya prosesində mühüm mərhələ kimi dəyərləndirilməklə yanaşı, həm də milli təhlükəsizliyimizin gücləndirilməsi, bu prosesin müasir tələblərə uyğunlaşdırılması baxımından tarixi yenilik kimi qiymətləndirilir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizdə bu müstəvidə törədilən bütün cinayətləri, eləcə mövcud təhlükə və mümkün riskləri vahid mərkəz vasitəsi ilə nəzarətdə saxlamağa, təhlil etməyə və sistemli şəkildə mübarizə aparmağa imkan verəcək.

Bununla yanaşı, onu da qeyd edək ki, Azərbaycanın müstəqillik dövrünün təcrübəsi, eləcə də son illər baş verən proseslər sübut edir ki, kibertəhlükəsizliklə bağlı təhdid və təhlükələrlə mübarizədə DTX kifayət qədər effektli və sistemli mübarizə ortaya qoyub, bu sahədə böyük uğurlar əldə edib. Zəngin kadr ehtiyatı, yüksək maddi-texniki baza, böyük təcrübə  DTX-nı kibercinayətkarlığa qarşı mübarizədə daha geniş imkan və səriştəyə malik olduğunu göstərur. Bu isə o deməkdir ki, Milli Kibertəhlükəsizlik Agentliyinin gələcəkdə DTX-nın tabeçiliyinə verilməsi daha məqsədəuyğun və faydalı ola bilər.

Seymur ƏLİYEV

 

Balaəli Xəyyamın mahnısını oğurlayıb? - AÇIQLAMA

Meyxanaçı Balaəlinin mahnı oğurluğunda ittiham edilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.
 
Moderator.az-ın məlumatına görə, ifaçının köməkçisi İlqar Rzayev Qaynarinfo-ya açıqlamasında "Xəyanət”in Baləliyə məxsus olduğunu vurğulayıb.
 
"Baləli toyların birində musiqili meyxana deyərkən bu qafiyəni açıb. Daha sonra isə bir az də təkmiləşdirərək mahnıya çevirib. Yəni, mahnı da, sözləri də Baləliyə məxsusdur”, deyə İlqar Rzayev bildirib. 
 
İnternet resurslarında apardığımız araşdırma zamanı məlum olub ki, Baləli ilk dəfə "Xəyanət”i musiqili meyxana formasında dediyi toyda meyxanaçılar Pünhan, Mircəlal, Baba, Xosrov və digərləri də olub. Onlardan bəziləri də Baləli ilə birgə onun açdığı "Mən haçan eşqə xəyanət eləmişəm” qafiyəsi ilə meyxana deyiblər. 
 
Qeyd edək ki, müğənni Xəyyam meyxana ifaçısı Baləlini mahnı oğurluğunda ittiham edib. O, sosial şəbəkə hesabında "Xəyanət”in müəllifinin məhz özü olduğunu iddia edib. Müğənni Balaəlinin bu əsəri öz adına çıxarmasını doğru hesab etmədiyini bildirib:
 
"İllərlə bu mahnının üzərində işləmişəm, əziyyət çəkmişəm. Bir də görürəm ki, siz oxuyursunuz və trendə çevrilir. Belə iş olar? Şəbnəm Tovuzlu və digər müğənnilər də bu mahnını icazəsiz ifa edirlər. Bunun axırı necə olacaq? Mən bunun peçatını vurmuşam. Mahnı mənimdir. Yenə də halal xoşunuz olsun”.

Antibiotiklər təsirini itirir: ÜST-dən dünyanı narahat edən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə davamlılığın sürətlə artması fonunda 2026-2036-cı illəri əhatə edən yeni Qlobal Fəaliyyət Planını təsdiqləyib.
 
ÜST-nin məlumatına görə, 2023-cü ildə ən geniş yayılmış bakterial infeksiyaların hər altıncı halı antibiotiklərlə müalicəyə davamlı olub.
 
Araşdırmalara əsasən, 2021-ci ildə 4,71 milyon ölüm antibiotiklərə davamlı bakteriyalarla əlaqəli olub. Alimlər xəbərdarlıq edirlər ki, təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər bu göstərici 39 milyona çata bilər.
 
Bildirilir ki, hazırda antibiotiklərin 40 faizdən çoxu qan, bağırsaq və sidik yolları infeksiyaları kimi geniş yayılmış xəstəliklərə qarşı qismən və ya tamamilə təsirsizdir.
 
Xüsusi narahatlıq doğuran məqamlardan biri də dərmanlara davamlı "E.coli" və "Klebsiella pneumoniae" bakteriyalarının yayılmasıdır. Bu mikroorqanizmlər sepsis də daxil olmaqla ağır infeksiyalara və ölüm hallarına səbəb ola bilir. Məlumata görə, "E.coli" ştammlarının 40 faizdən çoxu, "Klebsiella pneumoniae" ştammlarının isə 55 faizi əsas müalicə vasitələrindən sayılan üçüncü nəsil sefalosporinlərə qarşı davamlıdır.
 
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, antibiotiklərə davamlılığın artması qlobal səhiyyə üçün ciddi təhlükəyə çevrilib. Onun sözlərinə görə, problemin həlli infeksiyaların profilaktikası, erkən diaqnostikası və yeni antibiotiklərin hazırlanmasından asılıdır.
 
Yeni fəaliyyət planı 2030-cu ilədək antibiotiklərə davamlı bakterial infeksiyalarla bağlı ölüm hallarının 10 faiz azaldılmasını nəzərdə tutur.
 
Mütəxəssislər antibiotiklərin yalnız həkim təyinatı ilə qəbul edilməsinin vacibliyini vurğulayır, özbaşına istifadənin isə təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirirlər.(publika.az)

Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər?

2026-2027-ci tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, 15 aprel-5 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 21 ölkəsinə aid 106 ali təhsil müəssisəsi üzrə 1221 namizəd müraciət edib. Müraciət edən namizədlərin 271 nəfəri dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", "Academic Ranking of World Universities (Shanghai)") top 10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edib. Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Avstraliya İttifaqı və Çin Xalq Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər və dövlət idarəetməsidir.
 
Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə bu gündən - 8 iyun tarixindən müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək.
 
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı illik 500 nəfərədək müəyyən olunub. Kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edir.

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun "X" sosial şəbəkə hesablarlında məlumat paylaşıb.
 
"Nazirlər regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər bağlantı təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər", - paylaşımda bildirilib və əlavə edilib ki, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb, Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas dəhliz kimi artan strateji əhəmiyyəti qabardılıb.
 
Həmçinin Azərbaycan Gürcüstan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin və enerji, nəqliyyat və regional bağlantı sahələrində uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Pleased to meet with Foreign Minister Maka Botchorishvili on the margins of the 10th Trilateral Meeting of the Foreign Ministers of Azerbaijan, Georgia and Türkiye in Istanbul.

We discussed the strong Azerbaijan–Georgia strategic partnership, cooperation in energy, transport and… pic.twitter.com/m8OgE0Ryi7

— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 8, 2026

 

Bu 3 tarixdə doğulan insanlardan çoxları çəkinir - Səbəb nədir?

Numeroloqlar hesab edirlər ki, ayın bəzi günlərində doğulan insanlar ətrafdakılara daha sərt, əlçatmaz və hətta qorxuducu təsir bağışlaya bilirlər. Lakin onların bu reputasiyasının arxasında çox vaxt güclü xarakter, özünəinam və liderlik keyfiyyətləri dayanır. Qeyd etmək lazımdır ki, numerologiya elmi metodlarla təsdiqlənmiş sahə deyil və bu kimi şərhlər daha çox əyləncə xarakteri daşıyır.
 
Moderator.az Lent.az-a istinadən bu tarixləri təqdim edir:
 
18-də doğulanlar
 
Numerologiyada ayın 18-də dünyaya gələn insanlar qətiyyətli, cəsarətli və sürətli qərar vermək bacarığına malik şəxslər kimi xarakterizə olunur. Onların öz intuisiyalarına güvəndikləri və ən çətin vəziyyətlərdə belə mövqelərini müdafiə etməkdən çəkinmədikləri bildirilir. Məhz bu özünəinam ətrafdakılar üzərində güclü təəssürat yarada bilər. Bununla yanaşı, onlar haqsızlığa qarşı həssas olur və başqalarının hüquqlarını qorumağa çalışırlar.
 
26-da doğulanlar
 
Numerologiyada 26 rəqəmi ambisiya, intizam və məqsədyönlülüklə əlaqələndirilir. Bu tarixdə doğulan insanlar çox vaxt ciddi və tələbkar təsir bağışlayırlar. Onlar öz məsuliyyətlərinə böyük diqqətlə yanaşır və ətrafındakı insanlardan da eyni münasibəti gözləyirlər. Buna baxmayaraq, numeroloqlar onları etibarlı dost və yaxınlarının uğur qazanmasına dəstək verən insanlar kimi xarakterizə edirlər.
 
28-də doğulanlar
 
Ayın 28-də doğulanlar numerologiyada təbii liderlər hesab olunur. Onlara güclü xarizma, yüksək həyat enerjisi və diqqət çəkmək bacarığı aid edilir. Bu xüsusiyyətlər səbəbindən onlar bəzən həddindən artıq özünəinamlı və ya əlçatmaz görünə bilərlər. Lakin numerologiya tərəfdarlarının fikrincə, onların xarici sərtliyi və güclü görünüşünün arxasında başqalarına kömək etmək, onları ruhlandırmaq və dəstəkləmək istəyi dayanır.
 
İnsanlar niyə "qorxulu" görünə bilərlər?
 
Bu cür şərhlərə görə, ətrafdakılar çox vaxt güclü özünəinamı, müstəqilliyi və şəxsi sərhədləri dəqiq müəyyən edən insanları təhlükəli və ya qorxuducu hesab edirlər. Əslində isə əksər hallarda söhbət aqressiyadan deyil, insanın özünü yaxşı tanımasından, dəyərlərinə sadiq qalmasından və fikrini açıq şəkildə ifadə etməkdən çəkinməməsindən gedir.

Aİ-dən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ilə bağlı SANKSİYA

Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığına təhdidlərə görə sanksiyalar çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri komandanının müavinini və qurumun əyalət komandanlığını "qara siyahı"ya salıb.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətindən məlumat verilib.
 
"Şuranın Yaxın Şərqdə gəmiçilik azadlığını təhdid edən hərəkətlərinə görə iki fiziki şəxsə və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib", - deyə məlumatda bildirilib.
 
Aİ-nin rəsmi jurnalında dərc olunan qərara əsasən, SEPAH Hərbi Dəniz Qüvvələri komandanının müavini Mohammad Akbarzadeyə, İran Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi və İran Ticarət Palatasının üzvü Hamid Hüseyniyə, eləcə də Hörmüzqan əyaləti üzrə SEPAH Hərbi Dəniz Qüvvələri Komandanlığına qarşı sanksiyalar tətbiq edilib.
 
Siyahıya daxil olan fiziki şəxslərə Aİ-yə giriş qadağan edilib, onların, Avropa banklarında tapıldığı təqdirdə, aktivləri dondurulacaq. Hüquqi şəxslər üçün bu, həmçinin aktivlərin bloklanması və Aİ-dən olan dövlət və özəl strukturları ilə istənilən əlaqənin qadağan edilməsi deməkdir.

Hacıqabulda açıq ərazidə yanğın baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
 
Yanğın nəticəsində 15 hektar sahədə kol-kos yanıb.
 
Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

İyunun 9-na olan tibbi-meteoroloji proqnoz açıqlanıb.
 
Moderator/az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Pis vərdişlərdən əbədi qurtulmaq üçün <span style="color: #ff0000;">15 dəyərli MƏSLƏHƏT...</span>

“Qüsurlarınızı aradan qaldırıb-aparmamağınızın tamamilə sizdən asılı olduğunu anlayın...”
 
“Sosial dairənizi dəyişdirin - çox vaxt pis vərdişlər pis dostluğun təsiri altında inkişaf edir...”
 
“ “Bunu edəcəyəm, amma sabah" adlı çox yaxşı bir texnika da var...”
 
"Mütəmadi olaraq idmanla məşğul olmağı və açıq havada gəzməyi vərdiş halına gətirin..."
 
"Hər dəfə asılılığı aradan qaldırdığınız və ya pis davranışı tərgitdiyinizə görə özünüzə mükafat düşünün..."
 
Moderator.az aktuallığını nəzərə alaraq “İslam-Today” nəşrində təqdim edilmiş “Pis vərdişlərdən əbədi qurtulmaq olar!..- 15 dəyərli məsləhət” başlıqlı materialın tərcüməsini dəyərli oxucuların nəzərinə çatdırır:
 
“Gəlin özümüz-özümüzə düzünü etiraf edək, bir çoxumuzun həyatımızda və ya xarakterimizdə utandığımız və tərgitmək istədiyimiz müəyyən vərdişlərimiz var. Bəzilərimiz saatlarla televizora baxırıq və ya sosial mediada vaxtımızı öldürürük, digərləri arıqlamaq və sağlamlıqlarını yaxşılaşdırmaq üçün heç cür pəhriz saxlaya bilmir, başqa biriləri həddindən artıq həssas, bəziləri isə əsəbidir...
 
Bir çox insan - hətta müsəlmanlar da - siqareti və ya spirtli içki qəbulunu tərgitməkdə çətinlik çəkir. Bəs bu çətin işə necə başlamalıyıq? Aşağıda bəzi insanların zərərli asılılıqlardan və vərdişlərdən azad olmasına kömək edə biləcək bəzi məsləhətlər verilib. Diqqətli olun - pis vərdişlərdən (burun qurdalamaq, gileylənmək və ya dedi-qodu, qeybət  etmək) tərgitmək bir günün və ya hətta bir ayın məsələsi deyil.
 
Psixoloqlar hesab edirlər ki, orta hesabla bir insanın köhnə bir vərdişi yeni və faydalı bir şeylə əvəz etməsi təxminən üç ay çəkir. Buna görə də ilk bir neçə gün asan olmayacaq. Səbirli və israrlı olun:
 
1.Bir qüsuru aradan qaldırmağa çalışan hər kəsin etməli olduğu ilk şey, onun bir çatışmazlığı və ya pis bir vərdişinin olduğunu qəbul etməkdir. 
 
"Televizor qarşısında çox vaxt keçirirəm", "Arıqlamaq üçün nəhayət şirniyyat və un bişintisi yeməyi dayandırmalıyam", "Hər xırda şeyə görə ailə üzvlərimə irad tuturam - bu, səhvdir". Əgər probleminizin olduğunu etiraf etməsəniz, onu həll etməyə başlamayacaqsınız...
 
2.Qüsurlarınızı aradan qaldırıb-aparmamağınızın tamamilə sizdən asılı olduğunu anlayın. 
 
Artıq sizə "Ay, vay, heç vaxt uğur qazana bilməyəcəksiniz" deyən "daxili tənqidçinizə" qulaq asmayın. Həqiqətən istəsəniz, bunu edə bilərsiniz.
 
3.Unutmayın ki, Allah səhvlərini etiraf edənləri və təkmilləşməyə çalışanları sevir. 
 
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Canım əlində olana and olsun ki, günah işləməsəydiniz, Allah sizi məhv edər və səhv edəndən sonra tövbə edənləri sizinlə əvəz edərdi" (Müslim).
 
4. Qarşınıza məqsəd qoyun və aydın bir fəaliyyət planı yaradın. Bir deyim var: "Plan qura bilməsəniz, uğursuzluğu planlaşdıracaqsınız". 
 
Xarakter və vərdişlərin dəyişdirilməsi prosesi ardıcıl hərəkət tələb edir ki, bu da planlaşdırmanı əhatə edir. Özünüzü inkişaf etdirmək üçün nə etməli olduğunuza inandığınız konkret hərəkətlər hazırlayın və problemin həlli üçün bir müddət təyin edin. Unutmayın ki, "Allah az olsa belə, ən ardıcıl olaraq edilən əməlləri sevir" (Buxari və Müslim tərəfindən rəvayət edilmişdir). Tədricən, addım-addım irəliləyin; dərhal nəticələrə dalmayın, eyni zamanda qazandığınız uğurlara da arxayın olmayın...
 
5.Pis vərdişlərin öhdəsindən gəlmək cəhdiini, sadəcə problemi həyatınızdan aradan qaldırmağa (ruhunuzda boşluq qoymağa) çalışmasanız, onu faydalı və sağlam bir şeylə əvəz etsəniz, daha uğurlu olacaq. 
 
Unutmayın: çox vaxt pis vərdişlər müsbət emosiyaların və təcrübələrin olmamasından yaranır. Məsələn, sadəcə televizora baxmağı dayandırmayın, onu faydalı kitablar oxumaqla və ya idmanla əvəz edin. Başqalarının sosial media profillərini və xəbər lentinizi nəzərdən keçirmək əvəzinə, faydalı bir məqalə oxuyun və ya bir İslam aliminin mühazirəsini dinləyin. Əlavə ibadətlər etmək vərdişini inkişaf etdirin - daha çox Quran oxuyun, zikr və dua edin və din qardaşlarınızla ünsiyyət qurun... 
 
Məhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu prinsipi aşağıdakı məsləhətlə izah etmişdir: "Harada olursunuzsa olun, Allahdan qorxun, pis əməli günahın nəticələrini aradan qaldıracaq yaxşı əməllə əvəz edin və insanlara qarşı mehriban olun" (Tirmizi).
 
6. "Tətikləyicilərdən" - sizi pis vərdişə qayıtmağa təhrik edə biləcək hər hansı bir hərəkətdən çəkinin.
 
Məsələn, supermarketlərdə impulsiv alış-verişə və həddindən artıq xərcləməyə meyillisinizsə, tək getməyin; yalnız sizi dayandıracaq dostlarınız və ailənizlə gedin. Bu cür şeylərə qarşı bir müdafiə hazırlayın - səhv bir şey etmək istəyi hiss etsəniz, nə edəcəksiniz? "Əgər tort istəsəm, əvəzinə alma və ya yerkökü yeyərəm..."
 
7. Sosial dairənizi dəyişdirin - çox vaxt pis vərdişlər pis dostluğun təsiri altında inkişaf edir.
 
Əgər bu sizin üçün doğrudursa, köhnə dostlardan - işdə nahar fasiləsində sizi siqaret çəkməyə dəvət edənlərdən və ya "bir stəkan və ya bir qədəh spirtli içki sizə heç bir zərər verməyəcəyinə, ona görə də özünüzə bu qədər sərt davranma" deyənlərdən özünüzü uzaqlaşdırın. Belə dostlarla ünsiyyətinizi minimuma endirməyə çalışın (əgər onlarsız keçinmək mümkün deyilsə). 
 
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) pis dostların təsirini belə izah etmişdir:
 
"Yaxşı dost və pis dost ətriyyatçı və dəmirçi kimidir. Ətirçi sizə ətir verə bilər, ya da ondan ala bilərsiniz, ya da heç olmasa onun yanında xoş bir ətir hiss edəcəksiniz. Dəmirçiyə gəldikdə isə, onun yanında paltarlarınızı ləkələyəcək və ya udacaqsınız, sobalarının tüstüsünü çəkəcəksiniz" (Səhih Buxari və Müslim). 
 
Əksinə, özünüzü inkişaf etdirmək üçün səy göstərəcək dindar və saleh dostlar qazanmağa çalışın...
 
8. Mütəmadi olaraq idmanla məşğul olmağı və açıq havada gəzməyi vərdiş halına gətirin. 
 
Arıqlamaq istəyənlər üçün faydaları göz qabağındadır. Bununla yanaşı, idman bir çox digər pis vərdişlər üçün faydalıdır. Məsələn, müntəzəm olaraq qaçmağa başlayan siqaret çəkənlərin təxminən 80%-i siqareti tərgitməyi bacarıb. Əgər əsəbi və ya asanlıqla inciyirsinizsə, idman etmək və təmiz havada gəzmək də artıq gərginliyi aradan qaldırmağa və əhvalınızı yaxşılaşdırmağa kömək edə bilər...
 
9. Özünüzü mükafatlandırın: 
 
Hər dəfə asılılığı aradan qaldırdığınız və ya pis davranışı tərgitdiyinizə görə özünüzə mükafat düşünün. Psixoloqlar deyirlər ki, mükafatlandırılmış bir hərəkət zehninizdə kök salır və təkrar tələb edir. Məsələn, hər iki həftədən bir özünüzə xoş bir hədiyyə verin: "Əgər sevdiyim paltara sığacaq qədər arıqlaya bilsəm, özümə yeni bir baş örtüyü alacağam - uzun müddətdir xəyal etdiyim bir örtük." Müsəlmanlar olaraq, son mükafatımızın Allahın razılığı və Axirətdəki mükafatı olduğunu da unutmamalıyıq...
 
10. Pis vərdişlərinizi məhdudlaşdırın: 
 
Əgər həqiqətən pis bir vərdişi tərgitməyə çalışırsınızsa, onu müəyyən bir zaman və məkanla məhdudlaşdırmağa çalışın. Məsələn, özünüzə deyin: "Gündə üç siqaretdən çox çəkməyəcəyəm." Bir müddət sonra siqareti tamamilə tərgidənə qədər bu miqdarı azaltmağa çalışın.
 
11. Səhv etmək və yıxılmaq insan təbiətidir... 
 
Əgər özünüzü itirib yenidən bu vərdişə qayıtsanız, təslim olmayın və özünüzü çox günahlandırmayın. Əksinə, uğursuzluqlara hazır olun; onlar qaçılmazdır. Lakin hər gün özünüz üzərində işləsəniz, daha yaxşı olacaqsınız. Əgər səhv edib pəhrizinizi tərk etsəniz və ya nəzarəti itirib siqaret çəkməyə başlasanız, hər şeyin itirildiyini düşünməyin. Qazandığınız bütün bacarıqlar hələ də beyninizdə kök salıb, ona görə də qalxıb səylərinizi davam etdirməlisiniz...
 
12. "Bunu edəcəyəm, amma sabah" adlı çox yaxşı bir texnika da var... 
 
Əgər həqiqətən rejiminizi pozmaq istəyirsinizsə, özünüzə deyin: "Bunu edəcəyəm, amma indi yox, sabah". Bu ifadəni ertəsi gün özünüzə təkrarlayın. Bir neçə gündən sonra təkrarlanma istəyi bugünkü qədər güclü olmayacaq. Üstəlik, daimi təxirəsalma bir neçə ay davam edə bilər ki, bu da yeni sağlam bir vərdiş inkişaf etdirməyiniz üçün kifayətdir...
 
13. Təkrarlanma strategiyası hazırlayın - tərgitməyə çalışdığınız vərdişə qayıtmaqdan başqa necə özünüzü qoruya bilərsiniz?.. 
 
Bəzi insanlar hər dəfə səhv edib çatışmazlıqlarına və ya pis vərdişlərinə qayıtdıqda xeyriyyə təşkilatlarına və yoxsullara pul bağışlayırlar. Bu onlara köhnə pis vərdişlərinə qayıtmağın "dəyərini" xatırladır...
 
14. Özünüzə ölümü və Axirət həyatını xatırladın. 
 
İndi sizi sınağa çəkən şeylər ölərkən və bütün həyatınız üçün Allah qarşısında hesabat verməli olduğunuz zaman həqiqətən bu qədər vacib olacaqmı? Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir dəfə demişdir: "Bütün ləzzətləri məhv edəni [yəni ölümü] tez-tez xatırlayın" (ət-Tirmizi). 
 
15. Allahdan kömək və yardım diləyin. 
 
Və əhəmiyyətinə görə yox, sayına görə sonuncu məqam. Daim Uca Allahdan kömək diləmək ümumi dəyişiklik prosesinin ayrılmaz hissəsinə çevrilməlidir. Səmimi dua edin və unutmayın ki, Allah həqiqətən bizə kömək etməyə hazırdır - əgər özümüz Ona gedən yolda ilk addımı atsaq... 
 
"Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu göstərər və gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha təvəkkül edərsə, O, ona kifayət edər" (Quran 65:2-3). Allah hamımıza kömək etsin! Amin... 
 
Müəllif: 
Müslimə (Anna) Kabulova.”
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 

Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 müddətində ölkədən ixracına yol verilməyəcək.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.
 
Fərmana əsasən, güzəştlə alınmış aqrar texnika barədə məlumatlar real vaxt rejimində "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək.

Gəncədə 17 yaşlı yeniyetmənin meyiti tapıldı

Gəncədə 17 yaşlı yeniyetmənin meyiti yaşadığı evdə tapılıb.
 
Moderator.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü E.Çərkəzlinin meyiti yaxınları tərəfindən aşkar edilib.
 
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
 
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Ucarda yük maşını aşdı, makaronlar yola dağıldı

Ucarda yük maşını aşıb.
 
Moderator.az Lent az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Alpout kəndindən keçən hissəsində baş verib.
 
Bakı istiqamətində hərəkətdə olan makaronla yüklənmiş "DAF" markalı yük maşını idarəetmədən çıxaraq aşıb.
 
Nəticədə makaronlar yola dağılıb.

Novxanıda narkobunker aşkarlanıb

Abşeron rayonunun Novxanı qəsəbəsində gizli narkobunker aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb. Onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
 
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.
 
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.

 

Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib

Rusiya-Ukrayna münaqişəsi başqa region ölkələrinə, qlobal mənada ciddi təhdid yaradır.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
"Azərbaycan və digər qardaş ölkə vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, hərbi münaqişə zonalarında uzaq dursunlar", - nazir vurğulayıb.
 
O, üç gün bundan öncə Azovda iki gəmiyə dron hücumu zamanı 4 Azərbaycan vətəndaşının həlak olması, dördünün yaralandığını xatırladıb və qeyd edib ki, savaş davam etdikcə belə hallardan sığortalanmaq mümkün deyil.
 
Ceyhun Bayramov bildirib ki, hərbi münaqişələrin təsirlərini müəyyən coğrafi çərçivədə saxlamaq olduqca çətindir.
 
Nazir qeyd edib ki, Azərbaycan hər zaman müharibələrin dayandırılmasının, atəşkəsə nail olunmasının və problemlərin diplomatik-siyasi yollarla həllinin vacibliyini vurğulayır.
 
C.Bayramov beynəlxalq ictimaiyyətin münaqişələrin dinc yolla həlli istiqamətində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.
 
"Onu tam bir coğrafiya daxilində, hansısa qaydalar şərtində saxlamaq və proqnozlaşdırmaq çətindir. Azərbaycan dövləti olaraq savaşın dayanması, onun diplomatik və siyasi həllinin tapılması, ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülh üçün addımların önəmini qeyd edirik".
 

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib

Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
O, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
 
Qeyd edək ki, Xalq artistinin iyunun 7-də 80 yaşı tamam olub.

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
 
Ölkə üzrə ümumilikdə 35 imtahan mərkəzi təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi üçün müəyyən olunub.
 
Qeyd edilən keçid vasitəsilə imtahan mərkəzlərinin siyahısı ilə tanış ola bilərsiniz.
 
Builki sertifikatlaşdırma imtahanlarının iyunun 17-25-də keçirilməsi planlaşdırılır.

Toy karvanında "avtoşluq" edənləri polis saxladı - <span style="color: #ff0000;">ANBAAN VİDEO</span>

Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunublar.
 
Moderator.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən "Tofas" və "Mercedes" markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, H.Tağızadə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib.
 
Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bakıda DƏHŞƏT: <span style="color: #ff0000;">Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO</span>

Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 Yanvar küçəsi, 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı oğlu Kamran Abıyevlə birgə meyiti tapılan Əbülfəz Abıyev müəllim imiş.
 
O, Avropa Azərbaycan Məktəbinin müəllimi vəzifəsində çalışırmış.
12:24
 
Bakıda dəm qazından zəhərlənən 21 yaşlı oğlan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
 
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 7-də saat 16:40 radələrində Nəsimi rayonu, 20 yanvar ərazisində dəm qazından zəhərlənmə səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
 
"Hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
 
Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
 
Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.
 
Qeyd edək ki, hadisə yerində iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
 
10:54
 
Bakı şəhərinin Nəsimi rayonu, 9-cu mikrorayon ərazisində faciəli hadisə baş verib.
 
Moderator.az "Qafqazinfo"ya istinadla bildirir ki, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyitləri tapılıb.
 
İlkin məlumata görə, ata və oğlu mənzilə qaz sızması nəticəsində boğularaq ölüblər.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.

İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO

İspaniyanın Baş naziri Pedro Sançes Roma Papası XIV Leoya sülh və dialoqun simvolu olaraq bonsai şəklində zeytun ağacı hədiyyə edib.
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krallıq Nazirlər Kabineti rəhbərinin mətbuat xidmətindən məlumat verilib.
 
Pontifik baş naziri Madriddəki Apostol Nuntsiaturunda qəbul edib. Görüş zamanı Sançes Roma Papasına 13 yaşlı ispan bonsai zeytun ağacını bağışlayıb.
 
Bu bitki ənənə və innovasiyalar, tarixi köklərə hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında ideal tarazlığı təmsil edir.
 
"Zeytun ağacı sülhün, dialoqun və anlayışın - İspaniya və Vatikanın ortaq dəyərlərinin universal simvoludur", - deyə mətbuat xidmətindən bildirilib

Avropa çempionatı: <span style="color: #ff0000;">Azərbaycan Fransaya qarşı</span>

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupundakı üçüncü matçında Fransa ilə qarşılaşacaq.
 
“Tipos Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. Qarşılaşma qrup liderliyi baxımından xüsusi önəm daşıyır.
 
Hazırda Azərbaycan millisi F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncü pillədə qərarlaşıb. Hər iki matçda məğlub olan Avstriyanın isə xalı yoxdur.
 
Qeyd edək ki, Avropa çempionatına iyunun 4-də yekun vurulacaq.
 

<span style="color: #ff0000;">“Tədbir görülməsə fəsadlara yol aça bilər”</span> - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər? - <span style="color: #ff0000;">ÖZƏL+AÇIQLAMA</span>

“Azərbaycan aktiv sürüşmə zonasıdır. İntensiv yağan yağışlar torpağın yeraltı sularla doymasına səbəb olur ki, bu da Bakı və ətraf ərazilərdəki sürüşmə zonalarını aktivləşdirir. Aramsız yağıntılar yamacların dayanıqlığını pozaraq torpaq və qayaların yola və ya yaşayış məntəqələrinə doğru uçmasına gətirib çıxarır. Azərbaycanda torpaq sürüşməsi aktivləşib. Torpaq sürüşməsi yaz və payız aylarında baş verməyə başlayır. Təbii ki, bəzi dağ yamaclarında bu proses baş verir. Hazırkı dövrümüzdə biz bunu görürük, özümüz də müşahidə edirik. Biz nə qədər də bu sürüşmənin qarşısını almağa çalışsaq, sürüşmələr təbii və süni yolla arta bilir. Əsasən biz indi Bakı şəhərində Bayıl qəsəbəsi deyilən ərazidə, Bibiheybətdə, Günəşli zonasında, Suraxanı rayonunda bu hadisələri tez-tez görürük. Bəzi yerlərdə sürüşmələr süni şəkildə, sənədsiz və qanunsuz evlərin tikilməsi nəticəsində həmin ərazinin mövqeyinin dəyişməsi ilə bağlı baş verir. Artıq sürüşmə zonalarının xəritəsi hazırlanıb və bu problemin qarşısının qismən alınması istiqamətində işlər aparılır”.
 
Bunu Moderator.az-a açıqlamasında ekoloq Gülçöhrə Hüseynova deyib.
O daha sonra sürüşmələrin qarşısının alınması istiqamətində görülən işlərdən də danışıb:
 
“Badamdarın çox yeri yamaclar və təpələrdir. İstənilən vaxt ora sel gələrsə, torpaq silkələnə, sürüşə bilər. Badamdarda beton hörgülər tikilib və onlar bərkidilib. Bu kimi tədbirlər qismən də olsa sürüşmələrin qarşısını alır. Yaxşı olardı ki, bu ərazilərdə kökü dərinə gedən və saçaqlı kökə sahib olan bitkilər əkilsin. Bir neçə il əvvəl belə ağaclar əkmişdilər. Hansılar ki, o ağaclar və bitkilər uzunömürlüdürlər. Bir növ hörgü rolunu oynayırlar. Şam, arbuz və s. ağacları misal göstərə bilərəm. Çayır da məqsədəuyğundur. Ölkə ərazisində 370-dən çox sürüşmə zonası təyin olunub. Yaz yağışları ilə əlaqədar olaraq sürüşmələrin aktivləşməsi ehtimal olunur. Qabaqlayıcı tədbirlər görülməsə fəsadlara yol aça bilər”.

Ömür boyu sevgi: <span style="color: #ff0000;">bir-birləri üçün yaradılan BÜRCLƏR</span>

Ömürlük sevgi insanların hər gün etdiyi bir seçimdir. Astrologiya kiminlə daha asan əlaqə quracağınızı göstərə bilər, lakin güclü bir münasibətin əsl təməli etibar, hörmət və birlikdə olmaq istəyi üzərində qurulub.

İllərlə davam edən münasibətlər həmişə heyranlıq mənbəyidir. Onlar xüsusi görünürlər, sanki insanlar arasında çətinliklərin öhdəsindən gəlməyə və birlikdə qalmağa kömək edən görünməz bir bağ var. 

Astrologiya bunu sadəcə izah edir: müəyyən bürclərin şəxsiyyətlərində, duyğularında və hətta düşüncə tərzində özünü göstərən təbii uyğunluğu var. Bu, digər birliklərin məhv olacağı anlamına gəlmir, lakin bəzi cütlüklərin ahəngdar və davamlı bir sevgi şansı daha yüksəkdir.

Qoç və Şir

Bu ikisi heç vaxt “yarım güclə” yaşamırlar. Onların münasibətləri daimi hərəkət, emosiya və canlı hadisələrlə doludur. Mübahisə edə, rəqabət apara və hətta toqquşa bilərlər, lakin bu, eyni zamanda bir-birlərinə olan marağını qoruyub saxlayır.

Bu cütlükdə hər iki tərəfdaşın:

- bir-birinin xarakterinin gücünə hörmət etməsi;

- emosiyalarını açıq şəkildə ifadə etməkdən çəkinməməsi;

- bir-birinin ambisiyalarını dəstəkləməsi vacibdir.

Əgər onlar liderlik uğrunda mübarizə aparmağı deyil, birlikdə hərəkət etməyi öyrənsələr, bu, çox uzun müddət davam edə biləcək bir ittifaqdır.

Buğa və Qız bürcü

Bu, ən sabit cütlüklərdən biridir. Yaxınlıq hiss etmək üçün təmtəraqlı sözlərə ehtiyac duymurlar. Onlar sakit, praktik təbiətə və rahat bir həyat yaratmaq istəyinə sahibdirlər.

Bu münasibətdə:

- təfərrüatlara çox diqqət və qayğı var;

- kiçik dram və kəskin münaqişələr;

- dərin təhlükəsizlik hissi var.

Bu cütlüklər tez-tez qarşılıqlı hörmət və etimadın hökm sürdüyü güclü ailələr qururlar.

Əkizlər və Tərəzi

Bu bürclər ünsiyyət sevgisini bölüşürlər. Saatlarla danışa, ideyaları müzakirə edə, xəyal qura və planlaşdıra bilərlər. Onların münasibətləri aşağıdakılar üzərində qurulub:

- intellektual uyğunluq;

- münaqişələri həll etməkdə rahatlıq;

- birlikdə inkişaf etmək istəyi.

Bu cütlük nadir hallarda darıxır. Bir-birlərinə ilham verir və həyatı daha maraqlı edirlər.

Xərçəng və Balıqlar

Bu, çox həssas və incə bir ittifaqdır. Onlar partnyorlarının emosiyalarını demək olar ki, intuitiv şəkildə hiss edirlər və həmişə dəstək olmağa hazırdırlar. Bu münasibətdə:

- emosional yaxınlıq vacibdir;

- bol istilik və qayğı;

- güclü daxili əlaqə.

Onların zəifliyi həddindən artıq həssaslıqdır, lakin tarazlığı qorumağı öyrənsələr, bu, güclü və dərin bir birlik olacaq.

Əqrəb və Oğlaq

Bu cütlük ciddi münasibətlər qurur. Onlar açılmaqda gecikirlər, amma etibar etsələr, bu, uzunömürlü olacaq. Onları aşağıdakılar birləşdirir:

- sabitlik arzusu;

- münasibətlər üzərində işləmək bacarığı;

- dərin, lakin təmkinli emosionallıq.

Bu, çətinliklərə tab gətirə bilən və şəraitin təzyiqi altında dağılmayan bir birlikdir. /lent.az/

Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi

"İstanbul bölgəsində güclü zəlzələnin başvermə ehtimalı təxminən 48% təşkil edir".
 
Moderator.az xəbər verir ki, bu barədə "Nefes" qəzetinə türkiyəli seysmoloq Naci Görür bildirib.
 
Alim Mərmərə dənizi bölgəsində 1999-cu ildə baş vermiş zəlzələdən sonra aparılan araşdırmalardan danışıb. İlkin olaraq bu araşdırmaların nəticələri göstərirdi ki, yaxın 30 il ərzində İstanbulda güclü təkanların başvermə ehtimalı 60%-dən yüksəkdir. Sonradan yeni tədqiqatlar sayəsində bu göstərici 48%-ə qədər endirilib.
 
Bununla belə, Görür qeyd edib ki, Türkiyənin bu bölgəsində təbii fəlakət ehtimalı hələ də yüksək olaraq qalır. Üstəlik, onun baş verə biləcəyi dəqiq tarixi proqnozlaşdırmaq qeyri-mümkündür.
 
Seysmoloqlar Mərmərə dənizi bölgəsində mümkün güclü zəlzələ barədə dəfələrlə xəbərdarlıq ediblər. Alimlərin proqnozlarına görə, yeddi və daha yüksək maqnitudalı təkanlar zamanı təxminən 90 min ev uçacaq, 260 min ev isə yaşayış üçün yararsız hala düşəcək.
 
İstanbul bölgəsində gücünə görə buna bənzər sonuncu zəlzələ 1999-cu ilin avqustunda baş verib.
 

<span style="color: #ff0000;">Xalq artistindən ETİRAZ:</span> “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir” - <span style="color: #ff0000;">FOTO+ÖZƏL</span>

“Bakı Bələdiyyə Teatrındakı fəaliyyətimə son qoymuşam. Belə məsləhət olundu. Bina problemi var, tamaşalar getmir. 5-6 ay tamaşa hazırlayırsan, 1 dəfə nümayiş olunur. Ona görə də öz xoşumla teatrdan dostcasına ayrıldım. Bilirsiniz ki, Bakı Bələdiyyə Teatrı ilə daim əməkdaşlığım olub. Rəhmətlik Amaliya xanımın vaxtında da çox gözəl tamaşalar hazırlamışam. Amaliya xanım rəhmətə gedəndən sonra məni teatra baş rejissor kimi qızı Aynur Muxtarova dəvət etdi. Mən də dəvəti qəbul etdim və bir müddət işlədim. Fəaliyyətimi ana teatrda davam etdirirəm. Akademik Milli Dram Teatrında Onore de Balzakın “Atılmış qadın” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlamışıq. Azərbaycan səhnəsinə tanış əsər deyil. Əsərin tərcüməçisi və səhnələşdirəni Kənan Hacıdır. Əsər sevgi haqqında həssas psixoloji dramdır. Tamaşa sosial nüfuzu yüksək olan, ərindən qalmaqallı formada ayrılan, daha sonra vilayətdə tənha yaşayan aristokrat qadın – Vikontessa de Bosseanın kədərli taleyindən bəhs edir. Onun yeganı günahı sevgiyə həddindən artıq inanması idi”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov deyib. 
 
Xalq artisti daha sonra teatrlardakı islahatlardan danışıb:
“150 ildir Azərbaycan teatrının baş rejissoru, bədii rəhbəri olub. İndi artıq yeni dövrdür. 21-ci əsrin dörddə birini keçirik. Teatra islahatlar lazımdır. Teatrlarda bir rəhbər olsa, o həm aktyorları, həm rejissorları, həm dramaturqları idarə etməyi bacarmalıdır. Teatrlarda baş rejissor ştatının ləğvi ilə sənət ocaqlarına sanki sərbəstlik verilir. Bir teatrda 5 rejissor ştatda olanda kənardan rejissor çağıra bilmirlər. Hər rejissorun öz norması var. Onların hərəsi heç olmasa iki tamaşa hazırlamalıdır. Bu da il ərzində 8 tamaşa edir. Ona görə də kənardan rejissor dəvət edə bilmirlər. Aktyorlar da həmişə eyni rejissorlarla işləyir. Bu islahat teatrlara imkan yaradacaq ki, xaricdən, əyalət teatrlarından rejissorlar dəvət etsinlər. Bu rəqabətdə bəlkə də istedadlı rejissorlar üzə çıxacaq. Teatra gələn hər rejissor istəyir ki, öz tamaşası ilə vizit kart qazansın. Bu sistemi də yoxlamaq lazımdır. Kollektivin ayrı-ayrı rejissorlarla işləməsi həm rəngarəng repertuar, həm də kollektivin yüksəlişi deməkdir”.

Ukrayna Taqanroq limanını alovlara qərq etdi

Ukrayna ötən gecə Rusiyanın bir neçə bölgəsində, eyni zamanda Krımda yanacaq anbarı, neft emalı zavodlarına zərbələr endirib.
 
Moderator.az Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına istinadən xəbər verir ki, Taqanroq limanında dron hücumu nəticəsində tanker, yanacaq çəni və inzibati bina yanıb: "Dron hücumu nəticəsində Taqanroq limanında tanker, yanacaq çəni və inzibati bina yanıb. İlkin məlumata görə, itki yoxdur".
 
Bundan əlavə, Krasnodar diyarındakı Armavir şəhərində Cənubi Neft Şirkətinin neft anbarına da zərbə endirilib.
 
Krımda da gecə ərzində güclü partlayışlar eşidilib. Hədəfin Feodosiyadakı neft anbarı olduğu bildirilir.
 

“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı? - <span style="color: #ff0000;">ÖZƏL+FOTO</span>

“Əcnəbilər ölkəmizə gələndə səyahətlərinin daha ucuz başa gəlməsi üçün otelə yox, hostellərə üstünlük verirlər. Amma elə bilməyin ki, bu məkanların qiymət baxımından ucuz olması, turistləri rahatlıq və təhlükəsizlik baxımından da arxayın edir. Bəzi hostellərdə təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması sual altındadır. Əslində turist mənzildə də qala bilər. Amma mənzillərin kirayə qiymətlərinin həddindən artıq baha olması səbəbindən xarici vətəndaşlar bu tip hostellərdən istifadə edirlər. Hostelin qiyməti 1 nəfər üçün aylıq təxminən 150 manat təşkil edir”.
 
Bunu Moderator.az-a açıqlamasında Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O daha sonra əlavə edib:
 
“Əksər hallarda mənzillərdən hostel kimi istifadə edən şəxslər həmin mənzillərin hostel kimi istifadə olunması ilə bağlı rəsmi qurumlardan icazələr almırlar. Bu zaman həmin hostellərin təhlükəsizlik qaydaları qorunmur. Mütləq şəkildə hansısa şəxs hostel və oteldə gecələyirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin sürəti orada qeyd olunmalıdır. Başqa bir tərəfdən isə həmin hostelin təhlükəsizlik qaydaları qorunmalı, hosteldə hansısa bir oğurluq və cinayət hadisəsinin qarşısı əvvəlcədən alınmalıdır. Bunun üçün hostel istifadə edən zaman rəsmi qurumlardan icazələr alınmalı, həmin hostelin istifadəsi normativ qaydalara uyğun aparılmalıdır. İaşə obyekti hostel kimi istifadə olunursa mütləq şəkildə resepşın, kameralar olmalıdır. Əksər hostellərdə resepşın, mühafizə xidməti fəaliyyət göstərmir. Digər şəxslərə əmək haqlarının verilməməsi üçün hostel idarə edən şəxslər əlavə işçi heyətini işə götürmür. Bu da gələcəkdə problemlərə yol açır. Qeyri-qanuni hostellərin qiyməti də nisbətən ucuz olur. Belə hostellərdə daha çox Pakistan, Hindistan, Şri-Lankadan gələn turistlər qalır”.

Mayın 30-u ilə bağlı <span style="color: #ff0000;">XƏBƏRDARLIQ</span>

Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə və axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilir ki, Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.
 

Çempionlar Liqasında həlledici gecə: <span style="color: #ff0000;">PSJ titulu qoruyacaq, yoxsa "Arsenal" tarix yazacaq?</span>

Bu gün UEFA Çempionlar Liqasında - dünyanın ən nüfuzlu klub turnirində kubokun sahibi bəlli olacaq.
 
Moderator.az xəbər verir ki, Macarıstanın Budapeşt şəhərində son çempion titulunu qorumaq istəyən PSJ ilə uzun illərdən sonra bu zirvəyə qayıdan və tarixində ilk dəfə bu kuboku muzeyinə aparmaq niyyətində olan "Arsenal" qitənin ən möhtəşəm matçında üz-üzə gəlirlər.
 
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 
Qeyd edək ki, UEFA-nın builki qərarı ilə finalın start vaxtı irəli çəkilib. Bundan öncəki sezonlarda Çempionlar Liqasındakı final oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürürdü.
 
30 may
UEFA Çempionlar Liqası
Final
 
Saat 20:00, PSJ - "Arsenal"
 
Budapeşt, "Puşkaş Arena".

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkəsir vilayətinin Sındırqı rayonunda yenidən zəlzələ baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsi) məlumat yayıb.
 
Bildirilir ki, səhər saat 04:44-də qeydə alınan 3,5 bal gücündə zəlzələnin dərinliyi 10,17 kilometr olub.
 

1000-dən az qazanan vergi ödəməməlidir — <span style="color: #ff0000;">Natiq Cəfərli</span>

Azərbaycanda ikinci iş yerində çalışan şəxslər üçün ayrıca vergi güzəştlərinin tətbiqi məsələsi vaxtaşırı gündəmə gəlir. Mütəxəssislər hesab edir ki, belə mexanizmlər həm insanların əlavə qazanc əldə etməsini stimullaşdıra, həm də kölgə məşğulluğun azalmasına təsir göstərə bilər. Bununla yanaşı, iqtisadçılar problemin əsas həll yolunun daha geniş vergi islahatlarından keçdiyini bildirirlər.
 
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı modern.az-a bildirib ki, bu məsələnin əsas həlli vahid gəlir deklarasiyası sisteminin tətbiqindən keçir.
 
Onun sözlərinə görə, insanın bir və ya bir neçə iş yerində çalışmasının fərqi olmamalıdır: “Fərqi yoxdur insan beş yerdə işləyir, ya bir yerdə işləyir. İldə və ya rübdə bir dəfə gəlir deklarasiyası verməlidir. Azərbaycanda yaşayan hər bir həddi-buluğa çatmış şəxs gəlir deklarasiyası təqdim etməlidir”.
 
Natiq Cəfərli qeyd edib ki, vergi sistemi şəxsin ümumi gəlirinə uyğun qurulmalıdır: “Müxtəlif qəliz güzəştlər və hesabatlılıq tələb edən mexanizmlər əvəzinə, ildə və ya rübdə bir dəfə ümumi gəlir deklarasiyasının təqdim olunması daha doğru praktika olar”.
 
İqtisadçı bildirib ki, bir çox ölkələrdə aşağı gəlirli şəxslər ümumiyyətlə gəlir vergisindən azaddır: “Məsələn, ABŞ-də illik gəliri müəyyən məbləğdən aşağı olan şəxslər vergi ödəmir. Bizdə də mərhələli vergi sistemi tətbiq edilə bilər”.
 
Onun fikrincə, gəlir səviyyəsinə uyğun vergi şkalası formalaşdırılması daha ədalətli model ola bilər: “Məsələn, rüb ərzində 1000 manatdan az qazanan ümumiyyətlə vergi ödəməsin. 1000-5000 manat arası qazananlar 2 faiz, daha yüksək gəlir əldə edənlər isə fərqli faizlərlə vergi ödəsin”.
 
Natiq Cəfərli hesab edir ki, belə sistem həm vətəndaşlar, həm də dövlət üçün daha əlverişli olar: “Bu yanaşma həm hesabatlılıq, həm də ədalətli vergi sistemi baxımından çox vacibdir. Dövlət üçün də daha rahat və şəffaf mexanizm formalaşar”.

İllərdir ziyanlı bilinirdi, əslində şəfa imiş

Heyvan yağları haqqında deyilən miflər alt-üst oldu. Alimlər quyruq yağının ürək-damar sisteminə ziyan yox, xeyir verdiyini sübut etdilər.
 
Son klinik araşdırmalar bu ənənəvi qidanın damarları tıxamadığını üzə çıxardı. Ekspertlər quyruq yağının tərkibindəki Omega-9 turşusunun damar elastikliyini qoruduğunu bildirirlər. Bu maddə zeytun yağında olduğu kimi orqanizm üçün həyati əhəmiyyət daşıyır.
 
Quyruq yağı təbii ağrıkəsici funksiyasını yerinə yetirir. O, xüsusilə oynaq mayesini bərpa edir. Revmatizm və bel ağrılarından əziyyət çəkənlər üçün bu yağ əsl şəfadır. Bir çox həkim immuniteti gücləndirmək üçün quyruq yağından istifadəni tövsiyə edir.
 
Mütəxəssislər bu yağın həzm sistemini də rahatlatdığını vurğulayırlar. Mədə və bağırsaq divarlarını qoruyan turşular maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda tərkibindəki A, D, E və K vitaminləri dərini cavan saxlayır. Kolagen quruluşu sayəsində qocalma prosesini ləngidir. Təbii və balanslı şəkildə istehlak edilən quyruq yağı bədənin müqavimətini artırır. /Demokrat.az/
 

Minimum maaş ən azı 660 manat olmalıdır - <span style="color: #ff0000;">DEPUTAT</span>

Azərbaycanda maaşların həftəlik ödənilməsi modelinin tətbiqi məsələsi vaxtaşırı müzakirə olunsa da, ekspertlər hesab edir ki, hazırkı mərhələdə əsas problem ödənişin tezliyi deyil, əməkhaqqının real yaşayış xərclərinə uyğun olmamasıdır. Beynəlxalq praktikada həftəlik maaş sistemi müəyyən sahələrdə uğurla tətbiq edilsə də, bu modelin həm üstünlükləri, həm də çatışmazlıqları mövcuddur.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məsələ ilə bağlı modern.az-a bildirib ki, fəaliyyət sahəsindən və digər amillərdən asılı olaraq, bir sıra ölkələrdə əməkhaqqı həftəlik, ayda iki dəfə və ya aylıq şəkildə ödənilir.
 
Deputat qeyd edib ki, həftəlik əməkhaqqı sistemi xüsusilə ABŞ, Böyük Britaniya və Kanada kimi ölkələrdə geniş yayılıb:
 
“ABŞ-da özəl şirkətlərin 30 faizə yaxını həftədə bir dəfə ödəniş formasından istifadə edir. Bu sistem tikinti, pərakəndə ticarət və xidmət sektorunda daha çox tətbiq olunur. İşçilər qazandıqları vəsaiti daha tez əldə etdikləri üçün gündəlik xərclərini idarə etmək onlar üçün asanlaşır”.
 
Əli Məsimli vurğulayıb ki, həftəlik maaş sistemi xüsusilə aşağı gəlirli ailələr üçün müəyyən üstünlüklər yaratsa da, impulsiv xərcləmə riskini də artırır:
 
“Kirayə, ipoteka və sığorta kimi aylıq ödənişlər zamanı problemlər yarana bilər. Bundan əlavə, hər həftə əməkhaqqının hesablanması əlavə mühasibat və inzibati yük formalaşdırır”.
 
Deputatın sözlərinə görə, Azərbaycanda əhalini daha çox maraqlandıran məsələ maaşın hansı formada verilməsi deyil, onun dolanışığa yetib-yetməməsidir:
 
“Hazırda minimum əməkhaqqı 400 manatdır və bu məbləğ vətəndaşların minimum tələbatını tam qarşılamaq üçün kifayət etmir. Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyasına əsasən minimum əməkhaqqı orta maaşın 60 faizindən aşağı olmamalıdır. Bu yanaşma ilə hesabladıqda minimum əməkhaqqı 660 manatdan yuxarı olmalıdır”.
 
O əlavə edib ki, minimum əməkhaqqı ilə yanaşı median əməkhaqqının artırılması da vacibdir:
 
“Ölkə üzrə orta aylıq əməkhaqqı 1152 manat olsa da, median maaş bundan xeyli aşağıdır. Median gəlir insanların real sosial vəziyyətini daha düzgün əks etdirir. Ona görə də həm minimum, həm də median əməkhaqqının artırılması istiqamətində təsirli addımlar atılmalıdır”.
 
Əli Məsimli sonda bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı da işlər aparılır və gələcəkdə minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilə bilər.

Putinin orqanları <span style="color: #ff0000;">donuzunkularla əvəzlənəcək...-"The Wall Street Journal"</span>

Amerikanın "The Wall Street Journal" qəzetinin məlumatına görə, Rusiya hakimiyyəti 73 yaşlı Rusiya diktatoru Vladimir Putinin ömrünü uzatmağın yolunu tapmaq üçün 26 milyard dollarlıq(təxm. 2 trilyon rubl) genişmiqyaslı proqrama başlayıb.
 
Moderator.az bu barədə "Korrespondent" nəşrinə istinadla xəbər verir.
Putinin qızı Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri və Kreml liderinin dostu Mixail Kovalçukun rəhbərlik etdiyi layihənin bir hissəsi olaraq, rus alimləri aşağıdakılar üzərində işləyirlər:
 
-toxuma bioçapı;
 
-gen terapiyasından istifadə edərək hüceyrə qocalmasını yavaşlatmaq; 
 
-genetik modifikasiya olunmuş mini donuzların içərisində insan transplantasiyası üçün orqan yetişdirməyə çalışmaq.
 
 İlk genetik modifikasiya olunmuş donuzun 2030-cu ilə qədər peyda olacağı gözlənilir.
 
Rusiya alimləri hazırda iki əsas sahəyə diqqət yetirirlər: bio-çap (canlı toxumaların və orqanların 3D çapı) və ksenotransplantasiya — insanlarla uyğunlaşmaq üçün genetik modifikasiya olunmuş heyvanlarda orqanların yetişdirilməsi.
 
Bəzi təcrübələr siçanların qığırdaq toxumasını və tiroid bezini bio-çap olunduğunu iddia edib. 
 
Mixail Kovalçuk  daha əvvəl elmin nəticədə insan bədən hissələrinin "təmirinə" və dəyişdirilməsinə, eləcə də insan ömrünün uzadılmasına imkan verəcəyini bildirmişdi.
 
Lakin Rusiya "təcrübələrinin" effektivliyi hələ də şübhə altındadır, çünki hazırda beynəlxalq elmi jurnallarda bu mövzuda heç bir nəşr yoxdur.
KİV xəbər verir ki, illərdir, Putin və onun ətrafındakılar ömrün uzadılması və biotexnologiyaya böyük maraq göstərirlər.
 
Nəşrin xatırlatdığı kimi, Rusiya diktatoru daha əvvəl Çin prezidenti Si Cinpinlə söhbətində ölümsüzlük və orqan dəyişdirilməsi mövzusunu qaldırmış və bunun ömrü 120 ilə qədər uzada biləcəyini iddia etmişdi.
 
Keçən il isə Putin Rusiyada orta ömür müddətinin "150 ilə qədər artırıla biləcəyini" bildirmişdi.
 
Rusiyalı alimlər Putinin ömrü "150 ilə qədər" uzatmaq ideyasını həyata keçirmək vəzifəsini öz üzərlərinə götürüblər.
 
S.Laçın

Hindistanda ölü elan edilən gənc qadın atası və qardaşının həbsindən sonra <span style="color: #ff0000;">"dirildi"</span>

Hindistanda polis 26 yaşlı qadını ölmüş elan edib, onun atası və qardaşını həbs edib, lakin qadın əslində sağ olub və özü polis bölməsinə gedib.
 
Bu barədə NDTV telekanalı məlumat verib.
 
Məlumata görə, Şivani Kalmekar aprel ayında Madhya-Pradeş ştatında itkin düşüb. Mayın əvvəlində Maharaştra polisi bəndin yaxınlığında naməlum qadının başı kəsilmiş və qismən yanmış cəsədini aşkar edib.
 
Polis DNT testi aparmadan cəsədin Şivaniyə aid olduğuna qərar verib. Bundan sonra onun atası və qardaşı qətldə şübhəli bilinərək həbs ediliblər.
 
Kişiləri mayın 28-də qadın özünün polis bölməsinə gəlib ifadə verməsi həbsdən xilas edib. Məlum olub ki, Şivani bütün müddət ərzində sağ olub və işçi kimi işləyən sevgilisi ilə birlikdə yaşayıb.
 
"Mən sağam. Mənimlə hər şey qaydasındadır. Atamı və qardaşımı azadlığa buraxmaq lazımdır", - deyə qadın bildirib.
 
Polis səhlənkarlıqda ittiham olunub və daxili araşdırmaya başlanılıb. /oxu.az/
 

Kürdə suyun səviyyəsi artmaqda davam edir: Sahilboyu kəndlər TƏHLÜKƏDƏ -<span style="color: #ff0000;"> VİDEO</span>

Son günlər intensiv yağan yağışlar Kürdə suyun səviyyəsinin artmasına səbəb olub. Çayın sahilboyu ərazilərində yerləşən kəndlər bu vəziyyətdən təsirlənib.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, çayda suyun səviyyəsi yüksəldikcə qrunt suları həyətlərə və bağlara dolur. Salyan rayonunun Pambıqkənd kəndi ərazisində bəzi evlərdə də bu cür fəsadlar yaranıb.
 
Sakinlərin bildirdiyinə görə, qrunt suları bağ və bostan sahələrini yararsız vəziyyətə salıb. Yaranmış vəziyyət onları ciddi narahat edir.
 
Yaranmış vəziyyətlə bağlı Qaraçala inzibati ərazi nümayəndəliyindən bildirilib ki, artıq rayon fövqəladə komissiyasına bu barədə məlumat verilib. Əraziyə baxış keçirildikdən sonra tədbirlər görüləcək.

Tur şirkəti vətəndaşları "tələ"yə saldı? - <span style="color: #ff0000;">VİDEO</span>

Baku TV-nin qaynar xəttinə müraciət edən bir qrup vətəndaş özünü "Rivo Travel" kimi təqdim edən tur şirkəti tərəfindən aldadıldıqlarını bildiriblər.
 
Şikayətçilərin sözlərinə görə, tur üçün ödəniş edildikdən sonra təşkilatçılarla əlaqə tamamilə kəsilib. Təyin olunmuş vaxtda nə nəqliyyat vasitəsi gəlib, nə də şirkətlə əlaqə saxlamaq mümkün olub.
 
Şikayətçi İlkin Abdullazadə bildirib ki, onlar İsmayıllı-Qəbələ turuna getmək üçün 8 nəfərlik qrup şəklində "Instagram"da fəaliyyət göstərən "Rivo Travel" səhifəsinə müraciət ediblər. Şirkət tərəfindən müxtəlif endirim kampaniyaları təklif olunub və ümumi məbləğ 137 manat təşkil edib. Ödənişi kart vasitəsilə köçürdüklərini deyən şikayətçi təşkilatçıları tanımadıqlarını və rəsmi görünən "Instagram" səhifəsindəki nömrənin hazırda fəaliyyətsiz olduğunu vurğulayıb.
 
Məsələni şərh edən vəkil Qasım Şaliyev isə qeyd edib ki, pulun ödənildiyi andan etibarən tərəflər arasında müqavilə münasibətləri yaranmış hesab olunur. Öhdəliklərin pozulduğunu əsas gətirən vətəndaşlar məhkəməyə müraciət edərək onlara vurulan zərərin ödənilməsini tələb edə bilərlər.
 
Vəkilin sözlərinə görə, buraya şirkətə ödənilən məbləğlə yanaşı, toplanış yerinə qədər çəkilən nəqliyyat xərcləri və aldadılma faktına görə yaşanan mənəvi zərərə görə təzminat da daxildir.

"Barselona" ingilis futbolçunu transfer etdi

İngiltərə millisinin vingeri Entoni Qordon rəsmi olaraq "Barselona"nın oyunçusu olub.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Kataloniya klubu 25 yaşlı futbolçunun "Nyukasl"dan transferini elan edib. Müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
 
Transferin məbləği 70 milyon avro olub, bonuslar isə 10 milyon avro təşkil edib.
 
Qeyd edək ki, geridə qalan mövsümdə Qordon "Nyukasl"ın heyətində bütün turnirlərdə 46 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.
 

Axund Azər Sani: "İnsana ən böyük zərbə vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir" - <span style="color: #ff0000;">VİDEO</span>

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı ilahiyyatçı, qəzəlxan və axund Azər Sani olub.
 
Müasir dövrdə mənəvi dəyərlərin qorunmasının çətinləşdiyini bildirən Azər Sani cəmiyyətdəki dəyişikliklərdən söz açıb.
 
"Yaxşı və pis insan hər dövrdə olub. Sadəcə, indi günah adiləşdiyi üçün imanı qorumaq daha çətindir. Bu gün əyləncələr və mənasız şeylər çoxaldığından insanlara elə gəlir ki, vaxt tez keçir. Əslində isə zamandan səmərəli istifadə etmək lazımdır. Vaxt düzgün xərclənəndə bərəkətli olur", - deyə o bildirib.
 
Axund, həmçinin fədakarlıq anlayışına toxunub. Onun sözlərinə görə, insana ən böyük zərbə adətən ən yaxınından, vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir: "Amma yaxşılığı insan üçün yox, Allah üçün edirsənsə, qarşı tərəfin nankorluğu səni qorxutmur. Çünki əminsən ki, etdiyin yaxşılıq Yaradanın ədaləti sayəsində bir gün mütləq sənə qayıdacaq".

"Məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır" - Xocalıda Prezidentin açılışını etdiyi tekstil müəssisəsindən REPORTAJ - <span style="color: #ff0000;">VİDEO</span>

2024-cü ilin oktyabrında fəaliyyətə başlayan "Qarabağ Tekstil Evi" istehsal və ixrac imkanlarını genişləndirməyi hədəfləyir.
 
Bu barədə müəssisənin təsisçisi Rizvan Təhməzov Baku TV-yə məlumat verib. Onun sözlərinə görə, müəssisə ilk olaraq Xankəndi şəhərində yaradılıb, lakin iş üçün müraciətlərin çoxluğu nəzərə alınaraq Xocalı şəhərində də yeni obyekt fəaliyyətə başlayıb.
 
Hazırda fabrikdə 85 nəfər işlə təmin olunub, daha 40 nəfər isə Dövlət Məşğulluq Agentliyinin xətti ilə peşə təlimlərinə cəlb edilib: "Müəssisəmizdə əsasən ev tekstili məhsulları istehsal olunur və çeşidlərin sayı 200-ə yaxındır. Yaxın gələcəkdə əsas məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaq, istehsal gücümüzü daha da artırmaqdır".
 
R.Təhməzov şirkətin satış və ixrac coğrafiyasını da açıqlayıb. O bildirib ki, istehsal olunan məhsulların 75 faizi daxili bazarın tələbatını ödəməyə yönəlib, 25 faizinin isə ixracı nəzərdə tutulub. Təsisçi, həmçinin Moldova və Gürcüstana ixracın başladığını diqqətə çatdırıb.

 

"Mossad"ın ABŞ-dakı keçmiş casusu İsrailin<span style="color: #ff0000;"> Türkiyə ilə savaşının labüdlüyünü vurğuladı...</span>

"The Middle East Eye" qəzetinin məlumatına görə, ABŞ-dakı keçmiş İsrail casusu Conatan Pollard İrandan sonra İsrail təcavüzünün növbəti hədəflərinin Misir və Türkiyə olacağını proqnozlaşdırıb.

Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir.

O, "Arutz Sheva" xəbər agentliyinin jurnalistinə verdiyi açıqlamada "Türklərlə işimizin iranlılarla olduğu qədər asan keçəcəyinə əmin deyiləm" deyib. "Çox güman ki, Türkiyəyə və ya Misirə qarşı olacaq növbəti müharibəyə hazırlaşmalıyıq. Fırtına yetişir" deyib Pollard.

O, həmçinin Türkiyənin dəstəklədiyi Suriya keçid hökumətinin İsrail ordusu tərəfindən işğal edilmiş torpaqları geri almasına mane olmağa çağırıb.

Türkiyənin "Strateji Düşüncə İnstitutu" saytının bu mövzuda məlumatında əlavə edilir ki, keçmiş "Mossad" agenti Pollard bu açıqlamaları verərkən Türkiyənin NATO üzvlüyünü də vurğulayıb: 

“Mən Türkiyənin hərbi doktrinasını izləyirəm - onların Yaxın Şərqdə ən güclü ordusu var. Bir fırtına gəlir və onlar NATO üzvləridir. Daha da pisi, onlar NATO üzvüdürlər.

Buna görə də İrana mütləq həll etməli olduğumuz bir problem kimi baxıram və nə demək istədiyimi izah edəcəyəm. Qəzza da eyni şəkildə. Və "Hizbullah" da.

Niyə? Niyə mən indi buna aludə olmuşam? Çünki növbəti müharibəyə hazır olmalıyıq. Bu müharibə, yəqin ki, Türkiyə və Misirə qarşı olacaq”, - deyə o bildirib.

Zəruri arayış:

Conatan Pollard ABŞ-dan İsrailə məxfi məlumat ötürdüyünə görə 30 il ABŞ həbsxanasında cəza çəkib. O, 2015-ci ildə azadlığa buraxılıb, İsrail vətəndaşlığını alıb və 2020-ci ildə İsrailə köçüb. Həmin vaxt onu hava limanında Benyamin Netanyahu qarşılayıb.

Pollard Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin silahdaşı və dostudur və Fələstin ərazilərində etnik təmizləmə çağırışlarını dəstəkləyib.

S.Laçın

 

ABŞ Ebola üçün 80 milyon dollar ayırdı

ABŞ Afrikada Ebola virusu ilə mübarizə üçün əlavə 80 milyon dollar ayırıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Afrika və Ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos deyib.

"Hazırda maliyyə yardımının məbləği 112 milyon dollar təşkil edir",- o bildirib.

Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub

ABŞ Prezidenti Donald Tramp İran sazişi ilə bağlı keçirilən iclası hər hansı qərar qəbul etmədən başa vurub.

Moderator.az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən yazıb.

"Adının açıqlanmasını istəməyən administrasiyanın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Prezident Trampın Situasiya Otağındakı iclası təxminən iki saat davam edib, lakin o, İranla hər hansı yeni saziş barədə qərar qəbul etməyib", - materialda qeyd olunub.

Mənbə əlavə edib ki, administrasiya razılaşmaya yaxın olduğunu hesab edir, lakin İran üçün vəsaitlərin dondurulmasının ləğv edilməsi də daxil olmaqla, müəyyən məsələlər hələ də müzakirə olunmaqdadır.

Ən çox ət yeyilən ölkələr: Azərbaycan neçəncidir?

Dünyada adambaşına ən çox ət istehlakına malik ölkələr açıqlanıb.

 

Moderator.az Ölkə.az-a istinadən xəbər verir ki, ət istehlak edən ölkələri 5 qrupa bölmək olar: ən az, az, orta, çox və ən çox.

 

Ən az ət istehlak edən ölkələr - adambaşına 3,7 kiloqramdan 21 kiloqramadək ət yeyilən ölkələrdir. Bura Brundi, Banqladeş, Hindistan, Suriya, Əfqanıstan, Nigeriya, Niger, Yəmən, Somali və digər ölkələr daxildir.

 

Azərbaycan illik adambaşına ət yeyən ölkələr sırasında ikinci qrupda yer alıb. Belə ki, Azərbaycanda illik 40,5 kq adambaşına ət istehlak edilir. Pakistan, İran, Qırğızıstan, Misir, Gürcüstan, Özbəkistan, Ermənistan, Türkiyə, Ukrayna az ət yeyilən ölkələr sırasındadır.

 

Müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı, Türkmənistan, BƏƏ, Küveyt, Bəhreyn, Qazaxıstan kimi ölkələr orta səviyyəli ət yeyilən ölkələrdir. Bu ölkələrdə illik adambaşına 58-84 kq ət istehlakı düşür.

 

Yaponiya, Almaniya, Çin, Finlaniya, Fransa, Rusiya, Britaniya və digər Avropa dövlətləri də orta səviyyəli ət istehlak edilən ölkələrdir. Bu ölkələrdə adambaşına ət istehlakı 60-100 kq arasında dəyişir.

 

Dünyanın ən çox ət istehlak edilən ölkələrini, yəni illik adambaşına 100 kq-dan çox olan ölkələrin siyahısını təqdim edirik:

 

1. Tonga krallığı - 148 kq

 

2. Monqolustan - 132 kq

 

3. Saint Vemcent və Grenadinler - 124 kq

 

4. Honq Konq -123 kq

 

5. ABŞ - 123 kq

 

6. Marşal adaları - 118 kq

 

7. Argentina - 113 kq

 

8. İsrail - 113 kq

 

9. Makao - 113 kq

 

10. Avstraliya - 112 kq

 

11. Baham adaları - 108 kq

"Lion"un keçmiş futbolçusu vəfat etdi

"Lion" klubunun və Fransa gənclər yığmasının keçmiş futbolçusu Brian Berqunyu 43 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə Fransa təmsilçisi sosial şəbəkələrdə məlumat yayıb.

"Olimpik Lion" klubun əfsanəsi Brian Berqunyunun vəfatını dərin kədərlə bəyan edir. Klub bu dəhşətli xəbərdən sarsılıb və onun ailəsinə, yaxınlarına, eləcə də onu tanıyan və sevən hər kəsə ən səmimi başsağlığını çatdırır", - deyə komandanın bəyanatında bildirilir.

Xatırladaq ki, Berqunyu "Lion"un heyətində üç dəfə Fransa çempionu olub, həmçinin iki dəfə ölkə Superkubokunu qazanıb. Bundan əlavə, yarımmüdafiəçi "Tuluza", "Leççe" və bir sıra digər komandalarda da çıxış edib.

2023-cü ilin dekabrında Berqunyuya qulaqaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu.

<span style="color: #ff0000;">"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi"</span> - Alimlərdən açıqlama

"Kanadalı tədqiqatçılar ilk valideynlik yaşının həyatın sonrakı mərhələlərinə ciddi təsir etdiyini açıqlayıblar..."

Kanadanın Nyu-Bransuik Universitetinin alimləri ilk uşağın dünyaya gətirilməsi üçün ən uyğun yaş aralığını müəyyənləşdirmək məqsədilə genişmiqyaslı elmi tədqiqat aparıblar. 

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.

Araşdırmanın əsas nəticələri

Araşdırma zamanı minlərlə insanın həyat göstəriciləri təhlil olunub və valideynlik yaşının təhsil, gəlir, sağlamlıq və ümumi həyat keyfiyyəti ilə əlaqəsi müqayisə edilib.

"PLOS One" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, ilk dəfə valideyn olmaq üçün ən optimal yaş aralığı təxminən 26-31 yaşdır. Xüsusilə 29 yaş ətrafı dövr ən balanslı göstəricilərlə seçilir. Alimlərin fikrincə, bu yaşda ilk dəfə valideyn olan şəxslər həm maddi, həm sosial, həm də sağlamlıq baxımından daha sabit nəticələr nümayiş etdirirlər.

Təhsil və gəlir göstəriciləri

Araşdırma çərçivəsində 6282 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, erkən yaşda, xüsusilə 25 yaşdan əvvəl valideyn olan şəxslər gələcəkdə daha aşağı gəlir səviyyəsi və daha məhdud sosial imkanlarla üzləşirlər. Əksinə, valideynliyi gecikdirən insanlar daha yüksək təhsil alma şansı qazanır və əmək bazarında daha sabit mövqeyə sahib olurlar. Statistik göstəricilərə əsasən, ən yüksək gəlir səviyyəsi əsasən 29 yaş ətrafında valideyn olan şəxslərdə müşahidə edilir.

Sağlamlıq və ümumi nəticələr

Tədqiqat fiziki və psixoloji sağlamlıq göstəricilərində də oxşar tendensiya üzə çıxarıb. Erkən yaşda valideyn olan şəxslər daha çox sağlamlıq problemləri ilə üzləşsələr də, bu fərqin 26 yaşdan sonra tədricən azaldığı və sabitləşdiyi qeyd olunur. Eyni zamanda, ümumi həyat məmnuniyyəti bütün yaş qruplarında təxminən eyni səviyyədə qalır və ciddi fərq müşahidə edilmir.

Nəzəri izah və yekun nəticə

Alimlər bu fərqləri "keçid mərhələsi" nəzəriyyəsi ilə izah edirlər. Bu yanaşmaya görə, insan mühüm həyat dəyişiklikləri dövründə, məsələn, təhsil və ya karyera formalaşarkən valideyn olarsa, onun şəxsi inkişaf trayektoriyası qismən ləngiyə bilər.

Bununla belə, tədqiqat müəllifləri xüsusi vurğulayırlar ki, bu nəticələr gənc yaşda valideyn olan şəxslərin uğurlu və xoşbəxt həyat qura bilməyəcəyi anlamına gəlmir. Onların fikrincə, əsas məsələ sosial dəstək mexanizmlərinin gücləndirilməsidir.

KİV: Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib

ABŞ prezidenti Donald Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Trampın müşavirlərlə görüşü təxminən iki saat davam etsə də, konkret nəticə əldə olunmadan başa çatıb.

Qəzetin məlumatına görə, ABŞ prezident administrasiyası razılaşmaya yaxın olduğuna inanır, lakin rəsmi bildirib ki, iranlılar üçün vəsaitin ayrılması da daxil olmaqla bəzi məsələlər hələ də müzakirə olunur.

San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi - <span style="color: #ff0000;">FOTO</span>

Braziliyanın San-Paulu şəhərində Azərbaycan bayrağının rəngləri fonunda işıq proyeksiyası və vizual nümayiş təqdim olunub.

Moderator.az xəbər verir ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüs və dəstəyi ilə baş tutan bu layihə San-Paulu ştatının eyniadlı paytaxtının müasirlik və tarixiliyi özündə birləşdirən iki əsas məntəqəsində fərqli tərtibatlarla həyata keçirilib.

Şəhərin ən qaynar və izdihamlı mərkəzi olan Paulista prospektindəki məşhur FIESP göydələnləri üzərində Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, eləcə də milli mətbəximizi və füsunkar təbiətimizi əks etdirən videosüjet göstərilib, portuqal dilində "28 May - Azərbaycanın Müstəqillik Günü" yazılmış hərəkət edən sətirlərin müşayiəti ilə üçrəngli bayrağımızın işıq proyeksiyası nümayiş etdirilib. FIESP göydələnləri 130 min şirkət və 131 assosiasiyanı özündə birləşdirməklə 2.5 trilyon ABŞ dolları məbləğində hesablanan Braziliya ÜDM-də təqribən 23 faiz payla iştirak edir.

Azərbaycanın Müstəqillik Günü bayramı ilə bağlı digər tədbir isə San-Paulu Şəhəri İcra Hakimiyyəti Şurasının iştirakı ilə ərsəyə gəlib. Belə ki, şəhərin tanınmış müasir memarlıq-mədəniyyət abidələrindən olan "Oktavio Frias De Oliveyra" asma körpüsü və "Mario de Andrade" kitabxanası 28 may axşam saatlarından başlayaraq sübh çağına qədər Azərbaycan bayraqlarının rənglərinə bürünüb.

Azərbaycanın müstəqillik günü ilk dəfədir ki, təkcə Braziliya deyil, geniş Latın Amerikası regionunun ən böyük metropolisi, aparıcı biznes və maliyyə mərkəzi hesab olunan San-Pauluda belə vizual-rəqəmsal tərtibatlarla qeyd olunur.

Bundan əvvəl isə silsilə tədbirlərin ilk hissəsi kimi paytaxt Braziliada səfirliyin dəstəyi ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın Braziliyanın Milli Teatrında konserti təşkil olunub.

1517737

1517738

Rumıniya Rusiya dronlarından qorunmaq üçün NATO-dan HHM sistemi istəyib

Rumıniya rəsmi olaraq NATO-ya hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü sürətləndirmək xahişi ilə müraciət edib.

Moderator.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu bəyanat yayıb.

Onun sözlərinə görə, qərar Rusiya pilotsuz uçuş aparatının (PUA) Qalatsdakı yaşayış evinə düşməsindən sonra qəbul edilib.

Bununla yanaşı, Rumıniya təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr üçün Şimali Atlantika Şurasının fövqəladə iclasının çağırılması barədə NATO-nun Vaşinqton müqaviləsinin 4-cü maddəsini aktivləşdirməyib.

Ərdoğan Ayasofyada Quran oxudu - <span style="color: #ff0000;">VİDEO</span>

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib.

Moderator.az xəbər verir ki, o, Qurani-Kərimdən ayələr oxuyub.

Prezidentin Quran oxuduğu həmin təsirli anlar vətəndaşlar tərəfindən mobil telefonların kameraları ilə lentə alınıb.

Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və böyük marağa səbəb olub.

 

Güclü külək ağacı aşırıb

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşıb.

Moderator.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir.

KİV: İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edir

İran və ABŞ arasında razılaşmanın bir hissəsi xaricdə dondurulmuş aktivlərdən dərhal 12 milyard dolların Tehrana ödənilməsini nəzərdə tutur. İran yalnız bundan sonra növbəti danışıqlara qoşulacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbələrə istinadən məlumat yayıb.

"ABŞ Prezidenti Donald Trampın razılaşmanın qeyd etmədiyi ən vacib hissəsi İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal ödənilməsi şərtidir.

Razılaşmanın mətninə əsasən, bu məbləğ təxirə salınmadan köçürülməlidir və bu baş verməyənədək İran əlavə danışıqlara getməyəcək", - deyə agentliyin həmsöhbəti bildirib.

Qazaxıstan İrandan zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır<span></span>

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi "Financial Times" qəzetinə bildirib ki, Qazaxıstan Tehranın zənginləşdirilmiş uran ehtiyatını qəbul etməyə hazırdır.

Moderator.az xəbər verir ki, Qazaxıstan BAEA üzv dövlətlərindəki elektrik stansiyalarını yanacaqla təmin etmək və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün zənginləşdirilmiş uran bankına ev sahibliyi edir.

Anbar 2017-ci ildə BAEA ilə əməkdaşlıq çərçivəsində açılıb.

Hörmüz boğazındakı Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb<span></span>

İranın Hörmüz boğazında yerləşən Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb.

Moderator.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi yerli sakinlərə istinadən bildirib.

Səbəb açıqlanmayıb və erli hakimiyyət orqanları məlumatı rəsmi təsdiqlənməyib.

ABŞ Rusiyadan idxal olunan palladiuma rüsum tətbiq etməyəcək

ABŞ istehsalçılarına heç bir zərər vurulmadığı qənaətinə əsasən, Ticarət Departamenti Rusiyadan emal olunmamış palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq Ticarət Komissiyasının (USITC), açıqlamasında deyilir.

"ABŞ Beynəlxalq Ticarət Komissiyasının mənfi nəticələrini nəzərə alaraq, Ticarət Departamenti Rusiyadan palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etmək əmri verməyəcək", - açıqlamada deyilir.

Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var

Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olacağı ehtimalı var.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 22:50-yə olan məlumatında qeyd olunub.

Daha əvvəl ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin davam etdiyi, bəzi yerlərdə yağıntıların intensiv və güclü olduğu bildirilmişdi.

Putin: NATO Rusiyanı aldatıb<span></span>

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) şərqə doğru heç bir addım atmayacağına söz vermişdi və bununla da Rusiyanı aldadıb.

Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

“İndi Avropa siyasətçiləri günahı üzərlərindən atır, Rusiyanın təcavüzkar olduğunu göstərməyə çalışırlar. Xeyr. Bu, onların siyasətidir. Bizə heç vaxt genişlənmə olmayacağı və NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə yalan danışıblar”, - deyə Rusiya Prezidenti bildirib.

ABŞ Rusiyadan gətirilən palladiuma rüsumları ləğv etdi<span></span>

ABŞ Ticarət Nazirliyi Rusiyadan palladium idxalına tarif tətbiq etməkdən imtina edib.

Moderator.az xəbər verir ki, bu barədə Federal Beynəlxalq Ticarət Komissiyasının saytında dərc olunmuş məlumatda qeyd olunur.

Komissiya Rusiyadan ABŞ-yə emal olunmamış palladiumun göndərilməsinin Amerika sənayesinə zərər vermədiyi qənaətinə gəlib.

"Mənfi nəticələri nəzərə alınaraq, Ticarət Nazirliyi Rusiyadan bu məhsulların idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək" - məlumatda qeyd olunur.

Yağışlı hava ilə bağlı BDYPİ-dən <span style="color: #ff0000;">XƏBƏRDARLIQ</span><span style="color: #ea094b;"></span>

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müşahidə olunan hava şərait ilə bağlı sürücülərə bir daha müraciət edib.

Moderator.az xəbər verir ki qurumdan bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən irigövdəli ağac yolun hərəkət hissəsinə aşıb.

Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.

"Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir", - müraciətdə qeyd olunub.

Azərbaycanda məktəb direktoru vəfat edib - <span style="color: #ff0000;">FOTO</span>

Şəmkirdə məktəb direktoru vəfat edib.

Moderator.az xəbər verir ki bu barədə onun yaxınları məlumat yayıblar.

Bildirilib ki, Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru Alidə Hüseynova dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Azərbaycanda məktəb direktoru vəfat edib

Günəşdə güclü partlayış baş verib

Mayın 22-dən bu yana Günəşdə ilk dəfə sondan əvvəlki güc sinfinə aid olan partlayış qeydə alınıb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Mayın 29-da Moskva vaxtı ilə saat 10:22-də (Bakı vaxtı ilə saat 11:22 - red.) 4 455 günəş ləkəsi qrupunda (N13E66) rentgen diapazonunda 24 dəqiqə davam edən M1.2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

İnstitutdan verilən məlumata görə, sonuncu dəfə M2.4 güclü partlayışı mayın 22-də qeydə alınıb. Üstəlik, bu, Yerə doğru plazmanın atılması ilə müşayiət olunub.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Meksika XİN: Azərbaycan beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaşdır

Meksika xarici işlər nazirinin müavini Mariya Teresa Merkado ölkəsinin Azərbaycanı beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaş kimi gördüyünü vurğulayıb.

Moderator.az xəbər verir ki, Merkado bu barədə San Lazaro Qanunvericilik Sarayında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.

Azərbaycanın Meksikadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşılan məlumata görə, tədbirdə Azərbaycanın Mexikodakı səfiri Seymur Fətəliyev və XİN başçısının müavini ilə yanaşı, Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat Dulse Mariya Viyyeqas Quarneros də iştirak edib.

Nazir müavini Azərbaycan xalqını və hökumətini Meksika XİN adından Müstəqillik Günü münasibətilə təbrik edib. O bildirib ki, əməkdaşlıq, qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlər artıq 30 ildən çoxdur Azərbaycanla Meksikanı birləşdirən möhkəm dostluq körpüsünə çevrilib.

D.M. Viyyeqas Quarneros isə çıxışında ölkələrimiz arasında münasibətlərin inkişafının əhəmiyyətini xüsusi qeyd edərək bu dostluğun gələcək illərdə daha da güclənəcəyindən əmin olduğunu vurğulayıb.

Nərimanın forması ÇL-nin finalı olan şəhərdə - <span style="color: #ff0000;">FOTO</span>

Çempionlar Liqasının finalının keçiriləcəyi Budapeştdə bu mövsüm qrup mərhələsində iştirak edən bütün komandaların formaları şəhərin müxtəlif nöqtələrində nümayiş etdirilir.

Moderator.az xəbər verir ki, diqqətçəkən məqam isə Azərbaycan təmsilçisi “Qarabağ”dan seçilən Nəriman Axundzadənin forması olub.

Məhz Nərimanın formasının sərgilənməsi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, Nəriman Axundzadə indi karyerasını ABŞ-ın “Kolumbus-Kru” klubunda davam etdirir.

1517718

<span style="color: #ff0000;">"Alimlər bitkilərlə bağlı gözlənilməz fakt aşkar etdi: bitkilər bir-birini "izləyir"</span> - Yeni təqdiqat

"Bitkilər arasında qoxular vasitəsilə kimyəvi ünsiyyətin daha mürəkkəb olduğu üzə çıxıb..."

Alimlər bitkilər arasında əvvəllər məlum olmayan yeni bir kimyəvi qarşılıqlı təsir formasını aşkar ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Dauly Star" nəşri yazıb.

Bitkilərin "ünsiyyət" sistemi

Araşdırmaya görə, sağlam bitkilər qoxu vasitəsilə qonşularının nə qədər sürətlə böyüdüyünü "qavraya" bilir və bu məlumat əsasında öz inkişaf strategiyalarını dəyişirlər. Mütəxəssislər bildirirlər ki, bitkilər bu siqnalları qəbul edərək ya daha sürətli böyüməyə, ya da müdafiə mexanizmlərini gücləndirməyə qərar verirlər. Bu proses genlərin fəaliyyətinə qədər təsir edə bilir.

Uçucu üzvi birləşmələrin rolu

Araşdırmada deyilir ki, bu proses uçucu üzvi birləşmələr vasitəsilə baş verir. Bu maddələr bitkilərin havaya asanlıqla buraxdığı kimyəvi birləşmələrdir və adətən tozlayıcı həşəratları cəlb etmək və ya müdafiə reaksiyaları üçün istifadə olunur. Əvvəllər hesab edilirdi ki, bu siqnallar yalnız bitki zədələndikdə yaranır.

Lakin yeni tədqiqat göstərib ki, sağlam bitkilər də daim bir-birinə kimyəvi "siqnallar" göndərir və bu, rəqabət mühitində onların davranışını formalaşdırır. Tədqiqatın aparıcı müəllifi doktor Velimir Ninkoviç bildirib ki, bu, bitkilər arasında davamlı "ünsiyyət" kimi qiymətləndirilə bilər və onların genetik fəaliyyətinə birbaşa təsir göstərir.

Laboratoriya təcrübəsi və nəticələr

Alimlər araşdırmada arpa bitkisinin üç müxtəlif sortundan istifadə ediblər. Bu sortlar fərqli böyümə sürətinə və qoxu profilinə malik olub. Onlara müxtəlif uçucu üzvi birləşmələr təsir etdirilib və 25 gün ərzində dəyişikliklər izlənilib. Nəticələr göstərib ki, bitkilərin böyümə sürəti qonşu bitkidən gələn kimyəvi siqnallara uyğun şəkildə dəyişir.

Sürətlə böyüyən bitkilərin "qoxusunu" alan nümunələr öz inkişafını gücləndirib, yavaş böyüyənlərin siqnalını alanlar isə daha zəif inkişaf göstərib. Bu təsir yalnız bir hissədə deyil, yarpaq, gövdə və kök daxil olmaqla bütün orqanlarda müşahidə olunub. Alimlər xüsusilə benzilnitril, linalool və oktanal kimi birləşmələrin bu prosesdə əsas rol oynadığını qeyd edirlər.

Təkamül izahı və yekun

İsveç tədqiqatçılarına görə, bu cür kimyəvi "ünsiyyət" milyon illər ərzində formalaşmış təbii təkamülün nəticəsidir və bitki aləmində geniş yayılmış ola bilər. Onların fikrincə, bitkilər daim uçucu birləşmələr ifraz etdiyinə görə, qonşu növlərin bu siqnalları qəbul etməsi ekoloji rəqabətin təbii bir hissəsinə çevrilib. Lakin hansı birləşmələrin daha güclü təsir göstərməsi növdən-növə dəyişə bilər.

"Chevron" Hörmüz boğazından gəmilərin keçidi üçün İranın ödəniş tələbinə qarşıdır

ABŞ-nin ən böyük enerji korporasiyası "Chevron"un top-menecmenti İranın xarici gəmilərin Hörmüz boğazından keçidi üçün ödəniş tətbiq edilməsi tələblərini qəbuledilməz hesab edir.

Moderator.az xəbər verir ki, bunu şirkətin rəhbəri Maykl Uirt "Bloomberg TV"nin efirində bəyan edib.

Onun sözlərinə görə, korporasiya İranın tanker və digər tranzit gəmilərə hücum hadisələrinin artmasına baxmayaraq, bu məsələni müzakirə etmək niyyətində deyil. Uirt son vaxtlar bu cür halların sayının xeyli artdığını vurğulayıb.

Hazırda "Chevron"un altı gəmisi üçüncü tərəflərlə bağlanmış çarter müqavilələri çərçivəsində istismar olunur. Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün İrana mümkün ödənişlər barədə qərar bilavasitə gəmi sahiblərinin səlahiyyətində qalır. Lakin "Chevron"un mövqeyi birmənalıdır - şirkət belə bir tədbirə qəti şəkildə qarşıdır, çünki bu, beynəlxalq dəniz gəmiçiliyi normalarına ziddir.

Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl-Cabir də oxşar mövqe bildirib. O, İran hakimiyyətinə xarici gəmilərin boğazdan sərbəst keçidini qeyd-şərtsiz təmin etmək çağırışı ilə müraciət edib. Buna baxmayaraq, Tehran gəmi sahibləri üçün qeyd olunan rüsumun tətbiqində israrlıdır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Ermənistanın silahlanma tempi onun sülh səylərini dəfələrlə üstələyir...

44 günlük müharibədə rüsvayçı şəkildə məğlub olan və işğal etdiyi bütün torpaqlardan qovulan Ermənistan post-müharibə dönəmində sürətlə silahlanmaqda davam edir. Əvəllər, sadəcə Hindistan və Fransada məhdud sayda raket və zirehli texnika alan rəsmi İrəvan, son bir ildə daha bir neçə ölkədən silah idxal etməyə başlayıb. Mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan yeni silah və hərbi texnikalar nümayiş etdirib ki, onların arasında Fransa və Hindistanla yanaşı, İran, Rusiya, Çin və s. ölkələrdən alınan texnikalar da olub. “Volk” robotlaşdırılmış sistemi, hava hədəflərini aşkar etmək və hava vasitələrinin istifadə etdiyi peyk qəbuledicilərini susdurmaq üçün nəzərdə tutulmuş “Tuman” radiolokasiya sistemi, Fransanın “Bastion” zirehli maşınları, Hindistanın “Tata” zirehli maşınları, “RBOA” piyada raket qurğusu, “TOS-1A” ağır odsaçan sistemləri, “Skorpion” zenit-raket kompleksi, “Tor-M2KM” zenit-raket kompleksi, 25 km məsafədə eyni anda 16 hava hədəfini məhv edə bilən “Lusan” zenit-raket kompleksi və “Şit-200” radiolokasiya sistemləri, İran istehsalı yaxın mənzilli “AD-08 Majid” zenit-raket kompleksləri və s. paradda nümayiş etdirilən silahlar arasında yer alıb.

Bu fakt Ermənistanın öz hərbi potensialını durmadan artırdığını göstərir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan parad öncəsi jrunalistlərə verdiyi açıqlamada ölkəsinin 6-7 dövlətdən silah aldığını etiraf edib.

Paradda müxtəlif ölkələrə məxsus silah sistemləri ilə yanaşı, Ermənistan istehsalı olan 82 mm-lik “Razdan” minaatanı, 120 mm-lik “Sevan” minaatanları da nümayiş etdirilib ki, bu da Ermənistanın yerli hərbi sənayesini də inkişaf etdirməkdə olduğuna dəlalət edir.

Bir sözlə, bütün bu faktlar sübut edir ki, Ermənistan sürətlə silahlanmaqda davam edir və onun silahlanma tempi sülh səylərini dəfələrlə üstələməkdədir. Və bu reallıq ölkəmizdən daim ayıq-sayıq olmağı tələb edir. Necə ki, Prezident İlham Əliyev öz çıxışlarında daim güclü və ayıq-sayıq olmağın zəruriliyini dəfələrlə qeyd edib, hər an hər şeyə hazır olmağın vacibliyinə toxunub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı məlum çıxşında deyib:

“...artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.

Bəli, bu gün ordumuz və dövlətimiz vətənimizin hər qarışını qorumağa qadirdir. Lakin biz də həm fərd, həm də cəmiyyət olaraq bu məsələdə ordumuzun və dövlətimizin yanında olmalı, ona əlimizdən gəldiyi qədər dəstək verməliyik. Çünki vətəni qorumaq ümumxalq işi, mənəvi borcdur. Biz bu borca sadiqliyimizi son nəfəsimizə qədər öz əmələrimizlə sübut etməliyik.

Seymur ƏLİYEV

Qrossi: Qazaxıstan İranın zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır

Vaşinqton və Tehran razılığa gəlsə, Qazaxıstan İranın, demək olar, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.

Moderator.az-ın məlumatına görə, bunu "Financial Times" qəzetinə müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyan edib.

Onun sözlərinə görə, Qazaxıstan lideri Kasım-Jomart Tokayev buna razılığını bu həftə Astanada baş tutan görüş zamanı verib.

"BAEA-nın Qazaxıstanda az zənginləşdirilmiş uran bankı olduğu üçün bizim onu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz var", - Qrossi bildirib. Onun fikrincə, bu həm ABŞ, həm də İran üçün qəbuledilən ola bilər.

Bununla belə, baş direktor əlavə edib ki, məsələnin həlli yalnız nüvə danışıqlarından asılı olacaq.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, mayın 29-da öz müşavirləri ilə keçirəcəyi iclasda İranla əvvəlcədən razılaşdırılmış sazişin təsdiqlənməsinə dair yekun qərarını vermək niyyətindədir.

FT qeyd edib ki, təxminən 440 kq yüksək zənginləşdirilmiş uran İranın keçən ilin iyununda ABŞ tərəfindən bombardman edilmiş üç əsas nüvə obyektində – Natanz, Fordo və İsfahanda dağıntıları altındadır. Nəşr vurğulayıb ki, 90 faizə qədər daha da zənginləşdiriləcəyi halda, bu miqdar təxminən 10 ədəd silah istehsal etmək üçün kifayətdir.

Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini deyib

“Məlumatlara görə, Rusiya Federasiyası bu gecə və ya sabah gecə Ukraynaya birgə kütləvi hücum etməyə hazırlaşır”.

Moderator.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsi zamanı deyib.

"Bizim fikrimizcə, bu gecə və ya sabah gecə bizi Rusiyadan dronlar, kruiz raketləri və ballistik raketlərdən istifadə edilərək böyük bir hücum gözləyir. Biz buna hazırlıq görürük", - Zelenski bildirib.

Zelenski kəşfiyyat məlumatlarını təqdim etdikləri üçün ABŞ-a və Avropa tərəfdaşlarına da minnətdarlığını bildirib.

Rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir -<span style="color: #ff0000;"> FAKTİKİ HAVA</span>

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 21:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Şuşa, Xankəndi, Füzuli, Laçın, Qubadlı, Sarıbaş (Qax), Gədəbəy, Zaqatala, Şəki, Göygöl, Ceyrançöl, Şahdağ, Şabran, Biləsuvar, Şəmkir, Gəncə, Daşkəsən, Quba, Qəbələ, Qusar, Balakən, Yevlax, Goranboy, Naftalan, Oğuz, Xaçmaz, Ağstafa, Ağdam, Tərtər, Sabirabadda arabir şimşək çaxır, yağış yağır.

Əksər yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Mingəçevirdə 28, Goranboyda 27, Daşkəsən və Gəncədə 25, Göyçayda 24, Zaqatalada 23, Oğuzda 22, Culfada 21, Neftçala, Naftalan, İsmayıllı, Şahdağ və Şərurda 20, Şəmkir, Şəki, Ağdam, Tərtər, Xızı, Beyləqan və Yardımlıda 18, Ağstafa və Bərdədə 16, Tovuz və Şahbuzda 15 m/s-dək güclənir.

Saat 18:40-19:00 radələrində Qax rayonunun İlisu kəndinə diametri 15-20 mm, saat 19:02-19:04 radələrində Şəki rayonuna diametri 8-10 mm, saat 19:33-19:52 radələrində Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərinə diametri 15-30 mm, saat 19:40-19:50 radələrində Qəbələ rayonuna diametri 8-10 mm, saat 20:02-20:05 radələrində Xınalığa diametri 5-7 mm, saat 20:29-20:32 radələrində Tərtər şəhərinə diametri 0.8 mm, saat 19:50 radələrində Şəmkir rayonuna, rayonun Zəyəm qəsəbəsinə, eyni zamanda Çənlibel, Əliyaqublu, Keçili, Çaparlı, Sabirkənd, Çaykənd, Yeni Göyçə, Bayramlı, Atabəy, Aşağı Seyfəli, Qasımalılar, Zəyəm Cırdaxan kəndlərinə dolu düşüb.

Ağdam, Füzuli və Xocavənd rayonlarına köçürülənlərin sayı açıqlandı

"İndiyədək Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər əhalinin köçü həyata keçirilib. Orada çalışanları da nəzərə alsaq, hazırda həmin rayonlarda 50 mindən çox insan yaşayır, işləyir və fəaliyyət göstərir".
 
Moderator.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
 
O bildirib ki, hədəf 2026-cı ilin sonuna qədər daha 30 min vətəndaşı öz doğma yurdlarına köçürməyi təmin etməkdir: "Sözsüz ki, bu proses davam edəcək. Bu, ilk növbədə Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərinin tikintisinin başa çatması, həmçinin Füzuli rayonunda daha iki kəndin – Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin yekunlaşması ilə təmin ediləcək".
 
Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu ilin büdcəsi də daxil olmaqla, işğaldan azad olunmuş ərazilərə dövlət tərəfindən 25 milyard manata yaxın vəsait ayrılıb.
 

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək aşağıdakı istiqamətlərin komissiyaları üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanı idman, təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə keçiriləcək.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə "Abituriyent" jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq. Qabiliyyət imtahanlarının iyun - avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi "qeyri-məqbul" olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində "məqbul" aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Subbakalavrlar aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, qeydiyyatdan keçən zaman ixtisaslar üzrə uyğun komissiyalar proqram təminatı vasitəsilə subbakalavra təqdim edilir. Subbakalavrlar iyun ayının 1-dək ərizələrini təsdiq etməlidirlər. Belə ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron ərizələrinin qeydiyyatı 1 iyun saat 23:59-dək davam edəcək. Subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeyd olunan tarixədək müvafiq qabiliyyət komissiyası üzrə qeydiyyatdan da keçməlidirlər. Təhsil məlumatları tam olmayan, XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlara tələb olunan məlumatların 31 may tarixindən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamaları tövsiyə olunur. Orta ixtisas təhsili müəssisəsini cari ildə bitirəcək subbakalavrlar elektron ərizəni yadda saxladıqdan sonra qabiliyyət imtahanı üçün qeydiyyatdan keçə bilirlər. Ancaq həmin subbakalavrlar da orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən tələb olunan məlumatlar sistemə yerləşdirildikdən sonra avqust ayının 2-dək öz ərizələrini təsdiq etməlidirlər.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

Həbib Nurməhəmmədovdan UFC rəhbərinin pul iddialarına<span style="color: #ff0000;"> CAVAB</span>

"Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu olaraq karyeramı başa vurmağımın arxasında heç vaxt maddi məsələlər dayanmayıb".
 
Moderator.az xəbər verir ki, bu barədə Həbib Nurməhəmmədov özünün "Instagram" hesabında paylaşım edib.
 
Xatırladaq ki, bir müddət əvvəl UFC rəhbəri Dana Uayt Nurməhəmmədovun kifayət qədər pul qazandığı və artıq döyüşməyə ehtiyacı olmadığı üçün idmandan getdiyini iddia etmişdi.
 
"İnternetdəki hər şeyə şərh verməyi sevmirəm, amma Dana belə deyəndə, bu, hər yerə yayılır. Bu, təbii ki, yalandır. Heç kim mənə o milyonları verməyib. Çoxlu pul qazandığıma görə idmandan getdiyim barədə yazılanlar da həqiqəti əks etdirmir. Əsl həqiqəti isə bütün dünya bilir. Bu barədə dəfələrlə danışmışam və təkrarlamağa ehtiyac yoxdur", - deyə Nurməhəmmədov vurğulayıb.
 
Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerasını 2021-ci ildə bitirib. Onun hesabında 29 qələbə var və heç vaxt məğlub olmayıb. 2022-ci ildə isə əfsanəvi döyüşçünün adı UFC-nin Şöhrət Zalına daxil edilib.
 

ETX əməkdaşı MİSP-də boşluq aşkarladı - <span style="color: #ff0000;">FOTO</span>

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun əməkdaşı Əli Qəniyev açıq mənbə resursları bazasında yaradılmış MİSP (Malware Information Sharing Platform) platformasının yeni versiyasında təhlükəsizlik boşluğu müəyyən edib.
 
Moderator.az ETX-ya istinadən xəbər verir ki, aşkarlanmış çatışmazlıq barədə operativ şəkildə aidiyyəti üzrə platformaya müraciət edilib. Təqdim edilən texniki tapıntı resurs sahibi tərəfindən yüksək qiymətləndirilib və qısa müddətdə müvafiq təhlükəsizlik yenilənməsi həyata keçirilərək boşluq aradan qaldırılıb.
 
ETX əməkdaşının aşkarladığı təhlükəsizlik boşluğu və onun aradan qaldırılması ilə bağlı məlumatlar artıq bir sıra beynəlxalq resurslarda işıqlandırılıb və bu fakt azərbaycanlı kibertəhlükəsizlik mütəxəssislərinin qlobal kibertəhlükəsizlik ekosistemində peşəkar bacarıqlarının göstəricisi kimi dəyərləndirilib.
 
MISP kibertəhlükələrə dair məlumatların paylaşılması, saxlanılması və təhlili üçün beynəlxalq səviyyədə geniş istifadə olunan açıq mənbəli platformadır. Sistemdən müxtəlif ölkələrin dövlət qurumları, CERT komandaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadə edirlər.

55 yaşlı Xalq artistinin geyimi müzakirə yaratdı - <span style="color: #ff0000;">VİDEO</span>

Xalq artisti Aygün Kazımova geyim tərzi ilə gündəmə gəlib.

Məkanlarından birində səhnəyə çıxan ifaçı geyimində ağ və qara rənglərdən istifadə edib.

Müğənni qısa şort və büsqalterin üzərindən pencək geyinib. O, görüntünü uzun çəkmə və əlcəklərlə tamamlayıb.

55 yaşlı Xalq artistinin geyim seçimi sosial mediada müzakirələrə səbəb olub. /yenisabah/

Avropa Azərbaycandan asılılığa doğru gedir? - <span style="color: #ff0000;">Yeni enerji reallığının anatomiyası</span>

İtaliyanın Baş naziri Corcia Meloninin Bakıya səfəri ilk baxışda adi diplomatik hadisə kimi görünə bilər. Amma bu səfərin mahiyyətinə diqqətlə baxanda aydın olur ki, burada söhbət təkcə iki ölkə arasındakı münasibətlərdən getmir. Bu, əslində Avropanın enerji siyasətində baş verən böyük dönüşün bir fraqmentidir.

Son illərdə dünya sürətlə dəyişir. Xüsusilə 2022-ci ildən sonra, Rusiya–Ukrayna müharibəsinin başlanması ilə Avropanın enerji sistemi ciddi sarsıntı yaşadı. Onilliklər boyu qurulmuş enerji balansı bir anda riskə çevrildi. Rusiya qazı artıq təkcə iqtisadi resurs deyil, siyasi təzyiq aləti kimi qəbul olunmağa başladı. Bu isə Avropanı alternativ axtarışına məcbur etdi.

Məhz bu məqamda Azərbaycan ön plana çıxdı.

Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı yeni deyil. Bu münasibətlər 1990-cı illərdən başlayaraq sistemli şəkildə qurulub və illər keçdikcə dərinləşib. İtaliya bu prosesdə xüsusi yer tutur. Uzun müddətdir ki, Azərbaycan neft və qazının əsas istiqamətlərindən biri məhz bu ölkədir. Bu əlaqələr təkcə ticarət deyil, artıq qarşılıqlı iqtisadi və siyasi maraqlar üzərində qurulan strateji tərəfdaşlığa çevrilib.

Meloninin Bakıya səfəri bu tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərdi. Artıq tərəflər münasibətləri epizodik əməkdaşlıqdan çıxarıb daimi siyasi koordinasiya mexanizminə çevirmək niyyətindədir. Bu isə o deməkdir ki, İtaliya və Azərbaycan gələcək enerji, təhlükəsizlik və iqtisadi qərarlarını daha sıx əlaqələndirəcək.

Bu münasibətlərin mərkəzində isə enerji dayanır.

Azərbaycan son illərdə qaz ixracını əhəmiyyətli dərəcədə artırıb. Bu qazın böyük hissəsi Avropaya, xüsusilə də İtaliyaya yönəlir. Təkcə bir fakt kifayətdir ki, Azərbaycanın ixrac etdiyi qaz İtaliyanın ümumi tələbatının mühüm hissəsini təmin edir. Bu, artıq sadə ticarət əlaqəsi deyil — bu, enerji təhlükəsizliyi məsələsidir.

Trans-Adriatik Boru Kəməri bu prosesin əsas dayaqlarından biridir. Bu xətt Xəzər qazını Avropanın cənubuna çatdıran strateji marşrutdur. Onun genişləndirilməsi planları isə Azərbaycanın rolunun gələcəkdə daha da artacağını göstərir.

Burada ən maraqlı və eyni zamanda ən həssas məqam başlayır.

Avropa uzun illər Rusiya qazından asılı idi. Bu asılılıq indi zəiflədilir. Amma onun yerini dolduran yeni mənbələr də eyni zamanda yeni asılılıqlar yaradır. Bu, geopolitikanın dəyişməz qanunudur. Enerji axınları dəyişdikcə təsir mərkəzləri də dəyişir.

Azərbaycan məhz bu dəyişikliklərin mərkəzinə daxil olur.

Bu gün Azərbaycan qazı artıq təkcə İtaliyaya yox, Yunanıstan, Bolqarıstan və digər Avropa ölkələrinə də çatdırılır. Bu isə o deməkdir ki, Azərbaycan təkcə bir ölkənin deyil, bütövlükdə regionun enerji balansına təsir edən aktora çevrilir.

Bu proses təkcə iqtisadi deyil.

Enerji üzərindən qurulan münasibətlər zamanla siyasi təsirə çevrilir. Tarix bunu dəfələrlə sübut edib. Rusiya bu alətdən uzun illər istifadə edib. İndi isə Avropa yeni enerji tərəfdaşları ilə işləyərkən eyni mexanizmin başqa formada yaranmasının şahidi olur.

Azərbaycan isə bu boşluğu dolduran ölkələrdən biridir.

Amma bu, birtərəfli proses deyil. Azərbaycan da bu əməkdaşlıqdan strateji qazanc əldə edir. Avropa bazarına çıxış onun iqtisadi imkanlarını genişləndirir, siyasi çəkisini artırır və onu regiondan kənarda da təsir gücünə malik oyunçuya çevirir.

Məhz buna görə Meloninin səfəri sadəcə iki ölkə arasında imzalanan sənədlərlə ölçülə bilməz. Bu səfər Avropanın yeni enerji xəritəsinin formalaşmasının bir mərhələsidir.

Bu xəritədə isə Azərbaycan getdikcə daha mərkəzi mövqe tutur.

Ən vacib nəticə isə budur: məsələ təkcə İtaliya ilə münasibətlərdən getmir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində sistemli və əvəzolunmaz rol oynamağa başlayıb. Xəzər qazı Avropanın alternativ enerji strategiyasının əsas sütunlarından birinə çevrilir.

Bu isə o deməkdir ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil. O, Avropa ilə Asiya arasında enerji körpüsü rolunu oynayan, yeni geopolitik reallığın formalaşmasında iştirak edən bir güc mərkəzinə çevrilir. Və bu proses hələ başlanğıcdır.

Elbəyi Həsənli, Sürix

Magistraturaya qəbul olmaq istəyənlərin <span style="color: #ff0000;">NƏZƏRİNƏ!</span>

14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak etmək üçün bakalavrların ərizə qəbulu başlayıb. Proses 23 may saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək.

Qeydiyyat linki: https://eservices.dim.gov.az/erizemag/erize

İmtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.

Qeyd 1: 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Qeyd 2: Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.

 

13 mindən çox şəxs yaşa görə əmək pensiyasına çıxıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 13 348 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
 
Moderator.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
 
Məlumata görə, onların 60,5 %-ni kişilər, 39,5 %-ni isə qadınlar təşkil edib.
 

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda sahibkarlarla görüşüb - <span style="color: #ff0000;">FOTO</span>

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Naxçıvanda görüş təşkil edib. Ordubad Elektrik Şəbəkəsinin (EŞ) binasında keçirilən görüşə 30-dək sahibkar və yerli sakin qatılıb.
 
Moderator.az xəbər verir ki, tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov, Ordubad  Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşadət Orucov iştirak edib.
 
Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir.  
 
Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.
 
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.
 
“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşlər keçirir. Fermer və sahibkarların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Görülən bütün işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Azərbaycanlı biznesmen və xanımına <span style="color: #ff0000;">dələduzluq İTTİHAMI</span>

Rusiya prokurorluğu azərbaycanlı iş adamı Şahlar Novruzov və xanımını dələduzluqda ittiham edir.
 
Moderator.az Lent.az-a istinadla bildirir ki, Krasnodarda iş adamı Şahlar Novruzov barəsində məhkəmə prosesi başlayıb. Prokurorluq onu “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin payları ilə bağlı xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə ittiham edir. Məhkəmə prosesi qapalı keçirilib.
 
İstintaqın versiyasına görə, Novruzov 2014-cü ildə müəssisəni “Vonixel Limited” adlı ofşor şirkətə satıb. İddiaya görə, lakin 10 il sonra liman üzərində nəzarəti yenidən ələ keçirmək qərarına gələrək saxta boşanma prosesi təşkil edib. Bu prosesdə onun həyat yoldaşı rolunu oynayan qohumu sövdələşmənin ləğv edilməsini tələb edib.
 
Krasnodar Vilayət Məhkəməsi Şahlar Novruzovla yanaşı və Leyla Hacıyevanı da məsuliyyətə cəlb edib.
 
Şahlar Novruzov “Kafe Starıy Baku” MMC və “Dar Frut” MMC-nin direktoru vəzifələrində çalışıb. Bundan başqa, iş adamı “Tuapse Dəniz Kommersiya Limanı” (TMKL), “TMKL Müəssisəsi” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinə sahib olub. Tuapsedə yerləşən liman müəssisələri vasitəsilə Rusiyanın cənubuna idxal olunan meyvə və tərəvəzlərin əhəmiyyətli hissəsi daşınır.
 
 
Tuapse limanı
 
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Novruzov və Hacıyevaya qarşı cinayət işi TMKL şirkətinin sahibinin dəyişdirilməsi ilə bağlıdır.
 
2014-cü ilin oktyabrında Şahlar Novruzov Oleq Basindən “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100 faiz payını alıb. İttihama görə, həmin ilin dekabrında isə bu payları Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkətinə verib. Əvəzində Novruzov “Vonixel Limited”in səhmlərini əldə edib. Beləliklə, Tuapsedəki dəniz aşırma terminalına nəzarət xarici sahiblərin əlinə keçib.
 
2022-ci ildə Britaniyanın asılı ərazisi olan Britaniya Vircin adaları Rusiya üçün “dost olmayan ölkələr” siyahısına daxil edilib. İttiham tərəfinin fikrincə, məhz bu dövrdə Şahlar Novruzovun biznesi yenidən öz nəzarətinə qaytarmaq və Rusiya nəzarət orqanlarının diqqətindən yayındırmaq ideyası yaranıb.
 
İstintaq materiallarında bildirilir ki, planı həyata keçirmək üçün Novruzov qohumu Leyla Hacıyevanı özünü onun həyat yoldaşı kimi təqdim etməyə razı salıb. İttihama görə, onların hesablaması qanundakı bir normaya əsaslanırdı: həyat yoldaşlarından biri razılığı olmadan bağlanmış müqaviləni etibarsız saydıra bilər.
 
2024-cü ilin fevralında Leyla Hacıyeva Krasnodarın Prikuban rayon məhkəməsinə boşanma ərizəsi, həmçinin TMKL şirkətinin 100 faiz payının “Vonixel Limited” ofşoruna verilməsi ilə bağlı müqavilənin etibarsız sayılması tələbi ilə müraciət edib.
 
Hacıyeva məhkəməyə 2014-cü ildə Azərbaycanda bağlandığı göstərilən nikah haqqında şəhadətnamənin surətini təqdim edib. Lakin həmin vaxt Tuapsedəki liman obyektləri ətrafındakı hadisələr artıq Rusiya hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Onlar Şahlar Novruzov və Leyla Hacıyeva arasında əslində nikahın bağlanmadığı barədə məlumat əldə ediblər.
 
2025-ci ilin martında dələduzluğa cəhd faktı üzrə cinayət işi açılıb. Şahlar Novruzov həbs olunub və hazırda da həbsdə saxlanılır.
 
Məlumata görə, biznesmen və qadın özlərini təqsirli hesab etmirlər. Onlar nikahın saxta olmasının sübuta yetirilmədiyini bildirirlər. TMKL paylarını mənimsəməyə cəhd ittihamına gəlincə isə, Şahlar Novruzovun müdafiə tərəfi Tuapse limanındakı bütün aktiv əməliyyatlarının qanuni olduğunu deyir.
 
2025-ci ilin noyabrında Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Şahlar Novruzova məxsus əmlakın, o cümlədən “Tuapse Dəniz Kommersiya Limanı”, “TMKL Müəssisəsi”, “Dar Frut” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinin Rusiya dövlətinin gəlirinə keçirilməsi barədə qərar çıxarıb.
 
Məhkəmə belə qənaətə gəlib ki, mübahisəli aktivlər “Müdafiə və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan təsərrüfat cəmiyyətlərinə xarici investisiyaların qoyulması qaydası haqqında” qanunun pozulması ilə əldə olunub. Belə ki, həmin sövdələşmələr Rusiya hökuməti ilə razılaşdırılmayıb.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başladı

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanıldı.
 
Moderator.az xəbər verir ki, müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
 
Belə ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.
 
Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
 
 

Xırdalanın mərkəzi yolundakı vəziyyətlə bağlı rəsmi açıqlama – <span style="color: #ff0000;">VİDEO</span>

Xırdalan şəhərinin küçə və prospektlərində asfalt örtüyünün yararsız hala düşməsi, çala-çuxurların çoxluğu barədə tez-tez məlumatlar yayılır.
 
Moderator.az xəbər verir ki, bloqer Saleh Nəsirov video paylaşaraq şəhərin mərkəzi parkının qarşısındakı yolun da yararsız hala düşdüyünü bildirib.
 
Görüntülərdən məlum olur ki, asfalt örtüyündə bir neçə yerdə dərin çalalar yaranıb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
 
Yayılan kadrlarla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, ərazidə carı təmir işləri görüləcək: “Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon ərazisində abadlıq və quruculuq işləri daim diqqət mərkəzində saxlanılır. Belə ki, küçə və yollara asfalt örtüyünün çəkilməsi, piyada səkilərinin qurulması, küçələrin işıqlandırılması və abad məhəllələrin salınması istiqamətində mütəmadi işlər görülməkdədir. 2024-cü il ərzində Xırdalan şəhər İƏD-nin büdcəsində abadlıq məqsədilə ayrılmış vəsait hesabına 24 küçədə ümumilikdə 83,000 m²-dən çox asfalt örtüyü çəkilib, eləcə də 2025-ci il üçün isə 83,500 m² sahədə asfaltlanma işləri aparılıb.
 
Həmçinin bildiririk ki, 2026-cı il üçün Xırdalan şəhər İƏD-i tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq müvafiq küçə və yollarda eləcə də Heydər Əliyev prospektində cari təmir işlərinin aparılması nəzərdə tutulub”. /qafqazinfo/

 

Donald Trampın keçmiş gəlinində xərçəng aşkar edildi

ABŞ Prezidenti Donald Trampın böyük oğlunun keçmiş həyat yoldaşı Vanessa Tramp onda döş xərçəngi aşkarlandığını elan edib.
 
Bu barədə "Daily Mail" məlumat yayıb. Qolf dünyasının əfsanəsi Tayger Vudsla sevgi münasibətində olan beş uşaq anası çərşənbə günü "Instagram" hesabında etdiyi paylaşımda bu həftə xüsusi bir prosedurdan keçdiyini etiraf edib.
 
"Səhhətimlə bağlı bəzi şəxsi məlumatları bölüşmək istəyirəm. Bir müddət öncə mənə döş xərçəngi diaqnozu qoyulub. Bu heç kimin gözləmədiyi bir xəbər olsa da, tibbi komandamla müalicə prosesi üzərində yaxından əməkdaşlıq edirəm. Ailəmin, övladlarımın və mənə ən yaxın olan insanların sevgisi və dəstəyi ilə əhatə olunmuşam, diqqətimi cəmləyərək ümidimi itirmirəm. Göstərdiyiniz şəfqət və dəstəyə görə hər birinizə təşəkkür edirəm, bu mənim üçün sözlə ifadə edə bilməyəcəyim qədər dəyərlidir", - deyə o qeyd edib.
 
Böyük qızı Kay "Instagram" hesabında anası ilə birgə çəkilmiş fotosunu paylaşaraq, "Tanıdığım ən güclü insan. Səni sevirəm" sözlərini yazıb.
 
"Daily Mail" nəşri qeyd edir ki, ailə üzvləri arasında sosial şəbəkədə Vanessa Trampa ilk dəstək verən məhz keçmiş baldızı İvanka Tramp olub. O, Vanessanın paylaşımına rəy yazaraq, "Güclü olmağın və tezliklə sağalmağın üçün dua edirəm. Səni sevirəm, ana" sözlərini qeyd edib. /oxu.az/
 

Keçmiş batalyon komandiri vəfat etdi - <span style="color: #ff0000;">FOTO</span>

Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.
 
Moderator.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
 
Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı "Qaragöl" batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Özü isə Ağdam istiqamətində ağır yaralanıb.
 
Ə.Hüsiyev sonrakı illərdə Daxili Qoşunların Baş idarəsi və hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb.

<span style="color: #ff0000;">Mövsümün son turunun oyunlarına hakim təyinatları açıqlandı</span>

Misli Premyer Liqasında mövsümün sonuncu - XXXIII turuna təyinatlar açıqlanıb.

Moderator.az AFFA-ya istinadən xəbər verir ki, "Turan Tovuz" - "Sabah" matçı Rauf Cabarova tapşırılıb.

"Araz-Naxçıvan" - "Zirə" görüşündə Əkbər Əhmədov iş başında olacaq.

Misli Premyer Liqası

III dövrə, XXXIII tur

21 may

18:30. "Qəbələ" – "Şamaxı"

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Ramil Diniyev.

Qəbələ şəhər stadionu

22 may

17:00. "Turan Tovuz" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

"Bank Respublika Arena"

19:30. "Sumqayıt" – "Qarabağ"

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.

VAR: Fərid Hacıyev.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Ceyhun Haşımov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

23 may

15:00. "Kəpəz" – "Neftçi"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. "Araz-Naxçıvan" – "Zirə"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam M.əmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: İmanxan Sultani.

"SOCAR Polymer Arena"

24 may

16:00. "İmişli" – "Karvan-Yevlax"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

II və III qruplar üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.

İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

İmtahan saat 10:00-da başlanır.

II ixtisas qrupu üzrə imtahanda 28507, III ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla, ümumilikdə 56847 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu gün futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.
 
Moderator.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la "Neftçi" İK üz-üzə gələcək.
 
Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.
 
Azərbaycan Kuboku
Final
21 may
 
16:00. "Araz-Naxçıvan" – "Neftçi İK"
 
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
 
Ehtiyat hakim: İmran Məhərrəmov.
 
Hakim-inspektor: Əfqan Həmzəyev.
 
Bakı İdman Sarayı
 
İndiyədək "Neftçi" İK 7, "Araz-Naxçıvan" isə 6 dəfə ölkə kubokunun qalibi olub.
 
Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.
 

"Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarını həyata keçirir" -<span style="color: #ff0000;"> Emin Hüseynov</span>

"Bu çağırış böhrandan sonra təkcə şəhərləri deyil, həm də həyatları, icmaları və ümidləri necə yenidən qurmaqla bağlıdır. Azərbaycan üçün bu tamamilə şəxsi bir məsələdir. Təxminən 30 il ərzində məcburi köçkünlər bir gün öz evlərinə və icmalarına qayıtmaq ümidi ilə yaşayıblar. Azad edilmiş ərazilərdəki bütöv şəhərlər, kəndlər dağıdılıb. Bəzi rayonlarda dağıntıların miqyası o qədər böyük idi ki, arxada xarabalığa çevrilmiş şəhər mənzərələri və çökmüş mənzil sistemləri qalıb".
 
Moderator.az xəbər verir ki, bunu bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.
 
O bildirib ki, lakin yenidənqurma yalnız kərpic və betondan ibarət deyil: "Bərpa o zaman başlayır ki, insanlar öz doğma yurdunda gələcəyi yenidən təsəvvür edə bilirlər. Bu, "aidolma hissi" adlanır.
 
Bu gün Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir. Bərpa və yenidənqurma işlərinə böyük maliyyə vəsaitləri ayrılıb. Mənim təmsil etdiyim Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndləri davamlılıq, inklüzivlik və dayanıqlılıq kimi uzunmüddətli baxışa əsaslanaraq tam təməldən yenidən qururuq".
 

Allaha doğru aparan <span style="color: #ff0000;">10 yol-prinsip...</span>

 
"De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Həqiqətən, Allah çox bağışlayandır, mərhəmətlidir." (Quran, Ali İmran surəsi, ayə 31)"
 
"Əməllərinizə qaşı diqqətli olun. Allahı tez-tez xatırlayın. Allahı tez-tez xatırlayanlar heç vaxt Allahı razı salmayan bir şeyi qəlblərinə buraxmazlar..." 
 
"Allahın iradəsi qarşısında acizliyinizi qəbul edin. Bu, ibadətə laqeyd yanaşmaq və ya hərəkətdə tənbəllik demək deyil. Bu, insanın Uca Allahın dəstəyi və iradəsi olmadan heç nəyə nail ola bilməyəcəyini anlaması deməkdir..."
 
Moderator.az bir sıra oxucuların bu mövzuya marağını nəzərə alaraq "İslam-today" nəşrində dərc edilmiş "Allaha doğru aparan 10 yol" adlı məqalənin tərcüməsini nəzərizə çatdırır:
 
Bu məqalədə Uca Allaha gedən yollar və möminin öz yolunu tapmasına nələrin kömək etdiyi müzakirə olunacaq.
 
Prinsip 1:
 
Səmimi, sarsılmaz niyyət. Peyğımbərimiz Məhəmməd əleyhissəlam  buyurur: 
 
"Əməllər yalnız niyyətlərlə ölçülür və hər bir insan yalnız niyyət etdiyi şeyləri alacaq." (Müslim) 
 
Allahın əmrlərinə ciddi şəkildə əməl etmək və Onun rizası üçün günahdan çəkinmək qətiyyət tələb edir və heç bir səbəb möminin qətiyyətini sarsıtmamalıdır...
 
Prinsip 2:
 
Bütün əməllər yalnız Allah rizası üçün edilməlidir. Allah Rəsulu (s.a.s) buyurur: 
 
"...Allaha sanki Onu görürmüş kimi ibadət edin və əgər Onu görmürüsünüzsə, Onun gerçəkdən sizi gördüyünü unutmayın." (Müslim) 
 
Yalnız Allah rizası üçün edilən əməllərin əlaməti yalnız Haqqı qəbul etmək və Haqqdan başqa hər şeyi boş və keçici hesab etməkdir. 
 
Allahın Elçisi (s.a.s) buyurur: 
 
"Dinar və dirhəm sahibi olan şəxs çətinliyə düşsün..." (Buxari). 
 
Mömin də şübhəli şeylərdən çəkinməlidir. Məhəmməd Peyğəmbər(s.a.s) buyurur: 
 
"Şübhəniz olmayan şeylər üçün şübhəli şeylərdən imtina edin..." (Tirmizi, Nəsai)
 
Prinsip 3:
 
Mömin istəklərini şəriətlə tarazlaşdırmalıdır. Çətinlik və sınaq anlarında, ehtiraslarınızla mübarizə apardığınız zaman səbirli olun və günah əməllərdən və zövqlərdən çəkinin. Bunu müntəzəm olaraq tətbiq edən şəxs yuxuda belə oyaq olacaq, insanlar arasında belə tək qalacaq, ictimaiyyətlə ünsiyyətdə olduqda belə, susacaq və ictimaiyyətin onu təriflədiyi anlarda belə, təvazökar qalacaq bir vəziyyətə çatır.
 
Prinsip 4:
 
Əməllərinizi Allah Rəsulunun (s.a.s) əməlləri ilə uyğunlaşdırın. Bu, möminin öz əməllərinə görə məsuliyyət daşımasına kömək edəcək. Özünü yeganə ağası hesab edən insan uğur qazana bilməz...
 
Prinsip 5:
 
Daha çox şeyə can atın və yolunuzda ləng olmayın. Bu günün işlərini sabaha qoymayın, çünki bütün işlərimiz bir-biri ilə bağlıdır. Aşağı məqamla kifayətlənməyin, çünki yüksək məqamdan məhrum olacaqsınız.
 
Prinsip 6:
 
Allahın iradəsi qarşısında acizliyinizi qəbul edin. Bu, ibadətə laqeyd yanaşmaq və ya hərəkətdə tənbəllik demək deyil. Bu, insanın Uca Allahın dəstəyi və iradəsi olmadan heç nəyə nail ola bilməyəcəyini anlaması deməkdir. Bu şüur, həmçinin başqalarına hörmət və ehtiramla özünü göstərir, çünki insanlar Allaha gedən yolda bir-birinin köməkçiləridir.
 
Prinsip 7:
 
Möminin Qorxu və Ümid Arasındakı Qurtuluşu... 
 
Mömin,  Qiyamət günü onları görənə qədər əməllərinin Allah tərəfindən qəbul edildiyinə tam əmin olmamalıdır. Lakin mömin ümidli olmalıdır, çünki Uca Allah Səxavətli və Şəfqətlidir.
 
Prinsip 8:
 
Dini təcrübədə daimi olun. 
 
Daimi dini təcrübə Allahdan dəstək mənbəyidir. Yorulmaz təcrübə sayəsində mömin başqalarının hüquqlarına daha çox məsuliyyət daşıyır. Ardıcıl təcrübə mömini daha şüurlu ibadətə və Allahın razılığına aparır...
 
Prinsip 9:
 
Əməllərinizə qaşı diqqətli olun. Allahı tez-tez xatırlayın. Allahı tez-tez xatırlayanlar heç vaxt Allahı razı salmayan bir şeyi qəlblərinə buraxmazlar.  
 
Möminin başqaları ilə münasibətləri onun xarakterinin əksidir. Allah Rəsulu(s.ə.s.) müsəlmanlara bu duanı öyrədib: 
 
"Ey Allahım, məni kamil yaratdın, xarakterimi də kamilləşdir." (Əhməd)
 
Prinsip 10:
 
Nə etdiyinizi anlayın. Mömin hər an nə etdiyinin fərqində olmalıdır. Bu həm xarici, həm də daxili təzahürlərə aiddir. Allaha və Onun Elçisinə ibadət etməyə borclu olmadığını iddia edən hər kəs yolunu azmışdır. Uca Allah buyurur: 
 
"De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Həqiqətən, Allah çox bağışlayandır, mərhəmətlidir." (Quran, Ali İmran surəsi, ayə 31)"
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın

Türkiyədə daha 25 məşhur saxlanıldı - <span style="color: #ff0000;">SİYAHI</span>

İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində 25 şübhəli barəsində saxlanılma qərarı verilib, onların 14-ü saxlanılıb.
 
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqında yeni əməliyyat keçirilib. Saxlanılan şəxslər arasında Mabel Matiz, Feyza Civelek, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı və digər tanınmışlar var.
 
İstintaqa görə, məşhur şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiklərinə dair məlumatlar, rəqəmsal materiallar, eləcə də digər sübutlar araşdırılıb. Bunun əsasında İstanbul və Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.
 
Saxlanılma qərarı verilən məşhurlar bunlardır:
 
Serenay Sarıkaya
Berkay Şahin
Tan Taşcı
Yağmur Ünal
Mirgün Sırrı Cabas
Hakan Aydın (Blok 3)
Mabel Matiz (Fatih Karaca)
Feyza Civelek
Niran Ünsal
Volkan Bahçekapalı
Onur Tuna
Osman Haktan Canevi
Aslıhan Turanlı
Eren Kesimer
Kübra İmren Siyahdemir
Mehmet Rahşan
Cansu Tekin
Özgür Deniz Cellat
Yasemin İkbal
Tarık Tunca Bakır
Hanzede Gürkanlar
Aycan Yağcı
Tuğçe Postoğlu
Eda Dora
Semiha Bezek.

Zaqatalanın bəzi əraziləri susuz qalıb -<span style="color: #ff0000;"> FOTO</span>

Zaqatala rayonunun Qazangül ərazisində, Şimal qərb massivində və Sahil küçəsində su təchizatı müvəqqəti dayandırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi (SMSİİ) məlumat yayıb.
 
Bildirilib ki, su təchizatının dayandırılması Zaqatala şəhəri, Sahil küçəsində su xəttində baş vermiş qəzanın təmir edilməsi ilə əlaqədardır.
 
Qeyd olunan ərazilərə suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra gün ərzində təmin ediləcəkdir.

SON DƏQİQƏ! Bu tapıntı ölkələri HƏRƏKƏTƏ KEÇİRDİ

Okeanların dərinliklərində yerləşən və “od buz” adlandırılan sirli formasiya yenidən alimlərin diqqət mərkəzinə düşüb. İlk baxışda adi buz kimi görünən bu maddə, əslində, yüksək təzyiq altında sıxılmış böyük miqdarda metan qazı ehtiva edir. Mütəxəssislərin fikrincə, bu həm nəhəng enerji mənbəyi, həm də potensial iqlim təhlükəsi hesab olunur.
 
Elmi adı “metan hidrat” olan bu formalar əsasən materik şelflərinin dərin hissələrində və donmuş permafrost ərazilərində yaranır. Çox aşağı temperatur və son dərəcə yüksək təzyiq altında formalaşan kristal quruluş metan qazını buzun içində saxlayır. Lakin səthə çıxarıldıqda maraqlı bir hadisə baş verir: buz əridikcə içindəki metan qazı alışa bilir. Buna görə tədqiqatçılar uzun illərdir bu quruluşu “yanan buz” və ya “od buz” adlandırırlar.
 
Tədqiqatçılara görə, metan hidratların ən diqqətçəkən tərəflərindən biri onların Yer üzündəki ən böyük təbii metan anbarlarından biri olmasıdır. Bəzi hesablamalara görə, okean dibində trilyonlarla kubmetr metan qazı mövcuddur.
 
Lakin mütəxəssislər hesab edir ki, iqlim dəyişikliyi səbəbindən dəniz sularının temperaturunun artması bu strukturları qeyri-sabit hala gətirə bilər. Çünki “od buz” əriməyə başlayanda içindəki metan qazı sərbəst buraxıla bilər. Metan isə karbon qazı ilə müqayisədə daha güclü istixana effekti yaradan qazlardan biri sayılır.
 
Newcastle University rəhbərliyi ilə aparılan araşdırmalarda okean dibindəki bəzi qədim metan sızması izlərinin iqlimlə bağlı ərimələrlə əlaqəli ola biləcəyi bildirilib. Tədqiqatçılar hesab edir ki, keçmişdə dəniz dibində yaranan nəhəng kraterlər metan çıxışları nəticəsində formalaşmış ola bilər.
 
Bəzi ölkələr isə metan hidratları gələcəyin enerji mənbəyi kimi qiymətləndirir. Xüsusilə Japan və China kimi enerji idxalından asılı olan dövlətlər illərdir dəniz dibindəki bu ehtiyatları çıxarmaq üçün araşdırmalar aparırlar.
 
Mütəxəssislərə görə, metan hidrat ehtiyatları nəzəri baxımdan dünyanın enerji tələbatının böyük hissəsini qarşılaya biləcək potensiala malikdir. Lakin onların çıxarılmasının texniki baxımdan çətin və ekoloji cəhətdən riskli olduğu vurğulanır.
 
Bildirilir ki, okean dibindəki yüksək təzyiq balansı pozulduqda ani qaz çıxışları baş verə bilər və bu da dəniz dibi sürüşmələrinə səbəb ola bilər. Bəzi araşdırmalar keçmişdə baş vermiş böyük sualtı sürüşmələrin metan hidratların əriməsi ilə əlaqəli ola biləcəyini irəli sürür.
 
Alimlər hazırda həm enerji potensialı, həm də iqlimə mümkün təsirləri səbəbilə “od buz” formalarını daha ətraflı şəkildə araşdırmağa çalışırlar. Xüsusilə Arktika bölgələri və dərin okean dibləri yeni tədqiqatların əsas mərkəzləri hesab olunur. /Musavat.com/
 

ADU-nun 1-ci kurs tələbəsi faciəvi şəkildə öldü

Azərbaycan Dillər Universitetinin tələbəsi vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
 
Bildirilib ki, ali təhsil müəssisəsinin Filologiya fakültəsinin I kurs tələbəsi Hacıyeva Nərgiz İgid qızı faciəvi şəkildə həyatını itirib.
 
Onun ölümünün təfərrüatı barədə məlumat verilməyib.
 

Avtomobildəki batıqlar rəng vurmadan belə düzəlir -<span style="color: #ff0000;"> VİDEO</span>

Avtomobilin üzərindəki kiçik batıq bəzən detalın rənglənməsi, hətta dəyişdirilməsi ilə nəticələnir. Amma boya qopmayıbsa, bir çox hallarda həmin əzikləri rənglənmədən düzəltmək mümkündür.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, sürücülər arasında "bezkraska" kimi tanınan bu üsul avtomobilin zavod boyasını qorumağa imkan verir. Qiymət isə zədənin yerindən, dərinliyindən və işin çətinliyindən asılı olaraq dəyişir.
 
 Bu işin əsas məqsədi avtomobildəki əzik və batıqları rəngsiz düzəltməkdir. Yəni detalın üzərinə üzlük vurulmur, əlavə boya çəkilmir.
 
Bu üsul xüsusilə avtomobilini zavod boyasında saxlamaq istəyənlər üçün önəmlidir. Çünki rənglənmiş detal sonradan maşının satış qiymətinə də təsir edə bilər. Ona görə boya qopmayıbsa və metal ciddi zədələnməyibsə, bir çox sürücü əvvəlcə rəngsiz əzik düzəltmə ustasına müraciət edir.
 
Rəngsiz bərpa təkcə bir-iki batığa aid deyil. Dolu nəticəsində yaranan çoxsaylı zədələr də bu üsulla düzəldilə bilər.
 
Ustalar bu işi xüsusi avadanlıqlarla görürlər. Bəzi batıqlar arxadan itələnir, bəziləri isə səthə zərər vermədən dartılır.
 
Amma hər əziyi rəngsiz düzəltmək mümkün deyil. Boya qopubsa, metal kəskin bükülübsə və ya detal əvvəl rənglənibsə, nəticə istənilən kimi alınmaya bilər. Buna görə zədə əvvəlcə usta tərəfindən yoxlanılmalı, sonra uyğun təmir üsulu seçilməlidir.
 
Usta Taryel Babayev deyib ki, sözügedən prosesin icra edilməsi 20-1000 manat arasında dəyişir.  

“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - <span style="color: #ff0000;">Xalq artistindən İTTİHAM</span>

“Hava bir tərəfdən, kinonun vəziyyəti bir tərəfdən, cavan uşaqların qeyri-etik hərəkətləri bir tərəfdən mənim sağlamlığıma ziyan vurur. Cavanlar başlarından böyük danışırlar. Ortalıqda heç bir xidmətləri yoxdur, amma “basıb-bağlayırlar”. Böyük-kiçik, ədəb-ərkan qaydalarını gözləmirlər. Ötən həftələrdə kino ittifaqında iclas keçirilirdi. Siz oradakı bəzi gəncləri görərdiniz. Kinoda xidməti olan, şəxsiyyət kimi formalaşan, söz sahibi olan insanlardan söhbət gedə bilər. Hərəsi bir diplom alıb, qısametrajlı film çəkib sənətdən və sənətkarlıqdan danışırlar. 40, 50, 60 ilin ustadları danışmırlar, gənclər danışır. Etik qaydaları pozurlar. Gənc əvvəl özünü təsiq etməlidir, sonra danışmalıdır. Dünən dınq edib gəliblər, böyük sənətkarların yanında ədəb-ərkan gözləmədən danışırlar. Rasim müəllim xəstə oldu, kino ittifaqa rəhbərlik edə bilmədi və ora kimlərinsə ümidinə qaldı. Ona görə də belə özbaşnalıq edirlər. Orada çox mübahisəli məsələlər var. Ümid edirəm ki, həll olunacaq və hər kəsə öz yeri göstəriləcək”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib.
O daha sonra Rasim Balayevin məzar üstü abidəsinin aqibətindən də danışıb:
 
“Bütün statuslar onu göstərir ki, dövlət tərəfindən təqdim olunan standart abidələr var. Məndə olan məlumata görə Rasim Balayevin də məzar üstü abidəsi də dövlət tərəfindən qoyulacaq. Ailəsi hər zaman müdaxilə edib, öz mövqeyini bildirə bilər. Mən inanıram ki, Rasim Balayev üçün onun adına və böyük sənətinə uyğun məzar üstü abidə qoyulacaq. Bir çox insan nə istəyir, onu da danışır. Hərənin öz sənətinə uyğun obraz tapılır. Niyazinin, Rəşid Behbudovun, Müslüm Maqomayevin məzarlarını görmüsüz necə obrazlarla hazırlayıblar?!. Rasim Balayevin məzarı da kino ilə bağlı olacaq”.

Bakıda WUF13-ün beşinci günü start götürdü

Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü işə başlayıb.
 
Moderator.az xəbər verir ki, forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
 
Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
 
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
 

İrandan ABŞ-nin hərbi əməliyyatlarla bağlı təklifinə<span style="color: #ff0000;"> REAKSİYA</span>

İran ABŞ-nin hərbi əməliyyatların dayandırılmasına dair irəli sürülən təkliflə bağlı göndərdiyi rəyləri nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Nour News" agentliyi İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadən məlumat yayıb.
 
"İranın təqdim etdiyi 14 bəndlik mətn əsasında dəfələrlə mesaj mübadiləsi aparılıb. Biz Amerika tərəfinin mövqeyinin məzmununu əldə etmişik və hazırda onu təhlil edirik", - deyə o bildirib.
 
Xatırladaq ki, mayın 18-də "Tasnim" agentliyi Pakistanın vasitəçiliyi ilə İranın münaqişənin tənzimlənməsi üzrə 14 bənddən ibarət yeni layihəsinin ABŞ-yə çatdırıldığını xəbər vermişdi. Məlumata əsasən, sənəddə əsas diqqət hərbi toqquşmaların dayandırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi addımlarına yönəldilib. /oxu.az/
 

Hatayda güclü yağış səbəbindən ev çökdü: <span style="color: #ff0000;">Ölən və yaralananlar var</span>

Türkiyənin Hatay bölgəsinin Antakya şəhərində gecə boyu yağan şiddətli leysan yağışları səbəbindən yamacda yerləşən birmərtəbəli fərdi ev çöküb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.
 
Bildirilib ki, dağıntılar altından bir nəfərin cəsədi çıxarıb. Üç nəfər isə xilas edilib. Xəsarət alanlar təcili yardım briqadalarının ilkin müdaxiləsindən sonra xəstəxanaya yerləşdirilib. Müvafiq qurumların ərazidəki yoxlamaları davam edir.
 
Bundan əlavə, rayonun bəzi yolları avtomobillərin hərəkəti üçün bağlanıb.
 

Pakistan ordusunun Baş Qərargah rəisi bu gün Tehrana xüsusi mesaj aparacaq

Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir İran rəhbərliyinə Fars körfəzi bölgəsində vəziyyətin nizamlanması üzrə danışıqlarla bağlı xüsusi mesaj çatdırmaq üçün Tehrana səfər edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Fida Hüseyn Maliki məlumat verib.
 
Onun sözlərinə görə, Pakistan ordusunun Baş Qərargah rəisi bu gün Tehrana gələrək İran rəsmilərinə xüsusi mesaj təqdim edəcək.
 
Mesajın detalları açıqlanmayıb.
 
Qeyd edək ki, mayın 18-də Mohsin Rza Nakvi İran və ABŞ arasında dialoqda vasitəçi ölkənin nümayəndəsi qismində Tehrana səfərini başa vurub. O, bir neçə gün ərzində İran hakimiyyətinin yüksəkvəzifəli nümayəndələri ilə danışıqlar aparıb.
 
Nakvinin İslamabada qayıtmazdan əvvəl son görüşü Abbas Əraqçi ilə olub. Al Arabiyanın məlumatına görə, Pakistan rəsmisi danışıqların nəticələri barədə bütün maraqlı tərəfləri məlumatlandırıb.
 

Bakıda böyük söküntü olacaq?

Eldar Əzizovun açıqlaması ilə Bakı şəhərində köhnə yaşayış fondunun yenilənməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. İcra başçısı tərəfindən köhnə və istismar müddətini başa vurmuş binaların mərhələli şəkildə söküləcəyi ilə bağlı açıqlamalar verilib. Bu proses təkcə memarlıq və şəhərsalma baxımından deyil, həm də sosial və iqtisadi aspektlərə görə geniş maraq doğurur. Əsas suallardan biri isə söküntü işlərinin hansı ərazilərdən başlanacağıdır.
 
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, qəzalı, istismar müddətini başa vurmuş köhnə binaların mərhələli şəkildə sökülməsi yaxın müddətdə baş verməyəcək, proses mərhələli formada həyata keçiriləcək:
 
"Adından da göründüyü kimi, Bakı şəhərinin Baş Planı 2040-a əsasən bu işlər 2040-cı ilə qədər mərhələli şəkildə yekunlaşdırılmalıdır. Bu proses əsasən Yasamal, Nəsimi, qismən Nərimanov, Səbail və digər Bakı rayonlarını əhatə edir.
 
Xruşşovka layihəli, 1950–1980-ci illər arasında inşa edilmiş binalar hazırda istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və ya yaxın perspektivdə qəzalı hala düşməsi ehtimal edilən tikililər sırasındadır.
 
Ümumilikdə, zaman keçdikcə köhnə yaşayış fondu mərhələli şəkildə sökülərək yeni tikililərlə əvəz olunacaq. Hansı ərazinin əvvəl və ya sonra yenilənməsi isə investorların marağı və şəhərin inkişaf planına uyğun olaraq müvafiq icra strukturları tərəfindən müəyyən ediləcək. Bu prosesdə üç əsas mexanizm tətbiq olunur. Birinci halda köhnə binalar sökülür və onların yerində yeni tikililər inşa edilir, həmin binalarda sakinlərə kompensasiya xarakterli mənzillər təklif olunur. İkinci halda isə söküntü aparılmır, ərazidə abadlaşdırma işləri həyata keçirilir və vətəndaşlara pul formasında kompensasiya ödənilir. Bu vəsait vətəndaşlar tərəfindən yeni yaşayış sahələrinin alınmasına sərf oluna bilər. Üçüncü mexanizm isə bu iki yanaşmanın müxtəlif kombinasiyalarını əhatə edir. Ödənişlər ya investor tərəfindən, ya da abadlaşdırma dövlət layihəsi olduqda dövlət büdcəsi hesabına həyata keçirilir. Bütün hallarda kompensasiya bazar dəyəri nəzərə alınmaqla müəyyən edilir".
 
Ekspert deyib ki, köhnə tikililərin bazar dəyərinin qiymətləndirilməsi iki əsas üsulla aparılır:
 
"Nazirlər Kabineti tərəfindən yaradılan müvafiq komissiyalar Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə qiymətləndirmə aparır və kompensasiya məbləğini müəyyənləşdirir. Digər variant isə satınalma mexanizmidir. Bu zaman qiymətləndirmə şirkətləri cəlb olunur və bir kvadratmetrin dəyəri rəqabətli şəkildə formalaşdırılır. Məsələn, Yasamalda bu göstərici təxminən 2700 manat səviyyəsində müəyyən edilib.
 
Prioritet ərazilər əsasən torpaq dəyərinin yüksək olduğu və şəhər sıxlığının daha çox olduğu zonalardır. Buraya Səbail, Yasamal və Nəsimi rayonları, daha sonra isə Nərimanov və Xətai rayonları daxildir. Bu ərazilərdə yeni tikinti layihələrinin icrası daha məqsədəuyğun hesab olunur. Eyni zamanda köhnə tikililərin sıx yerləşdiyi və infrastrukturun inkişafına maneə yaradan binalar da prioritet siyahıya daxil edilir".
 
O bildirib ki, yeni tramvay xətlərinin, metro stansiyalarının inşası, ticarət küçələrinin genişləndirilməsi və şəhər mərkəzində piyada zonalarının yaradılması kimi layihələr də söküntü işlərinin aparılacağı əraziləri müəyyənləşdirir:
 
"Nəticə etibarilə, Bakı şəhərinin Baş Planı 2040-a uyğun olaraq bu proses mərhələli şəkildə, dövlət və investor imkanları çərçivəsində həyata keçiriləcək və şəhərin bütün rayonlarını əhatə edəcək. İlk mərhələdə isə mərkəz və mərkəzə yaxın ərazilərin prioritet təşkil edəcəyi gözlənilir", - o qeyd edib.
 
Qısası, Bakıdakı köhnə "Xruşşovka"lar və qəzalı binalar 2040-cı ilə qədər mərhələli şəkildə söküləcək, sakinlərinə isə bazar qiymətlərinə uyğun nağd pul və ya yeni binalardan mənzillər təklif olunacaq.

Lənkəranda altı mindən çox abonent <span style="color: #ff0000;">İŞIQSIZ QALACAQ</span>

Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.
 
Bildirilib ki, mayın 21-də Lənkəran Elektrik Şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 9 saylı, 10 saylı və ATS hava xətlərindən qidalanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Məlumata görə, saat 10:00-dan 13:00-dək ümumilikdə 6 500 abonent işıqsız qalacaq.
 

Dostu Zelenskini <span style="color: #ff0000;">məhkəməyə verdi...-"İnterfaks-Ukrayna"</span>

İş adamı Timur Mindiç Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı Kassasiya İnzibati Məhkəməsində iddia qaldırıb.
 
Moderator.az-ın "İnterfaks-Ukrayna"ya istinadla verdiyi xəbərdə belə deyilir.
 
Ukrayna Məhkəmə Reyestrinə görə, iddianın daxil olduğu tarix 14 may 2026-cı ildir və iddia belə təqdim edilib: "Ukrayna Prezidentinin 13 noyabr 2025-ci il tarixli 843/2025 nömrəli Fərmanı qanunsuz hesab edilsin və ləğv edilsin".
 
Xəbər verildiyi kimi, 10 noyabr 2025-ci il tarixində Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB-"NABU") və Xüsusi Antikorrupsiya Prokurorluğu (XAP-"SAPO") enerji sektorundakı korrupsiyanı ifşa etmək üçün "Midas" adlı genişmiqyaslı əməliyyat elan etdilər. İştirakçıları dövlət sektorunun strateji müəssisələrinə, xüsusən də  "Energoatom" ASC-yə genişmiqyaslı korrupsiya təsir sxemi quran yüksək səviyyəli cinayətkar təşkilatın fəaliyyəti sənədləşdirilib. "Energoatom" həmin gün şirkətdə istintaq hərəkətlərinin aparıldığını təsdiqləyib.
 
"NABU" tərəfindən qurulan "Midas" sxeminin iştirakçıları arasında Milli Enerji Tənzimləyicisinin ("NEURC") üzvü Sergey Puşkar, iş adamı Timur Mindiç, "Energoatom"un fiziki mühafizə və təhlükəsizlik üzrə keçmiş icraçı direktoru Dmitri Basov və energetika nazirinin keçmiş müşaviri, əvvəllər "SPF"-in sədr müavini İqor Mironiuk var.
 
"NABU" və "SAPO"-ya görə, cinayətkar təşkilatın əsas fəaliyyət istiqaməti "Energoatom"un qarşı tərəflərindən müqavilə dəyərinin 10%-dən 15%-ə qədər məbləğində sistematik şəkildə qeyri-qanuni faydaların alınması idi. Xüsusilə, "Energoatom"-un qarşı tərəfləri göstərilən xidmətlər/göstərilən məhsullar üçün ödənişlərin bloklanmasının və ya təchizatçı statusundan məhrum edilmənin qarşısını almaq üçün "geri ödəmə" şərtlərini qəbul etməyə məcbur edildilər.
 
Nazirlikdə və xüsusən də dövlət şirkətində rəsmi əlaqələrdən istifadə edərək, sonradan energetika nazirinin müşaviri olmuş Dövlət Əmlak Fondunun keçmiş rəis müavini, eləcə də "Energoatom"un fiziki mühafizə və təhlükəsizlik üzrə icraçı direktoru vəzifəsini tutan keçmiş hüquq-mühafizə orqanı əməkdaşı kadr qərarları, satınalma prosesləri və maliyyə axınlarının hərəkəti üzərində nəzarəti təmin edirdi.
 
Mindiç axtarışlardan bir neçə saat əvvəl noyabrın 10-da Ukraynanı tərk edib. Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu, qanuni əsaslarla olub.
 
"NABU" direktoru Semen Krivonos bildirib ki, Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanlarının İsraildə "Kvartal 95" studiyasının həmsahibi, Zelenskinin keçmiş dostu Mindiçin dindirilməsi ilə bağlı heç bir məlumatı yoxdur.
 
S.Laçın

Macərasız yaşaya bilməyən <span style="color: #ff0000;">BÜRCLƏR</span>

Onlar həyatı risk və yeni təcrübələr olmadan təsəvvür edə bilmirlər

Astroloqlar gözlənilməz macəralar üçün sabitlik və rahatlığı asanlıqla dəyişə bilən bir neçə bürc əlaməti müəyyən ediblər. 

Onlar planlarını asanlıqla dəyişir və tərəddüd etmədən yeni təcrübələr axtarışına başlayırlar.

Macəranı ən çox kim sevir?

12-ci yer – Oğlaq

Oğlaqlar nəzarətdədirlər və nadir hallarda tələsik risk götürürlər. Onlar üçün rahatlıq və sabitlik riskdən daha vacibdir. Onlar kortəbii hərəkətlər yerinə sübut olunmuş yolu seçirlər.

11-ci yer – Qız bürcü

Qızlar hər şeyi əvvəlcədən təhlil etməyə və hesablamağa öyrəşiblər. Xaosa və ya gözlənilməzliyə dözə bilmirlər. Hətta boş vaxtlarında belə, bir plana sadiq qalmağa çalışırlar.

10-cu yer – Buğa

Buğa bürcü rahatlığa dəyər verir və rahatlıq zonasından çıxmağı xoşlamır. Lazımsız sarsıntılar olmadan sabit bir həyatdan zövq alırlar. Riskli qərarlar yalnız ekstremal hallarda qəbul edirlər.

9-cu yer - Xərçəng

Xərçəng bürcləri evlərinə və yaxınlarına bağlıdırlar. Macəra arzusunda ola bilərlər, lakin tez-tez kəskin dəyişikliklər etməkdən çəkinirlər. Onlar üçün emosional təhlükəsizlik yeni şeylər yaşamaq fürsətindən daha vacibdir.

8-ci yer - Tərəzi

Tərəzi bürcləri həmişə risk etməyə hazır deyillər. Yeni təcrübələrdən zövq alırlar, lakin qərar verməzdən əvvəl uzun müddət tərəddüd edirlər. Rahatlıq tez-tez yeni bir şey yaşamaq istəyindən üstündür.

7-ci yer - Əqrəb

Əqrəb bürcləri çətin vəziyyətdən və ya güclü emosiyalardan qorxmurlar. Onlar sirli və təhlükəli hər şeyə cəlb olunurlar. Lakin, nadir hallarda impulsiv hərəkət edirlər və adətən gizli bir gündəmləri olur.

Hansı bürclər macərasız yaşaya bilməz?

6-cı yer – Şir

Şir bürcləri canlı hadisələri və diqqəti sevirlər. Əgər bu, onlara motivasiya hiss etməyə kömək edirsə, yeni çətinlikləri məmnuniyyətlə qəbul edirlər. Onların zəngin və emosional həyat sürmələri vacibdir.

5-ci yer – Balıqlar

Balıqlar zəngin təxəyyülə malikdirlər və daim yeni emosiyalar axtarırlar. Onlar qeyri-adi yerlərə, yaradıcı təcrübələrə və gözlənilməz görüşlərə cəlb olunurlar. Onlar asanlıqla həyata etibar edir və tez-tez ürəklərinin səsini eşidirlər.

4-cü yer - Əkizlər

Əkizlər monotonluqdan bezirlər. Onlar daim yeni təcrübələr, yeni tanışlıqlar və macəralar axtarırlar. Dünyaya olan maraqları onları tez-tez kortəbii hərəkətlərə sövq edir.

3-cü yer – Oxatan

Oxatanlar sözün əsl mənasında macəra və yeni kəşflər üçün yaşayırlar. Həyatı böyük bir səyahət kimi gördükləri üçün çətinliklərdən və ya naməlumdan qorxmurlar. Bu bürc canlı emosiyalar və təcrübələr naminə həmişə risk etməyə hazırdır.

2-ci yer – Dolça

Dolçalar rutin şeylərdən nifrət edir və daim yeni bir şey axtarırlar. Onlar planlarını asanlıqla dəyişdirə, qəfil səyahətə çıxa və ya həyatda yeni bir fəsil başlaya bilərlər. Onlar azadlıqdan və naməlumluq hissindən ilhamlanırlar.

1-ci yer – Qoç

Qoçlar sakit otura bilmirlər. Onlar riskli ideyaları qəbul edən və yeni macəraları asanlıqla qəbul edən ilk insanlardır. Onlar həvəssiz və sürprizlərsiz həyatı darıxdırıcı hesab edirlər. /Lent.az/

ABŞ Yaxın Şərqdə lazer silahlı iki esmines yerləşdirdi

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olan Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikada fəaliyyət göstərən iki ABŞ esminesi lazer qurğuları ilə təchiz olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə “The War Zone” portalı məlumat yayıb.
 
Məlumata görə, "USS Spruance" esminesi “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunun tərkibinə daxildir, "USS John Finn" isə Hind okeanında döyüş növbətçiliyi həyata keçirir.
 
Hər iki gəmi pilotsuz uçuş aparatlarını dezorientasiya etmək, eləcə də gəmilər, sualtı qayıqlar, pilotlu hava vasitələri və dronlardakı kəşfiyyat sistemlərinin kamera və sensorlarını sıradan çıxarmaq üçün nəzərdə tutulan ODIN lazer sistemi ilə təchiz edilib.
 
Portalın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri ümumilikdə doqquz gəmidə yönləndirilmiş enerji silahları yerləşdirib.
 

Premyer Liqa:<span style="color: #ff0000;"> Son tura bu gün Qəbələdə start veriləcək</span>

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII – son turun ilk oyunu keçiriləcək.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə “Qəbələ” və “Şamaxı” komandaları üz-üzə gələcək.
 
Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da start götürəcək.
 
Bu oyunların nəticəsindən aslı olmayaraq, aktivində 24 xalı olan Kaxaber Sxadadzenin komandası mövsümü turnir cədvəlinin 11-ci, 38 xalı olan Ayxan Abbasovun kollektivi isə 8-ci pillədə başa vuracaq.
 
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.
 

Avro bahalaşdı, rubl ucuzlaşdı - <span style="color: #ff0000;">MƏZƏNNƏ</span>

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
 
Moderator.az xəbər verir ki, avronun məzənnəsi 0,21 % artaraq 1,9759 manat, 100 Rusiya rublunun məzənnəsi 0,29 % azalaraq 2,3815 manat təşkil edib.
 

Valyuta

Məzənnə

1 ABŞ dolları

1,7000

1 Avro

1,9759

100 Rusiya rublu

2,3815

1 Avstraliya dolları

1,2118

1 Belarus rublu

0,6056

1 BƏƏ dirhəmi

0,4628

100 Cənubi Koreya vonu

0,1130

1 Çexiya kronu

0,0813

1 Çin yuanı

0,2500

1 Danimarka kronu

0,2644

1 Gürcü larisi

0,6364

1 Honq Konq dolları

0,2170

1 Hindistan rupisi

0,0177

1 İngilis funt sterlinqi

2,2835

10 000 İran rialı

-

1 İsveç kronu

0,1821

1 İsveçrə frankı

2,1605

1 İsrail şekeli

0,5856

1 Kanada dolları

1,2352

1 Küveyt dinarı

5,4967

100 Qazaxıstan təngəsi

0,3603

1 Qətər rialı

0,4664

1 Qırğız somu

0,0194

100 Macarıstan forinti

0,5497

1 Moldova leyi

0,0980

1 Norveç kronu

0,1835

100 Özbək somu

0,0141

100 Pakistan rupisi

0,6089

1 Polşa zlotası

0,4651

1 Rumıniya leyi

0,3772

1 Serbiya dinarı

0,0168

1 Sinqapur dolları

1,3291

1 Səudiyyə Ərəbistanı rialı

0,4530

1 SDR (IMF-in xüsusi borcalma hüquqları)

2,3226

Türk lirəsi

0,0373

Türkmənistan manatı

0,4857

Ukrayna Qrivnası

0,0384

Yapon yeni

1,0692

Yeni Zelandiya dolları

0,9968

Qızıl

7716,4275

Gümüş

128,7419

Platin

3301,1450

Palladium

2327,2235

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - <span style="color: #ff0000;">VİDEO</span>

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasında məhsuldar ötürmə müəllifi olub.
 
Moderator.az xəbər verir ki, 22 yaşlı hücumçu "Nyu-York Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda assistlə yadda qalıb.
 
O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.
 
Qarşılaşmaya ilk "11-lik"də başlayan N.Axundzadə 64-cü dəqiqədə əvəzlənib.
 
Xatırladaq ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə üz-üzə gələcək. Azərbaycan millisinin üzvünün komandası ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.


 

Avropada deportasiya ƏMƏLİYYATI: <span style="color: #ff0000;">Yüz minlərlə miqrant geri göndərilir</span>

Avropa İttifaqı (Aİ) miqrasiya siyasətinə yanaşmasını köklü şəkildə dəyişir.

Sığınacaq axtaranların sayı sürətlə azalsa da, deportasiya göstəriciləri son onilliyin rekordlarını qırır. Aİ son bir ildə yarım milyona yaxın sığınacaq üçün müraciət edən şəxsi geri göndərməyə qərar verib.

"Euronews"un araşdırmasına istinadən verilən məlumata görə, son dörd ildə Aİ-yə daxil olan yeni miqrantların sayı davamlı olaraq azalıb. Göstəricilər 5,4 milyon nəfərdən 2024-cü ildə 4,5 milyona düşüb ki, bu da 24%-lik bir azalma deməkdir.

2025-ci ilin statistikası da bu eniş trendini təsdiqləyir. Ötən il cəmi 361 000 nəfər müdafiə statusu alıb ki, bu da son altı ilin ən aşağı göstəricisidir.

Bunun əksinə olaraq, repatriasiya (vətənə geri göndərilmə) qərarlarının sayı sürətlə artır. Ötən il rəsmi qurumlar tərəfindən təxminən yarım milyon belə qərar qəbul edilib. Faktiki olaraq bu insanların yalnız üçdə biri ölkədən çıxarılsa da, 155 000 nəfərlik deportasiya sayı son onilliyin əvvəlindən bəri ən yüksək göstəricidir.

Avropa qaçqınları niyə qovur?

Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner "Europe in Motion" tədbirindəki çıxışı zamanı böyük bir miqrasiya islahatının yekun mərhələsində olduqlarını bəyan edib:

"Bu islahat vasitəsilə biz xarici sərhədlərimizin mühafizəsini gücləndiririk və dünyada ən müasir sərhəd idarəetmə sistemini - giriş/çıxış sistemini tətbiq edirik".

Aİ rəhbərliyi digər ölkələrlə də işbirliyini artırır. Əsas məqsəd qanunsuz sərhəd keçidlərinin qarşısını almaq və insan qaçaqmalçılığı ilə mübarizə aparmaqdır.

2025-ci ildə ölkələrinə ən çox deportasiya edilənlər Türkiyə vətəndaşları olub, onların sayı 13 000 nəfəri ötüb. Növbəti yerlərdə Gürcüstan (10 475 nəfər), Suriya və Albaniya qərarlaşıb.

Hazırda ən sərt miqrasiya siyasəti yürüdən ölkə Almaniyadır. Son bir ildə Berlin 30 000-ə yaxın faktiki deportasiya həyata keçirib. Fransa 15 000, İsveç isə 11 000-dən çox insanı ölkədən çıxarıb. İspaniya 54 000, Niderland isə 32 000 qovulma qərarı verib.

Maraqlıdır ki, ən çox qovulma sənədi imzalayan ölkə məhz Fransadır. Paris 138 000 repatriasiya əmri çıxarıb. Lakin burada bir nüans var: Fransada bu sənədi alanların əksəriyyəti son nəticədə ölkədə qalmağı bacarıb.

Planların reallığa çevrilməməsinə isə bəzən şəxslərin mənşə ölkəsinin müəyyən edilə bilməməsi, səhhətindəki problemlər və ya yetkinlik yaşına çatmayanların statusu mane olur.

Sərhədlərdən geri çevrilənlərin sayında da artım var. 2025-ci ildə 133 000 nəfərin Aİ-yə girişinə qadağa qoyulub. Ən çox rast gəlinən səbəb (hər üç haldan biri) səfərin dəqiq məqsədinin olmamasıdır.

Bu məsələdə Polşa əsas forposta çevrilib. Varşava sərhəddən geri qaytarılan miqrantların sayına görə liderdir - təxminən 30 000 nəfər. Fransa 12 000 göstərici ilə ikinci yerdədir.

Daha 17% insan isə ölkədə qalma müddətini pozduğuna görə içəri buraxılmayıb. Çoxunun etibarlı vizası olmayıb.

Ukraynalı qaçqınları nə gözləyir?

Çexiya ukraynalı qaçqınlara yardım göstərilməsi qaydalarını dəyişməyə hazırlaşır. Müavinət almaq üçün ukraynalılara iş, yaşayış yeri və qeydiyyatla bağlı yeni tələblər qoyula bilər.

İrlandiyada avqust ayından etibarən ukraynalıların pulsuz sığınacaqlardan çıxarılmasına başlanacaq. Hökumət pulsuz yaşayış proqramını genişmiqyaslı şəkildə ixtisar edir.

Kanada isə artıq indidən qaçqınlar üçün bəzi tibbi prosedurları ödənişli edib və ukraynalılara göstərilən pulsuz tibbi yardımın siyahısını azaldıb. /Musavat.com/

Vaxtında təhvil verilməyən mənzillərə görə alıcılar kompensasiya tələb edə bilər? - <span style="color: #ff0000;">AÇIQLAMA</span>

Son illərdə daşınmaz əmlak bazarında tikinti layihələrinin gecikməsi və mənzillərin vaxtında təhvil verilməməsi alıcıların ən ciddi problemlərindən birinə çevrilib. Xüsusilə vətəndaşların illərlə gözlədiyi mənzillərin müxtəlif səbəblərlə istifadəyə hazır vəziyyətə gətirilməməsi həm maddi, həm də psixoloji baxımdan ciddi narahatlıqlar yaradır. 
 
Belə olan halda əsas sual budur: Müqavilə öhdəliklərinin tikinti şirkəti tərəfindən vaxtında yerinə yetirilmədiyi situasiyalarda alıcılar hansı hüquqi müdafiə vasitələrindən istifadə edə bilər, kirayə xərcləri və digər maddi zərərlərin, eləcə də mənəvi ziyanın ödənilməsi hansı hüquqi əsaslarla tələb oluna bilər və bu tələblərin məhkəmə təcrübəsində təmin olunma reallığı nə dərəcədə effektivdir?
 
Mövzu ilə bağlı Moderator.az-a Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz  Əkbərov açıqlama verib. 
Hüquqşünas bildirib ki, tikinti şirkətləri ilə bağlanan müqavilələrdə təhvil (təslim) tarixinin pozulması, yəni işlərin vaxtında yekunlaşdırılmaması və ya mənzilin təhvil verilməsində gecikmələr alıcılar üçün ciddi problemlər yaradır:
 
"Bu vəziyyətdə alıcıların hüquqlarının qorunması üçün müxtəlif hüquqi müdafiə mexanizmləri mövcuddur.
 
İlk növbədə, təcrübəli və etibarlı tikinti şirkətlərindən ev almaq daha məqsədəuyğundur. Mənzil alınarkən tikinti şirkətindən təhvil-təslim sənədləri tələb edilməlidir.
Əgər binanın istismara qəbul aktı yoxdursa, ödənişin tam şəkildə edilməməsi daha təhlükəsizdir. Mənzilin tikinti səviyyəsinə uyğun mərhələli ödəniş edilməlidir
Əgər şirkət mənzili təhvil verməkdən boyun qaçırır və ya təyin olunan yeni ağlabatan müddətdə də öhdəliyini yerinə yetirmirsə, alıcı müqaviləni ləğv edə bilər. 
 
Bu zaman şirkət sizdən aldığı məbləği tam şəkildə və gecikmə faizləri ilə birlikdə qaytarmalıdır. Şirkət mənzili təhvil verməkdən boyun qaçırır və ya təyin olunan yeni ağlabatan müddətdə də öhdəliyini yerinə yetirmirsə, alıcı müqaviləni ləğv edə bilər. Bu zaman şirkət sizdən aldığı məbləği tam şəkildə və gecikmə faizləri ilə birlikdə qaytarmalıdır. Maddi və mənəvi zərərə məruz qalan şəxs ona vurulmuş zərərin əvəzinin (təzminat) ödənilməsini tələb etmək hüququna malikdir. Həmin şəxs ona vurulmuş m Gecikmənin alıcıda mənəvi zərər yaratdığı, məsələn, psixoloji stress və narahatlıq səbəbindən məhkəməyə şikayət verilə bilər.
 
Maddi zərərin əvəzinin tam ödənilməsini o şərtlə tələb edə bilər ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Maddi və mənəvi zərərin əvəzinin ödənilməsinin tələb edilməsi məqsədilə məhkəməyə iddia ərizəsi yazılmalıdır. Məhkəməyə ərizə və iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz".
 
Pərvin Şakirqızı

"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" - <span style="color: #ff0000;">FOTO+ÖZƏL</span>

"Mən efirə çıxanda heç bəlkə də 100 adam izləmir. Amma sosialda 5 dəqiqəyə 2 min insan mənə baxır. Televiziya bu gün sosial şəbəkəyə uduzur. Çünki televiziyalarımız interaktiv deyil. Amma internet interaktivdir. Mən o dəqiqə həmin jurnalistə nəsə yaza, sözümü deyə bilirəm. Çünki interaktivdir. Sabah efirdə nəsə mövzu olsa və telefonla qoşulmaq istəsəm bilmirəm ki, ora düşəcəm ya yox?! Məni efirə qoşacaqlar ya qoşmayacaqlar, sualımı verib istədiyimi danışa biləcəm ya yox?! Bütün bunları dəqiq bilmirəm. Ona görə də televiziyalarımız interaktiv vəziyyətə düşməsə hələ bundan sonra da sosial şəbəkəyə uduzacaq".
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nazim Pişyari deyib.
 
O daha sonra televiziya efirlərini digər ölkələrdəki verilişlərlə müqayisə edib:
 
"İnteraktiv ola bilmiriksə heç olmasa verilişlərimizi düzəldək. Nə qədər olar divan və iki kreslo?! Bu dekorasiyadan canımızı qurtara bilmirik. İllərdir divan, iki kreslo və müğənni! Nə vaxt bu sterotipləri qıracağıq?! Verilişin içi çürükdür. Vəssalam! Mən İsraildə dağ yəhudilərinin televiziyasında qonaq olmuşdum. Ora qonaq gələndə bildim ki, sən demə televiziya belə olurmuş. Özümü ulduz kimi hiss etdim. Qrimsiz efirə çıxmaq olmazdı. Möhtəşəm servisləri, xidmətləri var. Soruşurlar ki, "siz canlı oxuyursuz, bəlkə sizə konyak verək bir az səsinizi qızışdırasız?!" Mütləq qrimdən keçib sonra efirə çıxırsan. Bizdə belə şey var?! İşığı elə qururlar ki, nə gündə düşürsən. Kamera gəlib ağzının içinə girir. İnsan yorğundur, yuxusuzdur, kameralarımız mütləq səni yaxşı göstərməlidir. Bu da reytinqdir. Çünki onlar peşəkar operator deyillər. Hamısı toyxanadan çıxmış operatorlardır. Düzdür, yaxşıları da var, amma yaxşılar hər sahədə azdır”.

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
 
Moderator.az xəbər verir ki, neftin 1 barelinin qiyməti 4.98 ABŞ dolları və ya 4.25% azalaraq 112.32 ABŞ dolları təşkil edib.
 
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
 

Ukrayna ordusu cəbhədə təşəbbüsü ələ keçirdi:<span style="color: #ff0000;"> itkilər Kremli şoka salıb...-"ISW"</span>

Ukrayna Silahlı Qüvvələri son aylarda əməliyyat teatrının müxtəlif sahələrində bir sıra əks-hücumlar həyata keçirərək, Ukraynanın 2024-cü ilin avqustunda Kursk bölgəsini işğal etməsindən bəri ən böyük döyüş qələbələrini qazanıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, Müharibə Tədqiqatları İnstitutunun ("ISW") hesabatında belə deyilir.
 
Ekspertlər qeyd ediblər ki, "Ukrayna Müdafiə Qüvvələri 2025-ci ilin noyabr ayından etibarən Kupyanskın əhəmiyyətli bir hissəsini geri alıb və 2026-cı ilin qış və yazında Ukraynanın cənubunda 400 kvadrat kilometrdən çox ərazini azad edib. Və 2026-cı ilin aprel ayının sonundan etibarən onlar Zaporojye bölgəsində bir neçə yaşayış məntəqəsini geri qaytarıblar".
 
Ukraynanın cənubundakı əks-hücumları Rusiyanın " kəmərlər qalası"na qarşı davam edən yaz-yay hücumuna qarşı kaskad əməliyyat və strateji nəticələr yaradıb və Rusiyanı Ukrayna əks-hücumlarından müdafiə olunmaqla canlı qüvvəsini və qüvvələrini prioritet sektorlara paylamaq arasında seçim etməyə məcbur edib.
 
Ukraynanın 2026-cı ilin əvvəlindən bəri Rusiya logistikasına, hərbi texnikasına və canlı qüvvəsinə qarşı gücləndirilmiş orta mənzilli hücum kampaniyası, Rusiya qüvvələrinin əməliyyatlar teatrında hücum əməliyyatları aparmaq qabiliyyətinə də mənfi təsir göstərib.
 
Sirskinin Ukrayna Silahlı Qüvvələrinin uğurları haqqında dedikləri...
 
Baş komandan Aleksandr Sirski qeyd edib ki, 14 may tarixinə olan məlumata görə, Ukraynanın hücum əməliyyatlarının sayı Rusiyanın hücum əməliyyatlarının sayını keçib ki, bu da Ukraynanın daha aktiv əks-hücumlar apardığını göstərə bilər.
 
Sirski Ukraynanın son döyüş meydanındakı uğurlarını Ukraynanın Rusiyanın döyüş gücünü azaltmaq üçün sistematik səyləri və işğalçıların Rusiya canlı qüvvəsinə daim hücum edərək hücum əməliyyatlarını dəstəkləmək qabiliyyəti ilə əlaqələndirib.
 
"Rusiya Müdafiə Nazirliyi itkiləri kompensasiya etmək üçün kifayət qədər personal toplamaqda çətinlik çəkir və Rusiya personalının işə qəbul nisbəti əvəzedici səviyyələrdən aşağı düşüb. 2026-cı ilin birinci rübündə yalnız 70.500 hərbi xidmət müqaviləsi bağlanıb", - deyə analitiklər əlavə ediblər.
 
S.Laçın

Bürclərə görə iyun ayı necə keçəcək? — <span style="color: #ff0000;">Sevgi, pul və karyera proqnozu</span>

2026-cı ilin yay mövsümünün ilk ayı olan iyun ayı bürc nümayəndələri üçün mühüm kosmik dəyişikliklər və taleyüklü hadisələrlə yaddan qalacaq. Astroloqların apardıqları son hesablamalara görə, planetlərin builki düzülüşü bəzi bürclərə gözlənilməz maliyyə uğurları vəd etdiyi halda, digərlərini şəxsi həyatda ciddi sınaqlarla üz-üzə qoyacaq.

Astroloji qaynaqlara istinadən iyun ayı üçün əsas qlobal proqnozları təqdim edirik:

Atəş qrupu (Qoç, Şir, Oxatan): Karyerada sıçrayış və pulların axını

İyun ayı atəş elementi altında doğulanlar üçün olduqca dinamik başlayacaq. Xüsusilə iş həyatında uzun müddətdir gözlənilən layihələrin reallaşması və rəhbərliyin diqqətini çəkmək şansı yaranacaq. Maliyyə baxımından ayın ortalarından etibarən gəlirlərin artması və yeni qazanc mənbələrinin tapılması gözlənilir. Astroloqlar bu bürclərə tələsik qərarlardan qaçmağı və enerjilərini düzgün bölüşdürməyi tövsiyə edirlər.

Torpaq qrupu (Buğa, Qız, Oğlaq): Səbirlə gələn uğur və sabitlik

Torpaq bürcləri üçün bu ay daha çox dincəlmək, plan qurmaq və daxili hüzuru tapmaq dövrüdür. Keçmişdə atılan addımların bəhrəsini məhz bu ay görməyə başlayacaqsınız. Şəxsi münasibətlərdə sabitlik və qarşılıqlı anlaşma ön plana çıxacaq. Yeni bir mülk almaq və ya uzunmüddətli investisiya qoymaq istəyənlər üçün ayın ikinci yarısı ən uğurlu zaman kəsiyidir.

Hava qrupu (Əkizlər, Tərəzi, Dolça): Sevgi macəraları və yeni tanışlıqlar

Hava qrupunun nümayəndələri iyun ayında diqqət mərkəzində olacaqlar. Təbii xarizmanız və ünsiyyət bacarığınız sayəsində ətrafınıza yeni insanlar toplayacaqsınız. Subay olan hava bürcləri üçün bu ay taleyüklü görüşlərlə zəngin ola bilər. Karyerada isə yaradıcı ideyalarınız sayəsində rəqiblərinizi geridə qoymağı bacaracaqsınız. Səyahətlər və qısamüddətli ezamiyyətlər də gözləniləndir.

Su qrupu (Xərçəng, Əqrəb, Balıqlar): İntuisiyanın gücü və sağlamlıq xəbərdarlığı

Su elementinə aid olan bürclər iyun ayında öz daxili səslərinə (intuisiyalarına) güvənməlidirlər. Bu ay qarşılaşacağınız çətin situasiyalardan məhz intuisiyanız sayəsində minimum zərərlə çıxa biləcəksiniz. Astroloqlar sağlamlıq məsələlərinə qarşı xüsusilə diqqətli olmağı, stressdən uzaq durmağı və yuxu rejiminə riayət etməyi məsləhət görürlər. Maddi məsələlərdə isə borc verməkdən və riskli xərclərdən qaçmaq lazımdır. /Demokrat.az/

Xəzərdə zəlzələ oldu - <span style="color: #ff0000;">FOTO</span>

Xəzər dənizində zəlzələ baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
 
Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.6 olub.
 
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Bakıda bu yollarda sıxlıq var - <span style="color: #ff0000;">SİYAHI</span>

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Hazırda:
 
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
 

İnsanların mavi dərili doğulduğu qeyri-adi yer — <span style="color: #ff0000;">FOTOLAR</span>

Mavi dərili insanları çoxları yalnız fantastik filmlərdə və cizgi qəhrəmanlarında görüb. Ancaq vaxtilə ABŞ-də yaşayan ailə görünüşü və genetik xüsusiyyəti ilə tibb dünyasının diqqətini illərlə üzərinə çəkib.
 
Hadisə ABŞ-nin Kentukki ştatının dağlıq bölgəsində yaşayan Fugate ailəsi ilə bağlıdır. Araşdırmalar göstərib ki, ailə üzvlərinin bəzilərinin dərisinin mavi rəngdə olması nadir genetik xəstəlikdən qaynaqlanıb.
 
Hekayə 1820-ci illərdə başlayır. Fransız əsilli yetim Martin Fugate Kentukki ştatının Troublesome Creek adlı bölgəsinə köçərək Eliza Smith ilə ailə qurur.
 
Həmin dövrdə bölgə xarici dünya ilə zəif əlaqəyə malik idi. Dağlarla əhatə olunan ərazidə az sayda ailə yaşayırdı və yaxın qohumlar arasında evliliklər geniş yayılmışdı.
 
Martin və Elizanın yeddi övladı olub. Onlardan dördü mavi dərili doğulub. Bu vəziyyət uzun illər insanlarda maraq və müxtəlif şayiələr yaradıb. Bəziləri bunu fövqəltəbii hadisə hesab edib, digərləri isə su və hava ilə əlaqələndirib.
 
İllər sonra aparılan tibbi araşdırmalar nəticəsində məlum olub ki, ailədəki bu xüsusiyyət “methemoqlobinemiya” adlı nadir genetik xəstəlikdən qaynaqlanır.
 
Bu xəstəlik zamanı qanda oksigen daşıyan hemoqlobin normal fəaliyyət göstərə bilmir. Nəticədə bədəndə, xüsusilə dəridə maviyə çalan rəng dəyişiklikləri yaranır.
 
Mütəxəssislər bildirirlər ki, bu genetik xüsusiyyətin ortaya çıxması üçün həm ana, həm də ata eyni resessiv geni daşımalıdır. Qapalı icmalarda belə halların baş vermə ehtimalı daha yüksək olur.
 
20-ci əsrin ortalarında hematoloq Madison Cawein III bölgədə araşdırmalar aparıb. Məlum olub ki, bəzi ailə üzvlərində “metilen mavisi” adlı müalicə üsulu təsir göstərib və dərinin rəngi dəyişməyə başlayıb.
 
Sonrakı illərdə bölgədə yaşayış və əlaqələr artdıqca insanlar başqa icmalarla ailə qurmağa başlayıb. Bunun nəticəsində mavi dərili doğulan uşaqların sayı tədricən azalıb. /Demokrat.az/

Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü

Azərbaycanlı zəvvarların sonuncu qrupu həcc ziyarətinə yola düşüb.
 
Moderator.az xəbər verir ki, 130 zəvvarın olduğu sonuncu - 7-ci təyyarə saat 06:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yolda düşüb.
 
Bildirək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.
 
Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
 

Hər dərdə dərman, yoxsa sadəcə reklam? - Həkimdən populyar <span style="color: #ff0000;">maqnezium əlavələri ilə bağlı xəbərdarlıq</span>

Son dövrlərdə maqnezium yuxusuzluq, təşviş və kəskin yorğunluq hallarına qarşı ən populyar vasitələrdən biri kimi tanınır. Bəs bu mineral cəmiyyətdə iddia edildiyi qədər sehrli təsirə malikdirmi?
 
Rusiyalı nevroloq Olqa Butenko "Gazeta.ru" nəşrinə açıqlamasında maqneziumun orqanizmə real təsir gücünü təhlil edib.
 
Mütəxəssis qeyd edib ki, sözügedən mineral insanın gündəlik tələbatı olan əhəmiyyətli bir mikroelementdir. O, əzələlərin və sinir sisteminin fəaliyyətini tənzimləyir, qan təzyiqi, şəkər səviyyəsi və ürək ritminin normal qalmasını dəstəkləyir, həmçinin sümüklərin sağlamlığında, DNT və zülal sintezində mühüm rol oynayır.
 
Bununla belə, O.Butenkonun sözlərinə görə, cəmiyyətdə maqneziuma çox vaxt hər dərdə dərman kimi yanaşılır. Reallıqda isə o, əsasən bədəndə real defisit (çatışmazlıq) yarandığı zaman müsbət nəticə verir. Belə hallarda mineralın əlavə qəbulu qıcolmalar, əzələ ağrıları, ümumi zəiflik və halsızlığı aradan qaldıra bilər. Nevroloq bildirib ki, əsas nüans orqanizmdəki real çatışmazlığı bərpa etməkdir, onu sadəcə kor-koranə, profilaktika xatirinə içmək düzgün deyil.
 
Həkimin sözlərinə görə, nevroloji praktikada bu elementin xüsusi və effektiv bir istifadə sahəsi mövcuddur ki, bu da miqren tutmalarının profilaktikasıdır. O, bəzi pasiyentlərdə baş ağrısı tutmalarının sayını azaltmağa qadirdir və məhz bu istiqamətdə olduqca müsbət reputasiya qazanıb.
 
Nevroloq əlavə edib ki, insan skeletinin də bu mikroelementə böyük tələbatı var. Maqneziumun yetərli miqdarda qəbul edilməsi sümük toxumasının daha möhkəm və sıx olmasına şərait yaradır. Lakin sümükləri təkbaşına maqneziumla bərpa etmək qeyri-mümkündür; bu proses yalnız düzgün maddələr mübadiləsi və sağlam rasionla kompleks şəkildə həyata keçirilməlidir.
 
Mütəxəssis müsahibəsinin sonunda mühüm bir məqamı diqqətə çatdırıb:
 
"Bildirmək istəyirəm ki, maqnezium sadəcə son zamanlar geniş reklam edilən bioloji aktiv qida əlavələrinin (BAD) və ya dərmanların tərkibində deyil. Bu elementi gündəlik rasionumuzda olan paxlalı bitkilər, yaşıl tərəvəzlər, qoz-fındıq, bütöv dənli bitkilər və müxtəlif toxumlardan da rahatlıqla almaq mümkündür. Maqnezium həqiqətən zəruri və xeyirlidir, lakin möcüzə yaratmır. O, yuxu pozuntusu, xroniki yorğunluq, stres və digər səhhət problemlərində təkbaşına, yeganə xilas yolu kimi tətbiq olunmamalıdır". /oxu.az/
 

"Avropa rus dronları ilə üz-üzə: təhlükənin miqyası böyüyür" - <span style="color: #ff0000;">"The Telegraph"</span>

 
"Rusiyanın ucuz dronları Avropanı yeni hava müharibəsinə məcbur edir..."
 
Rusiyanın pilotsuz uçuş aparatları Avropa səmasına nüfuz edir, NATO ölkələri "hava müharibəsinə" hazırlaşarkən, qitə ucuz dronlara qarşı effektiv müdafiə yolları axtarır...
 
Qərb nəhayət dron təhlükəsini ciddi qəbul etməyə başlayıb. Əgər Avropa ölkələri istehsalı və koordinasiyanı sürətləndirməsə, yaxın gələcəkdə kütləvi hücumlarla üzləşmək ehtimalı kəskin şəkildə artacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Təhlükə artıq qapıdadır
 
Sentyabrın 9-da gecə saatlarında təxminən 20 dron Belarus üzərindən Polşanın hava məkanına daxil olub. Bu hadisə NATO ilə qarşıdurma ehtimalını artırıb və Avropada başlayan təhlükəli proseslərin yalnız başlanğıcı olub.
 
Rusiyanın "Geran" dronları və Avropa səması
Sərhədi keçənlərin əksəriyyəti İran istehsalı olan ucuz "Shahed" bazasında yaradılmış "Geran” tipli kamikadze dronlar olub. Onlardan azı dördünü Polşa və müttəfiq ölkələrin qırıcıları vurub. Lakin sonrakı günlərdə Rumıniya, Almaniya, Belçika, Fransa, Norveç, İsveç, Finlandiya, Litva və Danimarkada da oxşar müşahidələr qeydə alınıb. Hətta Münhen hava limanı müvəqqəti bağlanıb, Danimarka hökuməti isə məsuliyyəti Moskvada görərək sərt cavab verməyə çağırıb. Fransanın Baltik dənizində saxladığı "Boraqay" gəmisi isə dronlarla bağlı araşdırmaların mərkəzinə düşüb.
 
Ucuz dronlara bahalı cavab
 
Rusiyanın "Geran" dronları böyük seriyalarla istehsal olunur. Alabuqada yerləşən zavodda işlər gecə-gündüz davam edir. Bu ucuz silahlar bahalı zenit raketlərini məhv edərək Avropa üçün iqtisadi dilemmaya çevrilib: bir neçə yüz dollarlıq dronu milyonlarla avroluq raketlə vurmaq mümkünsüz strategiyadır. Ona görə də Avropa dövlətləri daha səmərəli həllər axtarır: lazer texnologiyaları, radioelektron mübarizə, xüsusi dron-ələkeçiricilər və ucuz müdafiə vasitələri gündəmdədir.
 
Startaplar və müdafiə sənayesinin yarışı
 
"Helsing", "Kraken", "Cambridge Aerospace" kimi startaplar artıq ucuz ələkeçirici dronlar, patrul katerləri və yeni nəsil müdafiə sistemləri təklif edir. Müdafiə texnologiyalarına qoyulan investisiyalar 2025-ci ildə rekord həddə çatıb. Lakin böyük problem var, bu da sürətli innovasiya ilə dövlətlərin bürokratik satınalma mexanizmləri arasında uçurumdur. Ekspertlər xəbərdarlıq edir: "Hökumətlər illərlə yox, aylarla işləməyi öyrənməlidir". Ukrayna üçün avadanlıq tədarükündə çevik "Taskforce Kindred" mexanizmi buna nümunə göstərilir.
 
Ukrayna müharibəsinin dərsi
 
Ukrayna cəbhəsi göstərir ki, dron müharibənin qaydalarını dəyişib. Hər iki tərəf yüz minlərlə PUA istehsal edib, bəzi məlumatlara görə Rusiya bir neçə il ərzində milyonlarla dron hazırlayıb. Ucuz "dalğa hücumları" hava hücumundan müdafiə sistemlərini tükəndirir, lakin ən dağıdıcı zərbələr hələ də ballistik və qanadlı raketlərdən gəlir. Bu isə Avropa üçün yeni strategiya zərurətini ortaya qoyur: müdafiə sistemlərini yalnız "böyük silahlara" qarşı deyil, həm də ucuz, çoxsaylı dronlara qarşı hazırlamaq lazımdır.
 
Kimin sürəti həlledici olacaq?
 
Avropada siyasi müzakirələr artıq açıqdır: sosial proqramların hesabına müdafiə xərcləri artırılacaqmı? İstehsal gücü kifayət edəcəkmi? Qitə birgə müdafiə siyasəti qura biləcəkmi? Cavab hələ də qeyri-müəyyəndir. Ancaq bir həqiqət var: gələcəyi ya sürətli reaksiya verən dövlətlər, ya da kütləvi ucuz dronlardan istifadə edən tərəf müəyyən edəcək.

Laçında çalışan müəllim: <span style="color: #ff0000;">"Hər gün işə başlayanda elə bilirəm ki, yuxuda yaşayıram"</span>

"Hazırda Laçında fəaliyyət göstərməyimə baxmayaraq, hər səhər Sus kənd tam orta məktəbində işə başlayanda elə bilirəm ki, yuxuda yaşayıram. Burada hər şey çox gözəldir, məktəbimizdən razıyam".
 
Bu sözləri Baku TV-yə açıqlamasında peşə bayramını Laçında qeyd edən müəllim İpək Bayramova deyib.
 
"Mən bu gün fəxr edirəm ki, Müəllimlər Gününü Laçında qeyd edirəm. Laçın müəllimi kimi bu gözəl peşə bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edir, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıram", - deyə o bildirib.
 
Daha ətraflı videomaterialda:

“Biz təqvimə yox, tarixə və gələcəyə işləməliyik”

“Milli maraqlarımız və kimliyimizlə bağlı məsələlərdə biz təqvimə deyil, tarixə və gələcəyə işləməliyik”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti bildirib ki, xalqımızın başına gətirilən müsibətlər, yaşadığımız faciələr və əldə etdiyimiz zəfərlər ilboyu diqqət mərkəzində olmalı, ilin bir neçə günündə deyil, daim xatirlanmalıdır:

“Tarimizdəki faciə və müsibətlər, eləcə də uğur və qələbələr, bu tarixi olayların gənc nəslə tanıdılması istiqamətində dövlətimiz bütün lazımi addımlatı atır. Əlaqədar dövlət qurumları bu tarixi olaylarla bağlı tədbirlər keçirir, onların əbədiəşdirilməsi istiqamətində gərəkli addımlar atır. Bu öz yerində. Lakin təhsil müəssisələrimizdə, mədəniyyət mərkəzlərində, müxtəlif elm ocaqlarında bu kimi tədbirlər mütəmadi şəkildə keçirilməlidir. Alimlərin, sənət adamlarının, yazıçı və şairlərin məktəb və digər müəssisələrdə gənclərlə görüşlərinə şərait yaradılmalı, bu şəxslər gənclərə böyük şəxsiyyətlərimiz, tariximiz, xalqımızın keçdiyimiz yol haqqında ətraflı məlumat verməlidir. Yəni bu işlərlə hər gün məşğul olmaq lazımdır. Biz tariximizə həqiqətən də sahib olmaq, gələcəyimizi həqiqətən də istədiyimiz kimi qurmaq istəyiriksə, fəaliyyətimizi bu şəkildə qurmağımız vacibdir”.

Seymur ƏLİYEV

 

Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

Tibbi-meteoroloji proqnoz açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, oktyabrın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

"Biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik” - <span style="color: #ff0000;">Qüdrət Həsənquliyev</span>

Moderator.az Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.
 
– Qüdrət bəy, İranda hicab geyinməməyə görə dövlət orqanları tərəfindən qadınların təqib olunmasına son qoyulması barədə xəbəri necə qarşıladınız?
 
– Bu, İranda yaşayan qadınların, o cümlədən İran dövlətinin böyük uğurudur. İranın Ali Dini Rəhbəri prezident Məsud Pezeşkianı dəstəkləsə təbii sərvətlərlə zəngin olan İran bütün sahələrdə ciddi uğur qazanacaq. Növbəti addım İranda yaşayan millətlərə öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək imkanın verilməsi olmalıdır. Pezeşkian buna çalışır. O çalışır ki,İranda hüquqi dövlət qurulsun, cəmiyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri olan korrupsiyaya qarşı effektli mübarizə təşkil olunsun, demokratiya inkişaf etdirilsin, sanksiyalar aradan qaldırılsın. İranın Azərbaycana münasibəti də müsbətə doğru dəyişməkdədir. İran cəmiyyəti də bu dəyişiklikləri gözləyir. Artıq repressiyalarla dövləti idarə etmək hər keçən gün daha da çətinləşir. İranda əhalinin az qala yarısının türk olmasını nəzərə alıb, mən İranı həm də türk dövləti adlandırıram. İnanıram ki, İran nə vaxtsa Türk Dövlətləri Təşkilatının üzvü olacaq. Biz 3+3 formatında da İranla sıx əməkdaşlıq etməliyik.
 
– Gürcüstanda dinc inqilab cəhdinin iflasa uğramasını nə ilə əlaqələndirirsiniz?
 
– 1993-cü ildə hərbi qiyam yolu ilə devrilmiş AXC uzun müddət qəbul edə bilmirdi ki,bir siyasi qüvvə olaraq hakimiyyətə gələndən qısa bir müddət sonra, bütün gördüyü müsbət işlərə də rəğmən, xalqın dəstəyini itirmişdi. Gəncədə hərbi qiyam başlayanda, o zaman dövlət katibi olan Əli Kərimli az qala bütün icra başçılarına yalvarırdı ki, heç olmasa işçilərinizi Prezident Administrasiyanın qabağına göndərin. Amma ora 3-4 mindən artıq adam gəlmirdi. Xalq böyük dəyişikliklər üçün fədarkarlıq etməyə hazır deyildi. Eyni proses Gürcüstanda da təkrarlandı. Saakaşvili öz ölkəsi üçün çox müsbət işlər görsə də gürcü xalqı Rusiya ilə birlikdə olmağı seçdi, dövlətin gələcəyinə görə məsuliyyət daşımaq istəmədi və bu işi iqtidra ötürüb kənar çəkildi. Gürcü xalqının sosial inkişaf səviyyəsi indikindn artığına nail olmağa yetmir. Ona görə də seçiminə sadiqdi, taleyindən razıdı. Qərb isə tərəfdarlarını müdafiə etmək üçün rusiyayönümlü hakimiyyətə problem yarada biləcək qərarlar qəbul etmək gücündə deyil. Həmişə deyirəm, xalq ədalət istəyir, amma güclünün arxasınca gedir. Ona görə də hal-hazırda iqtisadiyyatı sürətlə böyüyən, güclü hakimiyyətə sahib Gürcüstanda qərbyönümlülərin uğur qazanması mümkünsüzdü. Seçkilər cəmiyyətdə baş vermiş dəyişiklikləri hüquqi müstəvidə rəsmiləşdirmək vasitəsidir. Gürcüstan cəmiyyətində isə belə bir dəyişiklik baş verməmişdi. Gürcüstanda kimin hakimiyyətdə olmasına baxmayaraq biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik.

"Gürcüstanda baş verənlər sadəcə Qərb-Şərq qarşıdurması deyil..."

"Gürcüstanda baş verən iğtişaşları yalnız Qərb-Şərq hesablaşması kimi qiymətləndirmək yanlış olardı. Burada həm də dünya miqyasında yaşanan qlobalist-mühafizəkar rəqabəti də öz sözünü deyir".
 
Moderator.az bildirir ki, bu sözləri Musavat.com-a açıqlmasında siyasi şərhçi Heydər Oğuz deyib.
 
Siyasi şərhçi qeyd edir ki, təkcə Gürcüstanda deyil, həm də Avropada yaşanan siyasi böhranları yalnız bu konteksdə analiz edilsə, məsələnin əsl mahiyyətini anlamaq olar:
 
“Məlum olduğu kimi ABŞ-da hakimiyyəti Baydendən təhvil alan Donald Tramp siyasi dünyagörüş etibarilə milliyyətçidir. O, başda ABŞ olmaqla bütün dünyada qlobalistlərin ölkə iqtisadiyyatlarını istismar etdiklərini, hər bir dövləti borclandırıb özlərindən asılı vəziyyətə saldıqlarını düşünür və açıq şəkildə bu tendensiyaya qarşı mübarizə aparmağa çalışır. Məqsədi isə “qlobal mafiya” adlandırdığı güc mərkəzlərini sıradan çıxarmaq və yeni siyasi hakimiyyətlər ittifaqı formalaşdırmaqdır.
 
Qlobalistlərin yürütdüyü siyasət nəticəsində bir çox dövlətlər o cümlədən ABŞ öz ÜDM-dan daha çox borclanıb. Təsəvvür edin ki, ABŞ-ın ÜDM-u 28 trilyon dollardır. Onun dövlət borcu isə artıq 37 trilyon dollar keçib. Ən maraqlısı isə odur ki, ABŞ hər il hardasa 3 trilyon dollardan çox borclanır. Rəsmi statistic rəqəmlərə görə, ABŞ 1 avqust 2024-cü ilə qədər olan 365 gün ərzində öz milli borcunu maliyyələşdirmək üçün gündə təxminən 2,2 milyard dollar borc götürmüş və həmin il ərzində dövlət borcunu təqribən 790 milyard dollar artaraq, 33,8 trilyon dollara çatdırmışdı. Hazırda isə dövlət borcunun 37 trilyon dollara çatdığından bəhs olunur. Bu da o deməkdir ki, ABŞ-ın börcü hər 100 gündən bir 1 trilyon dollar artır. Tramp hakimiyyəti buna “yox” deməsə, bir müddətdən sonra hətta borcunun faizini belə ödəyə bilməyəcək duruma düşəcək və iflasa gedəcək. Məhz bu səbəbdən də Tramp hakimiyyəti öz ölkəsini və dünyanı borclandıraraq iflasa sürükləyən qlobal sərmayə qruplarını sıradan çıxarmaq niyyətindədir. Bunun üçün isə təkcə ABŞ-la kifayətlənmək mümkün deyil. Eyni şəkildə qlobalistlərin Avropa və Şərqdəki uzantıları ilə mübarizə aparmalıdır. Əks halda onlar qüvvələrini birləşdirib Tramp hakimiyyətinin özünü devirəcəklər.
 
Dünən Gürcüstanla bərabər Çexiyada da seçkilər keçirilirdi. Birincidə bələdiyyə, digərində isə parlament seçkiləri idi. Çexiyada da ölkənin qlobalist hakimiyyətinə qarşı çıxan Andrey Babişin rəhbərlik etdiyi ANO hərəkatı ən çox səs toplayaraq birinci oldu. Bununla da Avropa İttifaqında Macarıstan lideri Viktor Orban və Slovakiya Baş naziri Robert Ficonun öncüllük etdiyi mühafizəkarların sırasına bir ölkə də qoşuldu. Bənzər hadisəni biz Fransa, Rumıniya, Hollandiya, Polşa və sair ölkələrdə də müşahidə edirik. Ümumiyyətlə, Avropa İttifaqının tamamına nəzər salsaq, görərik ki, “qoca qitə”nin hər tərəfində ultra-sağçılar yüksəlişdə, liberallar isə tənəzzüldədir. Bir çoxları bunu Rusiyanın həmin ölkələrə təsiri ilə izah etməyə çalışırlar. Halbuki, əsas məsələ öz fikirlərini dünyaya yaymağa çalışan və bunun üçün trilyonlarla pul xərcləyən, müharibələri maliyyələşdirən qlobalistlərin liberal siyasətlərinin ictimaiyyət tərəfindən xoş qarşılanmamasıdır. Liberal-demokratlar hazırda Aİ-nin mərkəzi aparatında yer alırlar. Ölkələrdə isə getdikcə hakimiyyətlər sağçıların əlinə keçir. Bu absurd vəziyyətin səbəbi isə Avropa İttifaqı strukturlarının seçkilərlə yox, təyinatlarla formalaşdırılmasıdır. Keçmiş qlobalist qüvvələr öz hakimiyyətlərini əldən buraxmamaq üçün bəzən xalq tərəfindən seçilən liderlərin hökumət qurmasını əngəlləyir və siyasi proseslərin gedişatını ləngitmək yolunu tuturlar. Bu isə Avropa İttifaqını və onun peykinə çevrilən Moldova, Gürcüstan kimi ölkələri vətəndaş müharibəsinə sürükləyir. Çünki, vətəndaş müharibələri baş verməsə, qlobalistlər öz mövqelərini möhkəmləndirə bilməyəcəklər”.
 
Heydər Oğuz hesab edir ki, Gürcüstan da bu beynəlxalq qlobalist-mühafizəkar rəqabətinin mərkəzi ölkələrindən biridir:
 
“Çünki Gürcüstan Cənubi Qafqazın Avropaya açılan qapısı, Avropanın isə Mərkəzi Asiya ölkələrinə uzanan yollarının başlanğıc nöqtəsidir. Burada başlayan istənilən hadisənin Azərbaycana və Mərkəzi Asiyaya da müəyyən təsirləri olur".
 
Bununla belə, Gürcüstanda baş verən siyasi çalxantılarda qlobalistlərin asanlıqla qələbə çalacağına inanmayan Heydər Oğuz fikrini belə yekunlaşdırdı:
 
“Söhbət ondan getmir ki, Gürcüstandakı İvanişviliyə bağlı hakimiyyət Rusiya tərəfindən dəstəklənir. Söhbət həm də ondan gedir ki, ABŞ da Cənubi Qafqazın və Mərkəzi Asiyanın yüyənini avropalı qlobalistlərə buraxmaq istəmir. Bu sahədə yeri gələndə, ABŞ-la Rusiyanın maraqları üst-üstə düşür və Tramp hakimiyyəti öz hakimiyyətini qorumaq üçün nəinki Kremlə, hətta şeytanla da əməkdaşlığa gedə bilər. Mən bu mənada Gürcüstanda Avropaya bağlı müxaliflərin qələbə çala biləcəyi ehtimalına ehtiyatla yanaşıram”.

Azərbaycanın yeni ixrac trendləri - <span style="color: #ff0000;">"Sahibkarlar yüksək gəlir əldə edə bilərlər"</span>

Azərbaycan son illər ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi qida məhsullarının da ixracını artırmağa başlayıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, təkcə bu ilin avqust ayında İtaliya və Fransaya 3.6 ton qurbağa ayağı ixrac edilib. Bununla yanaşı, ABŞ-yə dörd milyon 320 min, Birləşmiş Ərəb Əmirliklərinə isə bir milyon 158 min ədəd ərzaqlıq yumurta göndərilib. Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub. Bundan öncə isə Azərbaycan Çinə toyuq ayağı ixrac etməyə başlayıb. Bütün bunlar ölkənin ixrac coğrafiyasının və məhsul çeşidinin getdikcə zənginləşdiyini göstərir.
 
 
Maraqlıdır, görəsən, bu sahənin perspektivi varmı? Qeyri-ənənəvi məhsulların ixrac potensialını genişləndirmək üçün hansı addımlar atıla bilər?
 
Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
 
 
"Risklər olsa da, gəlirlər cəlbedicidir"
 
Logistika məsələləri üzrə ekspert Təmraz Həmidov qeyd edir ki, bu sahənin perspektivləri kifayət qədər genişdir: "Ənənəvi məhsullarla yanaşı, qeyri-ənənəvi məhsulların ixracı həm yeni iş yerlərinin yaradılması, həm də ixrac imkanlarının şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu sahə ölkəyə müəyyən qədər valyuta gətirə bilər. Amma risklər də mövcuddur. Çünki spesifik sahədir, cəmiyyətdə bununla bağlı məlumatlar çox deyil, təcrübə azdır. Lakin ümumilikdə rəqabət az olduğuna görə gəlirlilik baxımından daha cəlbedicidir".
 
 
Ekspertin sözlərinə görə, sahibkarlar qeyri-ənənəvi məhsulların ixracı istiqamətində addım atmazdan əvvəl mütləq olaraq bazarı araşdırmalı, logistika və sertifikatlaşdırma ilə bağlı tələbləri nəzərə almalıdırlar. "Həm tranzit, həm də məhsulun ixrac olunduğu ölkələrin öz tələbləri var. Bizim ölkədə bu sahədə məlumat çatışmazlığı var", - deyə ekspert bildirir.
 
Mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var
 
Qeyri-ənənəvi ixracın stimullaşdırılması məsələsinə toxunan Təmraz Həmidov hesab edir ki, dövlətin dəstəyi burada fərqli formada həyata keçirilməlidir. Onun fikrincə, ənənəvi kənd təsərrüfatı məhsulları üçün tətbiq edilən subsidiya mexanizmləri burada effektli olmaya bilər: "İstiqamət yeni olduğundan burada ənənəvi təşviqdən söhbət getmir. Qeyri-ənənəvi sahələrdə təşviq modeli də fərqli olmalıdır. Necə ki, startaplara dəstək olmağa çalışılır, bu sahəyə də dəstək olmaq lazımdır ki, sahibkarlar ölkədə yeni məhsulları sınaya bilsinlər. Bu proses ilkin mərhələdə genişmiqyaslı ixrac olmasa belə, sınaq şəraitində nümunələrin hazırlanması ilə başlaya bilər. Həmin məhsulların beynəlxalq bazarlara çıxarılması üçün sənədləşmə prosesləri sürətləndirilməli, şəffaflığı artırılmalı və əməliyyat xərcləri azaldılmalıdır. Çünki ölkədə həm daşınma, həm də sənədləşmə ilə bağlı müəyyən çətinliklər mövcuddur".
 
 
"İqlim şəraiti Azərbaycana üstünlük verir"
 
İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, hələlik qeyri-ənənəvi sahələrdən valyuta gəlirləri çox böyük həcmdə olmasa da, bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, pilot layihə kimi həyata keçirilən ixrac təşəbbüsləri gələcəkdə böyük imkanların əsasını qoya bilər. Ekspert bildirir ki, ixrac bazarlarında belə məhsullara tələbat mövcuddur. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti bu məhsulların istehsalı üçün əlverişli imkan yaradır. Ekspertin sözlərinə görə, bəzi Avropa ölkələrində bu cür heyvanların sənaye üsulu ilə artırılması əlavə xərclərlə müşayiət olunur, çünki soyuq iqlim şəraiti səbəbindən ilboyu süni istilik təmin edilməlidir. Azərbaycanda isə isti günlərin sayı daha çoxdur və bu, istehsalı daha ucuz başa gətirir. Bu üstünlük ölkədə belə məhsulların daha rentabelli istehsalına şərait yaradır.
 
"Dövlət dəstəyi vacibdir"
 
Akif Nəsirli onu da bildirir ki, sahibkarlar bu istiqamətdə kütləvi istehsala başlasalar, yüksək gəlir əldə edə bilərlər. Lakin ilkin mərhələdə dövlət dəstəyinin vacibliyini də vurğulayır. Onun fikrincə, hər bir yeni sahədə olduğu kimi bu sahənin inkişafında da dövlət yardımına ehtiyac olacaq. Müəyyən mərhələdən sonra isə istehsal rentabelli olduqda sahibkarlar artıq dövlətə vergi ödəməklə iqtisadiyyata töhfə verəcəklər.
 
 
"Valyuta gətirən hər sahə perspektivlidir"
 
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə ölkəyə valyuta gətirən hər sahəni perspektivli sayır. Amma mütəxəssis deyir ki, bu prosesdə ekoloji tarazlıq məsələləri mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, Azərbaycanda qeyri-ənənəvi məhsullar istehsal edən təsərrüfatların sayı azdır. "Masallıda kənd camaatı təbiətdən qurbağaları tutub müəyyən təhvil məntəqələrinə verirlər, onlar da ixrac edirlər. Təkcə qurbağa deyil, zəli də ixrac olunan məhsullardandır. Lakin bu sahədə ekoloji məsələlər diqqətdən kənarda qalmamalıdır. Xaric bizdən tələb edir, biz isə sadəcə təbiətdən toplayıb daşıyırıq. Halbuki bunun təsərrüfatları qurulmalıdır. Sahibkar pul qazanmaq istəyirsə, bu bizneslə etik formada məşğul olmalıdır" - deyə o qeyd edir.
 
"Kortəbii fəaliyyət ekosistemə ziyan vurur"
 
Mircavid Həsənovun fikrincə, kortəbii fəaliyyət təbiətə ziyan vurur: "Artıq böyük gölməçələrdə nə zəli, nə də qurbağa tapılır, onların kökü kəsilmək üzrədir. Halbuki xaricdə istehsal üçün bu canlıların yaxşı sortları mövcuddur. Onları gətirib burada yetişdirərək ixrac etmək mümkündür. Təbiətə ziyan vurulmadan daha savadlı şəkildə bu bizneslə məşğul olsalar, həm əla nəticə əldə edilər, həm də valyuta qazanılar".
 
Ekspert vurğulayır ki, bu sahənin inkişafı üçün ölkədə kifayət qədər potensial mövcuddur. Azərbaycanın su hövzələri bu baxımdan geniş imkanlar yaradır: "Sarısu su anbarı, Qızılağac qoruğu və digər ərazilər hazır vəziyyətdədir, lakin boş qalıblar. Sahibkar müvafiq icra orqanlarından həmin əraziləri icarəyə götürərək təsərrüfat yarada bilər. Göl də var, qamışlıq da var, bataqlıq da".

Noutbukunuz PARTLAYA bilər: <span style="color: #ff0000;">90 faiz bu səhvi edir</span>

Divan üstündəki noutbuk işləmək və ya film izləmək üçün əlverişli qərar kimi görünür.
 
Amma bu “günahsız” vərdişdən bir saat sonra cihazın korpusu təhlükəli həddə qədər qızır.
 
Moderator.az xəbər verir ki, divanın yumşaq səthi alt paneldə yerləşən havalandırma dəliklərini bağlayır. Hava dövranını dayandırır, prosessor və video kartdan gələn istilik içəridə toplanır.
 
Temperatur yüksəlir və soyutma sistemi özündən çıxır: “ventilyator” maksimum sürətlə fırlanır, lakin isti havanı divanın parçasından keçirə bilmirlər.
 
Çip və soyuducu arasındakı termal pasta quruyur, metal komponentlər istilikdən genişlənir və ana platadakı lehim birləşmələri çatlayır.
 
Bir neçə aydan sonra noutbuk öz-özünə sönməyə başlayacaq - bu, həddindən artıq istiləşmədən qorunma sisteminin işə salınmasıdır. Ancaq buna məhəl qoymasanız, düzəlməz zərər baş verəcəkdir.
 
Houtbukun litium-ion batareyası uzun müddət istiliyə tab gətirmək üçün nəzərdə tutulmayıb. 60 dərəcədən yuxarı temperaturda onun hüceyrələrində zəncirvari reaksiya başlayır - qaz buraxılır, korpus deformasiyaya uğrayır və kimyəvi komponentlər alovlanır.
 
Partlayış ani ola bilər: əvvəlcə fısıltı səsi eşidəcəksən, sonra tüstü görəcəksən, sonra korpus partlayacaq. Yanğın divana, pərdələrə və xalçaya keçəcək - nəticələri fəlakətli olacaq.
 
Hətta partlamasa belə, həddindən artıq qızma sabit diski, qrafik kartı və prosessoru öldürəcək. Termal şokdan məlumatların bərpası mümkün deyil.
 
Bunun qarşısını necə almaq olar? Noutbukunuzu həmişə sərt bir səthə qoyun: masa, nimçə və ya taxta lövhə.
 
Ventilyasiya üçün soyuducu yastiqciq alın - bu, yanğından sonrakı təmir xərcindən daha ucuzdur. Tozu təmizləmək üçün hər altı ayda bir soyutma sistemini təmizləyin - o, havalandırma dəliklərini bağlayır və noutbukunuzu saatlı bombaya çevirir.
 
Korpusun əllərinizi yandırdığını hiss edirsinizsə, dərhal cihazı söndürün və eyvana və ya kirəmitli döşəməyə köçürün.
 
Noutbukunuzu heç vaxt divanda, çarpayıda və ya xalçada nəzarətsiz qoymayın. Temperaturun kritik səviyyəyə qalxması üçün hətta 10 dəqiqə kifayətdir.
 
Unutmayın: rahatlıq həyatınızı riskə atmaq üçün bir səbəb deyil. Divan istirahət üçün, noutbuk isə masa arxasında işləmək üçündür. /Lent.az/

"Rusiya yenidən Ukraynaya genişmiqyaslı hücum həyata keçirib" - <span style="color: #ff0000;">Ukrayna KİV</span>

 
"Hava məkanında atəşkəs olmadan diplomatiya mümkünsüzdür..."
 
Oktyabrın 5-nə keçən gecə Rusiya Ukraynaya qarşı son aylarda ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "glavred.info" nəşri məlumart yayıb.
 
Raketlər və dronlarla zərbələr
 
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəyə 50-dən çox raket və təxminən 500 "Shahed" tipli dron buraxılıb. Hücum əsasən enerji infrastrukturu və yaşayış məntəqələrinə yönəlib. İlkin məlumata görə, azı 5 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.
 
Zelenski xalqa müraciətində deyib: "Ruslar yenidən infrastrukturumuza, insanların normal həyatını təmin edən hər şeyə hücum edib. Bizim yeganə cavabımız daha güclü hava hücumundan müdafiə sistemləridir. ABŞ və Avropa təcili addım atmalıdır ki, Putin bu hava terrorunu dayandırmağa məcbur olsun".
 
Lvov: beş saatlıq terror, ölənlər və yanğınlar
Ən ağır zərbələrdən biri Lvova dəyib. Şəhərdə və ətraf kəndlərdə evlər dağılıb, 4 nəfərin ölümü və 6 nəfərin yaralanması təsdiqlənib. Bir neçə məhəllə işıqsız qalıb, ictimai nəqliyyat dayanıb.
 
Lvov meri Andrey Sadovıy sakinləri xəbərdar edərək küçələrə çıxmamağı, pəncərələri bağlamağı və tüstüdən qorunmaq üçün maska taxmağı tövsiyə edib. Şəhərdə "Sparrow" sənaye parkı yanıb, yaşayış evləri də ziyan görüb.
 
Lvov vilayətinin rəhbəri Maksim Kozitski deyib: "Ruslar bölgəni beş saatdan artıq kombinə olunmuş hücumlarla terrorizə edib. Dağıntılar çoxdur, bütün fövqəladə xidmətlər işləyir".
 
Zaporojye: qurbanlar və kütləvi dağıntılar
Eyni zamanda, Zaporojye də ağır hücuma məruz qalıb. Şəhərdə azı 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Dağıntılar arasında 8 çoxmərtəbəli bina, 8 fərdi ev və bir neçə müəssisə var. On minlərlə sakin işıqsız qalıb. Şəhər meri İvan Fyodorov qeyd edib ki, zərbələrdən sonra bəzi məhəllələrdə həm su, həm də elektrik təchizatı kəsilib, bir müəssisədə isə güclü yanğın başlayıb.
Digər bölgələr: elektrik xətləri sıradan çıxıb
 
Çerkası vilayətində dronların qalıqları elektrik xətlərini zədələyib, minlərlə ev işıqsız qalıb. Çerniqov, İvano-Frankovsk və Vinnitsa vilayətlərində də kritik infrastruktur zərbələrə məruz qalıb. Ukrayna Dəmir Yolları Lvov vilayətində qatarların 30 dəqiqəyədək gecikmələrlə hərəkət etdiyini açıqlayıb.
 
Beynəlxalq reaksiya: Polşa səmasında qırıcılar
 
Hücum zamanı Polşa ordusu da təcili tədbir görüb. Rəsmi Varşava bildirib ki, Polşa və müttəfiq qırıcı təyyarələr havaya qaldırılıb, hava hücumundan müdafiə və radar sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. 
 
Rusiyanın bu hücumu Ukraynanın həm hərbi, həm də mülki infrastrukturu üçün yeni sınaq olub. On minlərlə insan işıqsız qalıb, evlər dağılıb, ölənlərin sayı artır. Zelenskinin sözləri ilə desək, bu hücum yalnız bir həqiqəti göstərir: hava məkanında atəşkəs olmadan diplomatiya mümkünsüzdür.

Şəmkirdə piyadanı vurub öldürən sürücü<span style="color: #ff0000;"> hadisə yerindən qaçdı</span>

Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini D. Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Dırnaq qırıntılarından dərman hazırlanır - <span style="color: #ff0000;">Bunu bilirdiniz?</span>

Əgər siz dırnaq qırıntılarınıza qənaət edirsinizsə və onların sadəcə yararsız zibil olduğunu düşünürsünüzsə, onların həqiqətən dəyərli ola biləcəyi ortaya çıxır. Çində dırnaq kəsimi ənənəvi tibdə iksirlərin tərkib hissəsi kimi istifadə olunur.
 
Moderator.az bildirir ki, qədim inanclara görə, dırnaqlar tonzillit, uşaqlarda şişkinlik və digər xəstəliklərin müalicəsində kömək edir. Bu ənənəvi təbabətin istehsalçıları onu məktəblərdən və kəndlərdən alır, sonra yaxşıca yuyur, qurudur və toz halına gətirirlər. Sonra bu toz dərmanlara əlavə edilir.
 
Yetkin bir adam ildə təxminən 100 qram dırnaq yetişdirdiyi üçün kifayət qədər miqdarda dırnaq toplamaq çətindir. Buna görə də dırnaq qırıntılarının qiyməti kifayət qədər yüksəkdir. Məsələn, Hebey əyalətindən olan bir qadın onları onlayn olaraq hər kiloqramını 150 yuana (təxminən 21 dollar) satır. O, uşaqlıqdan dırnaqlarını yığır və ondan pul qazanmağa qərar verib.
 
Ənənəvi tibbdə dırnaqların istifadəsi 1960-cı illərdə, dırnaq boyasının populyarlığı xammalı daha az uyğunlaşdırdığı zaman azalmağa başlayıb. Bənzər xüsusiyyətlərə malik digər maddələr sonradan kəşf edilib, lakin dırnaqlar ənənəvi tibdən yoxa çıxmayıb.
 
Ancaq yalnız dırnaqların satışına icazə verilir. Prosessorlar xammalı ciddi şəkildə yoxlayır və ayaq dırnaqlarının qəbul edilmədiyini qeyd edirlər. /Lent.az/
 

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - <span style="color: #ff0000;">VİDEO</span>

Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb.
 
Moderator.az xəbər verir ki, icmal Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hazırlanmış video formatında təqdim edilib.
 
Sözügedən videonu təqdim edirik:
 

Oktyabrın ən parlaq astronomik hadisələri

Oktyabrda gecələr bir qədər də uzanır ki, bu da astronomik hadisələri müşahidə etmək üçün daha çox imkan yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Universe Space Tech" məlumat yayıb.
 
Məlumata görə, bu ayın əsas hadisəsi "çılpaq gözlə" görünə bilən C/2025 A6 (Lemmon) kometasının müşahidəsi ola bilər.
 
Artıq 6 oktyabrda sübh çağına yaxın Ay Saturna yaxınlaşacaq, daha sonra isə Neptunla "birləşmə" baş verəcək. Lakin hər üç cisim üfüqün altında olacaq və bunu "çılpaq gözlə" görmək mümkün olmayacaq. Teleskopla müşahidələr üçün ən yaxşı vaxt 5 oktyabrdan 6 oktyabra keçən gecədir.
 
7 oktyabrda bədirlənmiş Ay görünəcək.
 
13 oktyabrdan 14 oktyabra keçən gecə Ay Yupiterlə bir araya gələcək. Gecə boyu Ayın Əkizlər bürcündə hərəkət etməsini görmək mümkün olacaq.
 
19 oktyabrda Ay Veneranın yanında olacaq.
 
21 oktyabrda C/2025 A6 (Lemmon) kometası Yerə ən yaxın məsafədə olacaq. Bunu Şimal yarımkürəsində müşahidə etmək mümkün olacaq.
 
2 oktyabrdan 7 noyabra qədər Orionid meteor yağışının fəallığı müşahidə olunur və onun pik nöqtəsi 21 oktyabrda gözlənilir.
 
29 oktyabrda Merkuri ən böyük şərq uzunluğuna çatacaq, lakin müşahidələr demək olar ki, mümkün olmayacaq. Çünki Günəş batandan sonra planet cənub-qərb üfüqündən çox aşağıda olacaq. Müşahidə üçün ideal şərait yalnız Cənub yarımkürəsində olacaq.
 

Səssiz kafe -<span style="color: #ff0000;"> burada danışsan, səni çıxarırlar</span>

Almaniyada yeni açılan bir kafe tam sakitlik qaydası ilə məşhurdur.
 
İçəridə bir kəlmə belə danışmaq olmaz.
 
Müştərilər orada ya kitab oxuyur, ya yazı yazır, ya sadəcə düşünürmüş kimi otururlar.
 
İçəri girəndə xüsusi jestlə “salam” deyirsən — çünki dil işlətmək qadağandır.
 
Bir nəfər səhvən “Çay verə bilərsiniz?” deyib və ofisiant ona sadəcə kağız verib: “Yaz.”
 
İnsanlar deyir ki, bu kafe hərəkətli meditasiya otağı kimidir.
 
Bəziləri isə oraya sadəcə səs-küydən qaçıb öz həyatını yenidən yükləməyə gəlirlər. /Lent.az/
 

Bərdədə pendir sexində partlayış olub, <span style="color: #ff0000;">ölən var</span>

Bərdədə pendir sexində partlayış olub, bir nəfər həyatın itirib.
 
Moderator.az apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb. Hadisə nəticəsində müəssisədə nəzarətçi işləyən 65 yaşlı Teyyub Yusibov həyatın itirib.
 
Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.
 
Faktla bağlı araşdırma aparılır.
 

Sabah 27 dərəcə isti olacaq - <span style="color: #ff0000;">PROQNOZ</span>

Azərbaycan ərazisində oktyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 65-75% olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

U-21 millimizin Çexiya və Şotlandiya ilə oyunlar üçün <span style="color: #ff0000;">heyəti açıqlandı</span>

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
 
Teleqraf xəbər verir ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.
 
U-21-in heyətini və oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
 

NR.

ADI / SOYADI

KLUB

1

Rəvan Mirzəmmədov

Sabah

2

Xəyal Fərzullayev

Sumqayıt

3

Səlim Həşimov

Şamaxı

4

İbrahim Ramazanov

Turan Tovuz

5

Elgün Dünyamalıyev

Sabah

6

Raul Məmmədov

Kəpəz

7

Nadir Orucov

Sumqayıt

8

Emin Rüstəmov

Səbail

9

Əkbər Eyubov

Zirə

10

Sənan Muradlı

Şamaxı

11

Rüfət Abbasov

Şamaxı

12

Fəxri Məmmədli

Səbail

13

Eşqin Əhmədov

Qəbələ

14

Hikmət Cəbrayılzadə

Qarabağ

15

Murad Məmmədov

Neftçi

16

Nihad Əhmədzadə

Sumqayıt

17

Emil Süleymanov

Şamaxı

18

Oruc Məmmədov

Şamaxı

19

Şahin Şahniyarov

Qəbələ

20

Şahin İbrahimov

Sabah

21

Xəyal Əliyev

Sabah

22

Ağadadaş Salyanskiy

Neftçi

23

Nahid Əliyev

Şəfa

24

Sadiq Şəfiyev

Kəpəz

10 oktyabr

20:00. Çexiya (U-21) – Azərbaycan (U-21)
Karvina şəhər stadionu

14 oktyabr

19:00. Azərbaycan (U-21) – Şotlandiya (U-21)
Bakı, “Dalğa Arena”

 

III MDB Oyunları: Cüdo üzrə qarışıq komanda finalda

Azərbaycan cüdoçuları III MDB Oyunlarının qarışıq komanda yarışında finala yüksəlib.
 
Moderator.az xəbər verir ki, yığmamız yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qalib gəlib.
 
Millimiz finalda Rusiya - Özbəkistan yarımfinal cütünün qalibi ilə üz-üzə gələcək.

İlon Mask "Grokipedia"nın çıxacağı tarixi açıqladı -<span style="color: #ff0000;"> FOTO</span>

"Wikipedia"nın alternativ versiyası olan "Grokipedia" iki həftədən sonra istifadəyə veriləcək".
 
Moderator.az bildirir ki, bunu amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkə hesabında yazıb.
 
Onun sözlərinə görə, "Grokipedia"nın 0.1 beta versiyası çıxacaq və "Grok" süni intellektinin çat-botunun əsasında işləyəcək.
 
Qeyd edək ki, Mask "Wikipedia" ilə münaqişəsindən sonra ensiklopediyanın alternativ versiyasının yaradılmasının anonsunu vermişdi. Yeni versiya bütün istifadəçilər üçün əlçatan olacaq.

 

III MDB Oyunları: <span style="color: #ff0000;">Millimiz bürünc medal uğrunda mübarizə aparacaq</span>

Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.
 
Moderator.az xəbər verir ki, yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi Belarusa 3:2 hesabı ilə uduzub.
 
Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya - Özbəkistan cütünün uduzan tərəfi olacaq.
 
Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-də yekun vurulacaq.

Tiflisin yeni meri bəlli oldu – <span style="color: #ff0000;">Kaxa Kaladzenin qələbəsi</span>

Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin nəticələri açıqlanıb.
 
Moderator.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, iqtidardakı “Gürcü Arzusu” partiyasının namizədi, keçmiş futbolçu və hazırkı mer Kaxa Kaladze Tiflis meri seçkilərində 71,6 faiz səs toplayaraq qələbə qazanıb.
 
MSK nəticələrin 100 faizinin işlənildiyini bildirib. Bu, Kaxa Kaladzenin paytaxt sakinlərinin böyük əksəriyyətinin dəstəyini qazandığını göstərir.
 
Beləliklə, Kaladze Gürcüstan paytaxtının idarəçiliyində növbəti dəfə öz mandatını təsdiqləmiş oldu.

III MDB Oyunları: <span style="color: #ff0000;">Azərbaycan badmintonçusu gümüş medal qazandı</span>

III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə yarışlar keçirilib.
 
Moderator.az xəbər verir ki, azərbaycanlı idmançı Leyla Camalzadə fərdi yarışlarda finalda rusiyalı Marina Tarasovaya uduzaraq gümüş medal qazanıb.
 
Qeyd edək ki, daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanmışdılar.
 
Beləliklə, idmançılarımız turniri 7 medalla başa vurublar.

Tbilisidə iğtişaşların təşkilatçıları saxlanıldı

"Tbilisi polisi paytaxtda etiraz aksiyalarının beş təşkilatçısını saxlayıb".
 
Moderator.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daravelidze deyib.
 
Onun sözlərinə görə, saxlanılanlar ictimai xadim Paata Burçuladze, "Milli Hərəkat" partiyasının üzvü İrakli Nadiradze, keçmiş prokuror Murtaza Zodelava, "Strategiya Ağmaşenebeli" partiyasının üzvü Paata Mancqaladze və polkovnik Laşa Beridzedir.
 
O, həmçinin əlavə edib ki, saxlanılan şəxslər Gürcüstanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar etmək, qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və ona qoşulmaqda ittiham olunurlar.

Culfada vəhşi heyvanların təsərrüfatlara hücumları artıb - <span style="color: #ff0000;">Maldarlara ciddi ziyan dəyib</span>

Cəmi 27 yaşayış evi və 71 nəfər əhalisi olan Culfa rayonunun Gal kəndinin sakinləri kənd təsərrüfatının əkinçilik və heyvandarlıq sahələri ilə məşğuldurlar.
 
Son dövrlərdə vəhşi heyvanların kəndə hücumu nəticəsində həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların ciddi tələfatı müşahidə olunur.
 
"Təsərrüfatımıza təxminən 3 min manat ziyan dəyib. Dolanışığımızın əsas mənbəyi heyvandarlıqdır. Bu qədər ziyan dəyəndə neçə il geriyə düşürsən", - kənd sakini bildirib.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
 

Qərbi Azərbaycanın Gabud kənd icmasında <span style="color: #ff0000;">QALMAQAL</span>

Qərbi Azərbaycanın Gabud kənd icmasında qalmaqal baş verib.
 
Adının çəkilməsini istəməyən mənbənin Moderator.az-a verdiyi məlumata görə, Qərbi Azərbaycanın Paşalı rayon Gabud kənd icmasında qalmaqal səngimək bilmir. İcma üzvlərinin xeyriyyə məqsədilə yaratdıqları fonda toplanan 2 min manatdan artıq vəsait kənd icmasının sədri Abbasov Tural Lətif oğlu tərəfindən mənimsənilib və bu, icma üzvlərini hiddətləndirib.  T.Abbasov mənimsənilmiş vəsaiti qaytarmaq haqqında icma üzvlərinin tələbinə cavab olaraq şantaja və təhqirə əl atır.
 
Hadisə Qərbi Azərbaycan İcması rəhbərliyinin diqqətini çəkmiş və narahatlığına səbəb olmuş, Tural Abbasov Gabud kənd icma sədrliyindən azad edilmişdir.
 
Qeyd edək ki, Tural Abbasov həm də dövlət təşkilatında çaılışır. Standartlaşdırma və Meteorologiya İnstitutunun əməkdaşıdır. Çox təəssüf ki, doğma kəndinin icmasında ona göstərilən etimada qəsd edərək bundan sui-istifadə edib. Kənd icmasına əlavə gəlir yeri kimi yanaşıb. Belə adamı tutduğu ictimai vəzifədən çıxartmaqla kifayətlənmək olmaz. Yoxsa bu hal başqalarına dərs olmaz. Mütləq ciddi araşdırma aparılıb qanuni ölçü götürülməlidi.

Ayxan Abbasov milli komandaya 26 futbolçu dəvət etdi - <span style="color: #ff0000;">SİYAHI</span>

Azərbaycan milli komandası oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq. Millimiz oktyabrın 8-də Fransanın paytaxtı Parisə yollanacaq.
 
Moderator.az xəbər verir ki, komandamızın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
 
A millinin heyətini nəzərinizə çatdırırıq:
 

S.

AD / SOYAD

KLUB

1

Şahruddin Məhəmmədəliyev

Qarabağ

2

Aydın Bayramov

Zirə

3

Rza Cəfərov

Neftçi

4

Bəhlul Mustafazadə

Qarabağ

5

Anton Krivotsyuk

Daejon Hana (Cənubi Koreya)

6

Elvin Bədəlov

Neftçi

7

Cəlal Hüseynov

Arda (Bolqarıstan)

8

Rəhman Daşdəmirov

Sabah

9

Abbas Hüseynov

Qarabağ

10

Faiq Hacıyev

Turan Tovuz

11

Qismət Alıyev

Zirə

12

Elvin Cəfərquliyev

Qarabağ

13

Rahil Məmmədov

Araz-Naxçıvan

14

Emin Mahmudov

Neftçi

15

Murad Xaçayev

Neftçi

16

Səbuhi Abdullazadə

Sumqayıt

17

İsmayıl İbrahimli

Zirə

18

Abdulla Xaybullayev

Sabah

19

Toral Bayramov

Qarabağ

20

Ceyhun Nuriyev

Zirə

21

Rüstəm Əhmədzadə

Sumqayıt

22

Anatoli Nuriyev

Sabah

23

Mahir Emreli

Kayzerslautern (Almaniya)

24

Renat Dadaşov

Motor (Polşa)

25

Musa Qurbanlı

Qarabağ

26

Nəriman Axundzadə

Qarabağ

III MDB oyunları ilə əlaqədar Qəbələdə gücləndirilmiş xidmət təşkil olunub - <span style="color: #ff0000;">FOTO/VİDEO</span>

III MDB oyunları ilə əlaqədar Qəbələdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
 
Rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib.
 
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, eləcə də hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

 

 

Emin Əmrullayev müəllimləri təbrik etdi - <span style="color: #ff0000;">FOTO</span>

Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
 
Paylaşımda deyilir:
 
"Dəyərli müəllimlər! Sizi Müəllimlər Günü münasibətilə təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin formalaşmasında fədakar əməyinizə görə təşəkkür edirəm".

Çin ordusu poliqonda Tayvan hökumət binalarının maketini qurub -<span style="color: #ff0000;"> FOTO</span>

Çin ordusu ən böyük poliqonlarından biri olan Çjujihedə Tayvan hökumət orqanlarının yerləşdiyi ərazinin maketini quraşdırıb.
 
Moderator.az bu barədə "Sankei Shimbum" nəşrinə istinadən xəbər verir.
 
Bildirilir ki, maketin ölçüləri 2020-ci ildən bəri təqribən üç dəfə böyüdülüb.
 
Məlumata görə, Çin poliqonda Tayvan parlamentinin binasının modelinin tikintisini bu yaxınarda başa çatdırıb. Bina maketdə Tayvan Prezident Sarayının yaxınlığında yerləşir. Buna qədər Tayvanın digər dövlət qurumlarının modelləri də peyk çəkilişləri vasitəsilə poliqonda aşkarlanıb.
 
Poliqonda 2020-ci ildən etibarən aparılan təlimlər zamanı prezident sarayı uğrunda döyüşlər imitasiya edilir.

“AAAF park” yaşayış kompleksində yanğın: <span style="color: #ff0000;">Sakinlər təxliyə edildi - VİDEO</span>

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində binanın zirzəmisində yerləşən ümumi sahəsi 2 m² olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektirik sayğacı və şaxtadan keçən elektrik kabelləri 3p.m. yanıb.
 
FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.
 
Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda park edilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub.

“Qızılgül inqilabı” dönməzdi: <span style="color: #ff0000;">Gürcüstanda yeni cəhd niyə baş tutmadı?</span>

Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri ölkəni yenidən siyasi gərginliyin mərkəzinə gətirib. Seçkilərin nəticələrinə etiraz edən müxalifət qüvvələri Tiflisin mərkəzində on minlərlə insanın iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirir. Etirazçılar seçkilərin saxtalaşdırıldığını iddia edir, nəticələrin ləğvini və hökumətin istefasını tələb edirlər.
 
Siyasi müşahidəçilər bildirirlər ki, bu əslində Qərblə Rusiya arasında gedən geosiyasi mübarizənin növbəti mərhələsidir. Avropa İttifaqı və ABŞ-ın Gürcüstan müxalifətinə dolayı dəstək verdiyi, xüsusilə də Avropada Rusiyaya yaxın hesab edilən “Gürcü Arzusu” hökumətinin devrilməsində maraqlı olduğu deyilir.
 
Həmçimin son illər Moldovada baş verən siyasi dəyişikliklər və pro-Qərb qüvvələrinin qələbəsi Tiflisdəki müxalifətə əlavə stimul verib. Ekspertlərin fikrincə, Qərb dairələri Moldovadakı uğuru Gürcüstanda da təkrarlamağa çalışır. Məqsəd isə Cənubi Qafqazda Rusiyanın təsirini tamamilə sıfıra endirmək və bölgəni Qərb orbitinə yaxınlaşdırmaq.
 
Tiflis küçələrində səslənən “Rusiya Gürcüstandan çıxsın!”, “Avropa ilə gələcəyə!” kimi şüarlar göstərir ki, bu aksiyalar anti-Rusiya ruhunda keçir və Qərb paytaxtlarının siyasi mətbəxlərində hazırlanan “rəngli inqilab” ssenarisini xatırladır.
 
Aksiyalarda iştirak edənlərin əhval-ruhiyyəsi əvvəlki illərdəki etirazlardan fərqlənir. Bu dəfə emosiya yox, qəzəb və qətiyyət ön plandadır.
 
Bəzi siyasi şərhçilər artıq Gürcüstanda “inqilab ssenarisinin işə salındığını” iddia edirlər.
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Natiq Cəfərli Musavat.com-a danışıb:
 
 
"Vətəndaşlar seçkiyə fəal şəkildə qatılıb, səsini verib və indi öz iradələrinin tanınması üçün aksiyalarda iştirak etməyə hazır olduqlarını bildirirlər. Bununla belə, hazırkı etirazların mahiyyəti tam aydın deyil, çünki küçələrə çıxanların əksəriyyəti seçkilərdə iştirak etməyən müxalif qüvvələrin tərəfdarlarıdır.
 
Məsələ ondadır ki, müxalifətin mühüm bir hissəsi bu seçkiləri baykot edib. Son rəy sorğuları göstərmişdi ki, müxalifətin reytinqi ciddi şəkildə azalıb, xüsusən də böyük şəhərlərdə, o cümlədən Tbilisi, Batumi və Kutaisidə. Rəqabət qabiliyyətinin zəif olduğunu anlayan müxalifətin təxminən dörddə üçü seçkilərə qatılmamaq qərarı verib. Cəmi bir neçə partiya seçkilərə qatılmaqla prosesdə iştirak etdi, digərləri isə Gürcüstanın “Avropadan uzaqlaşdığı” kimi populist şüarlarla küçələrə çıxmağı seçdi.
 
Lakin bu aksiyaların məqsədi və strategiyası aydın deyil. Etirazçılar nəyi tələb etdiklərini tam ifadə edə bilmir, onların “neo-bolşevik” və populist yanaşmaları real siyasi strategiyadan daha çox emosional çağırışlar təsiri bağışlayır. Məsələn, bir qrupun Prezident Sarayına daxil olub orada oturması kimi addımlar nə siyasi məntiqlə, nə də demokratik mübarizə prinsipləri ilə izah oluna bilər.
 
Hakimiyyətin zorla devrilməsi ssenarisi isə praktik baxımdan qeyri-mümkündür. Dünyanın heç bir demokratik ölkəsində elitanın parçalanması, hüquq-mühafizə orqanlarının və ordunun etirazçılar tərəfə keçməsi olmadan küçə təzyiqi ilə hakimiyyət dəyişikliyi baş vermir. Gürcüstan nümunəsində də bu, mümkün görünmür.
 
Tarixi təcrübə göstərir ki, Gürcüstanda hakimiyyət dəyişiklikləri həmişə institusional parçalanma və seçki prosesi fonunda baş verib. Məsələn, vaxtilə “Qızılgül inqilabı” zamanı Mixail Saakaşvili hakimiyyətə küçədən deyil, elitanın içindən gəlmişdi. O, Tbilisi meri, daha sonra ədliyyə naziri olmuş, yəni sistemin içində idi. Hakimiyyət daxilində parçalanma baş verdikdən sonra seçkilərdə müəyyən üstünlük qazanaraq parlamentdə çoxluq əldə etdi və nəticədə siyasi dəyişiklik baş tutdu.
 
Bugünkü Gürcüstanda isə vəziyyət tam fərqlidir. Hazırda küçələrə çıxan müxalifət seçkilərdə iştirak etməyib, seçki institutunu rədd edib və indi küçə təzyiqi ilə hakimiyyətə gəlmək niyyətindədir. Bu isə nə hüquqi, nə də demokratik baxımdan qəbul edilə bilən davranış deyil.
 
Əslində, Gürcüstanda pis-yaxşı demokratik institutlar, seçki mexanizmi formalaşıb. Son parlament seçkilərində müxalifət az da olsa, uğur qazanmış, parlamentdə üçdə bir yerə sahib olmuşdu. Lakin parlamentə getmək və qanunvericilik fəaliyyəti aparmaq əvəzinə, müxalifət həmin nəticələri də baykot etdi. Halbuki, demokratik mübarizənin əsas yolu – parlamentdə iştirak, qanun layihələri təqdim etmək, xalqın problemlərinə konkret təkliflərlə çıxış etmək və iqtidarı tənzimləməkdən keçir.
 
Əgər müxalifət bu yolla getsəydi, həm ictimai etimadı qazana, həm də iqtidarın səhvlərini sistemli şəkildə ifşa edə bilərdi. Lakin əvəzində populist şüarlarla küçəyə çıxmaq və Avropa yönümlü ritorika ilə xalqı emosional şəkildə təsirləndirməyə çalışmaq Gürcüstan cəmiyyətində artıq effekt vermir.
 
Baş nazirin son açıqlamaları da bunu təsdiqləyir: o, Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağı hədəflədiyini, bu istiqamətdə islahatların davam etdiyini vurğulayıb. Belə olan halda “Gürcüstan Avropadan uzaqlaşır” kimi iddialar siyasi reallıqdan çox uzaqdır".
 
Natiq Cəfərli qeyd edir ki, müxalifətin səhvi həm də ondadır ki, o, əhalinin prioritetlərini düzgün qiymətləndirmir:
 
"Dünyanın istənilən ölkəsində olduğu kimi, Gürcüstanda da əhalinin çox az bir hissəsi siyasətə və geosiyasi istiqamətlərə dərin şəkildə maraq göstərir. Əksəriyyət üçün əsas olan iqtisadi rifah, sosial sabitlik və gəlir səviyyəsinin yüksəlməsidir.
 
Bu baxımdan Gürcüstan son illərdə ciddi iqtisadi uğurlar əldə edib. Post-sovet məkanında ən sürətlə inkişaf edən ölkələrdən biri olan Gürcüstanın ümumi daxili məhsulu ötən il 9 faiz, bu il isə 8 faiz artıb. Adambaşına düşən gəlir göstəricilərinə görə isə ölkə Cənubi Qafqazda lider mövqedədir. Bu faktları görən və gündəlik həyatında hiss edən gürcü vətəndaşları təbii olaraq stabilliyi qorumaq və hazırkı hökuməti dəstəkləmək mövqeyindədir.
 
Beləliklə, Gürcüstanda baş verən hadisələr göstərir ki, müxalifətin radikal küçə aksiyaları geniş ictimai dəstək tapmır. Xalq daha çox sabitlik, iqtisadi inkişaf və Avropaya inteqrasiyanın real, addım-addım həyata keçirilməsini istəyir. Müxalifət isə populizm və baykot siyasətindən əl çəkməsə, Gürcüstandakı siyasi balansda həlledici qüvvəyə çevrilə bilməyəcək".

Tramp Çikaqoya Milli Qvardiyanın 300 hərbçisini göndərmək tapşırığı verib

"ABŞ Prezidenti Donald Tramp Çikaqo şəhərinə (İllinoys ştatı) Milli Qvardiyanın 300 hərbçisini göndərmək barədə göstəriş verib".
 
Moderator.az AİF-ə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının nümayəndəsi Abiqeyl Cekson deyib.
 
Hərbçilərin göndərilməsinə səbəb kimi isə Çikaqoda federal agentlər və etirazçılar arasında gərginliyin güclənməsi göstərilir.
 
Cekson qeyd edib ki, Tramp ABŞ şəhərlərində müşahidə olunan qanunsuzluğa göz yummaq fikrində deyil.
 
Xatırladaq ki, ABŞ hakimiyyəti sentyabrın 1-də Çikaqoda miqrantlarla mübarizə üzrə əməliyyata başlayıb.
 

Qazaxda avtomobil dərəyə aşıb, <span style="color: #ff0000;">xəsarət alanlar var</span>

Qazaxda avtomobil dərəyə aşıb.
 
Moderator.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.
 
Minik avtomobilinin dərəyə aşması nəticəsində 2004-cü il təvəllüdlü Afiq İsmayılov və həmyaşıdı Orxan Məmmədəliyev ağır xəsarət alıb.
 
Yaralılar xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Səbail rayonunda baş verən yanğın söndürüldü - <span style="color: #ff0000;">YENİLƏNİB</span>

Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində baş verən yanğın söndürülüb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
10:05
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
 
Əlavə məlumat veriləcək.
 

Liftdə qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.
 

"Bitcoin"in dəyəri tarixi maksimumu yenilədi

"Bitcoin" kriptovalyutasının dəyəri 125 min dollar həddini keçərək, tarixi maksimumu yeniləyib.
 
Moderator.az xəbər verir ki, bunu "Binance" platformasının məlumatları təsdiq edir.
 
Bakı vaxtı ilə saat 09:11-ə olan məlumata görə, onun dəyəri 124 900 dollara çatıb (+1.97%).
 
Saat 09:14-ə olan vəziyyətə görə isə, "Bitcioin" artımı sürətləndirib və 125 180 dollar səviyyəsində olub (+2.06%).
 

Avtomobilin təkərinin partlaması qəzaya səbəb oldu -<span style="color: #ff0000;"> VİDEO</span>

Bu gün, səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Moderator.az-a verilən məlumata görə, ilkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub.
 
Hadisə nəticəsində piyada xəsarət alıb.
 
Baş Dövlət Yol Polisi İdarəsi qeyd edir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.

Avtomobilin təkərinin partlaması qəzaya səbəb oldu - VİDEO

Avtomobilin təkərinin partlaması qəzaya səbəb oldu - VİDEO

10:30 05-10-2025

 

HADİSƏ

Bu gün, səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən "Unikal"a verilən məlumata görə, ilkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub.

Hadisə nəticəsində piyada xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd edir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.

Sovet korrupsiya aparatının tərkib hissəsi olan ETIBARNAMƏ... -<span style="color: #ff0000;"> </span><span style="color: #ff0000;">professor Saleh Məmmədovun yazısı</span>

Sovet repressiya və korrupsiya aparatının tərkib hissəsi olan ETIBARNAMƏ dünya miqyasında yalnız Azərbaycanda  yaşadılır. 
 
Beynəlxalq şəffaflıq təşkilatının hesablamalarına görə keçmiş SSRİ-də ən çox korrupsiya törədici amil dövlət avtomobil müfəttişliyi sistemində maşınları idarə etmək üçün istifadə olunan başı bəlalı "ETİBARNAMƏ" sistemi olmuşdur. Bunu nəzərə alaraq kommunist sistemi dagildıqdan sonra bütün ölkələr bu sistemi ləğv etdilər və korrupsiya xeyli azaldi. Bir yalnız Azərbaycanda nəinki ləğv olunmadı, əksinə, daha da aqressivləsdirildi, kəskinləşdirildi. Bu "süni qaydaları" pozanların cərimələri isə dəfələrlə artırıldı və kəskinləşdirildi.
 
Dünyada başqa hansı ölkələrdə avtomobil idarə etmək üçün etibarnamə sistemi qalır?
 
Hazırda  Azərbaycan doğrudan da dünyada avtomobil idarə etmək üçün yazılı etibarnamə sistemini gündəlik praktikada mütəmadi tətbiq edən yeganə ölkə kimi qalır: BMT üzvü olan 193 ölkədən yalnız biri -Azərbaycan Respublikası.
 
Digər ölkələrdə vəziyyət necədir?
 
- Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova — bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və ya hüquqi prosedurlar üçün istifadə oluna bilər.
 
- Şimali Koreya— məhdud məlumatlara əsasən,gündəlik sürücülük üçün etibarnamə tələb olunmur. Avtomobillər əsasən dövlətə və təşkilatlara məxsusdur və idarəetmə daxili qaydalarla tənzimlənir.
 
- İran, Türkmənistan, Özbəkistan — bu ölkələrdə etibarnamə istifadə oluna bilər, lakin məcburi deyil. Əsasən sərhəd keçidi və ya hüquqi əməliyyatlar üçün tələb olunur.
 
- Bəzi Afrika və Asiya ölkələri — etibarnamə kommersiya və ya hüquqi kontekstdə istifadə oluna bilər, lakin adi sürücülük üçün məcburi sənəd deyil.
 
Nəticə
 
2025-ci ilə olan məlumata görə, Azərbaycan — avtomobil idarə etmək üçün etibarnamə sistemini qoruyub saxlayan və gündəlik həyatında tətbiq edən yeganə ölkədir. Digər ölkələrdə bu sistem ya ləğv olunub, ya da yalnız xüsusi hallarda istifadə olunur.
 
Sual olunur: nə üçün BMT üzvü olan 193 ölkənin 192-si bu mənfur qaydanı (korrupsiya törədici, butun hüquqlara zidd, vətəndaşlıq hüququna, mülkiyyət hüququna zidd amili) tətbiq etmir, bir yalnız Azərbaycan Respublikası günü-gündən bu tətbiqi "təkmilləşdirir", genişləndirir, gücləndirir? Təsəvvür edin, ailə üzvləri ortaq mülkiyyətdə olan bir maşını (nə fərqi var, soyuducu, televizor, qayıq və s) istifadə etdiyinə görə 100 manat cərimə olunur və mülkiyyət cərimə meydançasına aparılır. 
 
Əminəm, bu faktları təhlil edəndən sonra Azərbaycan parlamenti və Azərbaycan höküməti belə bir lazımsız, əhalidə ciddi narazılıq yaradan qaydanın aradan qaldırılması üzrə müvafiq tədbir görəcək. 
 
Dərin hörmətlə,
professor Saleh Məmmədov
 

Planşeti telefona çevirən funksiya yaradıldı

"Apple" ilk dəfə olaraq planşetlərinə xüsusi "Telefon" funksiyası əlavə edib.
 
Moderator.az "Slashgear"a istinadən xəbər verir ki, bu, çox faydalı bir xüsusiyyətdir, çünki zənglərə artıq "iPad" ilə cavab vermək olar.
 
Yeni proqram "Continuity" vasitəsilə "iPhone" xəttinə girişi təmin edir.
 
Siz "iPad" ilə zəng edəndə və ya zəngə cavab verəndə, o əslində eyni "Apple ID" ilə daxil olduğunuz "iPhone" vasitəsilə xəttə qoşulur.
 
"iPad" displeyi son zənglərə, kontaktlara, klaviaturaya və səsli poçta girişi təmin edən tam zəng interfeysini göstərir. Zəng zamanı siz "AirPods" və ya digər "bluetooth" cihazlarına keçə bilərsiniz.
 
"Telefon" funksiyası ilə artıq zənglər üçün "FaceTime Audio"dan istifadə etmək və ya zəng davam edərkən "iPhone"a qayıtmaq lazım deyil.
 
Bununla belə, bəzi məhdudiyyətlər var. Əgər "iPhone" söndürülübsə, əhatə dairəsindən kənardadırsa və ya şəbəkəyə qoşulmayıbsa, "iPad"dəki "Telefon" funksiyası işləməyəcək.
 

Çində "Matmo" tayfunu 144 min insanı yerindən etdi<span style="color: #464646;"></span>

Çinin Haynan əyalətində "Matmo" tayfunu səbəbindən təqribən 144 min nəfər təxliyə olunur.
 
Moderator.az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.
 
Onlardan artıq 114 mini təhlükəsiz yerə köçürülüb.
 
Bildirilir ki, tropik siklon əyalətin şimal-şərqindən keçib və tezliklə qonşu Quandun əyalətinin sahillərinə çatacaq.
 
Sahilə çatanda küləyin sürətinin saniyədə 42-48 metr təşkil edəcəyi gözlənilir. Tayfunla əlaqədar Quandunda güclü yağışların yağacağı proqnozlaşdırılır.

Voleybol üzrə Azərbaycan millisinin rəqibləri bəlli oldu - <span style="color: #ff0000;">FOTO</span>

Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov, AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova da tədbirdə iştirak ediblər. Tədbir İtaliyanın Bari şəhərindəki məşhur Norman-Svabian Qalasında təşkil olunub.
 
Püşkatma nəticəsində ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub. Çempionatın ev sahiblərindən biri olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniyadır. Komanda 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.
 
Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.

Vilnüs Hava Limanının fəaliyyəti dayandırıldı

Vilnüs Hava Limanının fəaliyyəti isti hava şarları səbəbindən dayandırılıb.
 
Moderator.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
 
Bildirilib ki, bir neçə reys digər hava limanlarına yönləndirilib.
 
Qeyd edək ki, sentyabr ayında Vilnüs aeroportunda hava hərəkəti ilə bağlı problemlər üç dəfə baş verib: 9, 11 və 27 sentyabr tarixlərində. O zaman məhdudiyyətlər müşahidə olunan pilotsuz uçuş aparatları səbəbindən tətbiq edilmişdi.
 

FTB-nin rəhbəri Maduronu narkotik taciri və diktator adlandırdı

ABŞ-nin Federal Təhqiqat Bürosunun rəhbəri Keş Patel Venesuela Prezidenti Nikolas Maduronu narkotik taciri və diktator adlandırıb və onun tutulması üçün 50 milyon dollar mükafat elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Patel "X" sosial şəbəkəsindəki hesabında yazıb.
 
"Maduro təkcə korrupsioner deyil, o, ittiham olunan narkotik terrorçusu və diktatordur. Amerika onun qanlı pulları üçün heç vaxt təhlükəsiz sığınacaq olmayacaq", - deyə paylaşımda qeyd olunub.
 
Daha əvvəl, 3 oktyabrda ABŞ-nin Silahlı Qüvvələrinin narkotik alveri ilə mübarizə çərçivəsində Venesuela ərazisində mümkün əməliyyata hazır olduğu bildirilmişdi.

İranda TARİXİ QƏRAR - <span style="color: #ff0000;">Hicab qanunu ləğv edildi</span>

“Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur”. 
 
Moderator.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.
 
Onun sözlərinə görə, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnə bilməz:
 
“Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin”.
 
Xatırladaq ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz.

Alimlər quyudan tapılan 2000 illik şifrəli mesajlar üzərində baş sındırırlar - <span style="color: #ff0000;">FOTO</span>

Son bir neçə il ərzində alimlər fransız arxeoloqlarının tapıntısı üzərində baş sındırırlar.
 
Moderator.az bildirir ki, bu barədə labrujulaverde.com portalı məlumat yayıb.
 
Hələ 2020-ci ildə Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutundan olan tədqiqatçılar ölkənin cənub-şərqində yerləşən İzernor kommunası ərazisində arxeoloji qazıntılar aparıblar.
 
O zaman Qall-Roma şəhəri olan İzarnodurumun ərazisində qədim dövrlərdə zibil tullantıları sahələri kimi istifadə olunan dörd quyu aşkar edilmiş, onların içərisində isə işıq və oksigen olmayan mühitdə yaxşı qorunub saxlanılmış ağac emalatxanasının tullantıları, o cümlədən, albom kimi hörülmüş 15 ağac yazı lövhəsinin fraqmentləri tapılmışdı.
 
Belə lövhələr Roma İmperiyasında məktəb dəftərləri və ya rəsmi yazışmalar üçün blanklar kimi geniş istifadə olunub. Arxeoloqların diqqətini, xüsusilə, üzərində mürəkkəblə bir neçə sətir yazılmış nadir nüsxə cəlb edib. Lakin yazının dəqiq məzmunu, hansı şəraitdə, nə münasibətlə və kim tərəfindən yazıldığı kimi suallara elm hələ cavab verməyib, lakin epiqrafik təhlil davam edir. /Oxu.az/

Paşinyan Göyçə gölü sahilində <span style="color: #ff0000;">kabab çəkdi...-FOTOLAR+VİDEO</span>

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində Göyçə("Sevan") gölü sahilindəki istirahətini əks etdirəm video yayımlayıb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Times" nəşri məlumat yayıb.
Erməni hökumət başçısı kabab çəkdiyini əks etdirən video-görüntülərə sərhdə belə yazıb:
 
"Şənbə axşamı..."
 

 

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət:<span style="color: #ff0000;"> Bunları edin</span>

2025-ci ilin oktyabr ayında üç bürc əlaməti əhəmiyyətli maliyyə uğurları yaşayacaq, lakin bunun açarı böyüməyə daxili hazırlıqdadır. 
 
Moderator.az bildirir ki, məqsədlərinizə nail olmaq üçün təkcə ciddi büdcə tərtib etmək deyil, həm də keçmiş maliyyə çatışmazlığından yaranan yaraları sağaltmaq lazımdır.
 
Müsbət maliyyə axını cəlb etmək üçün aşağıdakıları etməlisiniz:
 
Keçmişin dərsləri üzərində düşünün: Səhvlərdən qaçmaq üçün köhnə maliyyə vərdişlərini təhlil edin.
 
Riskə açıq olun: Yeni iş tapmaq və ya investisiya etmək kimi cəsarətli addımlar üçün əlverişli zamandır.
 
Əməkdaşlıq: Şəxsi uğur vacib olsa da, yalnız özünüzə diqqət yetirməyin. Kömək axtarın və ya başqalarına sərmayə qoyun - uğur müsbət əməkdaşlıq sayəsində daha asan olacaq.
 
Əsas odur ki, öz dəyərinizi dərk edin və heç vaxt layiq olduğunuzdan daha aşağısına qərar verməyin.
 
Oğlaq
 
Oğlaq bürcü, intuisiyanıza güvənin. Cümə axşamı, oktyabrın 2-də Pallada asteroidi birbaşa Dolça bürcündə dayanacaq və sizə maddi qazanc gətirəcək. Pallada maliyyədə müdriklik və ədalətlə bağlı mövzuları idarə edir. Bu asteroid geriyə doğru hərəkət edərkən, maliyyə qərarlarınızı ciddi şəkildə nəzərdən keçirməlisiniz və hüquqi problemlərlə qarşılaşa bilərsiniz. Bu planet tranzitinin məqsədi səhvləri düzəltmək və gələcək üçün möhkəm zəmin yaratmaqdır.
 
Oktyabrın 2-də Pallada Dolça bürcünə girəcək, geriyə dönmə dövründə zəhmət və sərmayələrinizə meyvələr gətirəcək. Əgər hər hansı hüquqi probleminiz varsa, bu, onları öz xeyrinizə həll etmək üçün əla enerjidir. Şəxsi maliyyəyə gəlincə, daha yüksək mənfəət, keçmiş investisiyaların gəlirləri və nəhayət ki, can atdığınız uğura nail olduğunuza dair ümumi hisslər gözləyin.
 
Qız bürcü
 
Əməkdaşlıq maliyyə uğuruna aparan ən sürətli yoldur, Qız bürcü. Müstəqilliyə dəyər verən bir dünyada yaşasanız da, oktyabrın 13-ü Venera Tərəzi bürcünə daxil olarkən başqaları ilə işləməyin vacibliyini unutmayın.
 
Maliyyə sərvəti planeti olan Venera əməkdaşlıq ehtiyacını simvollaşdırır və Tərəzi bürcündə olarkən arzuladığınız maliyyə uğurunu əldə etməyə kömək edir. Sərvət Evinizdə bu enerji güclənir və hər şeyi özünüz etməyə çalışmaqdan başqaları ilə daha səmərəli əməkdaşlıq etməyi öyrənməyə keçidi təmsil edir.
 
Oktyabrın 13-ü ertəsi Venera Tərəzi bürcünə daxil olarkən diqqətinizi paylaşılan aktivlərlə bağlı mövzulara yönəldəcəksiniz. Bu enerji romantik əlaqələri əhatə edə bilər, xüsusən Tərəzi Venera tərəfindən idarə olunan Bürclərdən biridir. Bununla belə, əgər hazırda subaysınızsa, yenə də bu mərhələnin tam gözəlliyini yaşaya biləcəksiniz.
 
İşdə diqqətinizi komanda işinə yönəltməyə çalışın. Öz biznesinizi qurmusunuzsa, layihənin başlamasına kömək etmək üçün investor cəlb etməyi düşünün. Nə etsəniz də, unutmayın ki, komanda işi sizin maliyyə uğurunuzun açarıdır.
 
Tərəzi
 
Əziz Tərəzilər, maliyyə uğurları dövrünə qədəm qoyursunuz. Oktyabr ayı həm şəxsi, həm də maliyyə baxımından sizin üçün ilin ən yaxşı aylarından biri olacağını vəd edir. Günəş dönüşünüzün ortasında böyümə imkanları açılır ki, bu da potensial olaraq həyatınızda yeni bir fəsil açmağa imkan verir.
 
Bu, oktyabrın 6-sı Merkurinin Əqrəb bürcünə daxil olması ilə daha da güclənəcək. Merkuri ünsiyyətlə bağlı təkliflər və mövzular gətirir, Əqrəbdə isə şəxsi maliyyə transformasiyası ilə bağlıdır. Dərhal seçim etməkdənsə, xüsusilə də yeni iş axtarırsınızsa, hərəkətə keçməyə hazır olduğunuz oktyabrın 22-nə qədər daxil olan təklifləri nəzərə almağa çalışın.
 
Oktyabrın 6-dan başlayaraq Əqrəb bürcündə olan Merkuri maliyyə təklifləri və fürsətləri gətirsə də, oktyabrın 22-si Əqrəb mövsümünün başlamasına qədər hər hansı bir hərəkət və ya qərar qəbul etməyi dayandırmalısınız. Əqrəb bürcündə Merkuri və Günəşin enerjisindən istifadə etmək üçün cəmi bir həftə vaxtınız olsa da, bu, inanılmaz dərəcədə şanslı olacaq və düzgün seçimlər etməyə, yeni işlərə başlamağa və indi etdiyiniz seçimlərin gələcəkdə öz bəhrəsini verəcəyinə inanmağa imkan verəcək. /Lent.az/
 

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.
 
Moderator.az xatırladır ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
 
Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
 
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
 
Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
 
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.

Premyer Liqada VII tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.
 
Moderator.az xəbər verir ki, günün ilk oyununda Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" "Sabah"ı qəbul edəcək.
 
Yevlax təmsilçisi 6 matçdan 5 xalla 10-cu, Masazır klubu isə 5 oyundan 8 xalla 8-ci pillədə qərarlaşıb.
 
Turun son görüşündə isə “Qəbələ” doğma meydanında “Şamaxı” ilə qarşılaşacaq.
 
"Qəbələ" 6 turdan sonra 4 xalla 11-ci, "Şamaxı" isə 6 xalla 9-cudur.
 
Qeyd edək ki, növbəti turun oyunları 17–19 oktyabrda keçiriləcək
 
Azərbaycan Premyer Liqası
 
VII tur
 
5 oktyabr
 
15:00 “Karvan-Yevlax” – “Sabah”
 
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Şamaxı şəhər stadionu
 
17:30. “Qəbələ” – “Şamaxı”
 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Qəbələ şəhər stadionu
 

"Putin dəyişməyib - o, hələ də yırtıcıdır, Tramp isə sülh istəyir" - <span style="color: #ff0000;">Ursula fon der Lyayen</span>

 
"Avropa liderləri Parisdə Ukraynaya qoşun göndərilməsini müzakirə edəcək..."
 
ABŞ prezidenti Donald Trampın dəstəyi ilə Avropa İttifaqı və NATO rəhbərliyi Ukraynaya beynəlxalq kontingentin göndərilməsi imkanlarını nəzərdən keçirir. Parisdə keçiriləcək görüşdə Avropa liderləri "təhlükəsizlik zəmanətləri" məsələsini müzakirə edəcəklər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
 
Paris sammiti: yüksək səviyyəli müzakirələr
Sentyabrın 4-də Parisdə Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bir araya gələcəklər.
 
Müzakirələrin əsas mövzusu - Ukraynada sülh razılaşmasından sonra təhlükəsizliyin təmin edilməsi üçün Avropa rəhbərliyində çoxmillətli qoşunların yerləşdirilməsi planlarıdır. Nəşrin məlumatına görə, bu razılaşmanın ilkin prinsipləri avqustda Vaşinqtonda Donald Tramp, Vladimir Zelenski və Avropa liderləri arasında əldə olunub.
 
Ursula fon der Lyayenin açıqlamaları
 
Avropa Komissiyasının prezidenti nəşrə müsahibəsində bildirib ki, artıq "aydın yol xəritəsi" mövcuddur və ABŞ tam şəkildə dəstəkləyir: ABŞ qoşunların yerləşdirilməsinə komanda və idarəetmə sistemləri, kəşfiyyat və müşahidə vasitələri ilə dəstək verəcək; Avropa çoxminli kontingent hazırlayır, bunun dəqiq miqyası hələ açıqlanmır; İttifaq Ukrayna Silahlı Qüvvələrinin davamlı maliyyələşdirilməsini üzərinə götürməyə hazırdır.
 
Fon der Lyayen həmçinin Trampın dəstəyini xüsusi vurğulayıb: "Tрамп bizə dəfələrlə təsdiqləyib ki, ABŞ bu prosesin bir hissəsi olacaq. Putin dəyişməyib - o, hələ də yırtıcıdır. Tramp isə sülh istəyir", - o, bildirib.
 
İqtisadi və hərbi öhdəliklər
 
Avropa Komissiyası Ukraynaya davamlı maliyyə axını üçün yeni mexanizmlər hazırlayır. Mövcud büdcə dəstəyi davam edəcək, üstəlik 150 milyard avroluq fond hesabına silah tədarükü və birgə istehsal müqavilələri maliyyələşdirilə bilər. Fon der Lyayenin sözlərinə görə, gələcək sülh razılaşmasından sonra Ukraynada "xeyli sayda hərbçi" xidmət göstərəcək və onların həm yüksək maaşları, həm də müasir avadanlıqla təchizatı təmin edilməlidir.
 
Şübhələr və tənqidlər
 
Bununla belə, bəzi Avropa paytaxtlarında, xüsusilə Almaniyada qoşun göndərilməsi ilə bağlı tərəddüdlər mövcuddur. Rəsmi Berlin öz töhfəsini qoşunla yox, daha çox maliyyə və silah yardımı ilə artırmağı nəzərdən keçirir. Ukraynalı hərbi ekspert Aleksey Melnik də qeyd edib ki, Avropanın effektiv sülhməramlı missiya həyata keçirmək üçün kifayət qədər resursları yoxdur.
 
Yekun mənzərə
 
Paris görüşü Avropa və ABŞ arasında Ukrayna üçün "təhlükəsizlik zəmanətləri"nin praktiki məzmununu formalaşdırmaq baxımından mühüm olacaq. Ukrayna tərəfi Qərbdən konkret addımlar və zəmanətlər gözləyir. Lakin Avropa daxilində hələ də həm siyasi, həm də resurs məhdudiyyətləri ilə bağlı ciddi müzakirələr davam edir.

Ukrayna-NATO Şurasının növbədənkənar iclası çağırılıb

Bu gün Brüsseldə Ukrayna-NATO Şurasının növbədənkənar iclası keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" hesabında yazıb.

O qeyd edib ki, iclas Rusiyanın son kütləvi hava hücumlarına cavab olaraq Ukraynanın təşəbbüsü ilə keçiriləcək.

"Biz Rusiyanın sülh səylərindən imtina etməsinə və ukraynalılara qarşı terroru gücləndirməsinə adekvat cavab vermək üçün birgə addımların məqsədyönlü şəkildə müzakirə olunacağını gözləyirik", - A.Sibiqa bildirib.

XİN başçısı Ukraynaya dəstəyi davam etdirən bütün müttəfiqlərə və NATO-ya təşəkkür edib.

"Moskva müharibənin davam etməsinin nəticəsi olaraq daha güclü təzyiq hiss etməlidir", - o əlavə edib.

Xatırladaq ki, avqustun 28-nə keçən gecə Rusiya Ukraynanın bölgələrinə kütləvi hücum həyata keçirib.

"Siti" Çempionlar Liqasının qalibinin transferini tamamladı

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını “Mançester Siti”də davam etdirəcək.

Moderator.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, transfer artıq başa çatıb və italyan qapıçı bu gün tibbi müayinədən keçəcək. Razılaşma bir neçə həftə əvvəl əldə olunub, lakin “şəhərlilər”in qapıçısı Edersonun “Fənərbaxça”ya keçidi tamamlandıqdan sonra rəsmi şəkildə bağlanıb.

26 yaşlı Donnarumma 2021-ci ildən Paris klubunun formasını geyinirdi. O, ötən mövsüm Fransa nəhəngi ilə Çempionlar Liqasının qalibi olub.

Dənizdə batan 26 yaşlı qız belə xilas edildi - <span style="color: #ff0000;">VİDEO</span>

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan şəxs xilas edilib.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü J.Rzayeva dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

 

Bakıda qadının “Tik Tok tanışı” kabusa çevrildi: <span style="color: #ff0000;">“Pul verməsən, başına oyun açaram” – TƏFƏRRÜAT</span>

Bakıda 1993-cü il təvəllüdlü İmişli rayon sakini Tahir iki qadını şantaj edərək onlardan külli miqdarda pul tələb edib, həmçinin qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Tahir 8 aprel 2022-ci ildə saat 5 radələrində qeyri-rəsmi münasibətdə olduğu Tamara ilə mübahisə edib. Mübahisə zamanı qadının ayaq nahiyələrinə təpik zərbələri vurub, ona bədən xəsarətləri yetirib.
 
Bundan başqa, Tahir həmin il iyunun 22-də internet saytına qeyri-ənənəvi tibbi xidmət göstərilməsi barədə yerləşdirilmiş elandan əldə etdiyi nömrəyə zəng vurub, həmin xidmətdən istifadə bəhanəsi ilə Səbinə ilə telefon danışığı zamanı onun yaşadığı ünvanı dəqiqləşdirib. Saat 12 radələrində Səbinə və bacısı İlhamənin birlikdə yaşadıqları Nizami rayonundakı mənzilinin qarşısına gəlib.
 
Səbinənin icazəsi ilə mənzilə daxil olub, qadının üzərinə hücum edib. Əlini bel nahiyəsinə apararaq guya üzərində hər hansı alət olması görüntüsü yaradıb, bacılardan 1000 manat tələb edib. Pulu verməyəcəkləri təqdirdə onları öldürəcəyi kimi sözlərlə psixi təsir göstərib. Səbinədən 200, İlhamədən 700 manat alıb.
 
Daha sonra o, məbləğin kifayət etmədiyini bildirib, qalan məbləği də anasına məxsus kart hesabına köçürmələrini tələb edib. Səbinə dərhal karta əlavə 100 manat göndərib.
 
Təqsirləndirilən şəxs həmin il avqustun 6-da gecə saat 3 radələrində Səbail rayonu, S.Vurğun küçəsində "Star" marketin yaxınlığında Elmiraya (adlar şərti verilib – red.) yaxınlaşıb və onun ərəb milliyyətindən olan əcnəbi şəxslə 200 manat qarşılığında görüşəcəyini dəqiqləşdirib. Elmiranın əməlinin fahişəlik olduğunu bildirib və ondan pul tələb edib. Tələbini yerinə yetirməyəcəyi təqdirdə hüquq-mühafizə orqanlarına, habelə şəxsiyyətinə xələl gətirən rüsvayedici məlumatları ailə üzvlərinə yayacağını bildirib.
 
Tahir qadına özünün idarə etdiyi “Hyundai'’ markalı avtomobilə əyləşməyi təklif edib və avtomobildə yenidən pul tələb edib, əlindəki əl çantasından 250 manat dəyərində mobil telefonu götürüb. Sonra çantada qadının adına olan Dövlət Sosial Müdafiə Fondunun pensiya kartının içərisində 150 manat olduğunu müəyyən edib. Pulu nağdlaşdırmaq üçün Elmira ilə birlikdə yaxınlıqda quraşdırılmış bankomatın qarşısına gəlib, həmin məbləğdə pulu götürüb.
 
İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma), 181.1 (quldurluq) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
 
“Məni qısqanmağa başladı”
 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs göstərib ki, Tamara ilə “Tik Tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olub:
 
“Münasibət qurduqdan sonra onunla bir yerdə ər-arvad kimi yaşadıq. Əvvəl münasibətlərimiz yaxşıydı. Sonra evə gec gəlməyimə görə Tamara məni qısqanmağa başladı. Aramızda söz-söhbətlər baş verdi. 2022-ci il aprelin 8-də gecə saat 4 radələrində Tamara mənə evə niyə gec gəlməyimin səbəbimi soruşdu. Bunun üstündə aramızda mübahisə baş verdi.
 
Tamara üzərimə gəldi. Onu itələdim, yerə yıxıldı. Sağ və sol bud nahiyələrinə təpiklə vuraraq xəsarət yetirdim”.
 
“Xoşum gəlmədi”
 
Tahirin sözlərinə görə, 2022-ci il iyun ayı ərəfəsində “Lalafo” sosial şəbəkəsində masaj xidmətinin göstərilməsi üçün qeyd olunan elandan mobil nömrə götürüb: “Zəng vurdum, masaj olunmaq istədiyimi bildirdim. Telefonda razılaşdıqdan sonra iyunun 22-də saat 12 radələrində Nizami rayonunda yerləşən yaşayış binasının 6-cı mərtəbəsinə gəldim. Qapını telefonda danışdığım qadın açdı. Sonradan qadının adının Səbinə olduğunu bildim.
 
Kök olduğuna görə ondan xoşum gəlmədi. O da yan otaqdan arıq olan bacısını çağırdı. Xanım məni masaj etdi, oral yolla cinsi ehtiyacımı ödədi. Masaj ərəfəsi bayırdakı kök xanım masaj edəni çağırdı, nəsə mübahisə etdilər. Arıq qadın geri qayıtdı, dedi, bircə bu evdən canım qurtarsaydı. Ardınca məndən hansı işlə məşğul olduğumu xəbər aldı. Yalandan makler işlədiyimi, evlərin kirayəsi ilə məşğul olduğumu bildirdim. Arıq xanım məndən kirayə ev tapmağımı xahiş etdi.
 
Qadına bunun üçün beh lazım olduğunu bildirdim, beh kimi 50 manat verdi. 100 manatı isə göndərəcəyini söylədi.
 
Hamamda yuyundum, çıxdıqda mənə aşağıda gözləməyi tapşırdı. Aşağıda qadın “Opel Vectra” markalı avtomobilinə əyləşdi, məni də otuzdurdu. Telefonu vasitəsi ilə anamın adına olan bank kartına 100 manat köçürdü. Öz adıma bank kartı olmadığına görə anamın adına olan bank kartını istifadə etmişəm”.
 
Təqsirləndirilən şəxs deyib ki, daha sonra həmin qadın avtomobili ilə onu “Neftçilər” metrostansiyasının yanına apararaq düşürüb: “Qadına qısa zamanda kirayə ev tapacağıma söz verərək getdim. Bundan bir neçə gün sonra dəfələrlə zəng vurdu, evi tapıb-tapmadığımı soruşdu. Yalandan internetdən tapdığım ev şəkillərini ona göndərdim, bir neçə gün sonra ümumiyyətlə zənglərinə cavab vermədim”.
 
“Ərəb şübhələndiyi üçün qızdan aralandı”
 
Tahirin sözlərinə görə, avqustun 6-da icarəyə götürdüyü avtomobillə şəhərdə gəzərkən “Torqovı” adlanan ərazinin yaxınlığında, “Star" marketin qarşısında yaşayış binasının keçidinin yanında təxminən 20-21 yaşlarında olan qızın dayandığını görüb və onu müşahidə edib:
 
“Qızın mobil telefonla yazışmasını gördüyümdə aydın oldu ki, binada ərəb milliyyətli şəxslər yaşayır və müşahidə etdiyim qız dayandığı yerə görüş məqsədi ilə gəlib. Bir neçə dəqiqə sonra miliiyətcə ərəb olan bir kişi qıza yaxınlaşdı. Mən dərhal avtomobildən düşərək onlara yaxınlaşdım, qızdan məni tanıyıb-tanımadıını soruşdum. Qız tanımadığını bildirdi. Ərəb şübhələndiyi üçün qızdan aralanaraq binaya daxil oldu”.
 
“Birlikdə otelə getdik”
 
Tahir qeyd edib ki, həmin qızın adının Elmira olduğunu öyrəndikdən sonra onu avtomobilə əyləşdirib və nə səbəblə qeyri-millətlərlə fahişəliklə məşğul olmasını soruşub:
 
“Bir az söhbətdən sonra bu işlə məşğul olduğunu valideynlərinə bildirəcəyimi dedim. Elmira bunu etməməyi xahiş etdi. Ondan pul tələb etdim. Qız əl çantasını axtardı, bank kartı tapdı, kartda 150 manat olduğunu bildirdi.
 
“28 May” küçəsində olan bankomatına yaxınlaşdım, 150 manatı çıxardıqdan sonra avtomobilə qayıtdım. Elmiraya məxsus mobil telefonu da tələb etdim. O da simkartı çıxararaq telefonu mənə verdi.
 
Elmira ac olduğunu bildirdiyi üçün otelə getməyi qərarlaşdırdıq. Ona cinsi əlaqədə olmağı təklif etdim, razılaşdı. Mən avtomobili Sumqayıt yolu kənarında yerləşən “Neapol” otelinə sürdüm. Orada Elmiranın qız olduğunu bildim. Bunun üçün onunla təbii yolla cinsi əlaqədə olmadım.
 
Oteldə 2 saat qaldıqdan sonra ora 70 manat ödədim, oradan çıxdıq. Elmiranı idarə etdiyim avtomobillə “20 Yanvar” dairəsi yaxınlığına gətirərək taksiyə əyləşdirdim və evlərinə yola saldım. Mobil telefonu metronun "20 Yanvar" yaxınlığında tanımadığım şəxsə 110 manata satdım”.
 
“Məlum oldu ki, yalan deyib”
 
İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, əvvəllər bacısı İlhamə onunla birgə yaşayıb: “2023-cü ilin yanvarın əvvəllərində bacım Türkiyəyə gedərək Manisa şəhərində təsərrüfatda çalışdı.
 
Mən özüm Bakı şəhərində masaj məktəbi tədris mərkəzində 2020-ci ilin fevralın 18-dən martın 18-ə qədər təşkil olunmuş vaxtda “Hicama” kursunu bitirmişəm. Bu səbəbdən də “İnstagram” və “Facebook” sosial şəbəkəsində özünə məxsus mobil nömrəmi yerləşdirdim.
 
İyunun 22-də mənə bir kişi zəng etdi, hicama etdirmək istədiyini bildirdi. Ona öz yaşadığım ünvanda qəbul edə biləcəyimi dedim və ünvanı izah etdim. Təxminən saat 12 radələrində evə gəldi və adın təqdim etdi. Sonradan məlum oldu ki, adını yalan deyib, əslində Tahirdir”.
 
“Əgər pul verməsəniz, başınıza oyun açaram”
 
Səbinənin ifadəsinə görə Tahir hicamaya gəldiyi üçün içəri daxil olmasına şərait yaradıb: “Tahir mənzilin qapısını özü bağladı və bildirdi ki, onun hicama ilə işi yoxdur, təcili olaraq 1000 manat verməlisiz. Onun bu hərəkətlərinə təəcübləndim. Bunun nə demək olduğunu soruşdum. Bildirdi ki, 1000 manat lazımdır. Bildirdim ki, o məbləğdə pulum yoxdur. Cavab verdi ki, bilmirəm, haradan tapırsan, tap.
 
Biz ucadan danışdığımız üçün səsimizə bacım İlhamə də gəldi. Nə səs-küy olduğunu soruşdu. Dedim, bu şəxs məndən 1000 manat tələb edir.
 
Bacım həmin şəxsə tərəf döndü, niyə ona pul verməli olduğumuzu soruşdu. Bu zaman o, bacımı itələdi və bildirdi ki, əgər mənə pul verməsəniz, görün başınıza nə oyun açaram. Əlini şalvarının belinə atan zaman belində silah olmasından ehtiyatlandım. Aqressiv danışığından və hərəkətlərindən qorxdum.
 
Bu səbəbdən yan otaqdan özümə məxsus 200 manatı gətirərək ona verdim. Tahir pulu aldı və bildirdi ki, bu nə puldur, mənə verirsən, 1000 manat gətir.
 
İlhamə digər otaqdan 700 manatı gətirdi və ona verdi. Bundan sonra şantajçı bildirdi ki, ona 900 manat yox, 1000 manat lazımdır, əgər bu məbləği çatdırmasaq bizi öldürəcək. Qorxudan bildirdik ki, hazırda evdə pul yoxdur, plastik kartda olan 100 manatı göndərə bilərik. Sonradan kart hesabına 100 manat atdıq”.
 
Səbinənin ifadəsinə görə, bacısı İlhamə ilə birlikdə bir müddət özlərinə gələ bilməyiblər: “Daha sonra qohumlarımıza hadisəni danışdıqdan sonra polisə müraciət etmək qərarına gəldik.
 
Həmin şəxs pulu tələb edəndə konkret olaraq bıçaq və ya silah görməmişəm. Lakin həmin şəxs tez-tez əlini belinə apardığına görə qorxmuşuq və silah çıxaracağını düşünmüşük. O, içkili deyildi, hərəkətlərini sərbəst idarə edirdi”.
 
“Ərəbdən pul almağımı tələb etdi”
 
Zərərçəkmiş Elmiranın sözlərinə görə, hadisə baş verən gün gecə “Tarqovı”da olub:
 
“Bu zaman bir nəfər yaxınlaşaraq tanış olmaq istədi. Mənə həmin yerə niyə gəldiyimi bildiyini, ərəblə görüşəcəyimi dedi. Aralanaraq getmək istədim, qolumdan tutaraq buraxmadı. Ərəbdən pul almağımı, ona verməyimi tələb etdi. Bunu bacarmadığım üçün özümün pensiya aldığımı, kartımda 150 manat olduğunu bildirdim.
 
Bir yerdə bankomata yaxınlaşdıq. Pulu çəkərək ona verdim”.
 
Elmira qeyd edib ki, daha sonra təqsirləndirilən şəxs ona otelə getməyi təklif edib: “Birlikdə otelə getdik. Lakin orada cinsi əlaqədə olmadıq. Əvvəlcədən Tahirə qız uşağı olduğumu demişdim. Sonra məni taksi ilə evə yola saldı. Mənim ondan şikayət etmək fikrim olmayıb. Bir gün rəfiqəmdən pul istəyən zaman ona başıma gələnlər barədə danışdım. Rəfiqəm 102-yə zəng edərək mənə qarşı törədilən cinayət barədə məlumat verdi”.
 
“Sosial şəbəkədə tanış olmuşam”
 
Digər zərərçəkmiş Tamaranın sözlərinə görə, “Neftçilər” prospektində restoranda işləyib: “Ailəmdən boşanmışam. İki azyaşlı uşağım var. Təqsirləndirilən şəxs 2 aydır tanıyıram. Hadisə baş verən zaman iki həftəydi tanımışdım. Tahirlə “TikTok” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşduq.
 
Mənə bildirdi ki, səndən xoşum gəlir, bütün maddi tələbatlarımı ödəyəcək, mənimlə yaşayacaq. Onunla razılaşdım və bir neçə dəfə görüşdük. Təxminən bir həftə mənimlə birlikdə yaşadı. Bir həftə ərzində aramızda tez-tez mübahisə oldu. Tahir evə gec gəlirdi”.
 
Tamara deyib ki, aprelin 8-də gecə saat 04:50-də Tahir evə gəlib: “Gec gəlməsi səbəbindən ona irad bildirdim. Mənimlə kobud danışmağa başladı. Mən də ona kobud cavab verdim. Boğazımdan yapışaraq itələdi, yerə yıxıldım. Təpiklə ayaqlarımdan vurdu. Tahirin adını əvvəl Aqil kimi bilmişəm”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib və cəzasınınm yüngülləşdirilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi isə onun istəyini qəbul etməyib.

PSJ-nin ukraynalı futbolçusu: <span style="color: #ff0000;">"Azərbaycan zəif rəqib deyil"</span>

"Azərbaycanla oyun daha çətin olacaq".
 
Moderator.az Tribuna.com-a istinadən xəbər verir ki, ötən ay "Bornmut"dan (İngiltərə) PSJ-yə (Fransa) keçən müdafiəçi İlya Zabarnı hər iki rəqiblə oyunun çətin olacağını bildirib.
 
"Bu oyunları səbirsizliklə gözləyirəm. Bu oyunlar bizim və düşünürəm ki, bütün Ukrayna üçün çox vacibdir. Ona görə də yaxşı hazırlaşacağımıza inanıram. Fransa güclüdür, amma oynamaq mümkündür. Həmçinin ikinci oyunumuz Azərbaycana qarşı səfərdə olacaq. Bu da çətin olacaq, asan rəqib deyil. İndi xal toplamalıyıq ki, hər şeyi son oyuna saxlamayaq".
 
Qeyd edək ki, Ukrayna millisi sentyabrın 5-də Fransanı qəbul edəcək. Komanda sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

Overçuk Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı

"Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq iki ölkə üçün çox vacibdir, münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır".
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla münasibətlərin bərpası imkanları barədə sualı cavablandırarkən jurnalistlərə deyib.
 
"Biz hökumətlərarası komissiyanın iclasını keçirdik və iqtisadi sahədə hər iki tərəf qeyd etdi ki, əməkdaşlığımız inkişaf edir. Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Biz bu münasibətlərin yaxşılaşdırılması üzərində işləyirik", - deyə Overçuk bildirib.

Naxçıvanda fəaliyyət göstərən "Naxtel" mobil operatoru fəaliyyətini dayandırır

Dekabr ayının birindən "Naxtel" MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, "Naxtel" MMC abunəçiləri hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 01.10. 2025-ci il tarixindən 01.12.2025-ci il tarixinədək ölkədə fəaliyyət göstərən digər mobil operatorlara ("Azercell", "Bakcell", "Nar") müraciət etmələri tövsiyə olunur.
 
Dekabrın birindən yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan, lakin istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).
 

Rusiya Ursula von der Leyenin təyyarəsinin GPS sistemini sıradan çıxarıb - <span style="color: #ff0000;">ŞOK İDDİA</span>

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni daşıyan təyyarənin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunub və pilot təyyarəni kağız xəritəyə baxaraq endirməyə məcbur olub.
 
Bu barədə “Financial Times”a anonim mənbələr məlumat verib.
 
Belə ki, avropalı diplomatı Bolqarıstanın Plovdiv şəhərinə daşıyan təyyarəyə edilən elektron hücumlar GPS sistemini sıradan çıxarıb.
 
Pilot bu səbəbdən kağız xəritəyə baxaraq hava limanına eniş edib.
 
Həmin vaxt Ursula von der Leyen Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə gedirmiş.
 
Avropanın ali diplomatı sözügedən şəhərə Bolqarıstanın Baş naziri ilə silah-sursat zavodunu gəzmək üçün səfər edib.
 
Von der Leyen həmin təyyarə ilə də Plovdiv şəhərini tərk edib. /APA/
 

"Trend" 30 yaşını qeyd edir

Bu gün "Trend" Beynəlxalq İnformasiya Agentliyinin yaranma günüdür.
 
Moderator.az xəbər verir ki, xəbər agentliyinin yaranmasından 30 il ötür.
 
"Trend" Beynəlxalq İnformasiya Agentliyi 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. "Trend" 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. "Trend" "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə "Trend"i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.
 
Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan "Trend" Azərbaycan dili də daxil olmaqla ümumilikdə 5 dildə xəbərlər istehsal edir.
 
"Trend"in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.
 
Moderator.az-ın kollektivi "Trend"də çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

"Ukrayna böhranına səbəb Qərbin dəstəklədiyi dövlət çevrilişi olub" - <span style="color: #ff0000;">Putin</span>

 
"Rusiya diktatoru Çində "sülhdən" dəm vurur, amma eyni zamanda müharibəni davam etdirmək üçün dəstək axtarır..."
 
Rusiya prezidenti Vladimir Putin Çinin Tyantszin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxış edərək, Ukraynaya qarşı başlatdığı müharibəni yenidən "böhran" adlandırıb və Qərbi günahlandırmağa çalışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat yayıb.
 
Qərbi günahlandırmaq cəhdi
 
Putin iddia edib ki, münaqişə Rusiyanın 2022-ci ildəki təcavüzündən yox, 2014-cü ildə Ukraynada baş verən və guya Qərbin dəstəklədiyi "dövlət çevrilişindən" qaynaqlanır. Onun sözlərinə görə, həmin hadisə Ukraynanın NATO-ya yaxınlaşmasını sürətləndirib və bu, Rusiyanın təhlükəsizliyinə "təhdid" yaradıb.
 
Kreml rəhbəri bildirib ki, "balansın bərpa olunması" üçün "əsas səbəblər aradan qaldırılmalıdır". O, hər hansı ölkənin öz təhlükəsizliyini başqalarının hesabına təmin edə bilməyəcəyini vurğulayıb.
 
Sülh ritorikası və sammitdən gözləntilər
 
Putin Çin və Hindistanın "sülh təşəbbüslərini" yüksək qiymətləndirdiyini söyləyib. O, həmçinin ABŞ prezidenti Donald Tramp ilə Alyaskada keçirilən görüşün Ukraynada sülhə aparan yolda mühüm addım olduğunu vurğulayıb.
 
Putin qeyd edib ki, Tramp ilə əldə edilən "anlaşmalar" barədə ŞƏT liderlərini məlumatlandıracaq. Bununla yanaşı, o, sammit çərçivəsində Çin lideri Si Tszinpinlə, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Məsud Pezeşkian və Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla bir sıra ölkə başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
 
Ekspertlərin baxışı
 
Siyasi müşahidəçilər Putinin bu bəyanatlarını təbliğatın davamı kimi qiymətləndirir  Onların fikrincə, Kreml rəhbərinin Çin səfərinin əsas məqsədi Qərbin sanksiyalarına baxmayaraq Pekindən iqtisadi və hərbi dəstək almaqdır. Ukraynanın sabiq xarici işlər naziri Vladimir Oqrızko da qeyd edib ki, Putin Çindən "müharibəni bir az da davam etdirmək üçün yardım dilənməyə" gəlib.
 
Beləliklə, Çindəki sammit Putinə beynəlxalq arenada özünü sülh tərəfdarı kimi göstərmək imkanı verir. Lakin onun çıxışındakı ritorika - "böhran", "dövlət çevrilişi",  "NATO təhdidi" Kremlin 2014-dən bəri dəyişməyən əsas təbliğat tezislərinin təkrarıdır. Əslində isə Ukraynada davam edən müharibənin yeganə səbəbi Rusiyanın işğal siyasətidir.

Dövlət Komitəsindən Ağdamda uşaqlarına şiddət göstərən ananın durumu ilə bağlı - <span style="color: #ff0000;">AÇIQLAMA</span>

"Ağdamda uşaqlarına şiddət göstərən valideynlər valideynlik hüququndan məhrum edilib".
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri sektorunun müdiri Aydın Rəcəbli deyib.
 
O bildirib ki, ata həbsdədir, istintaq gedir.
 
"Ana isə evdədir, bacısı ilə birlikdə yaşayır. Biz komitə olaraq istəyirik ki, qadının psixoloji vəziyyəti yoxlanılsın. Qadının öz uşaqlarını döyməsi birinci dəfə deyil. Övladlarına qarşı belə şiddət göstərən qadının azadlıqda olması cəmiyyətdəki digər uşaqlar üçün də təhlükə yaradır. Belə halda onun cəmiyyətdən uzaqlaşdırılmasına çalışacağıq", - qurum rəsmisi vurğulayıb.
 
Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.
 
Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı Ağdam Rayon Xəstəxanasından Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
 
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, hər iki azyaşlı Bakıda körpələr evinə yerləşdiriləcək.
 
Uşaqların atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Fransa klubu hücumçusu üçün "Qarabağ"dan <span style="color: #ff0000;">beş milyon avro tələb edir</span>

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ" heyətini gücləndirmək niyyətindədir. Ağdam təmsilçisi Fransanın "Loryen" klubundan Sambou Soumanonu heyətə qatmaq istəyir.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fransa klubu ilə müqaviləsi olan forvard üçün "Qarabağ" 2.5 milyon avro transfer məbləği və 500 min avro bonus təklif edib.
 
Lakin qarşı tərəf Azərbaycan klubunun bu təklifi ilə razılaşmayıb. Onlar S.Soumano üçün 5 milyon avro və müxtəlif bonuslar istəyiblər.
 
"Loryen" hücumçunun "Qarabağ"da hər mövsüm oynaması üçün də ödənişlər tələb edib.
 
Bu səbəbdən hələlik transferin baş tutması real görünmür.
 
Qeyd edək ki, Sambou Soumano 2021-ci ildə "Loryen"ə keçib. O, bundan sonra 3 dəfə icarəyə verilib. Forvard əvvəlcə Belçikanın "Eupen" klubunda icarə əsasında çıxış edib.
 
Daha sonra isə Fransa aşağı liqa təmsilçiləri "Rodez" və "Keviyi Ruan"da oynayıb. 2024-cü ildə isə məxsus olduğu "Loryen"ə dönüb. Ötən mövsüm Liqa 2-də meydana çıxdığı 32 görüşdə 14 qol vurmağı bacarıb. Bu mövsüm isə o, Liqa 1-də 3 görüşdə 1 dəfə fərqlənib. O, 2-ci turda "Renn"in qapısına yol tapa bilib.

İran və Ermənistan dəmir yolu əməkdaşlığını genişləndirir

İran və Ermənistan arasında dəmir yolu əməkdaşlığı genişləndirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
 
İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sərdrudi erməni həmkarı ilə görüşüb. Görüşdə MDB məkanında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və İranın İrəvan üzərindən Rusiyaya çıxış marşrutunun açılması müzakirə olunub.
 
Məlumata görə, tərəflər dayanıqlı dəmir yolu daşımalarının təşkili, marşrut üzrə daşına biləcək yüklərin müəyyən edilməsi və ekspeditor şirkətlərin fəaliyyətinin işə salınması məsələlərinə toxunublar.
 
Danışıqlarda Azərbaycan və Ermənistan arasında əldə olunmuş son razılaşma kontekstində, Şimal-Cənub dəhlizinin Naxçıvan marşrutu üzərindən açılmasının mümkünlüyü qeyd olunub. Bu addımın İran-Rusiya dəmir yolu əlaqələrinin qurulmasına şərait yarada biləcəyi vurğulanıb. Tərəflər növbəti görüşün yaxın vaxtlarda Tehranda keçirilməsi barədə razılığa gəliblər.

Ərdoğan Çində Paşinyana nə deyib? - <span style="color: #ff0000;">VİDEO</span>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra Türkiyə və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımların qiymətləndirildiyini bildirib.
 
Moderator.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
 
Ərdoğan və Paşinyan bazar ertəsi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.
 
Ərdoğanın sözlərinə görə, həmin görüşdə Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda davamlı sabitlik və sülh yolunda atılan addımlar fonunda müzakirə olunub.
 
“Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləyişindən razı qaldığını, Türkiyənin regionda sülh, sabitlik və inkişafı dəstəklədiyini və bu prosesə öz töhfəsini verməyə davam edəcəyini bildirib”, - deyə məlumatda qeyd olunur.
 
Öz növbəsində Ermənistan baş nazirinin mətbuat xidməti bildirib ki, görüş zamanı tərəflər bölgədə sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımların əhəmiyyətini vurğulayıblar. Paşinyan və Ərdoğan qarşılıqlı etimad mühitinin formalaşdırılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmanın saxlanmasının vacibliyini qeyd ediblər. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
 
Xatırladaq ki, Çində Azərbaycan və Türkiyə prezidentlərinin də görüşü baş tutub. Həmin görüşdə Ərdoğan Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunmuş irəliləyişdən məmnunluğunu ifadə edərək Türkiyənin bu məsələyə töhfəsini davam etdirəcəyini vurğulayıb.


Ərdoğan Çində Paşinyana nə deyib?

Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub.
 
Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.
 
N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.
 
 

Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs <span style="color: #ff0000;">HƏBS EDİLDİ</span>

Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində İlqar Ələsgərov yetkinlik yaşına çatmayan bir nəfəri məcburi əməyə cəlb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
 
Moderator.az xəbər verir ki, araşdırmalarla onun zərərçəkəni paytaxtın müxtəlif ərazilərində avaraçılıq və dilənçiliyə sövq etməklə maddi gəlir əldə etdiyi sübuta yetirilib.
 
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsi məcburi əməyə cəlbetmə maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.
 
İ.Ələsgərov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə edilib

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə və NATO-nun Tbilisidəki Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikov arasında görüş keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin “X” səhifəsində məlumat verilib.
 
Tərəflər Azərbaycan-NATO əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

Bəzi doğum tarixləri uğur və xoşbəxtliyi gec gətirir - <span style="color: #ff0000;">Astroloqlar günləri açıqladı</span>

Cəmiyyətdə həyatın müəyyən “normal” mərhələləri ilə bağlı xətti zaman anlayışı mövcuddur. Həmçinin bəzi dövrlərdə insana daha çox bəxt gətirdiyinə dair təsəvvürlər var. Amma astroloq və numeroloqların fikrincə, bu, heç də şablon deyil, gerçəklikdə hər kəsin yolu fərqlidir.
 
Moderator.az bu barədə Lent.az-a istinadən xəbər verir.
 
Uğur və xoşbəxtliyin gec gəldiyi doğum tarixləri
 
8-ci gün — Bu tarixdə doğulanlar, astrologların sözlərinə görə, həyatda uğuru daha gec əldə edirlər. Bu, Səturnun təsiri ilə izah olunur və uğura çatmaq üçün əvvəlcə müəyyən həyat dərslərindən keçmək tələb olunur.
 
14-cü gün — Bu gündə doğulanlar əvvəlcə keçmişdən gələn karmatik dövrləri aşmalıdırlar. Uğur və xoşbəxtlik isə yalnız qocalığın ilk illərində və ya təxminən 55 yaşdan sonra gəlir.
 
22-ci gün — Bu tarixdə dünyaya gələnlər uşaqlıqdan müəyyən “kosmik ləngimələrlə” üzləşirlər. Onların bütün həyatı boyunca əsas dərsi odur ki, hər kəs və hər şey diqqətə dəyər deyil. Yalnız böyüdükcə kiçik şeylərin qədrini bilməyi öyrənirlər.
 
25-ci gün — Bu gündə doğulan insanlar uşaqlıqda həssas olur, özlərini tez-tez anlaşılmamış və ya təcrid olunmuş hiss edirlər. Lakin yetkinlik yaşına çatdıqdan sonra ətraflarında dəyərli insanların olduğunu dərk edir və həqiqi xoşbəxtliyi tapırlar.

Market arabalarına minib, video çəkənlər -<span style="color: #ff0000;"> Özbaşınalıq ayaq açıb yeriyir, gigiyena pozulur</span>

Yəqin ki, bilməyən yoxdur, market arabaları orada satılan qida və qeyri-qida məhsullarını qoymağımız üçün nəzərdə tutulub. Arabaların gigiyenik cəhətdən təmiz olması birbaşa bizim, bizim sağlamlığımız və ərzaqlarımızın təmizliyi üçün vacibdir. Amma təəssüf ki, hələ də bunu dərk etməyən insanlarla eyni mühiti bölüşürük. Heç kim istəməz, ərzaqlarını qoyduğu arabanın səthinə kiminsə ayağı, ya da bədəninin hansısa bir üzvü dəysin. Doğrudur, marketlərdə məişət texnikalarından, çörəyə qədər hər şey satılır, amma onların heç biri istifadə olunmadığı üçün təmiz hesab olunur.
 
Son zamanlarda şəbəkələrdə bir paylaşım diqqətimizi çəkdi. Arabanın içərisinə oturaraq, kreativlik adı altında video çəkilib. Baxanda asanlıqla görmək olur ki, ayaqlar arabanın səthinə toxunur. Sonra isə hansısa birimiz o arabaya aldığımız ərzaqları qoyacağıq, həm də heç nədən xəbərimiz olmadan. Bilməyəcəyik ki, bura kiminsə ayağı toxunub, kimsə oturub, video çəkib. 
 
Maraqlısı budur ki, həmin video çəkiləndə market rəhbərliyi hara baxıb? Hər yer kamera olduğu halda niyə bir nəfər çıxıb bir söz deməyib? 
 
Məsələ təkcə bununla da yekunlaşmır. Bəzi valideynlərin də hərəkəti “trend” yaradan “tiktok” fenomenlərindən fərqlənmir. 3-4 yaşlı uşaqlarıyla başa çıxa bilməyənlər onları ayaqqabısı olduğu halda həmin arabalara oturdurlar. Kənardan baxanda məsumcasına görünən bu hərəkət isə bir çox istehlakçıları narahat edir. Bir qisim isə əksinə: Bildirirlər ki, “onsuz da, aldıqlarını evə gedəndə yuyursunuz. Ayaqqabı toxunsa nə olacaq ki?”.
 
Bəzi böyük marketlərdə məhz azyaşlıların oturması üçün arabalar var. Lakin onlar dura-dura digər arabalara çirkli ayaqqabı və geyimlərlə minilməsi heç bir halda yolverilməz kimi görünür. Bu tip görüntülər insanların haqlı narazılığına səbəb olur. Sosial şəbəkələrdə çoxları bunu “antisanitariyanın bariz nümunəsi” adlandıraraq market rəhbərliyini məsuliyyətli olmağa çağırır. Vətəndaşlar hesab edir ki, mağazalarda “arabada oturmaq qadağandır” tipli xəbərdarlıqlar asılmalı, işçilər də belə hallara qarşı xəbərdarlıq etməlidirlər.
 
“Qida təhlükəsizliyi haqqında” qanuna görə ərzaq məhsullarının satışı və daşınması zamanı sanitariya-gigiyena tələblərinə əməl olunmalıdır. Market rəhbərliyi ərzaqla təmasda olan vasitələrin təmizliyinə görə məsuliyyət daşıyır.  
 
Görünən odur ki, ticarət və ictimai iaşə obyektlərində bu cür mənfi hallar ictimai qınağa məruz qalmayınca, hələ hər kəs ürəyi istəyəni, ağlına gələni edəcək. /Lent.az/
 

Arzu Əliyeva Tiencin şəhərindən paylaşım etdi - <span style="color: #ff0000;">FOTO</span>

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin Tiencin şəhərindən paylaşım edib.
 
Moderator.az xəbər verir ki, Tiencində hazırda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçirilir.
 
Arzu Əliyevanın paylaşımını təqdim edirik:

Əfqanıstanda dəhşətli zəlzələ: Ölənlərin sayı 800-ə çatdı, 2500 nəfər yaralandı - <span style="color: #ff0000;">YENİLƏNİB</span>

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb, 2500 nəfər yaralanıb.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid mətbuat konfransında bildirib.
 
"Hazırda yerli hakimiyyət orqanları və əyalət sakinləri qurbanların xilas edilməsi ilə məşğuldur. Mərkəzdən və qonşu əyalətlərdən olan xilasetmə qrupları da dağıntı ərazisinə gedir", - Mücahid deyib.
 
09:40
 
Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticədə 500-dən çox insan həlak olub, minlərlə insan yaralanıb, Kunar və Nangarharda xilasetmə əməliyyatları aparılır.
 
Moderator.az xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.
 
08:48
 
Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş altı bal gücündə zəlzələ azı 250 nəfərin həyatına son qoyub.
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.
 
Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində yerləşib.
 
***
 
Əfqanıstanın şimal-şərqində baş verən 6 maqnitudalı zəlzələ nəticəsində ən azı doqquz nəfər həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "BNO News" məlumat yayıb.
 
ABŞ Geoloji Xidmətinin məlumatına görə, seysmik hadisə yerli vaxtla saat 23:47-də (Bakı vaxtı ilə 23:17 - red.) Hindiquş bölgəsində qeydə alınıb, təbii fəlakətin ocağı təxminən 10 km dərinlikdə yerləşib. Episentr təxminən 280 000 nəfərin yaşadığı Cəlalabad şəhərindən 42 km məsafədə, dağlıq ərazidə yerləşib.
 
Əyalətin səhiyyə məsələləri üzrə "Taliban" hökumətinin nümayəndəsinin sözlərinə görə, Nanqarhar və Kunarda doqquz ölüm hadisəsi qeydə alınıb, daha 25 nəfər yaralanıb, xilasetmə əməliyyatları davam edir.
 
Zəlzələnin təsirləri geniş ərazidə, o cümlədən Hindistanın Nyu-Delhi şəhərində hiss edilib.

"Cəbhədə ağır döyüşlər: Rusiya hücumlarını gücləndirir, Ukrayna cavab zərbələri endirir" - <span style="color: #ff0000;">Ukrayna KİV-ləri</span>

 
"Rusiya mülki infrastrukturu və əhalini hədəf almaq taktikasını davam etdirir..."
 
Son günlər həm Zaporojye və Xarkov vilayətlərində, həm də Krımda döyüşlərin intensivliyi artıb. Rusiya mülki əhaliyə qarşı kütləvi hücumlarını davam etdirərkən, Ukrayna Silahlı Qüvvələri işğalçıların aviasiya və dəniz texnikasına ciddi zərbələr vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri  yazıb.
 
Rusiyanın zərbələri: mülki itkilər və dağıntılar
 
Avqustun son günlərində Rusiya ordusu Zaporojye vilayətinə 591 hücum həyata keçirib. Omelnik  kəndində KAB tipli bombalarla yaşayış evləri dağıdılıb, 64 yaşlı ər-arvad həyatını itirib. Eyni zamanda, müxtəlif tipli 432 pilotsuz uçuş aparatı (əsasən FPV dronlar) vilayətin onlarla yaşayış məntəqəsinə yönəldilib.
 
Xarkov vilayətində isə Rusiya FPV-dronu Podolı kəndində mülki avtomobili vurub, nəticədə 51 yaşlı qadın həlak olub, 59 yaşlı əri ağır yaralanıb. Oxşar hadisə Sumı vilayətində də baş verib: düşmən dronu Belopol kənd icmasında mülki avtomobili vurub, 41 yaşlı qadın ağır yaralanıb.
 
Odessa vilayətinin Çernomorsk şəhərinə endirilən hücum zamanı isə 50-dən çox zərbə dronu işə salınıb. Onların əksəriyyəti zərərsizləşdirilsə də, enerji infrastrukturu ciddi ziyan görüb - 29 mindən çox abonent işıqsız qalıb.
 
Ukrayna cavabı: helikopterlər və gəmilər məhv edildi
 
Ukrayna ordusunun artan dəqiq zərbələri işğalçılar üçün böyük itkilərlə nəticələnib. Baş Qərargahın məlumatına görə, son günlərdə düşmən bir helikopter, 49 artilleriya sistemi və 214 pilotsuz aparat itirib. Ümumilikdə isə müharibənin əvvəlindən bəri Rusiya ordusunun şəxsi heyət itkisi 1 milyon 80 min nəfəri keçib.

 

Krımda isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xüsusi əməliyyat həyata keçirib. "Prizrak" adlı xüsusi bölmənin dron zərbələri nəticəsində Simferopol yaxınlığındakı Qvardeyskoye hava limanında iki Mi-8 helikopteri sıradan çıxarılıb. Onların ümumi dəyəri 20-30 milyon dollar arasında qiymətləndirilir. Bundan başqa, Sevastopol körfəzində rusiyalıların "BUK-2190" adlı buksiri də vurulub.
 
Krım və Azov dənizi: strateji hədəflərə zərbələr
 
Ukraynanın kəşfiyyat qüvvələri təkcə helikopter və buksirlə kifayətlənməyib. Avqustun 28-də Krımda Rusiya S-400 "Triumf" zenit-raket kompleksinə aid 91N6E radiolokasiya stansiyası məhv edilib. Həmin gün Azov dənizində, Temryuk körfəzində Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Buyan-M" tipli kiçik raket gəmisi də hücuma məruz qalıb və sıradan çıxarılıb.
 
Ümumi mənzərə
 
Son hadisələr göstərir ki, Rusiya mülki infrastrukturu və əhalini hədəf almaq taktikasını davam etdirir, amma eyni zamanda Krım və digər strateji bölgələrdə mühüm hərbi itkilər verir. Ukrayna ordusu isə həm cəbhədə, həm də işğal olunmuş ərazilərdə dəqiq cavab zərbələri ilə balansı saxlamağa çalışır.

İlham Əliyev Nikol Paşinyanla görüşdü - <span style="color: #ff0000;">FOTO/VİDEO</span>

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
 
Moderator.az xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.
 
Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
 
Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Əməkdar müəllimin ölkədən çıxışına "STOP" qoyuldu

Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyinin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.
 
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353.19 manat vergi borcunun olmasıdır.
 
İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsi üçün müraciət edilib.
 
Məhkəmənin qərarı ilə 53 yaşlı direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Avtobuslarda gediş haqqı artırılır? - <span style="color: #ff0000;">RƏSMİ CAVAB</span>

"İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib".
 
Moderator.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
 
Qeyd edək ki, son dövrlər mətbuatda və sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə fikirlər səsləndirilir. Lakin dövlət qurumları tərəfindən açıqlanan məlumatlarda bu məsələ öz təsdiqini tapmayıb. Belə ki, bundan öncə "Bakı metropoliteni" QSC-dən də mediaya açıqlamada metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumatın olmadığı bildirilib.
 

Sükan arxasında diqqətsizliyin səbəb olduğu ağır qəzaların <span style="color: #ff0000;">GÖRÜNTÜLƏRİ</span>

"Müşahidələr göstərir ki, sürücülərin sükan arxasında diqqətsizliyi və məsuliyyətsizliyi ağır yol-nəqliyyat hadisələrinə, özlərinə və digər hərəkət iştirakçılarına, həmçinin yol infrastrukturuna ziyan dəyməsinə səbəb olur".
 
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müraciət edib.
 
Bildirilib ki, bu cür qəzalar, əsasən sürücülərin zolağı dəyişərkən diqqətsizliyi, sürəti hərəkət intensivliyinə uyğun tənzimləməmələri səbəbindən baş verir:
 
"Nəticədə, xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə sıxlıq yaranır, hərəkət çətinləşir. Sükan arxasına əyləşən hər bir sürücü yollarda diqqətli olmalı, yol nişanlarının tələblərinə uyğun hərəkət etməli, qarşılaşa biləcəyi hər hansı maneəyə görə qəzanın baş verməməsi üçün sürət həddini və hərəkət zolağını düzgün seçməlidir. Həmçinin texniki problemə görə məcburi dayanma zamanı sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıqlarını yandırmalı və xüsusi nişandan istifadə etməlidir".

Ədliyyə naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 19 sentyabr 2025-ci il tarixində Naxçıvan şəhərində Naxçıvan şəhər və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 17 sentyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə (ünvan: Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1; əlaqə telefonu: +994 36 544 54 70; e-poçt ünvanı: office@njustice.gov.az) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbul Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi saat barədə əvvəlcədən məlumat veriləcək.

Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
 
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
 
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbərlərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə düşüncələrimiz və dualarımız Əfqanıstan xalqı ilədir", - paylaşımda deyilir.
 
Qeyd edək ki, Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 622-yə çatıb, daha 1 500 nəfər yaralanıb.

 

Modern.az 16 yaşını qeyd edir

Sentyabrın 1-i Modern.az xəbər saytının yaranma günüdür.
 
Moderator.az xəbər verir ki, saytın fəaliyyətə başlamasından 16 il ötür.
 
Fərqli təqdimatları, layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
 
Moderator.az olaraq Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
 

Sabah 39 dərəcə isti olacaq - <span style="color: #ff0000;">PROQNOZ</span>

Azərbaycan ərazisində sentyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Bəzi işçi qrupların tərkibi genişləndirildi

Nazirlər Kabineti "2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında" ölkə Prezidentinin 30 may 2025-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi barədə 18 iyun və 24 iyun 2025-ci il tarixli sərəncamlarında dəyişiklik edib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.
 
Sərəncama əsasən, "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrup"un tərkibinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini, Dövlət Neft Şirkətinin vitse-prezidenti, "Azərenerji" ASC-nin İdarə Heyəti sədrinin müavini və "Azərişıq" ASC-nin sədrinin müavini, "Yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini üzrə Alt İşçi qrup"a "Azərenerji"nin İH sədrinin müavini əlavə edilib, "Təhsil üzrə Alt İşçi qrup"a isə kənd təsərrüfatı nazirinin müavini daxil edilib.
 
Sərəncam imzalandığı gündən, yəni avqustun 28-dən qüvvəyə minib.

"Mərkəzi Park"da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü -<span style="color: #ff0000;"> FOTO</span>

Paytaxtda azyaşlının həyatı təhlükəyə düşüb.
 
Moderator.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən Mərkəzi parkda baş verib.
 
Ailə üzvlərinin dediyinə əsasən, ikiyaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1.5-2 metr olduğu bildirilir.
 
Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan körpə dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.
 
İddiaya görə, kanalizasiya quyusunun lükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.

<span style="color: #000000;">Asensio "Fənərbaxça" üçün İstanbulda</span>

"Fənərbaxça"nın transfer danışıqlarında olduğu ispaniyalı futbolçu Marko Asensio İstanbula gəlib.

Moderator.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Malyorka", "Real Madrid", "Espanyol", "Aston Villa" və "Paris Saint-Germain" kimi klublarda çıxış edib.

 

 

İçkiyə görə işdən qovulan aktyorumuzun <span style="color: #ff0000;">faciəvi həyatı - FOTO</span>

Bu gün maraqlı aktyor Fazil Salayevin doğum günüdür.
 
Moderator.az kulis.az-a istinadən onun haqqında materialı təqdim edir.
 
Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Güney Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.
 
***
 
Orta məktəbi başa vurandan sonra o, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. Oranı bitirəndən sonra bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində Xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçib.
 
***
 
23 yaşı tamam olanda atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.
 
 
Fazilin atası oğlunun aktyor olacağını ağlına belə gətirməyib. Dövrünün sayılıb-seçilən ziyalılarından olan İdris bəy oğlunun “mütrüb” adlandırılmasını istəmirdi. O həm də müxtəlif vəzifələrdə çalışmışdı. Üstəlik, Fazil ailənin yeganə övladı idi.
 
***
 
Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra o teatrdan küsüb gedir. Və Musiqili Komediya Teatrında işə düzəlir. “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.
 
 
1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan” filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır. Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün “Araşdırın” filminə Fazil Salayevi çəkir.
 
 
Deyilənlərə görə F. Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur. İsrafil İsrafilov Fazil Salayev haqqında deyir:
“Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meylli olmasıydı. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Onun komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi. Tofiq Kazımov onu çox istədiyindən bəzi səhvlərinə göz yumurdu. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu “Azdrama”dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi “Muzkomediya”, necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra “Azdrama”ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı”.
 
 
Uşaq kimi saf və təmiz xarakterli adam olub. Hətta o qədər saf adam olub ki, aktyorların bəziləri onunla zarafatlaşırmışlar. Ən yaxın dostu Yaşar Nuri və Səməndər Rzayev olub. Aktrisalardan isə Nəcibə Məlikova onu öz övladı, qardaşı kimi çox istəyib. Nə zaman onun yemək yemədiyini bilsə, otağına çağırıb ona yemək və çay verərmiş.
 
***
 
Deyilənə görə bir dəfə Fazil evə sərxoş gəlir. Bunun xanımı da çox cüssəli qadın olub. Qadın görür ki, Fazil özü gedib yata bilməyəcək. Onu qucağına alıb yerinə atır. Uşaqları qışqırırlar ki, papa letit, papa letit. Səhəri gün özü başına gələni dostlarına danışıb gülürmüş.
 
***
 
Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.

Ərdoğanla Putin görüşdü

Rusiya prezidenti Vladimir Putin Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Görüşün mövzularının Rusiya-Türkiyə əməkdaşlığı, həmçinin beynəlxalq məsələlər, o cümlədən Ukraynadakı vəziyyət və Yaxın Şərqdəki vəziyyət  olub.

Azərbaycan Prezidenti Pakistanın Baş naziri ilə görüşdü -<span style="color: #ff0000;"> YENİLƏNİB</span>

Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
 
Moderator.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib.
 
Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
 
Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırladıb, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd edib.
 
Dövlətimizin başçısı öz növbəsində üçtərəfli əsasda - Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğulayıb.
 
Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırıb, bunun tarixi əhəmiyyət daşıdığını qeyd edib.
 
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxunub.
 
Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu dedi və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
 
Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, mövcud siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparıldı, hökumət üzvlərinə əlavə tapşırıqlar verildi. Azərbaycanın “ASAN Xidmət” modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilib.
 
10:02
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Çinin Tiencin şəhərində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
 

Xocalı və Xankəndi şəhərlərinə infotur təşkil edilib -<span style="color: #ff0000;"> VİDEO</span>

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xocalı və Xankəndi şəhərlərinə növbəti infotur təşkil olunub.
 
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində təşkil edilən infoturda müxtəlif peşə sahibləri iştirak ediblər.
 
İnfotur iştirakçıları Xocalı və Xankəndi şəhərləri ilə tanış olub, burada həyata keçirilən bərpa və quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə ətraflı məlumatlandırılıblar.
 
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasir şərait yaradılır.
 
İnfotur çərçivəsində iştirakçılar Qarabağ tekstil fabrikinə baş çəkiblər. Onlara müəssisənin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Daha sonra iştirakçılar Qarabağ Universitetində olublar. Onlara burada yaradılmış təhsil infrastrukturu, tədris şəraiti və qarşıdakı inkişaf planları haqqında məlumat verilib.
 
İnfotur iştirakçıları səfərin faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların təşkili davam etdiriləcək.

Pakistanda helikopter qəzaya uğradı: <span style="color: #ff0000;">Ölənlər var</span>

Pakistanın Qilqit-Baltistan bölgəsində hökumətə məxsus helikopter yerə enməyə cəhd edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində beş nəfər həyatını itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
 
Rəsmi hökumət nümayəndəsi Feyzulla Farakın sözlərinə görə, qəzaya səbəb təyyarənin texniki nasazlığı olub. Helikopter təcili enişə cəhd etsə də, sonra qəzaya uğrayıb.
 
Qilqit-Baltistanın baş naziri fövqəladə hallar xidmətlərinə xilasetmə əməliyyatı aparmaq və qəzanın səbəblərini aydınlaşdırmaq üçün dərhal hadisə yerinə getməyi tapşırıb.

 

DÇ-2026-ya ev sahibliyi edəcək bəzi şəhərlərdə maliyyə problemi yaranıb

2026-cı ildə ABŞ-də təşkil olunacaq futbol üzrə dünya çempionatını qəbul edəcək bəzi şəhərlərdə maliyyə çatışmazlığı yaranıb.
 
Moderator.az "Politico"ya istinadən xəbər verir ki, FIFA yerli təşkilatçıların maliyyə toplamaq imkanlarını məhdudlaşdırıb.
 
Bəzi yerli təşkilat komitələri FIFA-dan dəstək görmədiklərindən şikayət ediblər. Bu səbəbdən bir neçə şəhər azarkeşlər üçün fan-zonaların təşkilindən imtina edib.
 
Qeyd edək ki, mundial 2026-cı il iyunun 15-dən iyulun 13-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Bu, 48 komandanın iştirak edəcəyi ilk turnir olacaq.

Qaraçuxur qəsəbəsində hərbi sursat aşkarlandı - <span style="color: #ff0000;">FOTO/VİDEO</span>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.A.Şadlınski küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
 
Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
 
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
 
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
 
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

İlham Əliyev Tiencində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşdü - <span style="color: #ff0000;">FOTO</span>

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
Görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edilib.
 
Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edilib.

Polis 31 kq-dan artıq narkotik vasitə aşkarladı

Avqustun 30-da və 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31,2 kiloqrama yaxın narkotik vasitə və 2 min 450 ədəd psixotrop tərkibli həb aşkarlanaraq məhv edilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
 
Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Universitetlərin boş qalan plan yerləri və kolleclərə 17 mindən çox ərizə verildi

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə indiyə qədər 17494 elektron ərizə qəbul edilib.
 
Bu barədə Moderator.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək davam edəcək.
 
Elektron ərizələrin qruplar üzrə hazırki statistikası isə belədir:
 
Birinci qrup - Azərbaycan dili bölməsi üzrə 188, rus dili bölməsi üzrə 12, cəmi 200;
 
İkinci qrup – Azərbaycan bölməsi üzrə 375, rus bölməsi üzrə 32, cəmi 407;
 
Üçüncu qrup – Azərbaycan bölməsi üzrə 561, rus bölməsi üzrə 88, cəmi 649;
 
Dördüncü qrup – Azərbaycan bölməsi üzrə 42, rus bölməsi üzrə 11, cəmi 53
 
Beşinci qrup – Azərbaycan bölməsi üzrə 4, rus bölməsi üzrə 2, cəmi 6;
 
Orta ixtisas (11 illik təhsil bazasından) – Azərbaycan bölməsi üzrə 15728, rus bölməsi üzrə 747, cəmi 16475.
 
Qeyd edək ki, ixtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Vilayət Eyvazov Naftalanda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 4-də Naftalan Rayon Polis Şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.09.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
 

ŞƏT sammitindən dünyaya verilən <span style="color: #ff0000;">MESAJLAR </span>

“25-ci Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti Tyanjində gurultulu bəyanatlarla deyil, yeni əməkdaşlıq vektorlarının məqsədyönlü şəkildə toxunması ilə yadda qaldı. Regional münaqişələrdən tutmuş artan proteksionizmə qədər qlobal çalxalanmalar fonunda sammit incə, lakin strateji irəliləyişlərin konsertinə çevrildi”
 
Bu fikirləri pakistanlı fəal Qeysər Nəvvab  Moderator.az-a açıqlamasında deyib.
O qeyd edib ki, Sədr Si Cinpinin Qırğızıstanın qarşıdakı ŞƏT sədrliyinə verdiyi dəstək süni intellekt, rəqəmsal infrastruktur və təmiz texnologiyalar üzrə əməkdaşlığa diqqəti artırdı:
 
 “İnsan resursları mübadiləsi, aviasiya tərəfdaşlıqları və submilli əməkdaşlıqlarla bağlı açıqlamalar Mərkəzi Asiya boyunca formalaşan “rəqəmsal dəhliz”in xəbərçisidir. Bu, ŞƏT-in həm strateji, həm də texnoloji mərkəz rolunu oynamağa hazırlaşdığını göstərir.
İqtisadi dayanıqlıq da öz ifadəsini tapdı. ŞƏT üzvləri ticarətdə yerli valyutaların daha geniş istifadəsini və rəqəmsal hesablaşma sistemlərinin sınaqdan keçirilməsini müzakirə etdilər. Ötən il ŞƏT daxilində ticarət 500 milyard dolları ötüb ki, bu addımlar iqtisadi baxımdan məqsədəuyğun, siyasi baxımdan isə təsirlidir. Onlar dollar asılılığını azaldır və kiçik dövlətlərə alternativ maliyyə yolları təqdim edir.
Ən diqqətçəkən məqamlardan biri Prezident Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü oldu. O, Bakının dialoq tərəfdaşından ŞƏT-in tamhüquqlu üzvünə çevrilmək niyyətinə dəstək verdi. Tərəflərin müzakirələri Transxəzər Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsinə, infrastrukturun, kənd təsərrüfatının, eləcə də süni intellekt, yaşıl texnologiyalar və rəqəmsal iqtisadiyyat kimi yeni sahələrin inkişafına yönəldi. İnnovasiya, maliyyə və media əməkdaşlığı üzrə bir sıra sazişlər Azərbaycanın Avrasiya əlaqəliliyinin mərkəzi kimi yüksələn nüfuzunu vurğuladı”.
 
Qeysər Nəvvab vurğulayıb ki, sammitin gündəliyi təhlükəsizlik anlayışının genişləndiyini göstərdi:
 
“Tarixən terrorizmlə mübarizəyə fokuslanan Regional Antiterror Strukturu (RATS) kibertəhlükəsizlik, informasiya idarəçiliyi və rəqəmsal sərhəd nəzarətini də əhatə edəcək şəkildə yenidən qurulur. Bu dəyişikliklər ŞƏT-i XXI əsrin təhdidlərinə cavab verməyə hazırlayır və Mərkəzi Asiya ölkələrinin öz təhlükəsizlik potensiallarını artırmalarına investisiya qoyur.
Səhiyyə diplomatiyası isə etimadın daha bir qatını formalaşdırdı. Artıq 130 institutu birləşdirən ŞƏT Xəstəxanalar üzrə Əməkdaşlıq Alyansı və genişlənən “Lifeline Express” təşəbbüsü insan rifahına yönəlik kiçik, amma əhəmiyyətli investisiyaları nümayiş etdirdi. Tibbi yardımı genişləndirərək ŞƏT özünün infrastruktur və ticarətdən kənara çıxan gündəmini təsdiqləyir.
Mədəni mübadilələr, gənclər forumları, təhsil əməkdaşlıqları və turizm proqramları sammitə insani ölçü qatdı. Cəmiyyətlərarası etimadı gücləndirən bu təşəbbüslər davamlı regional birliyin iqtisadi və hərbi əməkdaşlıq qədər mədəni anlaşmadan da asılı olduğunu təsdiqləyir.
Geosiyasət ikitərəfli görüşlərin çoxuna damğasını vurdu. Hindistanın Baş naziri Narendra Modinin yeddi ildən artıq fasilədən sonra Pekinə ilk səfəri sərhəd gərginliyinin azaldılması, birbaşa aviareyslərin bərpası və viza prosedurlarının sadələşdirilməsi ilə bağlı öhdəliklər gətirdi. Sədr Si Cinpinin “əhəngdar hərəkət edən əjdaha və fil” obrazı təkcə simvolik deyil, həm də praqmatik idi və ŞƏT daxilində sabitliyi gücləndirdi.
 Bu arada Belarus Prezidenti Aleksandr Lukaşenko İkinci Dünya müharibəsi xatirələrinə istinad edərək ŞƏT-i qarşıdurma deyil, konsensus və sivilizasiya dialoqu üzərində qurulan bir blok kimi təqdim etdi”.
 
Pakistanlı fəal əlavə  edib ki, simvolizmdən kənarda sammit 20-dən çox dövlət başçısı nümayəndə heyətini və on çoxtərəfli təşkilatdan nümayəndələri bir araya gətirdi. “ŞƏT Plus” formatı qrupun mövcud beynəlxalq strukturlarla qarşıdurma deyil, tamamlayıcılıq məqsədi daşıyan açıqlığını ön plana çıxardı:
 
“Tyanjin sammiti daha çox nümayişkarlıqdan deyil, təməlqoyma işindən xəbər verirdi. Burada irəli sürülən təşəbbüslər — rəqəmsal ticarət dəhlizləri, süni intellekt əməkdaşlığı, səhiyyə alyansları, genişlənən üzvlük — ambisiyanın məzmunla qovuşduğu bir məqamı ifadə edir. Bu planlar protokoldan praktikaya keçərsə, ŞƏT Avrasiya inteqrasiyasının səssiz, amma güclü bir mərkəzinə çevrilə bilər”.
 
Mehin Mehmanqızı
 

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq? - <span style="color: #ff0000;">AÇIQLAMA</span>

"Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib".
 
Moderator.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.  O bildirib ki, çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv olan əksər dövlətlər ilə tərəfdaşlığı gücləndirir:
 
"Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu daha da artmaqdadır. ŞƏT ilə tərəfdaşlıq coğrafı paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir. Avrasiyanın 65, dünya ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalisinin 42 faizi yaşayır. Bu eyni zamanda, qlobal nominal ÜDM-in 23, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə formalaşması deməkdir.
 
Azərbaycan təşkilat ilə dialoq tərəfdaşlığı olan 14 dövlətdən biridir. 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi kimi təmsil olunur. Hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib. Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir. ŞƏT ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Çoxvektorlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir".

İlham Əliyev Slovakiya Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib.
 
Moderator.az xəbər verir ki, məktubda deyilir:
 
"Hörmətli cənab Prezident,
 
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Azərbaycan-Slovakiya əlaqələrinin hazırkı inkişaf dinamikası məmnunluq doğurur. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim.
 
Bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Əminəm ki, bu potensialdan tam bəhrələnərək və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail ola bilərik.
 
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
 

Baş prokuror Yasamalda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edəcək.
 
Moderator.az-ın məlumatına görə, qəbul sentyabrın 5-də saat 10:00-da Yasamal rayon prokurorluğunun inzibati binasında həyata keçiriləcək.
 
Vətəndaş qəbulu rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Yasamal rayon sakinlərinə şamil olunacaq.
 
Qəbulla bağlı Yasamal rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazılmaq mümkündür.

<b>"Ferentsvaroş" Macarıstanda "döyülsə" də ... - <span style="color:#ff0000">Tarixi birlikdə təkrarlayaq</span></b>

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"u inamla üstələyən "Qarabağ" Macarıstandan 3:1 hesablı qələbə ilə qayıtdı. Əlbəttə, bu nəticəni Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə qatılmaq yolunda atdığı böyük addım saya bilərik, amma qarşıda hələ cavab oyunu varsa, işi bitmiş saymaq olmaz. Bəlli, "Ferentsvaroş"un itirəcəyi bir şey qalmayıb və rəqib avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci dueldə vəziyyəti xeyrinə dəyişmək üçün bütün gücünü səfərbər edəcək. Yekunda hansı nəticənin qeydə alınacağını təbii ki, zaman göstərəcək. İndilik təmsilçimizin yetərincə artan şansını dəyərləndirə, ən yaxşısına ümid edə bilərik.  

O vaxt bu qədər şanslı deyildi

10 ildən artıqdır ki, davamlı olaraq Avropa səhnəsində adından söz etdirən "Qarabağ" artıq ÇL-in də qrupunda oynayıb. 2017-ci ilin yayında öz meydanında "Kopenhagen"i 1:0 hesabı ilə yenən Ağdam təmsilçisi ikinci görüş ərəfəsində indiki qədər şanslı deyildi. Düzdür, Mahir Emreli Dino Ndlovunun dirəkdən qayıdan zərbəsini qola çevirərək tribunaları coşdurmuşdu, lakin minimal hesablı üstünlük böyük ümidlərə əsas vermirdi. Hərçənd avqustun 24-də Danimarkada reallaşan görüşdə 1:2 hesabı ilə uduzan "köhlən atlar" səfər qolu sayəsində tarixi ilkə imza atmağı bacarmışdılar.

Hazırda isə "Qarabağ"ın ötən mövsümdən fərqli formatda keçirilən ÇL-in Liqa mərhələsinə yüksəlmək ehtimalı daha böyükdür. Təmsilçimiz birinci oyunu səfərdə keçirib, üstəlik, rəqibindən 1 yox, 2 top fərqi ilə öndədir. Qalır "doğma divarlar arası"nda yarısından çoxu görülmüş işi bitirmək.

Budapeştdəki qarşılaşma çox şeydən xəbər verdi

"Qarabağ"ın 3 il öncə eyni məkanda eyni hesabla məğlubiyyətə uğratdığı "yaşıl qartallar"la budəfəki oyununda iki fərqli hissə izlədik. Oyuna yüksək templə başlayan meydan sahibləri ilk 10-15 dəqiqədən sonra üstünlüyü ələ keçirdilər və 29-cu dəqiqədə topu tora qovuşdurmağı bacardılar. Mateuş Koxalskinin möhtəşəm seyvi olmasaydı, "Ferentsvaroş" fasiləyə qədər hesab arasındakı fərqi artıra da bilərdi. Şübhəsiz, qonaqlar da birinci hissədə bir neçə maraqlı həmlə ilə diqqət çəkə bilmişdilər, lakin ya həlledici ötürmələr arzuladığımız kimi alınmırdı, ya da son nöqtəni qoymaq işinin öhdəsindən gəlmək mümkün olmurdu. İkinci yarıda isə vəziyyət 180 dərəcədə dəyişdi. Rəqibin baş məşqçisi Robbi Kinin matçın ardından təşkil edilən mətbuat konfransında dayaq yarımmüdafiəçisi Bentse Ötvöşün zədələnərək meydandan çıxmasını yenilginin əsas səbəblərindən biri qismində qabartması bəhanə deyildi. 27 yaşlı macarıstanlı futbolçu meydanı tərk etdiyi ana qədər özünü ən yaxşı tərəfdən göstərir, "köhlən atlar"ın meydanın mərkəzində ağalıq etməsinə inanılmaz dərəcədə mane olurdu. Fəqət futbol komanda oyunu olduğu üçün bir fiqur üzərində daha çox dayanmağa dəyməz. 

Fasilədən sonra təmsilçimizin tribunaları susdura bilməsinin birinci səbəbi Qurban Qurbanovun və köməkçilərinin ilk yarıdan lazımi nəticəni çıxarmaları və futbolçuları vaxtında məlumatlandırmaları idi. 17 dəqiqəlik intervalla vurulan 3 qol həm də beynəlxalq matçlarda püxtələşmiş oyunçuların fərdi ustalıq səviyyəsi ilə izah edilməlidir. Bəxt amilinə gəlincə, Budapeştdə bəxt güclünün tərəfində oldu. Maraqlı məqamlardan biri də Azərbaycan təmsilçisinin standart vəziyyətlərdən sonra iki dəfə fərqlənməsidir. Bu o deməkdir ki, "Qarabağ" standart vəziyyətlərdən istifadə edə bilmir" mifi də dağılmaq üzrədir. Hə, Qurbanovun oyuna müdaxilələri də olduqca uğurlu alındı. İstər Emmanuel Addaini oyunu alınmayan Leandro Andradenin əvəzinə meydana buraxaraq sol cinah vingeri Abdullah Zubirin yerini dəyişməsi, istərsə də Nəriman Axundzadəni Musa Qurbanlı ilə əvəzləməsi yetərincə effektli gedişlər kimi yadda qaldı. Addai ön xətdə hərəkətliliyi artırdısa, Musa Kadinin ara ötürməsindən braziliyalılara xas ustalıqla faydalandı və bəlkə də cütün taleyini həll edəcək qola imza atdı. Razılaşaq ki, rəqib də bu nəticədən sonra təmsilçimizin nəyə qadir olduğunun fərqindədir və birinci görüşdəki hesab istər-istəməz onları daha çox həyəcanlandırır.

Azarkeşlər üçün həqiqət anı

"Qarabağ"ın məşqçilər korpusunun mövcud vəziyyəti hamıdan yaxşı anladıqları bəlli həqiqətdir. Ağdam komandasının oyun planında nəyi necə etməli olduğunu ölkə futbolunun ağırlığını çiyinlərində daşıyan Qurbanov hamıdan yaxşı bilir. Bugündən satışa çıxarılan biletlərin qısa müddətdə alınacağı da şübhə doğurmur. Oyun günü stadiona təşrif buyuracaq azarkeşlər isə öz missiyalarını maksimum şəkildə yerinə yetirməyi qarşılarına məqsəd qoymalı, əsl tərəfdara bənzəməyə çalışmalıdırlar.

Bu mövsüm ÇL-in təsnifat mərhələlərində keçirdiyi 5 oyunun hamısında qələbə qazanan, Azərbaycan futbolunun nüfuzunu qaldıran komanda ən möhtəşəm dəstəyə layiqdir. 

Mütəxəssislər nə deyirlər?

Bir neçə mütəxəssislə əlaqə saxlayaraq Macarıstandakı qarşılaşma barədə fikirlərini öyrənməyi və cavab oyunundan nə gözlədiklərini soruşmağı da vacib saydıq. Onların dedikləri ilə tanış olun.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimov: "Qarabağ"ın Çempionlar liqasının Liqa mərhələsinə qatılmaq şansından danışırıqsa, 3:1 hesablı qələbədən sonra bu ehtimal yetərincə yüksəkdir. Hətta birinci dəfə ÇL-in qrupuna düşdüyümüz zaman ilk matçdan sonra ("Qarabağ" Bakıdakı matçda "Kopenhagen"i Mahir Emrelinin vurduğu tək qolla ilə yenmiş, Danimarkadakı 1:2 hesablı məğlubiyyətə rəğmən, səfər qolu sayəsində qrupa düşmüşdü - red.) komandamızın şansı bu qədər yüksək deyildi. 

"Ferentsvaroş"la səfər matçında iki fərqli hissə izlədik. Meydan sahibləri oyuna yüksək templə başladılar. Fasiləyə qədər rəqib intensiv pressinq tətbiq edir, təmsilçimizin istədiyi hücumları qurmasına mane olurdu. Nəticədə qol vurmağı da bacardılar. İkinci hissədə isə bir qədər yoruldular. Belə pressinq edirsənsə, oyunun ortalarında fiziki yorğunluq normal haldır. Fasilədən sonra rəqib futbolçular hücumlardan sonra geri qayıtmaq işinin öhdəsindən arzuladıqları səviyyədə gələ bilmirdilər. Öz növbəmizdə biz də bundan yaxşı istifadə etdik. Sürətli keçidlərimiz oldu... Bildiyiniz kimi, Marko Yakoviç hesabı bərabərləşdirdi. İkinci qolu standart vəziyyətdən, üçüncünü sürətli keçiddən sonra vurduq. İndi "Ferentvaroş"un "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq şansı çox azdır. Rəqibin uzun yol qət edəcəyini, isti hava şəraitində özlərini o qədər də yaxşı hiss etməyəcəklərini də unutmayaq. Əlbəttə, onlar üçün ağır olacaq, amma hər şeyin həll edildiyini də deyə bilmərik. Düzdür, böyük bir addım atmışıq, lakin ehtiyatlı davranmalıyıq. "Qarabağ"ın futbolçularının arxayınlaşacaqlarını düşünmürəm. Öncədən demişdim ki, "Qarabağ"ın bu heyətinin ÇL-in Liqa mərhələsinə düşə biləcək potensialı var". 

"Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov: "Qarabağ" bu oyuna çox yüksək səviyyədə hazırlaşmışdı. Təmsilçimizin məşqçilər korpusu rəqibi düzgün analiz etmiş, oyunçulara lazım olan tapşırıları vermişdi. "Ferentvaroş" taktiki baxımdan çox güclü, oyunçuların fərdi keyfiyyəti sarıdan Azərbaycan çempionundan geri qalmayan komandadır. "Qarabağ" öz tərzinə sadiq qalmaqla yanaşı, "Ferentsvaroş"un oyun planını həyata keçirməsinə imkan vermədi. Düzdür, onlar ilk dəqiqələrdən üçüncü zonada pressinq tətbiq etməyə başladılar, amma "Qarabağ" təzyiq altında da birinci zonadan hücumlar qurur, Budapeştə qələbə dalınca gəldiyini, rəqibindən çəkinmədiyini isbatlayırdı. Komandamız bəzən qısa, bəzən də çox risk etmədən uzun ötürmələrlə həmlələr təşkil edirdi. Matçı izləyərkən qonaqların bunun üzərində yaxşı işlədikləri sezilirdi. 

Birinci yarıda fərdi səhv üzündən qapımızda qol gördük və rəqib fasiləyə üstün yollandı. İkinci yarıda isə "Qarabağ"ın futbolçuları oyunun mahiyyətini anlayaraq daha çox güc sərf etdilər. Həm oyuna nəzarət, həm pressinq, həm də müdafiə planında yüksək performans sərgilədilər. Komandamız təbii ki, hücumda da olduqca effektli göründü 3 qol vurdu və layiqli qələbə qazandı. Baş məşqçi Qurban Qurbanovun oyuna müdaxiləsini də mütləq vurğulamalıyam. Musa Qurbanlı Nəriman Axundzadənin əvəzinə meydana çıxandan iki dəqiqə sonra yaxaladığı ilk fürsəti qola çevirdi. Keyfiyyətli hücumçu belə oynamalıdır. Bu səviyyədə matçlarda ələ düşən imkanı dərhal dəyərləndirmək önəmli məsələdir. 

Əlbəttə, hələ mübarizə bitməyib. "Ferentvaroş" elə bir komandadır ki, ona qeyri-ciddi yanaşsan, sənə öz meydanında da qalib gələ bilər. Qeyd etdiyim kimi, onların hücum və yarımmüdafiə xəttində yer alan oyunçuların fərdi keyfiyyətləri təhlükə mənbəyidir. Eyni zamanda keçidlərdə də sürətli, standart vəziyyətlərdən ustalıqla istifadə edən kollektivdir. Evdəki oyuna daha ciddi hazırlaşıb uğurun ardını gətirmək lazımdır. Təbii ki, Qurban müəllimin rəqibi yaxından tanımaq imkanı oldu və ikinci matç ərəfəsində futbolçuları arxayınlaşmasına imkan verməyəcəyinə əminəm. "Qarabağ"a uğurlar arzulayıram".

"Araz-Naxçıvan"ın və "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırov: "Qarabağ" oyuna çox yaxşı hazırlaşmışdı. Eyni zamanda rəqibin güclü tərəfləri barədə məlumatlıydılar. Bu səbəbdən təmsilçimiz ilk hissədə birinci, ikinci və üçüncü zonada çox sığortalı oynayırdı. Bir texniki səhv meydan sahiblərinin qol vurmasına səbəb oldu. İkinci yarıda isə "Qarabağ" ikinci və üçüncü zonada pressinq tətbiq etməyə çalışdı. "Ferentsvaroş" daha çox uzun ötürmələrlə oynadığı üçün təmsilçimizin üçüncü zonada top almaq planı o qədər də yaxşı alınmırdı, buna baxmayaraq, komandamız ikinci topları götürüb inamlı əks-hücumlar qurmağı bacardı. Düzdür, qolların hamısı əks-həmlələr zamanı vurulmadı, amma fasilədən sonra üç qola imza atan qonaqlar evə inamlı qələbə ilə qayıtmağı bacardılar. Mənə elə gəlir ki, təmsilçimiz evdə də eyni qaydada oynamalıdır. "Qarabağ" birinci hissədə bir qol vursa, "Ferentsvaroş" "sınacaq".  

 Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

"Bayern Münhen" yarımmüdafiəçisini satdı - <span style="color:#ff0000">RƏSMİ</span>

"Bayern Münhen"in yarımmüdafiəçisi Pol Vanner kareyrasını Niderlandda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu PSV-yə transfer olunub. 

Gənc orta xətt oyunçusu 5 illik müqaviləyə imza atıb. Məlumatı Amsterdam təmsilçisinin mətbuat xidməti yayıb.

PSV transfer məbləğini açıqlamasa da, yerli mətbuat bu keçidin 15 milyon avroya başa gəldiyi bildirilib.

Qeyd edək ki, sözügedən futbolçu ötən mövsüm icarə əsasında “Haydenhaym”da (Almaniya) çıxış edib. Bu klubun forması ilə 41 matçda iş başında olan Vanner 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

<b>"Səbail"də üzlər gülür - <span style="color:#ff0000">Borclar ödənildi</span></b>

Birinci Liqanın debütantı "Səbail" ötən mövsüm Premyer Liqada çıxış edən komandanın üzvlərinə olan borclarını ödəyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, əsas komandanın futbolçularının may ayından qalan maaşları bu gün hesaba köçürülüb.

Qeyd edək ki, Bayıl klubunun icraçı direktoru Firuz Abdulla bu ayın əvvəlində borcla bağlı xəbərimizi təsdiqləmişdi: "Doğrudur, bir ayın maaşı qalıb. Mövsümün son ayının - mayın maaşları ödənilməyib. Yaxın günlərdə borcumuzu ödəyəcəyik. Yeni mövsümün startına kimi borc bağlanacaq. Ödənişlə bağlı problem olmayacaq". 

Xatırladaq ki, 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" 8 ildən sonra I Liqaya yuvarlanıb.

Mirağa

<b>Azərbaycan millisi Niderlandla qarşılaşır</b>

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Ferhat Akcanın yetirmələri 2-ci tur çərçivəsində Niderland yığması ilə üz-üzə gələcək.

Türkiyənin İstanbul şəhərində təşkil olunan qrupdakı ilk matçında İsveçə uduzan (54:87) yığmanın bugünkü görüşü Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Avropa Çempionatı
B divizionu, 2-ci tur
22 avqust

21:30. Azərbaycan - Niderland 

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını 24 avqustda Slovakiyaya, ayın 25-də isə Lüksemburqa qarşı keçirəcək.

<b>İkinci Liqanın debütantı yeni dizaynlı formalarını təqdim etdi - <span style="color:#ff0000">FOTOLAR</span></b>

İkinci Liqanın debütantı "Şirvan" çempionata təkcə komanda olaraq yox, klub kimi də ciddi hazırlaşır. Bölgə təmsilçisi dizaynı ilə fərqlənən yeni geyim dəstləri alıb. 

Klubun meneceri Emin Məmmədov forma barədə Fanat.Az-a məlumat çatdırıb:

"Artıq formaları almışıq. Həm də bütöv dəst əldə etmişik. Yəni futbolçular oyun geyimlərindən başqa, səfər dəsti, məşq üçün XB, "nakitka", "yağmurluq", qış kurtqası və sairlə təmin olunublar. Formanı bizim üçün "Djevo" şirkəti hazırlayıb. Dizaynı "Djevo" ilə mənim birgə təşəbbüsümlə hazırlanıb. Bu işlərlə özüm şəxsən maraqlanıram. 

Formanın üzərində sponsorlarımızın adı əks olunub. Ön tərəfində əsas sponsorumuz "Mister Tum"un, arxasında "Xızıroğlu təkər evi"nin. Geyim xərcinin 70 faizini "Mister Tum" çəkib, 30 faizini "Xızıroğlu təkər evi". Azarkeşlərimiz forma əldə etmək istəsələr, yəni sifariş alsaq, satış üçün köynəklər gətirə bilərik". 

Qeyd edək ki, "Şirvan" Region Liqasında ikincilik qazanaraq pley-off mərhələsində "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib 2-ci Liqaya vəsiqə əldə edib. Sözügedən komanda çempionatın ilk turunda "Şəmkir"lə qarşılaşacaq.

Mirağa

<span style="color:#ff0000">Əvəzedicilər Liqası:</span> 2-ci turun təyinatları bilindi

Əvəzedicilər Liqasında 2-ci turun təyinatları açıqlanıb. 

Fanat.Az turun üç günə sığacaq turda iş başında olacaq ədalət təmsilçilərinin adlarını təqdim edir: 

23 avqust (şənbə)

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Kərim Zeynalov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Binə qəsəbə stadionu, 17:00

“Neftçi-2” – “Şamaxı-2”
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Neftçi Futbol Mərkəzi (IV meydança), 18:00

25 avqust (bazar ertəsi)

“Kəpəz-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00

“Araz-Naxçıvan-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 17:00

26 avqust (çərşənbə axşamı)

“Qəbələ-2” – “Zirə-2”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00

Futbolda yeni transfer rekordu qeydə alındı

Amerikanın "Orlando Pride" klubu qadın futbolunda rekord sayılan məbləğə transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, sözügedən klub Lisbet Jaklin Ovalleni satın alıb.

Futbolçununun keçidi üçün "Tigres" 1,5 milyon dollar ödənilib ki, bu da yeni transfer rekordudur. 

Bundan əvvəlki rekord 1,3 milyon dollar ödənilən Olivia Smitə məxsus idi. Üçüncü yerdə isə 1,1 milyon dollarlıq transferlə Naomi Qirma qərarlaşıb. 

Qadın futbolunda bütün digər transferlər milyon dollardan aşağıdır.

"Mən onun geri qayıtmasını qəbul etməzdim" - <span style="color:#ff0000">Runi İsakı qınadı</span>

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi "Liverpul"a satılmadığı üçün "Nyukasl" forması ilə matça çıxmaqdan imtina edən Aleksander İsakın davranışını şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"Mənə görə, İsakın "Nyukasl"a qayıtması mümkün deyil. Əlbəttə, bəzən buna göz yumurlar, amma mən onun geri dönməsini qəbul etməzdim. Hə, oyunçu başqa kluba transfer olunmasını xahiş edə bilər. Bu, normaldır. Lakin hər şey peşəkar yanaşmaq lazımdır.

Sənin komandada bir yerdə oynadığın dostların, dəstək üçün pul xərcləyən azarkeşlər var. Belə ayrılmaq cəhdini anlamıram. Oyunçu bunu bir dəfə edibsə, yenə təkrarlayacaq".

Xatırladaq ki, daha öncə İsak "sağsağanlar"ın onun "Liverpul"a transferi ilə bağlı vədlərinə xilaf çıxdıqlarını açıqlayıb. 

Nihat

Azərbaycan millisində çıxış etmiş Donatın yeni klubu bilindi

Azərbaycan millisində çıxış etmiş basketbolçu Saadettin Donat “Abşeron Lions”la anlaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Donat qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Ötən mövsümü “Sumqayıt”da keçirən oyunçu 11.5 ribaund ortalaması çıxış edib.

Basketbolçu Azərbaycana gəlməzdən əvvəl Türkiyədə “Qalatasaray”, “Türk Telekom”, “TED Ankara Koleji”, “Çağdaş Bodrumspor” və “Sığortam Net” komandalarında oynayıb.

<b>"Kəpəz"lə matça maksimum nəticə üçün çıxacağıq" - <span style="color:#ff0000">Uğur Cahangirov</span></b>

Premyer Liqanın ilk turunda meydan sahibi qismində Şamaxıda "Qəbələ" ilə heç-heçə edən (1:1) debütant "Karvan-Yevlax" növbəti çempionat matçını "Kəpəz"ə qarşı keçirəcək. Aran təmsilçisinin hücumçusu Uğur Cahangirovla əlaqə saxlayıb "Qəbələ" ilə görüşü dəyərləndirməsini, öz fərdi oyununu şərh etməsini istədik. Təbii ki, birinci oyunda start "11-lik"də yer alan və 64 dəqiqə meydanda olan Uğurdan "sarı-göylər"lə görüşdən nə gözlədiyini də soruşduq.

Onun Fanat.Az-açıqlaması belə oldu:

"Qəbələ" ilə oyuna qələbə üçün çıxmışdıq. Bildiyiniz kimi, komandamiz yeni formalaşıb, hazırda uyğunlaşma dönəmindəyik, amma ilk turda bərabərlik də pis nəticə deyil. 

Öz oyunumu normal dəyərləndirirəm. Birinci tur idi. Zamanla həm komanda, həm də fərdi şəkildə ritmə düşəcəyik. 

Növbeti oyuna da yaxşı hazırlaşmışıq. "Kəpəz"lə matça maksimum nəticə üçün çıxacağıq". 

Nihat

"Sabah"ı udan klubun prezidenti rusların Rieraya təklif göndərdiyini açıqladı

Sloveniyanın "Sele" klubunun prezidenti Valeri Kolotilo komandanın baş məşqçisi Albert Rieeranın "Spartak"a mümkün transferindən danışıb.

Fanat.Az xəbər verir ki, "Çempionat" klub funksionerinin dediklərini belə çatdırıb:

"Bu, kommersiya məsələsidir. Futbolçu və ya məşqçi başqa komandaya keçmək istəyəndə, ona üç-dörd qat yüksək maaş təklif olunanda onu saxlamaq çətindir. Albertə gəlincə, o özü də "Sele"ni tərk etmək istəmir. Komanda hazırda yaxşı formadadır və hər şey saat mexanizmi kimi işləyir. Bu, onlara uğur qazanmağa imkan verir və Albert getdikcə daha çox qazanmaq istəyir. Amma sabah öz imkanlarına görə “Spartak”ın da aid olduğu Avropa nəhəngləri gəlib yaxşı pul təklif etsələr, onu saxlamaq bizim üçün çətin olacaq”.

Qeyd edək ki, 43 yaşlı ispaniyalının rəhbərliyi altında "Sele" ötən mövsüm Sloveniya kubokunun qalibi olub. Sözügedən komanda bu yay UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi "Sabah"ı mübarizədən kənarlaşdırıb (2:3, 3:3-əlavə vaxtda).

Əli Cəbrayılova beynəlxalq təyinat gəldi

FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

Fanat.Az xəbər verir ki, futzal hakimi UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq. 

Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.

Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.  

"Yuventus"un futbolçusu İngiltərə Premyer Liqasında

“Yuventus”un futbolçusu Duqlas Luis karyerasını İngiltərədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi "Nottingem Forest"ə keçib.

Keçidi İngiltərə klubunun rəsmi saytı yayıb. 27 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. 

Duqlas ötən mövsüm A Seriyasında 19 oyun keçirib, lakin qol vurmayıb.

Qeyd edək ki, Duqlas Luis ötən yay “Aston Villa”dan “Yuventus”a transfer olub. 

"Mançester Siti" Kallumu Hollivud ulduzunun klubuna satdı - <span style="color:#ff0000">RƏSMİ</span>

"Mançester Siti" mərkəz müdafiəçisi Kallum Doylu "Reksem"ə satmağa razılaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı Çempionşip klubunun rəsmi saytı yayıb.

Hollivud ulduzu Rayan Reynoldsa məxsus olan klub futbolçu ilə 2029-cu ilin yayına qədər müddətə müqavilə imzalayıb. "Reksem" "şəhərlilər"ə bu keçir üçün 5 milyon funt-sterlinq ödəyib. 21 yaşlı futbolçu üçün bonusla bağlı şərtlər yerinə yetirilərsə, bu rəqəm 7,5 milyon funt-sterlinqə yüksələ bilər.

Müqavilədə futbolçunun müqaviləsini geri almaq imkanı da var. Futbolçu gələcəkdə satılacağı təqdirdə, "Mançester Siti" transfer haqqının 25 faizini alacaq.

Kallum Doyl "Mançester Siti"nin akademiyasının yetirməsidir, lakin hələ də əsas komandada meydana çıxmayıb. Bununla belə, müdafiəçinin artıq "Reksem"in yüksəldiyi Çempionşipdə 100-dən çox oyun təcrübəsi var. Doyl daha əvvəl "Koventri", "Sanderlend", "Norviç" və "Lester"də icarə əsasında çıxış edib.

Əliyar Ağayev "Fiorentina"nın hücumçusunu meydandan qovdu - <span style="color:#ff0000">VİDEO</span>

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasında ilk pley-off matçında iş başında olub. 

Fanat.Az xəbər verir ki, həmyerlimiz "Polesye" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçını idarə edib.

Slovakiyanın Preşov şəhərində keçirilən oyun florensiyalıların böyük hesablı (3:0) qələbəsi ilə yekunlaşıb. Ağayev oyunun 44-cü dəqiqəsində “Fiorentina”nın hücumçusu Moyze Kini meydandan qovub. Buna onun rəqibinə dirsək zərbəsi endirməsi şərait yaradıb. O, futbolçuya birbaşa qırmızı vərəqə göstərib. Bundan sonra daha bir qol vuran İtaliya təmsilçisi hesabı darmadağın həddinə çatdırıb. 

Əliyar ümumilikdə oyun ərzində 3 vərəqəyə əl atıb. "Qırmızı"dan başqa, hər komandanın bir üzvünə sarı vərəqə göstərilib.

 

<b><span style="color:#ff0000">MPL:</span> "Neftçi" debütanta qarşı, "Qarabağ" ilk oyununa çıxır - <span style="color:#ff0000">YENİLƏNİR</span></b>

Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış günündə 2 görüş baş tutacaq. 

Əvvəlcə "İmişli" Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edəcək. Baş hakim Rauf Cabarovun idarə edəcəyi görüş 17:00-da start götürəcək. Hər iki komanda Premyer Liqaya xal itkisi ilə başlayıb. "İmişli" "Turan Tovuz"la oyunda son saniyələrdə qol buraxaraq uduzubsa, "Neftçi" "Şamaxı" ilə heç-heçəyə (1:1) razılaşıb.

Günün digər qarşılaşmasında isə son ölkə çempionu "Qarabağ"la "Sumqayıt" komandaları üz-üzə gələcək. Mövsümün ilk oyununa (ilk turda "Sabah"la görüş təxirə salınıb) çıxacaq ağdamlılardan fərqli olaraq, "gənclik şəhəri" təmsilçisi ilk turda "Kəpəz"i böyük hesabla (3:0) üstələyərək çempionata uğurlu start verib. "Azersun Arena"da baş tutacaq Cavid Cəlilov idarə edəcək. Oyun 19:30-da başlanacaq

Qeyd edək ki, 2-ci turun digər matçları 23-25 avqust tarixlərində keçiriləcək.

Misli Premyer Liqası
1-ci dövrə, 2-ci tur
22 avqust

17:00. “İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı, Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azersun Arena”

<b><span style="color:#ff0000">AL: </span>Türkiyə təmsilçiləri üçün uğursuz gecə</b>

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsi start götürüb. 

Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyunlarının hamısı bir günə sığıb. 

12 pley-off görüşündən birincisi Danimarkada, sonuncusu Cəbəllüttariqdə keçirilib.

Türkiyəni təmsil edən "Başakşehir" və "Samsunspor" meydandan məğlub ayrılıblar.

 Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də baş tutacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust

Midtyüllann (Danimarka) – KuPS (Finlandiya) 4:0
Brann (Norveç) – AEK (Kipr) 2;1
Malmö (İsveç) – Siqma (Çexiya) 3:0
Makkabi Tel-Aviv (İsrail) – Dinamo Kiyev (Ukrayna) 3:1
Panatinaikos (Yunanıstan) – Samsunspor (Türkiyə) 2:1
Şkendiya (Şimali İrlandiya) – Ludoqorets (Bolqarıstan) 2:1
Zrinski (Bosniya və Herseqovina) – Utrext (Niderland) 0:2
Slovan (Slovakiya) – Yanq Boyz (İsveçrə) 0:1
Lex (Polşa) – Genk (Belçika) 1:5
Aberdin (Şotlandiya) – FKSB (Rumıniya) 2:2
Riyeka (Xorvatiya) – PAOK (Yunanıstan) 1:0
Linkoln (Cəbəllüttariq) – Braqa (Portuqaliya) 0:4

"Benfika"nın prezidenti Kerem Aktürkoğlu ilə bağlı qərarını verdi

Kerem Aktürkoğlunun gələcəyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, “Benfika”nın prezidenti türk forvardın klubu tərk etməsinə icazə verməyib.

Bu səbəbdən dünən Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça" “Benfika” (0:0) meydana əsas heyətdə çıxıb.

Bu barədə məlumatı "Record" nəşri yayıb.

“Benfika” rəhbərliyi transfer məsələsində sərt mövqe sərgiləyib və gənc futbolçunun klubdan ayrılmasına icazə verməyib. Bu isə həm klubun, həm də futbolçunun maraqlarını qorumaq məqsədi daşıyır.

Kamil Xudiyev

❌